§ 13. ANTROPOGEN KƏND TƏSƏRRÜFATI LANDŞAFTLARI
P L A N
1.Antropogen kənd təsərrüfatı landşaftlarının sinifləri
2.Əkin uroçişalarının təsnifatı
3.Çəmən –örüş
4.Bag və bag-tarla
5.Qazis
Müasir antropogen landşaftlardan ən çox yayılanı kənd təsərrüfatı
landşaftlarıdır ki, bütün qurunun 30%-ni təşkil edir. Kənd təsərrüfatı torpaqları
mikrolandşaft xüsusiyyətləri, ekologiyası və özünütənzimləmə dərəcəsinə görə bir-
birindən kəskin fərqlənirlər. Antropogen kənd təsərrüfatı landşaftları 2 sinfə
bölünür: düzənlik və dağlıq. Həmçinin 4 altsinif fərqləndirilir: tarla, bağ, qarışıq
(bağ tarla) və çəmən - örüş. Altsiniflər zonal-qurşaq tiplərinə bölünür və bu tiplər
müxtəlif torpaq, aqroiqlim ehtiyatlarına görə fərqlənmirlər və müəyyən aqrotexniki
üsulları tələb edirlər.
Tarla (zəmi) altsinfi torpaq qatının əkilməsi, kübrə əlavə olunması və
biokütlənin becərilməsi ilə formalaşır. Torpağın əkilməsi suyun dövranına böyük
təsir edərək səthi axını gücləndirir, su və torpaq eroziyasını intensivləşdirir
(xüsusən çöl və meşəçöl tip landşaftda).
Əgər torpaq - əkinlər üçün «litoloji» özül hesab olunursa, səpin - onun
mədəni biosenozunu təşkil edir. Çoxillik aqrotexniki rejim zonalqurşaq tip əkin
landşaftında aloq otlarının və ziyan vericilərin uyğunlaşmasına səbəb olur,
torpaqlarda üzvi maddələrin minerallaşmasının və humusun müxtəlif intensivliklə
getməsinə təsir edir.
Havanın hərarəti, nəmliyi və küləyin sürəti taxıl əkini və şəkər çuğunduru
plantasiyası üzərində eyni olmayır. Başqa sözlə, kənd təsərrüfatı işlərinin aparılma
sistemi əkin landşaftlarının fiziki-kimyəvi, hidroloji və iqlim xüsusiyyətlərinə çox
downloaded from KitabYurdu.org
böyük təsir edir. Aşağı səviyyələi aqrotexniki tədbirlər köhnə əkin torpaqlarında
məhsuldarlığın azalmasına səbəb olur.
Hər bir antropogen kənd təsərrüfatı kompleksinin özünün uroçişa yığımı olur
ki, onun strukturunu yaradır və bu uroçişaların xarakteri əsasən antropogen
modifikasiya ilə, yəni kənd təsərrüfatı ixtisaslaşdırılması ilə təyin olunur.
Bir mədəni bitkinin digəri ilə əvəz edilməsi antropogen landşaft
kompleksinin dərin yenidənqurulması ilə müşaiyət olunur ki, bu da hidroiqlim
şəraitinin dəyişməsi zamanı baş verir.
Kənd təsərrüfatı əkin uroçişalarının təsnifatının əsasında 3 əlamət dayanır:
mezorelyefin forması, torpaqların fərqləri, səpindən asılı olan bitki örtüyünün
xüsusiyəti. Çəmən - örüş növündə həmçinin otların 1 ha-dan tonlarla məhsuldarlığı
da nəzərə alınmalıdır.
Çəmən - örüş altsinifi bütün təbii zonalarda - tundradan subtropiklərə qədər,
yayılmışdır və onun müasir vəziyyəti təsərrüfat istifadəsinin intensivliyindən və
xarakterindən tam asılıdır. Məsələn, ot biçimi çəmən landşaftının inkişafında
müsbət rol oynayır. Heyvanların normannı gözləmədən otlamasının təsirindən
torpağın kipləşməsi, onun quruması, qiymətli yem bitkilərinin yoxa çıxmasına
səbəb olur. Bu prosess xüsusilə otlağın ilkin dövründə daha zərərlidir. Çəmən, örüş
landşaftlarının özünütənzimləmə dərəcəsi digər landşaftlara nisbətən yüksəkdir.
Örüşlərin məhsuldarlığının artırılmasına yönəldilən aqrotexniki tədbirləri çəmən -
örüş uroçişalarının təbii - botanik xüsusiyyətlərini nəzərə almaqla
differensiyalaşdırmaq tələb olunur.
Bağ və bağ-tarla (zəmi) altsinfi meşə mədəni komplekslərə xarici
görünüşünə görə çox oxşayır, onlardan zəif özünütənzimləmə və yüksək
aqrotexniki tələbatla fərqlənir ki, bu da bağ komplekslərini kənd təsərrüfatı
landşaftlarına aid etməyə imkan verir. Çoxillik meyvə ağacları və kolların əkilməsi
torpaqlarda dərin antropogen dəyişikliklərə səbəb our. Belə torpaqlar təbii
torpaqların ümumi fonunda yüksək məhsuldarlığı ilə xarakterizə olunur. Bağ
landşaftı relyefinə görə əkin landşaftında çox müxtəlifliyi ilə fərqlənir. Bağlar hətta
kəskin yamaclarda da becərilə bilər ki, burada tarla landşaftının inkişafı mümkün
downloaded from KitabYurdu.org
deyil. Yamacların terraslarında çoxillik fitosenoz mədəni bitkilər becərilir (bağ,
üzüm, çay, kofe və s.)
Antropogen kənd təsərrüfatı landşaftının zonal-qurşaq növ müxtəlifliyinin
bir tipi də oazisdir (vahə). Arid zonalarda yerləşən bu ərazilər suvarılan əkinçiliyin
yüksək mənimsənilməsi ilə seçilir. Bu növlərin seçilməsinin əsasını relyefin
genetik tipii, torpağın müxtəlifliyi, qrunt sularının səviyyəsi, aqrobiosenozun
xarakteri, bir sözlə bir oazisi digərindən fərqləndirməyə imkan verən aparıcı
faktorların kompleksi təşkil edir.
Antropogen kənd təsərrüfatı landşaftlarının spesifikasiyası onların insan
tərəfindən qısamüddətli tənzimlənən təbii - təsərrüfat komplekslərinə aid olmasıdır.
Məsələn, əkin altsinifində hər il yerüstü biokütlə dəyişdikcə, mikroiqlim də dəyişir.
Burada yeraltı hissə daha dəyişməzdir. «Özbaşına» (lap az müddətə də) buraxılan
kənd təsərrüfatı landşaftı təbii qanunauyğunluğa əsasən inkişaf edir. Kənd
təsərrüfatı bitkilərinin məhsulu ilk növbədə landşaft-iqlim şəraitindən, ilin
mövsümi hava şəraitindən asılıdır.
Kənd təsərrüfatı landşaftının yaranması, strukturu və funksiyası sosial -
iqtisadi şəraitlərlə sıx əlaqəlidir. Antropogen kənd təsərrüfatı landşaftlarının
optimallaşdırılması kənd təsərrüfatı istehsalına təbiətdən rasional istifadə
formasının tətbiqi ilə əldə olunur.
Kənd təsərrüfatının inkişafının perspektiv planı antropogen - landşaft
proqnozu ilə sıx əlaqəlidir. Antropogen kənd təsərrüfatı landşaftının miqdarı
artmaqdadır və onların yaranması və inkişafının xüsusiyyətlərinin nəzərə alınması
bütün torpaqlardan istifadə edilməsinin vacib məsələsidir.
downloaded from KitabYurdu.org
|