torpaqlara deyilir ki, onlar təsərrüfatda istifadə olunur və ya oluna bilər. Onlar
insan fəaliyyətinin bütün sferalarında işlədilir, kənd təsərrüfatında isə lap fəal
istifadə olunur, bazis kimi əmək predmeti və istehsal vasitəsi rolunu oynayır.
Torpaq - təbiətin məhsuludur, təbii-tarixi faktor kimi insansız formalaşmışdır,
təbiətin insanlara hədiyyəsidir. İstehsal fəaliyyəti nəticəsində torpaq istehsal
nəticəsində təbii potensial məhsuldarlıq iqtisadi (effektiv, həqiqi) məhsuldarlığa
çevrilir ki, bu da cəmiyyətin istehsal qüvvələrinin inkişaf səviyyəsindən asılıdır.
İqtisadi məhsuldarlığın konkret ifadəsi kənd təsərrüfatı bitkilərinin məhsulu hesab
Spesifik xüsusiyyətlərinə görə, istehsal vasitəsi kimi, torpaq heç bir digər
- iqtisadi faktorlarla şərtlənir. Burada təbii-iqtisadi şəraitin qeydiyyata alınması
vacib əhəmiyyət kəsb edir, bunlarlda torpaq əkinləri sistemi, təsərrüfatın
ixtisaslaşdırılması, aqrotexnika, əkin sahələrinin strukturu, meliorasiya və s. ciddi
əlaqələndirilməlidir. Təbii faktorlara iqtisadi faktorlardan ayrı baxmaq olmaz.
İnsanın təbii mühitlə əlaqəsi. İnsanın təbii mühitlə qaşılıqlı əlaqəsi 2
(eroziya, deflyasiya). 2-ci - təbii ehtiyatlardan birbaşa istifadə və insanın təbiətə
mənfi təsiridir. Son illər təbii ehtiyyatlardan effektiv istifadə etmənin səviyyəsinin
qaldırılması və resursların bərpası üzrə geniş miqyaslı və müxtəlif tədbirlər
kompleksi aparılır: (meliorasiya, flora və faunanın bollaşdırılması, istehsal
proseslərinin rasional təşkili və s).
Cəmiyyətlə ətraf mühitin qarşılıqlı əlaqəsinin problemində «cəmiyyət-
təbiət» sisteminin əsas komponenti əhalidir. Əhalinin yer üzərində qeyri-bərabər
yerləşməsi onun təbiətə təsirini də müxtəlif edir. Məskunlaşmanın ümumi
mürəkkəb problemlərinə onun inkişaf tempi, yaşayış məkanı, ərzaq, su, xammal və
enerji resursları aiddir. Bir nəfər insanın müasir dövrdə yaşamağı üçün 1,5-2 ha
torpaq sahəsi tələb olunur ki, burada bütün həyati tələblər nəzərə alınmalıdır.
Bütün yararlı torpaqlar quru hissəsinin 55%-ni təşkil edir və praktiki olaraq istifadə
olunur. Rezerv torpaqlara səhralar, batıqlıqlar, antropogen boşluqlar, meşə tundra,
şərt yamaclar aiddir ki, onları mənimsəmək böyük vəsaitlər tələb edir. Ərazi
resurslarının (həyati məkan) həllinin ən düzgün yolu əmək məhsuldarlığının
yüksəldilməsi və torpaq ehtiyatlarından rasional istifadədir.
Bəşəriyyətin ən vacib mürəkkəb problemi ərzaq problemidir. Yerin təbii
bioloji resursları indiki əhalini perspektivdə də yedizdirməyə qabildir. BMT
ekspertlərinin məlumatlarına görə planetimizdə əkinəyararlı torpaq ehtiyatlarının
böyük miqdarı vardır. Lakin torpaq sahələrini sonsuzluğa qədər artırmaq mümkün
deyil.
Buna görə ərzaq bazasının genişləndirilməsini kənd təsərrüfatının
intensifikasiyasında axtarmaq lazımdır. Əhalinin yerləşdirilməsinin əsas
probleminin həlli ilk növbədə insan-landşaftlar sisteminin optimal qarşılıqlı
münasibətlərinin qurulmasıdır.
downloaded from KitabYurdu.org