Mühazirə 30 saat, laboratoriya məşğələsi 45 saat В. М. Чупахин «Основы ландшафтоведения». Москва, 1987


Hava şəraitinin və iqlimin əsas  xarakteristikası



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix24.02.2022
ölçüsü0,8 Mb.
#53032
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   24
Landsaftsunasliq

Hava şəraitinin və iqlimin əsas  xarakteristikası. Hava şəraitinin və iqlimi  

müşahidə edən meteoroloci stansiyalarda  günəş radiasiyasını, təyziqi, temperaturu, 

yağıntıları, havanın nəmliyini  və digər meteoroloci  hadisələri (duman, şimşək və 

s.) təyin  edirlər. İqlimyaratma proseslərinin, həmçinin  iqlimin və hava şəraitinin  

formalaşmasının əsas mənbəyi günəş radiasiyasıdır, yəni  300000 km/saat sürətlə  

elektromaqnit dalğaları şəklində fəzada yayılan Günəş şualanmasıdır. İl ərzində  və 

sutkada Günəşin yüksəkliyi müxtəlif olduğu üçün  yer səthinin  qəbul etdiyi istilik  

də  müxtəlif    miqdarda  olur.    Bu  dəyişmələr  yüksək  en  dairələrində  çox  və  alçaq 

Enlik  dairələrində  az  müşahidə  olunur.  Dağlarda    yuxarı  qalxdıqça,    radiasiyann 

səviyyəti artır.  

 

Birbaşa  və  paylanan    (yayılan)  günəş    radiasiyasını  fərqləndirirlər.  Hər  iki 



radiasiyanın  nisbəti  havanın  buludluğundan,  Günəşin  yüksəkliyindən,  atmosferin 

tozluluğundan  asılı  olaraq  çox  dəyişir.    Günəş  radiasiyasının    bir  hissəsi  yer 

səthindən  əks  edib    atmosferə  qayıdır.  Buna  albedo  deyilir.  Ən  çox  əks  etmə  

qabiliyyətinə qar səthi malikdir. 

 

Yer  səthinin  və  havanın  istilik  recimi    müxtəlifdir.    Maksimal  temperatur 



saat  1300  -dan  sonra  və  minimal    temperatur    isə  təxminən    Günəşin    doğması 

downloaded from KitabYurdu.org




vaxtına    təsadüf  edir  .  Havanın  buludluğu  isə  bu  gedişi  dəyişdirir.    Yer  səthinin  

temperaturu  en  dairəsindən,  landşaftın  xarakterindən  asılıdır.    Əgər  torpağın 

səthində maksimal temperaturu saat 13

00

-da  olursa, 10  sm  dərinlikdə  saat  16



00

-də 


və 20 sm dərinlikdə  isə saat 19

00

    müşahidə  edilir. Sutka ərzində    maksimum  və 



minimum  temperaturlar  torpağın  dərinliyinin  hər  10  sm    üçün  3  saat    gecikir. 

Sutkalıq  və  illik  hava  temperaturunun    dəyişmələri    yerin  enlik  dairəsindən,  yer 

şəraitinin  xarakterindən və  onun fiziki  xassəsindən asılıolur. Temperaturun illik 

dəyişikliyi  əsasən  en  dairəsindən  asılıolur.  Ekvatordan  qütblərə  tərəf  temperatur 

amplitudası  artır.  Məsələn,  ekvator  üzərində  qurunun  temperaturu  10

C  olursa 



(okean  üzərində  1

C)  yumşaq  qurşaqda  okean  üzərində  -10



0

C  ;  materikin 

mərkəzində - (Yakutiyada) -60

0

 C-yə çatır.  



Hər 1 m

2

  yer səthinə  atmosferin təyziqi  10333  kq təşkil edir. Bu təyziqə 



(760  mm  civə    situnu)    normal  təyziq  deyilir.    Si  sistemində  təzyiq  vahidi  1  Pa 

(Paskal)  qəbul  edilibdir.  1  mm  civə  sütunu  133,  22  Pa  bərabərdir.  Onda  normal 

təzyiq 101325 Pa olar. Hündürlüyə  qalxdıqca, təzyiq qanuna uygun olaraq dəyişir. 

5 km hündülükdə təyziq  dəniz səviyyəsindən 2 dəfə, 10 km-də  4 dəfə və 15 km-

də 8 dəfə  az olur.  Yer səthində təyziqin  yayılması izobarlarla  təyin edilir. 

İzobar  -eyni  qiymətli  təyziqli  nöqtələri  birləşdirən  qapalı  əyri  xəttdir. 

Mərkəzdən  aşagı  təzyiq  olan    izobar  sisteminə  siklon,    yüksək  təyziq  olana  isə  

antisiklon deyilir. Təyziqin dəyişilməsinə səbəb  hava kütləsinin   yerdəyişməsidir.  

Bu  yerdəyişmə  yer  səthinin  xarakterindən  və  onun  müxtəlif  miqdarda  

isinməsindən asılıdır.  Qeyri-bərabər isinmə  havanın hərəkətinə - sirkulyasiyasına 

səbəb olur.  Nəticədə isti və soyuq hava  cərəyanları yaranır ki,  onların temperatur 

və  nəmliyi  eyni  olaraq    bir  neçə  min  km-lərlə  üfqi  və  bir  neçə    km  saquli 

istiqamətdə  yer  dəyişə  bilir.  Bu  hava  kütlələri    siklon  və  antisiklonla    ifadə  

olunaкaq  sirkulyasiya edir  və nəticədə  yer səthində hava  şəraitinin   və iqlimin 

xarakterini  təyin edir. Siklonun sürəti 30 km/saat və diametri  3000 km qədər olur.  

Antisiklonda havanın aşağıya düşmə hərəkəti üstünlük təşkil etdiyindən  bu zaman  

az buludlu və quru hava şəraiti  müşahidə olunur.  

downloaded from KitabYurdu.org




 

Hava şəraitinin  və iqlimin vacib  faktorunın birisi də atmosfer yağıntılarıdır.  

Onların miqdarı  suyun qalınlığının mm-lə  ölçüsü kimi təyin olunur. Sutka ərzində 

yağıntıların    2  növü    olur:    kontinental  və  dəniz.  Illik  yağıntı  dəyişikliyi    enlik 

dairəsindən, havanın nisbi  nəmliyindən, hava kütləsinin xarakterindən,  relyefdən 

və  s.  asılıdır.    Ən  çox  yağıntı  ekvatorial  enliklərdə    (Himalayda,  Çerapundci)  - 

12000 mm/ il  olur.  Səhralarda ildə 100 mm və daha  az yağıntı  düşür. Okeanlarda 

buxarlanma    yağıntılardan  çox  olur  (mənfi    balans),  quruda  isə  əksinə.  Balansın 

tarazlanması  okeanlara axan suların hesabına düzəlir.  

 

Atmosferin nəmliyini qiymətləndirmək  üçün nəmlilik əmsalı qəbul edilir:  



K  =  (P/E)  x  100  %.  P-yağıntalırın  cəmi,  E-buxarlanma  Yarısəhra  zonalarında 

K<30%, çöllərdə K > 30 %, ekvatorial vilayətlərdə K>100% olur.  

 

İqlim  və landşaft. Landşaftın formalaşmasına  yerlşdiyi zonanın  iqlimi təsir 



edir.  Bundan əlavə iqlim  landşaft resurslarına, landşaftın daxilində gedən  bir çox 

geomorfoloci,  geokimyəvi,  biofiziki  və  digər  proseslərə  də  birbaşa  və  ya  dolayı 

yolla  öz təsirini göstərir. İqlimin landşafta təsiri 3 istiqamətdə olur - qlobal, zonal 

və əyalət.  

 

Landşaft    sferasının  yaranması  və  inkişafı    kontinentlərin  və  ümumən 



planetin  mikroiqlimini  təyin edən və okeanla quru  hissələrin arasında  baş verən 

nəmlik  və  istilik  mübadiləsi  prosesləri  ilə  birbişa  asılıdır.  İqlim  faktorları  yer 

səthindəki  təbii  zonalar  (landşaftlar)  sistemini  də  sərtləndirir.    Təbii  zonalarda 

atmosferlə    yer  səthi    və  onun    landşaftı    arasındakı  qarşılıqlı  əlaqə  daha  aydın 

görünür.  

Bu  və  ya  digər  landşaft  komponentinin  zonal  iqlimin  (mezoiqlim) 

formalaşmasındakı  iştirakı  landşaftın  tipindən  asılıdır.  Landşaftın  zonal 

xüsusiyyətlərini    sərtləndirən  çöl  iqlimi,    tayqa  iqlimi,  səhra  iqlimi  və  s.  kimi 

terminlərə  tez-tez  rast  gəlinir.    Məsələn,  çöl  iqlimi  -quru,  isti  və  çox  isti  yay 

mövsümü və az atmosfer yağıntısı ilə  (450 mm il ərzində) xarakterizə olunur.  

 

Konkret  landşaft    sahəsinin    daxilində  mikroiqlim  formalaşır.  Bunu 



eynicinsli    yer  səthi  kimi    xarakterizə    olunan    kiçik  landşaft  ərazilərinin  (fasiya)  

hava  şəraitinin    recimi  hesab  edirlər.    Fasiyanın  ölçüsündən    asılı  olaraq  

downloaded from KitabYurdu.org



mikroiqlim on kvadrat  metrdən bir neçə kvadrat kilometrə  qədər arealı əhatə edir,  

hündürlüyü  isə  2  m-dən    çox  yayılmayır.    Mikroiqlimin  yerli  xüsusiyyətləri  

relyefin və bitki örtüyünün  xarakterindən asılı olaraq yaranır.  Məlumdur ki, bütöv 

bitki  örtüyü  günəş  radiasiyasını    saxlayır,    bununla  yanaşı    səthin  istilik 

şualanmasına    da  mane  olur.    Bu  səbəbdən    bitki  örtüyünün    altında    aşağı 

temperatur    yaranır  və amplitudası    da yumşalır.  Meşədə havanın nəmliyi  açıq 

çöllərdən çox olur, çünki meşə az buxarlanma verir.  Meşədəki nəmliyin  çoxluğu 

dəyişmənin  zəifliyindən  baş verər.  

 

İnsan    makro,  -mezo  -  və  mikroiqlimə  çox  böyük  təsir  edir.    Əgər  ilk 



dövrlərdə    bu  təsir    troposfer  layında    özünü  biruzə  verirdisə,  hazırki  dövrdə 

meşələrin qırılması, iri müəsissələrin  tikintisi,  faydalı yanacaqların  yandırılması, 

böyük ərazilərin əkilməsi günəş  radasiyasının  balansının  və  atmosferin kimyəvi 

tərkibinin  dəyişiklməsi  ilə  nəticələnir.  İqlimə  ən  böyük  təsir  aşağıdakı  landşaft  

dəyişikləklərindən  baş  verir:    şəhər  və    urbanlaşdırılmış  ərazlərin  inkişafı,    süni 

hovuzların  qurulması,    antropogen  kənd  təsərrüfatı  landqaftlarının    yaradılması,  

okean  və  dənizlərin  çirklənməsi.  Okeanlarn  çirklənməsi  atmosferlə    okean  və 

materiklər  arasındakı    istilik,  nəmlik  və  qaz  mübadiləsini  pozur.    Okean  yer 

üzərində  yaranan  oksigenin    yarısını  istahsal  edir.  Bütün  bu  dəşişikliklər    elə 

nəticələrə  gətirib  çıxarır  ki,    onları  qabaqçadan  görmək  mümkün  deyildir,  çünki 

atmosferdəki düzünə və əks  istiqamətli əlaqələr  sistemi çox mürəkkəbdir.  

 

 



 

 

 



 

 

 



 

 

downloaded from KitabYurdu.org





Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin