Mühazirə 30 saat, laboratoriya məşğələsi 45 saat В. М. Чупахин «Основы ландшафтоведения». Москва, 1987


§ 9. TƏBII MÜHITIN VƏ MƏDƏNI LANDŞAFTIN



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix24.02.2022
ölçüsü0,8 Mb.
#53032
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
Landsaftsunasliq

§ 9. TƏBII MÜHITIN VƏ MƏDƏNI LANDŞAFTIN 

OPTIMALLAŞDIRILMASI 

P L A N 

 

    1.Təbii mühitin optimallaşdlrilması. 



    2. Mədəni  landşaft 

 

 



Elmi-texniki tərəqqinin davamlı inkişafı insanın landşafta daha dərin təsirini, 

təbii  ehtiyatların  istifadəsinin  intensivliyinin  artmasını  gözləməyi  qanuna  uyğun 

hesab  edir.  Bu  səbəbdən  cəmiyyətin  ətraf  təbii  mühitə  təsirini  optimallaşdırmaq 

vacibdir. Təbii mühiti optimallaşdırmaq dedikdə aşağıdakılar nəzərdə tutulur: təbii 

resursların  rasional,  elmi  əsaslandırılmış  və  texnoloji  cəhətdən  yüksək  səviyyədə 

istifadəsi;  təbii  proseslərin  fəal  nizamlanması;  meliorasiyanın  elmi  əsaslarla 

aparılması;  landşaft  sisteminin  müxtəlif  formalı  texnogen  təsirlərdən  müdafiəsi, 

hətta qoruqların yaradılması.  

 

Təbii  mühitin  optimallaşdırılmasının  əsas  məsələsi  onun  istismarı, 



konservasiyası  və  meliorasiyası  arasında  balanslanmış  münasibətlərin 

qurulmasıdır.  Bu  məsələni  yalnız  elmi  yolla  həll  etmək  olar.  Optimallaşdırma 

probleminin  həlli  antropogen  kənd  təsərrüfatı  landşaftının  formalaşdırılmasının 

elmi  əsaslarının  işlənməsindən,  yerquruluşu  praktikasına  landşaft  -  coğrafi  ərazi 

təşkilini  (yəni  kənd  təsərrüfatı  landşaftının  əsaslandırılmış  planlaşdırılması)  daxil 

etməkdən asılıdır.  

 

Elmi  ədəbiyyatda  insanın  təsirindən  dəyişilmə  xarakterinə  görə  müasir 



landşaftlar aşağıdakı kimi bölünmürlər: ovalıq (şərti, ilkin), az dəyişilmiş (tundra, 

səhra);  pozulmuş  və  ya  çox  dəyişilmiş  -  burada  insanın  təsərrüfat  fəaliyyəti 

yararsız  proseslərə  gətirib  çıxarmışdır  (yuyulma,  eroziya,  bataqlaşma…);  mədəni 

və ya rasional dəyişdirilmiş.  

 

«Mədəni  landşaft»  anlayışını  bəzi  tədqiqatçılar  təsərrüfat  fəaliyyətinin 



nəticəsində  dəyişilmiş  təbii  landşaft  hesab  edirlər.  Ancaq  atılmış  əkin  yerini, 

karxana  ilə  korlanmış  ərazini  mədəni  landşaft  hesab  etmək  olmaz.  Son  illər 

downloaded from KitabYurdu.org



təsərrüfat  fəaliyyətinin  nəticəsində  yenidən  yaraşnan  antropogen  landşaftlar 

haqqında təsəvvürlər geniş yayılıbdır.  

 

Sözsüz  ki,  mədəni  və  ya  antropogen  landşaftlar  istənilən  təbii zonada  (çöl, 



meşə və s.) özünün inkişaf xassəsini saxlayır, yəni həmin landşafta xas olan təbii 

qanunlarla inkişaf edir. Buna görə mədəni landşaftların formalaşması (o cümlədən 

kənd  təsərrüfatının  fəaliyyətinin  nəticəsində)  ilk  növbədə  müəyyən  əraziyə  xas 

olan  landşaft  yaratma  proseslərinin  bütün  kompleksinin  məlumatları  əsasında 

planlaşdırılmalıdır.  Bu  zaman  təbii  və  təsərrüfat  mənşəli  mənfi  prosesləri 

qabaqlamaq üçün, landşaftın sanitar-gigiyenik şəraitini yaxşılaşdırmaq məqsədi ilə 

layihələndirilən  kənd  təsərrüfatı  landşaftlarının  landşaft  -  ekoloji  proqnozunun 

işlənməsi böyük əhəmiyyət daşıyır. Onda həqiqi mədəni landşaftlar yalnız istehsal 

rolunu  oynamayacaq,  həm  də  sağlam  və  estetik  cəhətdən  gözəl  görünüşlü 

olacaqdır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

downloaded from KitabYurdu.org





Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin