dərinliyində, quru səthində (çay, göl, buzlaq, bataqlıq) mövcudur. Atmosferdə su
dövranında fəal iştirak edən az su miqdarı vardır. Yerin su qabığı -hidrosfera
kimyəvi cəhətdən əlaqəsi olmayan maye, bərk və qazaoxşar vəziyyətdə olan su
kütləsindən təşkil edilmişdir. Sübut olunubdur ki, hidrosfera heç bir yerdə
qırılmayır və litosferdə, atmosferdə və biosferdə qarşılıqlı əlaqəli keçid
əlaqələndirir. Bu hipotezin tərəfdarları hesab edirlər ki, Yer planeti soyuq qaz toz
protoplanet buludundan yaranışı vaxtı planetlərarası fəzadan oksigen və heliumdan
mürəkkəb olan elementləri, həmçinin meteorit və asteroidlərdə olan suyu cəlb
etmişdlr. Daş meteoritlərdəki suyun miqdarı 0,5-1% təşkil edir. Yer dərinliyinin
istisinin təsirindən su ayrılaraq səthə tərəf hərəkət etmişdir. Okean əvvəlcə çox
dərin olmayıbdır, lakin bütün yer səthini örtürmüş. Planetin inkişafı ilə əlaqədar
okeanlar dərinləşmiş və sahələri azalmışdır. Şirin suyun yaranması suyun
dövranının - atmosferdən «keçməsinin» nəticəsidir. Yer qabığının dərinliyindən və
maqmadan su ayrılması indi də vulkanların püskürməsindən baş verir; tərkibində
kimyəvi birləşmələr olan sular mineral mənbələrdən ayrılır.
Təbiətdə kimyəvi təmiz su olmayır, çünki su özü yaxşı həlledicidir. Suda
həmişə müəyyən qədər duzluluq olur, yəni müəyyən konsentrasiyalı qaz-duz
məhlulundan ibarətdir. Duzluluq qr/litr, faizlə və promille (%) ilə ölçülür. Şirin su -
tərkibində 1 litrdə 1 qr duz (yəni 1 %) olan sudur. Şor suda - 20 %, duzlu suda -
20%-dən çox duz olur. Okeanların suyunun orta duzluluğu 34-35%-ə çatır, alçaq
donma temperaturuna və ən böyük sıxlığa malikdir. Kimyəvi təmiz su (H2O)
normal təzyiqdə 1000
C
temperaturda qaynayır və 00C-də donur, ən böyük sıxlığı
+40C-də alınır. Suyun istiliktutumu çox böyükdür - qumda olduğundan 5 dəfə və
dəmirdəkindən 10 dəfə çoxdur. Buradan okean, dəniz və göllərin böyük istilik
akkumulyasiya rolu və sahillərin iqliminə təsiri aydın olur. Suyun istilik keçirmə
qabiliyyəti aşağıdır, buna görə buzlar suyu donmaqdan yaxşı qoruyur, çay və
nohurlar dibinə qədər donmayır. Suyun ən böyük səthi dartılma xassəsi olduğu
üçün dağ süxurlarının kapillyarları ilə bitkilərə tərəf qalxa bilir. Bəzi alimlər suyun
kapillyar vəziyyətini onun dördüncü vəziyyəti hesab edirlər. Suyun bir çox
xassələri Yer üzərində həyatın yaranmasında və inkişafında, həmçinin landşaft
sferasında baş verən proseslərdə dəyişilməz rol oynayır.
Dostları ilə paylaş: