§ 3. LANDŞAFTŞÜNASLIĞIN ƏSAS MƏSƏLƏLƏRİ
P L A N
1.
Landşaft ekologiyası
2.
Torpaqların məhsuldarlığı
3.
Biosenoz
4.
Müasir landşaftşünaslığın əsas məsələsi.
Alman alimi S.Troll ilk dəfə “Landşaft ekologiyası” termini istifadə etmişdir
ki, bununla da konkret regionda və ya ərazinin bir sahəsində təbii maddələrinin
keyfiyyətcə təyinin nəzərdə tutmuşdur. Başqa sözlə, landşaft ekologiyası-təbiət
balansı haqqında ümumiləşdirilmiş elm sahəsidir. Landşaft kompleksləri
dinamiklik dərəcəsinə görə çox müxtəlifdir və onların balansını təşkil edən
hissələrinin keyfiyyət və kəmiyyət vəziyyətlərini təyin etmək yalnız stasionar
tədqiqat məntəqlərinə görə mümkündür. Belə məntəqələrdə landşaft balansının
bütün kompleksliliyini su balansı, iqlim, torpaq, bitki, canlı Aləm və morfoloji
hissələrlə qarşılıqlı əlaqədə öyrənirlər və başa düşürlər.
Kompleks landşaft stasionarları, sahə stasionarları kimi, regional və qlobal
monitorinqlər sisteminə daxil olaraq təbii landşaftda baş verən keyfiyyət və
kəmiyyət dəyişliklərini öyrənir. Bu tədqiqatların məqsədi-antropoloci fəaliyyəti
nəzərə almaqla landşaft-ekoloci regional proqnozların hazırlanmasıdır. Burada
sistemli analiz, geokimya və geofizika və distansion üsullar tətbiq edilir. Xüsusi
diqqətlə landşaft balansının əsasını təşkil edən su balansı öyrənilməlidir.
Landşaft balansının onun ehtiyatının əsas və mürəkkəb tərkib hissəsinin
birisi torpaq məhsuldarlığıdır. Torpaq örtüyünün yerin canli təbiətində mutləq əvəz
olunmazlığı elmi cəhətdən isbat olunmuşdur. Torpaq örtüyü özünün mikroaləmi ilə
universal bioloji uducu, dağıdıcı və neytrallaşdırıcı, funksiyaları yerinə yetirir.
Canlı orqanizmlər torpaqda humus və üzvi qalıqlar şəklində yığılır
(akkumulyosiya) və saxlanılır. Yer səthinin torpaq örtüyü quru sahəsinin və
ümumiyyətlə biosferanın landşaft-ekoloji sisteminin vacib kompleksidir.
downloaded from KitabYurdu.org
Yer landşaftının formalaşmasında, landşaft balansının saxlanılmasında canlı
orqanizmlərin rolu çox böyükdür. Canlı orqanizmlər əhəmiyyətli dərəcədə
atmosferin, çökmə süxurlarının, torpağın, hidrosferasının tərkibini, ümumiyyətlə
Yerin səthinin torpaq örtüyünü quru sahəsinin və ümumiyyətlə biosferanın
landşaft-ekoloci sisteminin vacib komponentidir.
Yer landşaftının formalaşmasında, landşaft balansının saxlanılmasında canlı
orqanizmlərin rolu çox böyükdür. Canlı orqanizmlər əhəmiyyətli dərəcədə
atmosferin, çökmə süxurlarının, torpağın hidrosferanın tərkibini, ümumiyyətlə
yerin landşaft müxtəlifliyini təyin edir. Buna ən yaxşı misal million illər ərzində
bitkilərdən atmosferə ayrılan oksigen qazı ola bilər. V.İ.Vernadskiy deyirdi ki,
yer səthində öz nəticələrinə görə canlı orqanizmlər qədər güclü heç bir kimyəvi
qüvvə mövcud deyildir. İnsanın qidasında ilkin element bitki orqanizmlərdir ki,
heyvan aləmi ilə birgə landşaftın əsas qida resursunu (ehtiyat) təşkil edir.
Torpaq, bitki və heyvanlar landşaftın biosenozunu təyin edir, çoxlu və
mürəkkəb qarşılıqlı əlaqələr formasında mövcud olur və inkişaf edirlər. İnsanın
düzgün yönəldilməyən fəaliyyətinin təsirindən ekoloji tarazlıq pozularaq nəticədə
insanın özünün qida resursunun tükənməsinə səbəb olur. Bu səbəbdən könkret
ərazinin landşaft xüsusiyyətlərini nəzərə almaqla meşələrə qulluq, meşə
təsərrüfatının aparalmasının sistemini yaxşılaşdırmaq tələb olunur. Təcrübələr
göstərir ki, torpaq fondunun landşaft-morfoloji xassələrinin nəzərə almaqla kənd
təsərrüfatı sahələrinin düzgün yerləşdirilməsi kənd təsərrüfatı torpaqlarının
məhsuldarlığının artmasına böyük təsir edir.
Müasir landşaftşünaslıq -eksperimental dəyişən istiqamətli elm sahəsidir,
planetar əhəmiyyət daşıyır, kənd təsərrüfatı istehsalı sahələrinin regional
problemlərinin həllində böyük rol oynayır. Landşaft resurslarının tükənmə
təhlukəsi yaranan bir dövrdə landşaftın öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
İnsanın təsərrüfat fəaliyyəti təkcə pozitiv nəticələrə deyil, həm də neqativ
nəticələrə səbəb olur. Bu neqativ aspektlər yalnız cəmiyyətin, bir tərəfli qəsdən
hərəkətinin nəticəsi deyildir, həmçinin «insan-landşaft» qarşılıqlı əlaqələrinin və
downloaded from KitabYurdu.org
qanunauyğunluqlarının lazımi səviyyədə öyrənilməməsi və təcrübədə tətbiq
olunmamasıdır.
Landşaftın öyrənilməsi fənnlərarası xarakter daşıyır və müxtəlif təbiət,
texniki və ictimai elmlərlə əlaqədə olur. Müasir landşaftşünaslığın əsas məsələsi
təbiətdən istifadə etmənin planlaşdırılmasını elmi cəhətdən əsaslandırmaqdır.
Bunun üçün landşaftın strukturunu, dinamikasını, təbii qarşılıqlı əlaqələrin və
prosseslərin inkişafının xassələri və qanuna uyğunluqları hərtərəfli öyrənilməlidir.
Mədəni landşaftın öyrənilməsi məsələsi dahi mürəkkəbdir. Birinci dərəcəli
əhəmiyyətli məsələ landşaftın antropogen təsirlərə dayanıqlığı, onların həcmi və
həddi mümkünlüyü hesab edilir. Əgər təsirlərin həcmi həddi mümkünlüyü aşarsa
müəyyən bir regionda və ya bütün planetdə landşaft sisteminin strukturunun və
tarazlılığının pozulmasına gətirib çıxara bilər.
downloaded from KitabYurdu.org