5
zəmanədən şikayət onun əsərlərinin başlıca mövzularıdır. Saib Təbrizinin poeziyası Yaxın Şərq ölkələri
ədəbiyyatının, Hindistanda farsdilli poeziyanın inkişafına böyük təsir göstərmişdir.
XVII əsr Azərbaycan ədəbiyyatı orta əsr ədəbiyyatı tarixində mühüm mərhələ olmuşdur. Bu ədəbiyyatın
əsas xüsusiyyəti folklor təmayüllü epik və lirik formaların
güclü təsiri, klassik Şərq poeziyasının qiymətli
ənənələrinin inkişafı ilə əlaqədardır.
Epiqrafik abidələr. Bu dövrün kitabələri məzmun, mətn paleoqrafiya və bədii tərtibat baxımından çox
zəngindir. Bədii daşyonma sənəti əsərlərinin ən gözəl və nadir nümunələri (sənduqə, başdaşı formalı qoç, at
fiqurları) bu dövrə də aiddir. Qeyd olunan abidələr üzərindəki kitabələr Azərbaycan
və fars dillərində olan
mənzum parçalardan, dəfn olunmuş şəxslər haqqında məlumat verən
ərəbcə mətnlərdən və Quran
ayələrindən ibarətdir.
Təbrizin, Bakının, Ordubadın cümə məscidlərində və digər tikililər üzərində I Şah Təhmasibin və I Şah
Abbasın fərmanlarının həkk olunmuş nüsxələri qalmışdır. Həmin fənnanların əsli dövrümüzə gəlib çatmadığı
üçün onların daş nüsxələrinin böyük əhəmiyyəti vardır. Bu kitabələr ictimai-siyasi məsələlərə dair yeni
məlumatlar verir, bir sıra istilahları aydınlaşdırmağa yardım edir.
Dostları ilə paylaş: