4
dayaqlarıdır. Koroğlu xalq qəhrəmanının monumental surətidir. Onun bütün düşüncəsi xalqı istismarçıların
zülmündən xilas etməyə yönəldilmişdir.
"Koroğlu" dastanında başqa xalqlara və dinlərə mənfı münasibət ifadə edən fıkirlər yoxdur. Əksinə,
Koroğlunun ətrafında müxtəlif xalqlardan olan şəxslər cəmləşmişlər. Bu baxımdan dastan olaylara müdrik
yanaşma nümunəsi hesab edilməlidir. "Koroğlu" özünün ideya -bədii xüsusiyyətlərinə görə dünyanın məşhur
orta əsr eposları arasında layiqli yer tutmaqdadır.
Azərbaycanda ümumiyyətlə dastanlar geniş yayılmışdı (bu əsərlər şərti olaraq "məhəbbət-romantik
dastanlar" adlanır). Qeyd etmək lazımdır ki, bütün bu dastanlarda az-çox dərəcədə ictimai motivlər də vardır.
XVII əsrdə "Şah İsmayıl", "Aşıq Qərib", "Abbas və Cülgəz", "Əsli və Kərəm", "Novruz" kimi məşhur dastanlar
tam şəkildə formalaşdı.
"Şah İsmayıl" dastanında ədalətli şahzadə olan İsmayıl zalım və məkrli atasında - Şah Zülala qarşı
qoyulmuşdur. Dastanda qəhrəmanlıq məqamları məhəbbət məqamlarından az deyildir. Kişi qiyaləsində olan
qadın Ərəbzəngi əsərin özünəməxsus surətlərindən biridir. Kişilərə qarşı amansız olan bu qadın İsmayılla
qarşılaşır və onun ən yaxın həmkarına çevrilir. Dastan dostluğu və məhəbbəti tərənnüm edir.
"Aşıq Qərib" dastanı da mühüm əsərlər sırasındadır və onun bir çox (türkman, türk və s.) variantları
mövcuddur. Əsərin mövzusu M.Y.Lermontovu maraqlandırmış və şair əsər əsasında eyni adlı hekayə
yazmışdır.
"Əsli və Kərəm" dastanında başlıca surətlər olan Gəncə xanı Ziyadın oğlu Kərəm və Qara keşişin qızı Əsli
bir -birinə məhəbbət bəsləyirlər. Lakin din ayrılığı onların səadətinə əngəl törədir. Bu əngəllərin
yaradılmasında əsas rol Qara Keşişə məxsusdur. Müxtəlif məkrli üsullardan istifadə edən keşiş öz doğma
qızının və Kərəmin məhvinə nail olur.
XVI-XVn əsrlər aşıq sənətinin yüksəliş dövrüdür. Aşıqların sənəti və hafizəsi sayəsində folklor əsərləri
ilkin gözəlliyini saxlamış, müasir zəmanəmizədək gəlib çatmışdır. Aşıqlar epik və lirik əsərlərin yaradılması
işində başlıca simalar olmuşlar (göstərilmiş bütün dastanlar aşıq yaradıcılığının məhsuludur). Onlar əski
zamanlardan etibarən böyük nüfuza malik idilər, lakin yalnız XVI -XVII əsrlərdə aşıq poeziyası geniş inkişaf
yoluna çıxmışdı.
Xalq poeziyasının görkəmli nümayəndəsi olan Qurbanidən sonra XVII əsrdə
Dostları ilə paylaş: