Məhəmməd Füzuli idi. O, dəqiq elmləri, ilahiyyatı, fəlsəfəni derindən öyrənmiş, Azərbaycan (türk), fars və ərəb
dillərini gözəl bilmiş, həmin dillərdə divanlar yaratmışdır. Bu divanlar Yaxın və Orta Şərqin fəlsəfı poeziyasının
inciləridir. Divanlarla yanaşı, Füzulinin "Tərcümət ül-əhadis əl- ərbəin" ("Qırx hədisin tərcüməsi"), "Şah və
gəda", "Hədiqət üs-süəda" ("Səadət bağçası"), "Leyli və Məcnun", "Şikayətnamə", "Rind və Zahid", " Səhhət
və Mərəz", "Ənis ül-qəlb" ("Könül dostu"), "Mətlə ül-etiqad" əsərləri bizə gəlib çatmışdır. Füzuli fəlsəfi və elmi
əsərlərini yaşadığı dövrün ənənəsinə uyğun olaraq ərəb, fars dillərində yazmışdır və yaradıcılığı Şərqin XVI əsrə
qədərki ideoloji və mədəni təkamül tarixi ilə sıx bağlıdır. Şərqin peripatetik fəl-səfəsi və islamın rasionalist
təlimləri Füzulini daha çox cəlb etmişdi.
Füzuli Şərq mədəniyyətinin dahilərindən olan Nizami Gəncəvinin fəlsəfı poeziyasını, bir çox təriqətlərin
və cərəyanların, ilk növbədə sufiliyin fəlsəfi təlimlərini, habelə qədim yunanların elm, fəlsəfə sahəsindəki
uğurlarını gözəl bilirdi.
"Mətlə ül-etiqad" Füzulinin başlıca fəlsəfi əsəridir. Bu, mahiyyətcə Azərbaycan tədqiqatçıları tərəfindən
fəlsəfə tarixinə dair yazılmış ilk əsərdir. Həmin əsərdə ilahiyyat məsələləri ilə yanaşı, qədim yunan
filosoflarının, Yaxın Şərqin orta əsrlərdə yaşamış mütəfəkkirlərinin baxışlarının qısa şərhi də verilmişdir.
Fəlsəfəyə, ilahiyyata, təbiət elmlərinə dair mülahizələrində Füzuli qədim yunan və orta əsr Şərq fılosoflarının
fikirlərinə əsaslanır. Əsər dörd hissədən ibarətdir və hər bir hissə müvafıq qisimlərə bölünür. Birinci hissədə
elmin və biliyin mahiyyəti, idrak prosesində elmin məqsəd və vəzifələri nəzərdən keçirilir. İkinci hissə dünyanın
başlanğıcı və mahiyyəti məsələlərinə həsr edilmişdir. Üçüncü və dördüncü hissələrdə Allahın mövcudluğu,
peyğəmbərlik, ruhların varlığı, məkanlarını dəyişməsi haqqında danışılır, digər mistik-ilahiyyat problemləri
araşdırılır. Təbiidir ki, orta çağların tipik mütəfəkkiri kimi Füzuli də dini dünyagörüşünə malik idi və həmin
dünyagörüşünü təbliğ edirdi.
Füzuli "Mətlə ül-etiqad" əsərində elmlərin təsnifatını vermişdir. Onun fıkrincə, təcrübi və nəzəri elmlər
mövcuddur. Təcrübi elmlərin (əxlaq, evdarlıq və siyasət) predmeti insandan asılıdır. Füzuli ilahiyyatı,
riyaziyyatı və təbiyyat elmlərini nəzəri elmlərə aid edir.
Məhəmməd Füzuli "Şikayətnamə" əsərində yaşadığı dövrdə rüşvətxorluğun, satqınlığın, ikiüzlülüyün,
zülmün və ədalətsizliyin tam hökmranlığı haqqında nifrət hissi ilə danışmışdır. İctimai bəlaların dərin köklərini
20 aşkara çıxara bilməyən Füzuli həyatın mənfi hallarının dövrün hökmdarlarının xarakteri ilə bağlı olduğunu
göstərir, "ədalətli hökmdar" arzusu ilə yaşayırdı. Füzuli irsi orta əsrlərin Yaxın və Orta Şərq ictimai-fəlsəfı
fıkrinin inkişafı tarixində mühüm mərhələdir.
XVI əsrdə