3
Füzuli Azərbaycan mədəniyyətinin çoxəsrlik
ədəbi ənənələrini mənimsəmiş, onları inkişaf etdirmiş,
ədəbiyyatımıza yeni məzmun, bədii keyfıyyətlər gətirmişdir. Üç dildə ölməz əsərlər yaratmış bu dahi sənətkar
Yaxın
Şərqin ədəbi mühitinə, Türkiyənin, İranın, Orta Asiya xalqlarının ədəbiyyatına güclü təsir göstərmişdir.
Böyük istedada malik olmuş Füzuli əsaslı mədrəsə təhsili almış, fars və ərəb dillərini, riyaziyyatı,
təbabəti, məntiqi, astronomiyanı və fəlsəfəni mükəmməl surətdə öyrənmişdi.
I Şah İsmayıl Səfəvi 1508-ci ildə Füzulinin yaşadığı İraq ərazisini öz hakimiyyəti altına almış, 1510-cu ildə
isə Şeybani hökmdarı Şeybək xanı məğlub etmişdi. Bu hadisədən bir neçə il sonra gənc Füzuli " Bəngü Badə"
poemasını Səfəvi hökmdarına təqdim etmişdi. Şair poemanın bir yerində "həmdəmim qüssə, məhrəmim
qəmdir", - deyərək I Şah İsmayılın hökmdarlığı dövründə həyatdan narazılığını qismən də olsa bildirir. Osmanlı
sultanı Süleyman Qanuni 1534 -cü ildə çoxsaylı qoşunla Bağdada daxil oldu. Böyük şairə Sultan Süleyman
tərəfindən ayda 9 ağça təqaüd təyin edildi. Həmin məbləği vəqf idarəsindən ala bilməyən şair bu münasibətlə
"Şikayətnamə" əsərini yazdı.
Füzuli dünya ədəbiyyatının gözəl incilərindən biri olan "Leyli və Məcnun" poemasını
Sultan Süleymana
təqdim etmişdi. Poemadan aydın olur ki, şair bu zaman dərin ruhi əzablar, məhrumiyyətlər və maddi çətinliklər
içərisində yaşamışdır.
Füzuli bütün ömrünü bədii yaradıcılığa, elmi və fəlsəfı əsərlər yazmağa sərf etmişdir. Onun əsərləri
sırasında Azərbaycan, fars və ərəb dillərində yazılmış divanlar, "Söhbətül-əsmar", "Həft cam", "Ənis ül-qəlb"
adlı poemaları, "Səhhət və Mərəz", "Rindü zahid" adlı nəsr əsərləri, "Mətləül-etiqad" adlı fəlsəfi risaləsi
məşhurdur.
Füzuli yalnız Azərbaycanda deyil, Yaxın Şərqdə, Avropa və Rusiyada da tədqiq edilmiş, sənəti yüksək
qiymətləndirilmişdir.
XVII
əsrdə xalq arasında azadlığa və müstəqilliyə meyil artmaqda idi. Milli özünüidarə prosesi güclənir,
bu isə ədəbi prosesdə ədalət uğrunda mübarizə aparan, insani ləyaqət və məhəbbət naminə özünü qurban
etməyə hazır olan güclü, kamil qəhrəman surətlərinin yaradılmasında ifadəsini tapırdı.
Bu dövr Azərbaycan ədəbiyyatı yazılı poeziya ilə yanaşı, folklorun müxtəlif forma və janrlarının geniş
inkişafi ilə səciyyəvidir. Zülmə, məhrumiyyətlərə tab gətirən zəhmətkeş kütlələrin
xeyirxah hissləri məhz
folklor əsərlərində özünün parlaq ifadəsini tapırdı. Səfəvi sülaləsinin hakimiyyətinin ilk dövründə, xüsusilə
"Xətayi" təxəllüsü ilə şeirlər yazmış I Şah İsmayılın hakimiyyəti illərində Azərbaycan dilində yazan aşıq və şairlər
sarayın himayəsindən bəhrələnirdilər.
XVI
əsrin sonlarından etibarən Səfəvi dövlətinin ictimai zəmininin dəyişməsinə baxmayaraq, bu
sülalədən olan dövlət xadimlərinin Azərbaycan mədəniyyətinə olan marağı azalmamışdı.
Məsələn I Şah
Abbasın sərəncamı ilə Azərbaycan məsəlləri və atalar sözləri toplanmışdı.
XVII
əsr ədəbiyyatı tarixində folklor və aşıq poeziyası sahəsində baş vermiş ümumi yüksəliş prosesi
əsas məqamlardan biri hesab edilməlidir. Əski dövrlərin ənənələrinə, xüsusilə XVI əsrin uğurlarına istinad edən
nəğməkarlar və təhkiy əçilər incəsənətin folklor növlərini inkişaf etdirirdilər. Dəyərli qəhrəmanlıq və
məhəbbət dastanlarının tam şəkildə təşəkkülü prosesi XVI əsrin sonu - XVII əsrin başlanğıcına təsadüf edir.
Həcm və əhəmiyyət baxımından "Koroğlu" dastanı xalq yaradıcılığının qüdrətli məhsuludur. Tarixçilərin
verdiyi cüzi məlumatlara əsasən qeyd etmək olar ki, bu dastan XVI əsrin son rübü -XVII əsrin başlanğıcında
formalaşmışdır. Lakin əsərin daha əski dövrlərdə yaranması haqqında xeyli elmi ehtimal da vardır. Bu
ehtimallar dastanda öz ifadəsini tapmış qədim inamlar və adlarla təsdiq edilir. "Koroğlu" dastanı yalnız
Azərbaycanda deyil, türklər, türkmənlər, taciklər,
gürcülər, özbəklər arasında da geniş yayılmışdır və onun
müxtəlif milli variantları mövcuddur.
Güman etmək olar ki, dastan əsasən XVI-XVII əsrlərdə Cənubi Azərbaycan hüdudlarında meydana
gəlmişdir. Gilanda ohnuş rus konsulu A.Xodzko eposun Cənubi Azərbaycan variantını qələmə almış və onu
1842-ci ildə Londonda ingilis dilində nəşr etdirmişdi. 1856 -cı ildə dastan S.S.Penn tərəfındən
rus dilinə
tərcümə olunmuşdu. "Koroğlu" eposu ilə tanış olmuş N.Q.Çernişevski əsəri yüksək qiymət ləndirmiş di.
"Koroğlu" dastanı müxtəlif qollardan ibarətdir. Eposun hər bir qolu müstəqil və mükəmməl hekayət
səciyyəsinə malikdir. Lakin əsərin bütün qollarını birləşdirən ümumi ideya mövcuddur. Bu ideya Koroğlu ilə,
onun xalqı əzən feodallara, işğalçılara qarşı mübarizəsi xətti ilə möhkəmlənmişdir. Qolların böyük bir qismi
Koroğlunun müxtəlif yürüşlərinə həsr olunmuşdur. Xalq qisasçılarının əməlləri geniş miqyası əhatə etdiyinə
görə, biz məkan və ölkələrin tez -tez dəyişməsinin şahidi oluruq: dastan qəhrəmanları gah İstanbulda, gah
türkman elində peyda olur, gah da onlara Bağdadda və Dərbənddə təsadüf edilir.
Dastanın giriş hissəsi əsərin əsas məzmununu təşkil edən gələcək hadisələrin gərginliyindən xəbər
verir. Rövşənin atası, xan ilxısının mehtəri olan Alı kişinin gözləri Həsən paşanın əmrinə əsasən çıxarılır. Alı
oğluna "Koroğlu" adını verir və vəfat edir. Koroğlu atasının və zülmə məruz qalan xalqının qisasını almaq üçün
and içir. O, bir çox qəhrəmanları (dəliləri) ətrafında toplayır və Çənlibel adlanan dağlıq yerdə möhkəmlənir.
Koroğlu Çənlibeldən düşmən qoşunlarına cəsarətlə həmlələr edir, xalqı qarət və zülm məngənəsində
saxlamağa çalışanları vahiməyə salır. Beləliklə, Koroğlu zəhmətkeş xalqın fıkir və arzularının ifadəçisinə çevrilir.
İldırım parçasından hazırlanmış əfsanəvi misri qılınc və dəniz ayğırından törəmiş Qırat Koroğlunun başlıca
4
dayaqlarıdır. Koroğlu xalq qəhrəmanının monumental surətidir. Onun bütün düşüncəsi xalqı istismarçıların
zülmündən xilas etməyə yönəldilmişdir.
"Koroğlu" dastanında başqa xalqlara və dinlərə mənfı münasibət ifadə edən fıkirlər yoxdur. Əksinə,
Koroğlunun ətrafında müxtəlif xalqlardan olan şəxslər cəmləşmişlər. Bu baxımdan
dastan olaylara müdrik
yanaşma nümunəsi hesab edilməlidir. "Koroğlu" özünün ideya -bədii xüsusiyyətlərinə görə dünyanın məşhur
orta əsr eposları arasında layiqli yer tutmaqdadır.
Azərbaycanda ümumiyyətlə dastanlar geniş yayılmışdı (bu əsərlər şərti olaraq "məhəbbət-romantik
dastanlar" adlanır). Qeyd etmək lazımdır ki, bütün bu dastanlarda az-çox dərəcədə ictimai motivlər də vardır.
XVII əsrdə "Şah İsmayıl", "Aşıq Qərib", "Abbas və Cülgəz", "Əsli və Kərəm", "Novruz" kimi məşhur dastanlar
tam şəkildə formalaşdı.
"Şah İsmayıl" dastanında ədalətli şahzadə olan İsmayıl zalım və məkrli atasında - Şah Zülala qarşı
qoyulmuşdur. Dastanda qəhrəmanlıq məqamları məhəbbət məqamlarından az deyildir. Kişi qiyaləsində olan
qadın Ərəbzəngi əsərin özünəməxsus surətlərindən biridir. Kişilərə qarşı amansız olan bu qadın İsmayılla
qarşılaşır və onun ən yaxın həmkarına çevrilir. Dastan dostluğu və məhəbbəti tərənnüm edir.
"Aşıq Qərib" dastanı da mühüm əsərlər sırasındadır və onun bir çox (türkman, türk və s.) variantları
mövcuddur. Əsərin mövzusu M.Y.Lermontovu maraqlandırmış və şair əsər əsasında eyni adlı hekayə
yazmışdır.
"Əsli və Kərəm" dastanında başlıca surətlər olan Gəncə xanı Ziyadın oğlu Kərəm və Qara keşişin qızı Əsli
bir -birinə məhəbbət bəsləyirlər. Lakin din ayrılığı onların səadətinə əngəl törədir. Bu əngəllərin
yaradılmasında əsas rol Qara Keşişə məxsusdur. Müxtəlif məkrli üsullardan istifadə edən keşiş öz doğma
qızının və Kərəmin məhvinə nail olur.
XVI-XVn əsrlər aşıq sənətinin yüksəliş dövrüdür. Aşıqların sənəti və hafizəsi sayəsində folklor əsərləri
ilkin gözəlliyini saxlamış, müasir zəmanəmizədək gəlib çatmışdır. Aşıqlar epik və lirik əsərlərin yaradılması
işində başlıca simalar olmuşlar (göstərilmiş bütün dastanlar aşıq yaradıcılığının məhsuludur).
Onlar əski
zamanlardan etibarən böyük nüfuza malik idilər, lakin yalnız XVI -XVII əsrlərdə aşıq poeziyası geniş inkişaf
yoluna çıxmışdı.
Xalq poeziyasının görkəmli nümayəndəsi olan Qurbanidən sonra XVII əsrdə
Dostları ilə paylaş: