ƏLİ ABASOV
ÖN SÖZ
Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu
Azərbaycan Elmlər Akademiyasının müstəqil elmi qurumu kimi 1945-çi ildə təşkil
olunmuşdur. İnstitut 1950-1956-cı illərdə Tarix və Fəlsəfə İnstitutu, 1956-1967-ci illərdə
Azərbaycan EA Fəlsəfə sektoru, 1967-ci ildən isə Fəlsəfə və Hüquq İnsitutu adı ilə fəaliyyət
göstərməkdədir.
Fəlsəfə və Hüquq İnstitutunun təşkili Azərbaycan xalqı və elmi qarşısında misilsiz
xidmətləri olan akademik Heydər Hüseynovun adı ilə qırılmaz surətdə bağlıdır.
H.Hüseynovun Azərbaycan EA-nın vitse-prezidenti, ictimai elmlər bölməsinin sədri olması
bu işdə, heç şübhəsiz mühüm rol oynamışdır.
Aşağıda adları çəkilən alimlər müxtəlif illərdə instituta rəhbərlik etmişlər:
Akademik Makovelski Aleksandr Osipoviç- 1945-1950-ci illər.
F.e.d.Səmədov Vitali Yunisoviç, t.e.d. İsgəndərov Məmməd Salman oğlu, t.e.d. Quliyev
Əlövsət Nəcəfqulu oğlu-1950-1956-cı illər.
F.e.d. Qasımov Mehbalı Məmməd oğlu- 1956-1958-ci illər.
F.e.d. Şagirzadə Əddin Sədrəddin oğlu- 1958-1959-cu illər.
Akademik Köçərli Firudin Qasım oğlu- 1959-1984-cü illər.
F.e.d. Orucov Zahid Məlik olğlu- 1985-1987-ci illər.
Akademik Aslanov Aslan Məhəmməd oğlu- 1987-1995-ci illər.
1995-çi ildən başlayaraq f.e.d. Abasov Əli Seyidabas oğlu İnstitutda direktor vəzifəsini icra
edir.
Qafarov Tofiq Mikayıl oğlu, Məmmədov Nizami Mustafa oğlu, Əliyev İrşad Saleh oğlu ayrı-
ayrı vaxtlarda instituta rəhbərlik etmişlər.
İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində Tofiq Qafarov, Nizami Məmmədov,
Həsən Quliyev, Əli Abasov işləmişlər. Həmin vəzifəni hazırda İrşad Əliyev aparır.
Rəşid Nurullayev, Həsən Şirəliyev, Cəmil Əhmədli, Mikayıl Məmmədov, Həsən Hüseynov,
Rəşid Vəkilov vaxtilə institutda elmi katib vəzifəsini daşımışlar. Hazırda İnstitutun elmi katibi
Səidə Məmmədovadır.
Akademik F.Q.Köçərli fəlsəfə elmləri doktoru alimlik dərəcəsini, Akademiyanın müxbir və
həqiqi uzvü elmi rütbələrini İnstitutda işlədiyi illərdə almışdır. Kadr hazırlığı, buna müvafiq
olaraq elmi məhsuldarlıq baxımından F.Köçərlinin İnstituta rəhbərlik etdiyi 25 illik dövr
xüsusilə fərqlənmişdir. Bununla əlaqədar belə bir faktı demək xarakterikdir ki, hazırda
institutun şöbə mudirlərinin, baş və aparıcı elmi işçilərinin böyuk əksəriyyəti onun rəhbərliyi
dövrundə doktorluq, eləcədə namizədlik dissertasiyaları müdafiə etmiş əməkdaşlardır.
Akademik F.Köçərli yetirmələrinin çoxunun elmi rəhbəri, məsləhətçisi, opponenti olmuşdur.
Məhz bütün bunları nəzərə alaraq elmi-təşkilati fəaliyyəti sahəsindəki səmərəli xidmətlərinə
görə ona "Əməkdar Elm Xadimi" kimi yüksək ad verilmiş, kollektivimiz isə onu "İstitutun
Fəxri Direktoru" seçmişdir.
Akademik Aslan Aslanovun 10 illik direktorluq fəaliyyəti də institut üçün uğurlu olmuşdur.
Akademik A.Aslanovun direktor olmaqla yanaşı Akademiyanın ictimai elmlər bölməsinin
akademik-katibi vəzifəsini daşıması institutun elmi-təşkilati fəaliyyətinə yaxşı təsir
göstərmişdir. Həmin illərdə də doktor və namizədlərin sayı xeyli artmış, institut maddi-
texniki cəhətdən nisbətən yaxşı təmin olunmuşdur. "Azərbaycan fəlsəfə tarixi"nin
hazırlanması sahəsində fəaliyyət onun rəhbərliyi dövründə daha da canlanmışdır.
İnstitutun fəaliyyət göstərdiyi 55 il ərzində respublikanın görkəmli filosof və
hüquqşünaslarının bütöv bir nəslinin yaradıcılığı institutla bağlı olmuşdur.
Dünyasını dəyişmiş alimlərimizdən Akademiyanın müxbir üzvü Ziyəddin Göyüşov, fəlsəfə
elmləri doktorları Şüküfə Mirzəyeva, Şeydabəy Məmmədov, Zaman Məmmədov, Adil
Nəcəfov, Midhəd Ağamirov, Həsən Şirəliyev, Ənvər Əhmədov, Artur Saqadeyev; Əhməd
Əminzadə, Əbdülhüseyn Agahi, Cahid Quliyev, Zakir Bağırov, Qurban Bayramov, Rəşid
Əliyev, fəlsəfə elmləri namizədləri Mikayıl Məmmədov, Mirzəağa Rüstəmov,
hüquqşünaslardan hüquq elmləri doktorları Vahid Qəhrəmanov, Qasım Cəfərov, Bilqeys
Həşimzadə, Məmməd Xələfov, Tofiq Qafarov, hüquq elmləri namizədləri Adil Babayev,
İmran Rəsulbəyov müxtəlif illərdə institutda çalışmışlar.
Hazırda müxtəlif elmi və pedaqoji fəaliyyət sahələrində çalışan filosoflardan akademik
Əfrand Daşdəmirov, Akademiyanın müxbir üzvü Fuad Qasımzadə, fəlsəfə elmləri doktorları
Cəmil Əhmədli, Həmid İmanov, Nurqələm Mikayılov, Camal Mustafayev, Məmmədəli
Zeynalov, Maarif Əkbərov, Yusif Rüstəmov, Sabir Daşdəmirov, Arif Bünyadov, Əsədulla
Qurbanov, Fərrux Ramazanov, Nizami Nəcəfov, Nazim Səfərov, Əhməd Həsənov, Əlipaşa
Əliyev, Maqsud Cəlilov, Zahid Məmmədov, Veli Paşayev, Gülnaz Abdullazadə, Məmməd
Balayev, Rafiq və Babək Qurbanov qardaşları, Kərim Qasımov, Rasim Osmanzadə,
Səlahəddin Xəlilov, Qoşqar Əliyev, professor Tofiq Rəsulov, hüquqşünaslardan
Akademiyanın müxbir üzvü Məsumə Məlikova, hüquq elmləri doktorları Ağababa Rzayev,
Cəfər Mövsümov, Elşad Abdullayev, hüquq elmləri namizədləri İsmayıl Səlimov, Aydın
Yusifov və başqaları kollektivimizlə səmərəli elmi əməkdaşlıq etmiş və edirlər.
Yeri gəlmişkən demək lazımdır ki, hazırda respublikanın ali məktəblərində, elmi-tədqiqat
müəssisələrində, eləcə də rəhbər orqanlarında çalışan filosof və hüquqşünasların
əksəriyyəti Fəlsəfə və Hüquq İnstitutunun yetirmələridirlər. Vaxtilə institutun yetirdiyi alimlər
hazırda Rusiyada (Moskvada), Türkiyədə, İsraildə, ABŞ-da və bir sıra başqa ölkələrdə elmi
fəaliyyətlə məşğuldurlar.
Fəlsəfə və Hüquq İnstitutu nəzdində uzun illər Müdafiə Şurasının fəaliyyət; göstərməsi
nəinki institutda və respublikada, eləcə də keçmiş SSRİ məkanında fəlsəfə kadrlarının elmi
potensialının artmasında əhəmiyyətli rol oynamışdır. Müdafiə Şurasında Rusiya
Federasiyasının, o cümlədən Moskva, Şimali Qafqaz, həmçinin Orta Asiya, Moldova
alimləri doktorluq və ya namizədlik dissertasiyaları müdafiə etmiş, bəziləri isə opponent
kimi iştirak etmişlər. Hazırda Müdafiə Şurasının elmi əlaqələri başqa xariçi ölkələrlə də
yaradılmışdır.
İnstitutun kənar təşkilatlarla elmi əlaqələrinin genişlənməsini nəzərə alaraq Elmi Şuranın
təklifi ilə Fəlsəfə və Hüquq elmləri üzrə "Fəxri Doktor" adı təsis edilmişdir. "Fəxri Doktor"
adı alan alimlərdən biri də Azərbaycanın fəlsəfi fikrinin və hüquqlarının Avropada yayılması
və qorunmasında mühüm xidmətləri olan İsveç tədqiqatçısı Svante Kornelldir.
Elmi kadrların hazırlanmasında, onların yaradıcılıq əlaqələrinin genişlənməsində institutun
tərkibində fəaliyyət göstərən fəlsəfə üzrə Elmi Əlaqələndirmə Şurasının və Respublika
fəlsəfə Cəmiyyətinin fəaliyyəti də mühüm rol oynamış və oynamaqdadır.
İnstitutda aspirantlıq və dissertantlıq yolu ilə elmi kadrların hazırlanmasına daim diqqət
yetirilir. Təsədüfi deyildir ki, elmi dərəcə və adları olan əməkdaşlarımız demək olar ki,
vaxtilə institutda aspirantura, doktorantura və ya dissertantura yolu ilə dissertasiya müdafiə
etmiş şəxslərdir.
Hazırda institutda 25 əyani, 8 qiyabi aspirant və 30 dissertant vardır. Onlar təcrübəli
alimlərin rəhbərliyi altında dissertasiya işlərini uğurla davam etdirirlər.
Əməkdaşlarımızın fəlsəfi-nəzəri səviyyəsinin yüksəldilməsi, onların elmi-tədqiqat
bacarıqlarının artırılması daim diqqət mərkəzində olmuşdur. Elmi müşavirələr, konfranslar,
simpoziumlar, seminarlar, Elmi Şurada əməkdaşların elmi, hesabatları bu məsələlərin
uğurlu həllinə xidmət edir.
Əməkdaşlarımızdan bir çoxu respublikada, istərsə də xarici ölkələrdə fəlsəfə və hüquq
elmlərinin aktual problemlərinə həsr olunmuş beynəlxalq Elmi Konfranslarda,
aspirantlarımız isə Azərbaycan Elmlər Akademiyası Aspirantlarının Konfraslarında fəal
iştirak edirlər. Onların bir çoxunun məruzə, çıxış və tezisləri həmin konfransların
materiallarında çap olunub.
İnstitutun elmi potensialı ilə yanaşı onun texniki təchizatında da xeyli dəyişikliklər olmuşdur.
Vaxtilə yalnız mexaniki yazı makinalarına malik olan institutda indi müasir elektrik
makinaları, kompüterlər, lazerli printerlər, skaynerlər, kserokslar və s. əməkdaşların
ixtiyarına verilmişdir. Laborantların və kiçik elmi işçilərin böyük əksəriyyəti onlardan istifadə
etməyi öyrənmişlər.
Əvvəlki illərə nisbətən institutun elmi potensialı və strukturunda da ciddi dəyişikliklər baş
vermişdir.
İnstitutun təşkil olunanda Heydər Hüseynov və Aleksandr Makovelski ilə yanaşı, o vaxtlar
elmlər namizədləri olan Əhməd Kəradi, Zəkuyev, Mehbalı Qasımov, Museyib Mahmudov,
Rəşid Nurullayev, Vəhid Qəhrəmanov, aspirantlardan Şükufə Mirzəyeva, Əddin Şakirzadə,
Ənvər Əhmədov, Ramazan Seyidov, Fikrət Həsənov və Xəlil Nəcəfov çalışırdı.
Sonrakı illərdə orta hesabla 50-60 nəfərlik elmi potesiala malik olan institutda hazırda 124
əməkdaş çalışır. Onlardan 18 nəfəri elmlər doktoru, o cümlədən 1 nəfər akademik, 1 nəfər
müxbir üzv, 46 nəfəri isə elmlər namizədləridir.
Vaxtilə 4 şöbədən ibarət olan institutda indi 7 şöbə, 1 bölmə, 1 qrup və kafedra fəaliyyət
göstərir. Onlar aşağıdakılardır:
1. Fəlsəfə və ictimai fikir tarixi şöbəsi-müdiri f.e.d. Zümrüd Quluzadə.
2. Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsi-müdiri f.e.d. Zakir Məmmədov.
3. Sosial fəlsəfə və sosiologiya şöbəsi- müdiri f.e.d. Əbülhəsən Abbasov.
4. İdrak nəzəriyyəsi və elmin metodoloisiyası şöbəsi-müdiri f.e.d. Həsən Quliyev.
5. Qlobal və sosial ekologiyanın fəlsəfi problemləri şöbəsi- müdiri f.e.d. Ağayar Şükürov.
6. Etika və estetika şöbəsi- müdiri f.e.d. İlham Məmmədzadə.
7. Fəlsəfənin yeni istiqamətləri və "qender" tədqiqatları bölməsi-rəhbəri f.e.d. Əli Abasov.
8. Keçid mərhələsində mənəvi proseslərin proqnozlaşdırılması qrupu-rəhbəri f.e.d. Rəfiqə
Əzimova.
9. Hüquqi tədqiqatlar şöbəsi - müdİri h.e.n. Zakir Qasımov.
10. Fəlsəfə kafedrası-müdiri Akademiyanın müxbir üzvü, professor Məqsəd Səttarov.
İnstitutun fəaliyyətinin bütün dövrlərində başlıça məqsəd Azərbaycan xalqının mənəvi
mədəniyyətinin, ictimai-fəlsəfi fikrinin tarixinə, fəlsəfə və hüquq elmlərinin aktual
problemlərinə dair geniş tədqiqatlar aparmaq, tədqiqatlar aparmaq nəticələrinə həsr
olunmuş elmi əsərlər nəşr etdirmək olmuşdur.
İnstitut əməkdaşları son 55 il ərzində elm aləmində yaxşı qiymətləndirilən monoqrafiyalar,
toplular, kitab və kitabçalar, eləcə də dərs vəsaitləri hazırlamış və nəşr etdirmişlər.
Bunlardan keçmiş SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi
üzvü, dünya miqyaslı antiqşünas alim Aleksandr Osipoviç Makovelskinin "Qədim yunan
atomistləri", "Avesta", "Məntiq" əsərlərini, fəlsəfi irsimizin əvəzsiz tədqiqatçı və təbliğatçısı,
akademik Heydər Hüseynovun "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" adlı
fundamental əsərini, akademik A.O.Makovelskinin Midhət Ağamirovun rəhbərlik etdiyi qrup
tərəfindən hazırlanmış və çapa təqdim edirilmiş 4 cildlik "Seçilmiş əsərlərini, Azərbaycan
filosoflarının ən tanınmış nümayəndələrinin birgə fəaliyyəti nəticəsində yazılmış 4 cildlik
"Azərbaycan fəlsəfə tarixi"nin əlyazmasının hazırlanmasını və s. göstərmək olar.
"Azərbaycan fəlsəfə tarixi"nin I və II cildlərinin azərbaycan və rus dillərində yenidən işlənib
çapa təqdim edilməsini institut rəhbərliyinin son illərdəki mühüm uğurlarından hesab etmək
olar.
Akademiyanın həqiqi üzvü mərhum A.Aslanovun, Akademiyanın müxbir üzvü
Z.Göyüşovun, fəlsəfə elmləri doktorları Ə.Zəküyevin, Ə.Əhmədovun, M.Ağamirovun,
Ş.Mirzəyevanın, Ə.Əminzadənin gərgin axtarışlarının məhsulu olan çoxsaylı kitabları
Azərbaycan fəlsəfə elmini zənginləşdirmişdir.
Akademiyanın həqiqi üzvləri F.Köçərli, Ə.Daşdəmirov, muxbir üzvü M.Səttarov, fəlsəfə
elmləri doktorları Z.Quluzadə, Ə.Abasov, Ə.Şakirzadə, Z.Məmmədov, H.Quliyev,
A.Şükürov, İ.Məmmədzadə, Ə.Abbasov, Ə.Tağıyev, A.Əsədov və b. fəlsəfə elmlərinin
müxtəlif aktual problemlərinə dair yazdıqları əsərləri ilə fəlsəfi ictimaiyyətin rəğbətini
qazanmışlar.
Ayrı-ayrı şöbələrin fəaliyyətinə dair verilən məlumatlarda onların, eləcə də başqa
əməkdaşların yaradıçılığından geniş danışıldığını nəzərə alaraq bu barədə müfəssəl
məlumatla kifayətlənirik.
Şöbələrin fəaliyyətindən danışarkən, hər şeydən əvvəl qeyd etməliyik ki, institutun ümumi
tədqiqat planlarında müasir dövrün keçid mərhələsinin aktual fəlsəfi problemlərinin
tədqiqinə xüsusi diqqət yetirilmiş, bu sahədə institutun elmi istiqamətləri
müəyyənləşdirilmişdir.
I elmi istiqamət Azərbaycan fəlsəfə tarixi, ictimai-siyasi, mənəvi-psixoloji tərəqqi,sosial
idarəetmənin və vətəndaş cəmiyyətinin formalaşması; idrakın, təbiət-şünaslığın və
ekologiyanın fəlsəfi problemlərini, II istiqamət isə Azərbaycanda demokratik hüquqi dövlətin
formalaşması məsələlərini əhatə edir.
İnstitut hər iki istiqamət üzrə aşağıdakı başlıca tədqiqatlarla məşğuldur:
Buraya - Azərbaycan və Şərq xalqlarının fəlsəfi və ictimai fikir tarixi; müasir Azərbaycanda
yeniləşmə proseslərinin sosial-fəlsəfi və sosial-siyasi problemləri; mənəvi, etik və estetik
baxışların, sosial dəyərlər sisteminik inkişaf xüsusiyyətləri; milli və tarixi özünüdərk;
Qender, dinşünaslıq problemləri və müasir Azərbaycanın mədəni, ideoloji həyatındə və
ictimai-siyasi proseslərdə onların təzahürü; idrak nəzəriyyəsi, sosial idarəetmənin,
təbiətşünaslığın və ekologiyanın fəlsəfi problemləri, elmin metodologiyası məsələləri.
Müstəqil Azərbaycanın demokratik inkişaf yolları və formaları; ictimai-siyasi proseslərin
demokratikləşdirilməsinin sosial və mənəvi faktorları, Azərbaycan əhalisinin həyat tərzinə
və ictimai şüuruna demokratiya mədəniyyəti prinsiplərinin təsir mexanizmi; hüquqi dövlətə
keçid dövründə dövlət və hüquq quruculuğu problemləri; müasir Azərbaycan
Respublikasının dövlətçilik və hüquq tarixi və s. daxildir.
İnstitutda elmi-tədqiqat materiallarının çap olunmasına xüsusi diqqət yetirilir. Yalnız 1999-
cu ildə əməkdaşlarımızın 19 əsəri nəşr edilmişdir.
Azərbaycan EA "Xəbərlər"ində, Qanun" adlı ictimai-siyasi, elmi-kütləvi jurnalın fəaliyyətində
əməkdaşlarımız müntəzəm iştirak edirlər. "Qanun" jurnalında institut üçün xüsusi bölmə
ayrılmışdır.
Alimlərimizin elmi məqalələri respublikanın kütləvi informasiya vasitələrində çap olunur,
onlar radio və televiziyada çıxışlar edir, ölkənin elmi, ictimai-siyasi həyatında fəal iştirak
edirlər.
İnstitut 1996-cı ildən başlayaraq Azərbaycan EA Rəyasət heyətinin, Elm Assosiasiyası və
Respublika Elm fondunun təsis etdikləri "Şərq Fəlsəfəsi Problemləri" adlı elmi jurnal çap
etdirir. Jurnalın redaksiya heyəti və redaksiya şurası islam regionu fəlsəfəsinin ənənələri və
müasir nailiyyətləri ilə elmi ictimaiyyəti və geniş oxucu kütləsini tanış etməyi öz qarşısına
məqsəd qoymuşdur. Jurnalın redaktoru f.e.d. Z.Ə.Quluzadədir.
Azərbaycan, Tatarstan, Türkmənistan, Türkiyə, İran, Qazaxıstan, Rusiya, Fransa,
Tacikistan, Özbəkistan alimlərindən ibarət redaksiya heyətinin səmərəli fəaliyyəti
nəticəsində indiyə kimi jurnalın 2 nömrəsi nəşr olunmuş, 3-cü cild isə çapa hazırlanmışdır.
Bununla yanaşı institut rəhbərliyi 1999-cu ildən "Qenderşünaslıq" adlı jurnal da təsis
etmişdir.
Elmi dairəyə məlumdur ki, Fəlsəfə İnstitutu yaranandan sonra onun elmi toplusu olan
"Əsərlər" müəyyən müddət müxtəlif adlarda azərbaycan və rus dillərində nəşr olunmuş,
Azərbaycanda fəlsəfi və ictimai elmlərin tədqiqi və təbliği sahəsində səmərəli rol
oynamışdır. Buna baxmayaraq məlum səbəblər üzündən sonradan "Əsərlər"in nəşri
dayandırılmışdır.
İnstitutun elmi yaradıcılıq və elmi-təşkilati fəaliyyətini əks etdirmək, xarici ölkələrin Fəlsəfə
və Hüquq İnstitutları ilə elmi əlaqələri genişləndirmək, fəlsəfə və hüquq elmlərinin hazırki
vəziyyəti, bu elmlərin yeni istiqamətləri ilə oxucuları tanış etmək məqsədilə institutun
"Əsərlər"inin nəşrini bərpa etmək qərarına gəlmişik.
"Əsərlər"in hazırkı sayında Azərbaycanın müstəqillik əldə etdiyi indiki dövrdə institutun
elmi-tədqiqat fəaliyyətinə, onun gələcək perspektivlərinə geniş yer verilmişdir.
Əsərlər"in yeni nəşrinin ilə nömrəsi ilə tanış olan və oradakı materiallara öz münasibətini
bildirən oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk.
ZÜMRÜD QULUZADƏ
Fəlsəfə və İctimai fikir tarixi şöbəsi
Orta əsr mədəniyyəti abidələri və, mədəniyyət tariximiz bizə Azərbaycan fəlsəfəsi ilə
bərabər Yaxın, Orta və Uzaq Şərq, eləcə də qədim yunan fəlsəfəsi haqqında informativ və
tədqiqi səciyyəli məlumatlar çatdırıbdır.
Yeni dövr məlumatları, Avropa və Rus fəlsəfəsinə dair biliklər də fəlsəfi fikrimizi
zənginləşdirdi. Bununla belə ölkəmizdə fəlsəfə tarixinin elmi tədqiqat obyekti kimi
sistematik tədqiqi XX-ci əsrin 30-çu illərindən başlayıb və xüsusi dövlət elmi təsisatlarında
aparılmışdır. Fəlsəfə tarixini eyrənən şöbə 1929-cu ildən humanitar elmlərlə məşğul olan
qurumlar daxilində mövcud olub və bu günədək adını və tədqiqat obyektini dəyişmədən
fasiləsiz fəaliyyət göstərir. XX-ci əsrin 30-70-ci illərində Azərbaycan fəlsəfə tarixi elminin
inkişafı fəlsəfə tarixi şöbəsinin uzun illər ərzində müdiri olmuş Azərbaycan EA-nın müxbir
üzvü, fəlsəfə elmləri doktoru, prof. Z.Göyüşovun "Sovet Azərbaycanında fəlsəfi fikir"
kitabında (Bakı, 1970) müfəssəl elmi şərhini tapmışdır.
Mövcud illər ərzində Azərbaycan fəlsəfə tarixinin bir elm kimi fasiləsiz və ciddi inkişafı ilə
rastlaşırıq. Bu sahədəki tədqiqatlar bir neçə istiqaməti əhatə edir. Dövlət himayə və
nəzarətində olan fəlsəfə şöbəsində əsas tədqiqat obyektləri marksist-leninçi fəlsəfə tarixi;
fəlsəfi materializm, materialist dialektika, rasionalizm, ateizm tarixi problemləri idi.
Eyni zamanda Şərq; Qədim Yunan, Rus və Qərb fəlsəfəsinin cərəyan və nümayəndələri də
Azərbaycan fəlsəfə tarixcilərinin tədqiqat obyektlərinə daxil olmuşdur.
Azərbaycan fəlsəfə tarixinin bir elm kimi təşəkkül və inkişafı ancaq 50-çi illərdən başlandı.
Bu başlanğıcda əgər bir tərəfdən o dövrün dövlət siyasəti müəyyən dərəcə təsir
göstərmişsə, digər tərəfdən xalqın öz milli mədəniyyəti vasitəsi ilə milli özünüdərkə çan
atması və onun qabaqcıl vətənpərvər ziyalıları mühüm rol oynayırdı. Məhz bu amillər 50-ci
illərdən başlayaraq Azərbaycanda aparılan fəlsəfə tarixinə dair müxtəlif istiqamətli
tədqiqatlar arasında Azərbaycan fəlsəfə tarixini və bu tarixin Şərq kontekstinin xüsusi
cəkisini qat-qat artırdı.
Azərbaycanda milli fəlsəfə tarixciliyimizin banisi, XX əsr Azərbaycanın görkəmli mütəfəkkiri
və alimi, marksizm təliminə əsaslanmısına baxmayaraq milli mədəniyyətimizin ləyaqətini və
Qafqazda Rus imperiyasına qarşı yönəlmiş Şamil milli azadlıq hərəkatını yüksək
qiymətləndirən akademik Heydər Nəcəf oğlu Hüseynov olmuşdur.
Azərbaycan fəlsəfə tarixinin gələcək inkişafı milli elmin vicdan və insaniyyət rəmzi olan bu
işıqlı şəxsiyyətin adı, irsi və milli elmin təşkilində əsas tutduğu prinsiplərlə bağlıdır.
H.Hüseynov Azərbaycan mədəniyyət tarixinə milli fəlsəfə tarixi elminin tədqiqatçısı olmaqla
bərabər, bu elmin respublikada yaranma və inkişafının təşkilatçısı və onun təbliğatçısı kimi
daxil oldu.
H.Hüseynov Azərbaycan fəlsəfəsinin müxtəlif dövrlərinin ilk tədqiqatçısı olub. Bəhmənyar,
Zərdabi, Füzuli, A. Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov,
Zərdabi və s. filosoflarımızın fəlsəfi görüşləri yaşadıqları dövrlərin sosial-mədəni mühitinə
uyğun olaraq Heydər Hüseynovun irsində müəllifə məxsus yüksək peşəkarlıqla işlənərək
gələcək tədqiqatlar üçün zəminə çevrildi.
H.Hüseynovun elmin tədqiqat, təşkilat və təbliğatında əsas götürdüyü prinsiplər onun
davamçı və tələbələri tərəfindən ənənəyə çevrilərək fəlsəfə tarixi şöbəsinin gələcək
fəaliyyətini istiqamətləndirdi.
Fəlsəfə tarixi şöbəsinə müxtəlif dövrlərdə f.e.d., prof. Əddin Şakirzadə, Azərbaycan EA-nın
həqiqi üzvü f.e.d.,prof.əməkdar elm xadimi Firudin Köçərli və Azərbaycan EA-nın müxbir
üzvü, f.e.d.,prof. Ziyəddin Göyüşov, f.e.d.,əməkdar elm xadimi, prof. Midhət Ağamirov,
f.e.d., Zümrüd Quluzadə rəhbərlik ediblər.
Qeyd etməliyik ki, şöbə daxilində aparılan tədqiqatlar hec də Azərbaycan fəlsəfə tarixi ilə
məhdudlaşmayıb və çoxşaxəli olubdur. Belə ki, Azərbaycan fəlsəfə tarixi üzrə tədqiqatlar
sırf milli zəmində yox, imkan daxilində Şərq və Qərb fəlsəfə tarixi ilə əlaqəli tədqiq edilibdir.
Bu baxımdan təsadüfi deyil ki, Azərbaycanda fəlsəfə, məntiq, etika, estetika və fəlsəfə tarixi
elmləri üzrə tədqiqat aparmış görkəmli alim, SSRİ EA-nın müxbir üzvü, Azərbaycan EA-nın
həqiqi üzvü, f.e.d., əməkdar elm xadimi, prof. Aleksandr Osipoviç Makovelskinin fəaliyyəti
məhz bu şöbə ilə bağlı olubdur.
A.O.Makovelski Qədim Yunan, Avropa, Şərq, o cümlədən Azərbaycan fəlsəfə tarixinin
müxtəlif dövrlərinə aid tədqiqatları ilə məşhurdur. Müəllifin qədim yunan atomistlərinə,
Avestaya, Orta əsr və Yeni dövr fəlsəfəsinə, məntiq tarixinə həsr etdiyi fundamental əsərlər
Azərbaycanda fəlsəfə tarixi elminin həm təşəkkül, həm də inkişaf dövrlərini təmsil edir.
A.O.Makovelskinin Azərbaycanda fəlsəfənin müxtəlif sahələri, o cümlədən fəlsəfə tarixi
üzrə milli mütəxəssislərin hazırlanmasında böyük rolu olubdur.
Şöbədə qədim yunan fəlsəfəsinin tədqiqi həm də f.e.d., prof. Ə.Şakirzadənin fəaliyyəti ilə
bağlıdır. Ə.Şakirzadənin "Epikur" monoqrafiyası Azərbaycanda qədim yunan filosofuna
həsr edilmiş birinci və hələki yeganə əsərdir.
Şöbənin digər qocaman əməkdaşı, ömrünü Şərq və Azərbaycan mədəniyyət və
fəlsəfəsinin tədqiqinə həsr etmiş f.e.d. prof. Əhməd Kəradi (Kürdi) Zəküyev olub.
Ə.K.Zəküyevin Bəhmənyar, Saf qardaşlar, Ən-Nəzzam, İbn-Sinanın psixologiyası, ərəbdilli
məntiq tarixinə dair monoqrafiyaları, Nizami, Tusi, Füzuli və başqa mütəfəkkirlərin irsi ilə
bağlı çoxsaylı tədqiqat əsərləri elm aləmində məlumdurlar. Alimin Fəlsəfə İnstitutunda
əlyazması şəklində mühafizə edilən Şərq panteizmi tarixinə aid monoqrafiyası orta əsr
Azərbaycan filosoflarından Eynəlqüzat, Şihabəddin Söhrəverdi, Siracəddin Urməvi, Xünəci
və b. filosoflarımızın fəlsəfə və məntiqi haqqında maraqlı məlumatlar ehtiva edir.
Müəyyən dövr şöbədə əməkdaşlıq etmiş f.e.d. prof. Mehbalı Qasımov Şərq fəlsəfə tarixinin
orta əsrləri - Ömər Xəyyam irsinə həsr olunmuş tədqiqatı ilə bərabər, XIX-XX əsrlərdə
Azərbaycanda ictimai və fəlsəfi fikir və ona XIX əsr Rus qabaqcıl filosoflarının təsirinə həsr
Dostları ilə paylaş: |