batini, xüsusən
qərməti kimi müxalifətçi təriqətlərin təhlilinə xüsusi fikir vermişdir.
Azərbaycan mütəfəkkiri
Mirzə Məhəmməd ibn Həsən Şirvani XVII əsrdə yaşamış, fəlsəfə, ədəbi tənqid
sahələrində məşhurlaşmış, astronomiyaya və riyaziyyata dair əsərlər yazmış, bir sıra fəlsəfı əsərlərin (xüsusilə
peripatetik meyilli əsərlərə yazılmış sərhlərin) müəllifi kimi tanınmışdır.
XVII-XVIn əsrlər fəlsəfı cərəyanların, xüsusilə sufiliyin xeyli dərəcədə geniş yayıldığı tarixi dövr idi. Bu
hal aşağıdakı amillərlə bağlı olmuşdur:
1) bu əsrlərdə sufilik müxalifətin öz fəlsəfı ehkamlarının mühafızəkar islamın əleyhinə yönəlmiş
mahiyyətinin zahirən islamçı təqdimi üçün istifadə etdiyi uğurlu formalardan biri idi;
2) sufilik təqiblərə məruz qalan sünnilər üçün ideoloji sığınacaq idi və müxalifətçi ziyalıları özünün
panteist mahiyyəti ilə də cəlb cdirdi.
Malik Seyid ibn Məhəmməd Kamil, Maqsud Əli Təbrizi, Molla Rəcəb Əli Vahid kimi sufı-panteistlərin
fəaliyyəti XVII əsrə təsadüf edir.
Əgər sufiliyin bir qolu müxalif zümrə və təbəqələr üçün sığınacaq idisə, digər qolu hakim dairələrlə əlbir
olaraq bidətçi sufıləri amansızcasına təqib edir, əleyhdarları sünnilikdə təqsirləndirirdi. Məsələn, I Abbasın
əmrinə əsasən sufı - panteist olan Əbu Talıb Təbrizi və Mirzə Məhəmməd Ordubadi edam edildilər. Yusif
Qarabaği isə Orta Asiyaya qaçmaqla bu cəzadan xilas ola bildi.
XVII əsrdə Azərbaycanda fəlsəfi fikrin görkəmli nümayəndələri Yusif Qarabaği və Saib Təbrizi idi.
Yusif ibn Məhəmmədcan Qarabaği peşəkar fılosof idi. Onun bir çox əsərlərində məntiq, hüquq, astronomiya
problemləri öz əksini tapmışdır. "Haşiyəi- xanəqahi" ("Xanəgahinin haşiyəsi"), "Tətəmmət ul-havaşi fi izalət ul-
həvaşi" ("Anlaşılmazlıqların aradan qaldırılmasına dair haşiyələrin tamamlanması"), "Risalətun fı bəyan il-cüzi
la yətəcəzzəü" ("Bölünməz hissəciyin izahına dair"), "Haşiyətün li şərhi "Hikmət əl-eyn" ("Hikmət əl-eyn"
əsərinin şərhinə dair"), "Risalətun fı tərif ül-elm" ("Elmin tərifi haqqında traktat"), "Risalət ul-xəlvətiyyə" ("
Gizli olan haqda traktat") və s. Yusif Qarabağinin daha çox yayılmış iri tədqiqat əsərləridir. Panteizm alimin
dünyagörüşü üçün səciyyəvi olmuşdur. Filosofun baxışlar sistemində idrak nəzəriyyəsi başlıca yeri tuturdu. O,
dünyanın dərk edilən olduğunu göstərirdi. Yusif Qarabağinin fıkrincə, dünya 5 daxili və 5 xarici hiss vasitəsilə
dərk olunur. O yazırdı ki, tədqiqat varlıqların dəlillər və əsaslandırmalar vasitəsilə dərkidir, bu idrak həqiqidir.
Ümumiyyətlə, Qarabağinin dünyagörüşü XVII əsr Azərbaycan fəlsəfə tarixində xüsusi yer tutur.