müqayisəli təhlili - dünyagörüşü aspekti"; R.Babaxanlı "Füzuli poeziyasında xoşbəxtlik
idealı"; C.Quliyev "Tovrid təlimi və vəhhabilikdə onun prinsipləri"; M.Şəkixanova "Sufizmdə
kamil insan konsepsiyası"; R.Əliyev "Qədim şumer-türk mifologiyasında dünyagörüşü
məsələləri"; S.İbrahimov "İmamilik təriqətinin ideologiyası"; F.Mustafayev "Azərbaycan
türklərinin tarixi və çağdaş dini-fəlsəfi görüşlərinin mühüm xüsusiyyətləri" mövzularında
dissertasiya işləri üzərində çalışırlar.
Azərbaycanın görkəmli filosoflarının, ictimai-siyasi xadimlərinin yubileylərinin keçirilməsi
şöbənin fəaliyyətində mühüm yer tutur. Məhəmmədhəsən Vəlili Baharlının, Siracəddin
Mahmud Urməvinin, Eynəlqüzat Abdulla Miyanəcinin və başqalarının yubileyləri ilə
əlaqədar xüsusi məqalələr hazırlanmış, jurnal və qəzetlərdə çap edilmişdir.
Şöbə əməkdaşları institutdan kənar, eləcə də xarici ölkələrdə keçirilən elmi konfranslarda
fəal iştirak edirlər.
Zakir Məmmədov İmam Buxarinin anadan olmasının hicri tarixi 1225, Əhməd Fərqaninin
1200 illiyi münasibətilə YUNESKO-nun Səmərqənd və Fərqanə şəhərlərində keçirilmiş
Beynəlxalq Elmi Konfransda iştirak etmişdir. /23-24 oktyabr 1998-ci il/. Onun "Əl-Cami əs-
cəhih" /"Səhih toplu"/ Azərbaycan mütəfəkkirləri üçün mötəbər mənbə kimi" adlı
məruzəsinin tezisləri məcmuədə özbək, ingilis və rus dillərində dərc edilmişdir.
Z.Məmmədov Azərbaycan Elmlər Akademiyasının 7 may 1999-cu ildə kecirdiyi Osmanlı
imperiyasının 700 illiyinə həsr edilmiş elmi sessiyada "Osmanlı imperiyası dövründə
Türkiyədə yaşamış Azərbaycan filosof və mütəfəkkirləri" adlı məruzə ilə çıxış etmişdir.
Aytək Məmmədova Azərbaycan EA Aspirantlarının Elmi Konfransının ümumi iclasında
"Mənbələrdə Nəsirəddin Tusiyə münasibət" mövzusunda məruzə etmişdir /17 may 1999-cu
il/. Onun 25-27 iyun 1999-cu ildə Azərbaycan EA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika
Rəsədxanasında "Tusi-800" məclisinin IV konfransına təqdim etdiyi "Elmi fəlsəfənin qüdrətli
müdafiəcisi" adlı məruzəsinin tezisləri "Elm" qəzetində dərc olunmuşdur /14 iyul 1999-cu il/.
Z.Məmmədov "Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyinin 1997-ci ildə çap
etdirdiyi "Fəlsəfə ensiklopedik lüğəti" kitabının müəlliflərindən və redaksiya şurasının
üzvlərindən biridir. O, "Fəlsəfə" /"Azərbaycan" nəşriyyatı, 1997/ və "Fəlsəfə tarixi üzrə
Proqram" /Bakı Dövlət Universiteti nəşriyyatı, 1997/ kitablarının, eləcə də 7 cildlik
"Azərbaycan tarixi"nin 2-ci cildinin tərtibçilərindən və müəlliflərindəndir.
Şöbədə hazırlanmış və 1999-cu ildə BDU-nun nəşriyyatında çap olunmuş "Şərq fəlsəfəsi
/IX-XII əsrlər/" kitabında Ərəb ölkələri, Azərbaycan, İran, Mərkəzi Asiya, Hindistan və Çin
filosoflarının, mütəfəkkirlərinin əsərləri toplanmışdır. Topluda həm elmi, həm də dini
aspektlər işıqlandırılmışdır. Kitab yalnız əlahiddə, müstəqil fəlsəfi əsərlər antologiyası deyil,
həm də məzmun və mündəricə etibarı ilə dövrün müxtəlif təlimlərinin üzvi vəhdətini təşkil
edən qiymətli, orijinal traktatlar toplusudur.
Mətnlərin tərcüməçiləri Zakir Məmmədov, Tariyel Həsənov, Zakir Qasımov və Novruz
İmanovdur. Tərtibci, müqəddimə, qeydlər və şərhlərin müəllifi Zakir Məmmədovdur.
Filosoflar və mütəfəkkirlər haqqında məlumatları Aytək Məmmədova hazırlamışdır. Kitabın
redaktoru fəlsəfə elmləri doktoru, professor Əli Abasov, rəyçi filologiya elmləri doktoru,
professor Vasim Məmmədəliyevdir.
Bütün bunlarla yanaşı, şöbə əməkdaşları fəlsəfi biliklərin, xüsusilə Şərq fəlsəfəsinin tədrisi
və təbliği ilə fəal məşğul olurlar.
HƏSƏN QULİYEV
İDRAK NƏZƏRİYYƏSİ VƏ ELMİN METODOLOGİYASI ŞÖBƏSİ
Şöbə 1974-cü ildə təbiətşünaslığın fəlsəfi problemlərinə, onun metodologiyasına böyük
maraq göstərən Fəlsəfə və Hüquq İnstitutunun o zamankı direktoru, akademik F.Q.Köçərli
və Azərbaycan. Elmlər Akademiyasının sabiq prezidenti mərhum akademik
H.B.Abdullayevin təşəbbüsü ilə yaradılmışdır.
Vaxtilə SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda elmi stajirovka və aspirant
hazırlığı keçmiş gənc elmlər namizədləri şöbəyə cəlb olundular. Sonrakı illərdə də şöbənin
elmi potensialı əsasən həmin institutda elmi hazırlıq keçmiş gənc alimlərin hesabına
genişləndirildi.
İlk şöbə müdiri vəzifəsinə fəlsəfə elmləri doktoru Həsən Quliyev seçilmişdir. Sonrakı illərdə
şöbəyə fəlsəfə elmləri doktorları C.T.Əhmədli, N.M.Məmmədov, Ə.S.Abasov rəhbərlik
etmişlər.
Ə.S.Abasovun direktor müavini vəzifəsinə keçməsi ilə əlaqədar olaraq 1994-cü ildən indiyə
kimi şöbə müdiri yenə də professor Həsən Quliyevdir.
Yarandığı ilk gündən şöbəni metodoloji tədqiqatları əlaqələndirən bir mərkəzə çevirmək
sahəsindəki missiya bu günədək müvəffəqiyyətlə yerinə yetirilir.
Fəaliyyət göstərdiyi illər ərzində şöbə əməkdaşları elmi-texniki inqilabın, təbiət elmlərinin
fəlsəfi problemlərinə, eyni zamanda dialektik idrak nəzəriyyəsi, elmin metodologiyası
problemlərinin analizinə həsr olunmuş onlarca dissertasiya işi, monoqrafiya və kollektiv
toplular, yüzlərlə elmi məqalə dərc etdirmişlər.
Akademiyanın, eləcə də respublikanın elmi müəssisələri və ali məktəbləri üçün fəlsəfə
elmləri üzrə mütəxəssislər hazırlamaq sahəsində şöbədə xeyli işlər görülmüşdür. Şöbə
əməkdaşlarının elmi rəhbər və məsləhətçi statusu ilə yaxından köməkliyi sayəsində 10
nəfər əməkdaş elmlər doktoru, təxminən bir o qədəri də elmlər namizədi alimlik dərəçəsini
almış və hazırda institutumuzda və respublikanın müxtəlif ali məktəblərində çalışırlar.
Başqa elmi müəssisələrlə birgə əsərlərin çap etdirilməsi, metodoloji seminarların,
konfransların keçirilməsi işində alimlərimiz fəal iştirak etmişlər. Şöbə əməkdaşlarının,
həmcinin beynəlxalq simpoziumlarda, regional elmi konfranslarda da məzmunlu çıxışları
olmuşdur.
Keçmiş SSRİ məkanında son onillikdə baş verən hadisələr cəmiyyətimizin fəlsəfə tarixinin,
müasir idrak nəzəriyyəsinin, elmi yeniliklərin təhlilinə yeni nöqtəyi-nəzərdən yanaşmağı irəli
sürür. Yeni metodologiyanın axtarışı yolunda müasir fəlsəfənin əsas istiqamətlərinin
hərtərəfli şərhi lazım gəlir. Bu yolda keyfiyyətcə yeni problemlər ortaya çıxır.
Məlumdur ki, ideya və yaradıcılıq baxımından sistemin dəyişilməsi mürəkkəb və ağrılı
prosesdir. Bu şəraitdə şöbə öz diqqətini cəmiyyətin bir çox aktual problemlərinin həlli üçün
zəruri olan yeni metodoloji konsepsiyaların axtarışı problemlərinə və müasir idrak
nəzəriyyələrinin tədqiqinə yönəltmişdir. Vəziyyət obyektiv olaraq onunla mürəkkəbləşir ki,
köhnə "elmi infrastrukturlar, dəyərlərə meyl və təcrübə" öz tutarsızlıqlarını aşkar etmişdir,
yeni elmi iqlimin formalaşması isə hələ də davam edən sosial-iqtisadi böhranla əlaqədar
ləngiyir. Bütün bu amillər elmin ümumi vəziyyətinə, o cümlədən şöbənin işinə də öz təsirini
göstərməkdədir. Obyektiv əngəllərə baxmayaraq şöbə uğurla öz elmi fəaliyyətini davam
etdirir. Bu baxımdan qoyulan vəzifələrin həlli kontekstində şöbə tərəfindən "Müasir idrak
nəzəriyyələri: metodoloji təhlil" mövzusunun prioritet iş kimi götürülməsi məqsədəuyğun
hesab edilə bilər. Hazırda Azərbaycan total marksist ideologiyası və müvəqqəti informasiya
böhranından açıq plyüralist cəmiyyətə keçid kimi mürəkkəb bir dövrü yaşayır. Bu şəraitdə
açıq (Qərb) cəmiyyətin ideya, fəlsəfi və metodoloji irsinin , o cümlədən müasir idrak
nəzəriyyələrinin və metodoloji yanaşmaların öyrənilməsi əsl elmi iqlimin formalaşmasında
mühüm rol oynaya bilər.
Bu deyilənləri nəzərə alaraq son illərdə şöbə əməkdaşları əsas diqqəti daha nüfuzlu fəlsəfi
cərəyanların əsasını təşkil edən idrak nəzəriyyəsinin tədqiqinə yönəltmişlər.
Sovet İttifaqının dağılması ilə əlaqədar bütün postsovet regionunda qarşısılınmaz
dezinteqrasiya prosesləri getmişdi. Bu isə öz növbəsində fəlsəfi /o cümlədən metodoloji/
tədqiqatların vəziyyətinə müəyyən mənada mənfi təsir göstərmişdir. Hazırda isə bu
dəyişikliklərlə yanaşı, yeni metodologiyanın formalaşması kontekstində ictimai elmlərin
dezinteqrativ böhrandan tədricən çıxması prosesi gedir. Bunları nəzərə alaraq şöbənin
əvvəlki "Dialektik materializm və elmin metodologiyası" adı indiki "İdrak nəzəriyyəsi və
elmin metodologiyası" adı ilə əvəz edilmişdir. Bu isə şöbənin ideya və metodoloji
orientasiyasındakı əsaslı dəyişiklikləri əks etdirir. Belə ki, əvvəlki dialektik /marksist/
ideologiya və metodologiya dünya fəlsəfi problemlərini /müasir idrak nəzəriyyələrini/ və
elmin metodologiyasını qərəzsiz, obyetiv elmi və yaradıcı tədqiqini məhdudlaşdırırdı.
Əslində, şöbə əməkdaşlarının müasir fəlsəfədən faydalanmaq imkanı yox idi və "Qərb
metodolgiyası"na yaradıcı maraq rəsmi qadağalarla məhdudlaşdırılırdı.
Azərbaycan müstəqillik qazanandan sonra şöbədə perspektiv tematik tədqiqatların
seçilməsində köklü dəyişiklik əmələ gəldi. Keçmiş təcrübəyə yenidən baxılmaq və dünya
fəlsəfəsi elmi metodologiyası nailiyyətlərindən yaradıcı surətdə istifadə etmək məsələsi
başlandı. 90-cı illərin əvvəllərində şöbənin əməkdaşlarının elmi fəaliyyəti daha çox elmin
inkişafının sosioloji kontekstinin daha geniş öyrənilməsinə, həmçinin müxtəlif mədəni
ənənələrdə (o cümlədən Qərb-Şərq problematikası kontekstində), elmin inkişafının
xüsusiyyətlərinin, elmi metodologiyasının tədqiqinə istiqamətləndirilmişdir.
Bu problematikaya maraq onunla izah edilir ki, mənəvi mədəniyyətin və elmin böhranı
(keçid dövrün çarpışmaları kontekstində) şəraitində elmi iqlimin və elmin inkişafının
formalaşmasının sosioloji mexanizmlərinin öyrənilməsi aktuallığı meydana çıxdı. Elmin
sosioloji aspektlərinin öyrənilməsi həm Qərb, həm də Şərq mədəniyyətlərində tədqiq
edilmiş fəlsəfi və metodoloji konsepsiyaların hərtərəfli təhlili üçün obyektiv şərait yaradırdı.
Təsadüfi deyildir ki, son illərdə şöbənin əməkdaşları, əsasən müasir idrak nəzəriyyələrinin
tədqiqinə, ənənəvi (pozitivist və marksist) metodologiyasının böhranının dərk edilmesi və
elmim yeni metodologiyasının axtarışına istiqamətlənmişlər. Bu cür axtarışlar mənəvi
mədəniyyətin və elmin keçid problemlərinin həlli baxımından xüsusi aktuallıq kəsb edir.
Müasir idrak nəzəriyyələrin tədqiq edilməsi həm dünya fəlsəfəsinə və elmi metodologiya
problemlərinin işlənməsinə daha yaxın olmaq cəhətindən, həm də suveren Azərbaycanın
gerçəklik və
tələbatlarına cavab verən yeni metodolgiyanın formalaşması
məqsədəuyğunluğu cəhətindən çox aktualdır. Belə ki, keçid dövrünün böhranı kontekstində
Azərbaycanın mənəvi mədəniyyəti və elmi bir çox ciddi problemlərlə və hər şeydən əvvəl
ölkə üçün daha yararlı olan fəlsəfi metodologiyanın axtarışı və seçimi məsələsi ilə
qarşılaşmışdır. Bu seçim bir çox kompleks mühüm məsələlərin: azərbaycan xalqının
düzgün tarixinin reanimasiyası, suveren dövlətin ideologiyasının seçimi, milli ideyanın
xüsusiyyətlərinin dərk edilməsi və s. məsələlərin həlli üçün çox vacibdir. Yeganə marksist
ideologiyası olan totalitar cəmiyyətin dağılması ilə əlaqədar bütün yeni müstəqil dövlətlər
üçün problemlər- əvvəlki mənəvi dəyərlərə yenidən baxılma və elm, mədəniyyət, ideologiya
problemlərinin müvəffəqiyyətli həlli üçün yeni metodologiyanın seçilməsi zərurəti meydana
çıxmışdır. Yeni gerçəkliklər öz fəlsəfi keçmişinə yenidən baxmaqla yanaşı, dünya
fəlsəfəsinə yiyələnmək üçün yeni metodoloji baxımın formalaşmasına şərait yaratdı. Məhz
bu faktora görə əvvəllər "burjua" nəzəriyyələri kimi təqdim edilən müasir idrak
nəzəriyyələrini dərindən öyrənmək zəruriyyəti və məqsədəuyğunluğu meydana çıxdı.
Söhbət, hər şeydən əvvəl keçmiş marksist yanaşmanın məhdudiyyət stereotiplərinin
aradan qaldırılması və yeni metodoloji yanaşmadan gedir.
Hal-hazırda müstəqil inkişaf şəraitində dünya elmi və fəlsəfi irsinə yiyələnmək perspektivləri
açılır və ideya plüralizmi, daha düzgün elmi tədqiqatlar üçün şərait yaranır, yaradıcılıq
axtarışı total ideologiya ilə məhdudlaşdırılmır.
Cəmiyyətdə davam edən böhranlı hadisələrə baxmayaraq, keçid dövrünün bir xüsusiyyətini
- bütün elmi problemlərin hərtərəfli öyrənilməsi üçün "aşkarlıq"ın mövcud olmasını qeyd
etmək lazımdır. Belə şərait yeni metodologiya işlənib hazırlanması üçün perspektivlər açır.
Şübhəsizdir ki, axtarış zamanı müxtəlif dünyagörüşləri (marksizm, pozitivizm və
postpozitivizm, sosiomədəni təhlil və i.a.) əsasında işlənmiş bütün metodoloji yanaşmaların
pozitiv və neqativ cəhətlərini xüsusi diqqətlə nəzərdən keçirmək lazımdır. Müasir idrak
nəzəriyyələrinin ətraflı təhlili daha münasib metodologiyanın seçilməsi üçün zəruridir.
Bundan başqa belə bir yanaşma metodologiyanın düzgün tarixinin də bərpası üçün son
dərəcə vacibdir.
Müstəqil Azərbaycan XXI əsrə yeni ideologiya, metodologiya və mənəvi orientasiya axtarışı
konstekstində daxil olur. Belə bir şəraitdə fəlsəfi irsin öyrənilməsi sahəsində düzgün
metodoloji istiqamətin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Şöbə əməkdaşlarının son illərdəki elmi-tədqiqat fəaliyyətini məhz bu istiqamətə
yönəlmişdir.
Şöbədə 12 nəfər işçi çalışır. Elmi işçilərin hamısı "Müasir idrak nəzəriyyəsi: metodoloji
təhlil" mövzusu üzrə tədqiqat işini davam etdirirlər.
Fəlsəfə elmləri doktorları Həsən Quliyev linqvistik fəlsəfə və postpozitivizm, Əli Abasov
təbiətşünaslıq və fəlsəfədə məkan-zaman problemi mövzularında işləmişlər.
Fəlsəfə elmləri namizədi Tağı Bəşirov fenomenologiya, həyatın fəlsəfəsi və tənqidi
rasionalizm; f.e.n. Rəhilə Yusifzadə pozitivizm, praqmatizm və neorasionalizm; f.e.n.
Gündüz Sarıyev bilinqvizm problemləri; Səidə Məmmədova elmi idrakda ideallaşdırma
metodunun rolu; f.e.n. İlham İsmayılov neorealizm; elmi işçilərdən Fəxrəddin Hacıyev
psixoanaliz, personalizm, intuitivizm, Novruz İmanov neokantçılıq və ekzistensializm
mövzuları üzrə tədqiqatlar aparmışlır.
Bununla yanışı şöbə əməkdaşları müasir elmin metodologiyasının aktual problemlərinin
tədqiqini də davam etdirirlər.
ƏBÜLHƏSƏN ABBASOV
SOSİAL FƏLSƏFƏ VƏ SOSİOLOGİYA ŞÖBƏSİ
Sosial fəlsəfə şöbəsi tədqiqat obyektinə müvafiq olaraq müxtəlif adlarda fəaliyyət
göstərmişdir. Şöbəyə vaxtilə akademik F.Q.Köçərli, Akademiyanın müxbir üzvü
M.M.Səttarov başçılıq etmişlər. Həmin dövrdə onlarca monoqrafiya, toplu, kitab və kitabça,
xeyli elmi məqalə nəşr olunmuş,
çoxlu doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Bununla belə, dövrün
tələblərinə uyğun olaraq, 1996-cı ildən etibarən sosial fəlsəfə və sosiologiya şöbəsinin
fəaliyyətində ciddi dönüş yaranmışdır.
Əmək intizamı, elmi-tədqiqat işlərinin aparılması, şöbədaxili mühit, aspirant və
dissertantlarla işin təşkili xeyli dərəcədə müsbət istiqamətdə dəyişmişdir.
Azərbaycan cəmiyyətinin müasir dövrün tələbləri baxımından bir sıra mühüm problemləri
diqqət mərkəzinə çəkilmiş, yeni aktual mövzular tədqiqat istiqamətləri kimi müəyyənləşmiş
və bu mövzular üzrə işlər davam etməkdədir.
Keçmiş illərə xas olan problemlərə marksist-leninçi yanaşma tərzi zamanın tələblərinə
uyğun şəkildə öz yerini səmərəli yanaşmalar, tədqiqat meyllərinə vermiş; fəlsəfi
araşdırmalarda elmi plyuralizm prinsipləri özünü göstərməkdədir.
"Müasir azərbaycan cemiyyətinin inkişafının sosial-fəlsəfi problemləri" mövzusu 1996-
2000-ci illər üçün şöbənin ümumi tədqiqat istiqaməti kimi müəyyənləşmiş, problemin ayrı-
ayrı aspektləri əməkdaşlar tərəfindən fərdi tədqiqat mövzuları səviyyəsində (müqavilələr
əsasında) araşdırılmışdır. Tədqiqatlarda sosial fəlsəfənin idrakı, proqnostik, akseoloji,
dünyagörüşü funksiyalarının həyata keçməsi məsələsi, sosil-siyasi həyata təsir qüvvəsinin
artması zərurəti diqqət mərkəzinə çəkilmiş, həyat və fəlsəfə, gerçəklik və təfəkkür arasında
uçurumun götürülməsinə səylər göstərilmişdir. Belə bir həqiqətdən çıxış edilir ki, gerçəkliyin
kəsərli idraki silahı rolunu daşımayan, uydurma, sxolastik mülahizələrin, yersiz, köhnəlmiş
stereotiplərin şərhi ilə əlləşən "fəlsəfə" bu gün yeniləşən cəmiyyətin həyat fəlsəfəsi ola
bilməz. Elə bu həqiqəti rəhbər tutaraq çalışırıq ki, fəlsəfi təfəkkur tərzində və üslubunda
müasir tələblərə uyğun yeniləşmə qərarlaşsın. Bu məqsədlə şöbə müdiri Ə.F.Abbasbv
tərəfindən tənqidi-sinergetik təfəkkür konsepsiyası işlənmiş, həmçinin şöbənin aspirantları
Z.Şabanov və A.Veysəlova bilavasitə yeni təfəkkur tərzinin formalaşması ilə bağlı mövzular
üzərində elmi iş aparırlar.
Yeni təfəkkür tipinə kecidlə bağlı iki mühüm məsələ qarşımızda durur:
1.Cəmiyyətin inkişafında ciddi maneəyə çevrilmiş burokratik-avtoritar, totalitar, doqmatik
təfəkkür tiplərinin qnoseoloji, sosial-siyasi və iqtisadi köklərinin
açıqlanması, bu təfəkkür növlərinin müasir tələblər üçün yararsızlığını göstərmək.
2. Müasir elmi tələblərə cavab verən və yeni elmi istiqamətlərin (mürəkkəb sistemlər
nəzəriyyəsi, qeyri-səlist çoxluqlar nəzəriyyəsi və s.) mahiyyətindən doğan tənqidi-sinergetik
təfəkkür tipinin üstünlüyünü nümayiş etdirmək, xüsusən də cəmiyyətin təşkili və idarə
olunmasında, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruçuluğunda bu təfəkkür tipinin yerini
və rolunu açıqlamaq.
Son 5 ildə sosial idaraetmənin fəlsəfi problemlərinin öyrənilməsinə xüsusi fikir verilmişdir.
İlk növbədə yeni idarəetmə metodologiyasının işlənilməsinə diqqət yönəlmişdir ki, nəticədə
əhəmiyyətli elmi məhsul əldə edilmişdir. Şöbənin nəşr etdiyi məqalələr toplularında (artıq 3
buraxılışı çap edilib) və "Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə"
(Ə.F.Abbasov) kitabında bu nəticələr ictimaiyyətə təqdim olunub. Bir çox elmi məqalələrdə
də problem müxtəlif aspektlərdən işıqlandırılıb.
Aparılmış tədqiqatların nəticəsi olaraq, cəmiyyətin idarə olunmasında yeni metodologiyanın
mahiyyəti, yeri və rolu haqqında oxuculara yığcam məlumat verməyi vacib hesab edirik.
Yaşadığımız mürəkkəb, ziddiyyətli keçid dövrünün, cəmiyyətimizin ümumi inkişaf
mənzərəsinin acı təəssüf doğuran başlıca qəribəliklərindən biri də ondan ibarətdir ki, yeni
cəmiyyət quruculuğundan və yeni iqtisadi münasibətlərə keçiddən çox danışılıb yazılsa da,
yeni cəmiyyətin və yeni iqtisadiyyatın təminatçısı olan müasir idarəetmə metodologiyasının
qərarlaşması üçün nəzəri və əməli iş qaneedici surətdə və ümumdövləti səviyyədə
aparılmır.
Bəs yeni idarəetmə metodologiyasının mahiyyəti nədən ibarətdir və onun zəruriliyi nə ilə
diqtə olunur?
Əvvəla, onu qeyd edək ki, əsl idarəçilik həmişə öz dövrü üçün müasir olur. Onun
səmərəliliyi məhz zamana, tarixi dövrə uyğun olub-olmaması ilə bağlıdır. Müəyyən tarixi
dövrlərdə az-çox gözə çarpan, inkişaf əldə etmiş ölkələrdə məhz belə olub. Tarixi tələblərə
cavab verən idarəetmə metodologiyası, digər amillərlə yanaşı, bu cəmiyyətlərin sosial-
iqtisadi dayanaqlığını, iqtisadi inkişafını təmin edib. Sosial-siyasi prosesləri, iqtisadiyyatı,
dövlətin özünü dövrünü yaşamış köhnə üsullarla, təfəkkür üslubu ilə tənzimləmək və idarə
etmək heç vaxt fayda verməyib. Köhnə idarəçilik düşüncəsi ilə cəmiyyəti
ağır vəziyyətdən çıxartmaq, onun mövcudluğunu və gələcək inkişafını təmin etmək
qətiyyən mümkün deyil. Cəmiyyəti yüksək, kamil struktur-funksional səviyyəyə çıxartmaq
üçün müasir idarəçilik dunyagörüşünə, özünu doğruldan idarəetmə metodologiyasına
əsaslanmaq gərəkdir.
Qərbdə və Şərqdə, bütün inkişaf etmiş ölkələrdə vüsət tapmış müasir idarəetmə
dünyagörüşünün əsasında özünütəşkilatlandırma və sinergizm fəlsəfəsi dayanır. Onun
mahiyyətini qeyri-xəttilik, ünsürlərin əvvəlcədən bir "nöqtədə" təsbit olunmaması, sistemin
və altsistemlərin müəyyənləşmiş meyarlar daxilində açıqlığı, təfəkkürdə və praktikada
müxtəlifliyin (alternativliyin) mümkünlüyü, qeyri-dizyunktivlik, özünütəşkilatlandırma və
özünütənzimləmə təşkil edir. Burada başlıca ideya isə özünutəşkilatlandırma və sinergizm
ideyalarıdır ki, onlar da pozitiv liberal demokratizmin və eyni zamanda müasir funksional
elmi paradiqmanın məğzini ifadə edirlər. Bəzən yeni idarəetmə fəlsəfəsinə "sinergizm
fəlsəfəsi" də deyirlər. Qeyd etmək vacibdir ki, mürəkkəb sistemlərin təşkilindən,
inkişafından və idarə olunmasından bəhs edən sinergetikanın kökləri Şərq fəlsəfəsinə
gedib çıxır, xüsusən də, Uzaq Şərq fəlsəfəsinə.
Özünütəşkil və sinergizm fəlsəfəsində Təbiət-İnsan - Cəmiyyət üçlüyü ən optimal qarşılıqlı
əlaqəsini tapır; hissə ilə tam, fərdlə çəmiyyət münasibətlərində, qapalıqla açıqlıq, azadlıqla
zəruri məhdudiyyətlər arasında dinamik, çevik dayanıqlığa malik harmoniya və təbii nizam
durur. Bu fəlsəfi metodologiyaya söykənən idarəetmə bürokratizmlə demokratizmin yaxşı
mənada sintezi, qarşılıqlı fayda verən sinergizmi deməkdir. Fəaliyyəti, idarəetmə
mexanizmləri, strukturları, üsul və formaları özünütəşkilatlanırma fəlsəfəsinə əsaslanan
sosial-mənəvi, iqtisadi-siyasi sistemlər ətraf mühitlə əlverişli informasiya və enerji
mübadiləsinə, az "əmək" sərf etməklə yüksək güc toplamaq xüsusiyyətlərinə malikdirlər.
Belə sistemlərdə ünsürlərin və parametrlərin fəaliyyəti sərt determinasiya, amirlik-inzibati
formalar çərçivəsində yox, sosial özünütəşkilatlandırma və özünütənzimləmə proseslərinin
sərbəst həyata keçməsində, şəxsi təşəbbüslərin, maraqların və zövqlərin, bütün
rəngarənkliyinə baxmayaraq, fərdi fəallıqların ahəngdarlığında, üfüqi əlaqələrin
optimallaşmasında həyata keçir. Nizam və dayanıqlıq üçün bütün cəmiyyət üzərində total
nəzarətə artıq ehtiyac olmur. Bütövlükdə cəmiyyətin bir sistem kimi, onun ayrı-ayrı
altsistemlərinin idarə olunması əlavə enerjinin, resursların, maliyyənin, insani ehtiyatların
xərclənməsini, sərf olunmasını tələb etmir, israfçılığa yer qalmır, yəni sistemin fəaliyyəti
"qlobal optimum" deyilən məfhuma uyğun reallaşır. Parametrlərin, təşkiledici elementlərin
sinergetik fəaliyyəti daxili ehtiyatların optimal tərzdə səfərbər olunmasına, sistemin ətraf
muhitlə, onu əhatə edən digər sistemlərlə qarşılıqlı fayda verən mübadilə əlaqələrinə
girməsinə imkan yaradır. Və sistemin belə səmərəli açıqlığı nəticəsində əlavə inkişaf və
qida mənbələri formalaşır, staqnasiya və durğunluq təhlükəsi aradan qalxır, sistemin özünü
ifadə etmək qabiliyyəti yüksəlir.
Başlıca cəhətlərdən biri odur ki, cəmiyyətin bir sistem kimi idarəolunma ağırlığı yalnız
subordinasiya (şaquli) əlaqələrinin üzərinə düşmür, ağırlığın müəyyən miqdarı koordinasiya Dostları ilə paylaş: |