Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 468,12 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix31.01.2017
ölçüsü468,12 Kb.
#7213
1   2   3   4   5   6

ayıran ədəbiyyatları da aid etmək olar. 

Yuxarıda qeyd olunan suallar hələki azərbaycan dilində olan yeganə  dərslikdə qismən 

işıqlandırılmışdır: 

Əli Seyidabas oğlu, Rəna Seyidrza qızı, "Qender 

tədqiqatları"(cəmiyyətdə cinslərin sosial rolları  və qarşılıqlı münasibətlərinin bəzi fəlsəfi 

problemləri: Bakı, "Ağrıdağ",  1999); Məcmuədə Azərbaycanda qender problematikası ilə 

bağlı olan son statistik rəqəmlər öz əksini tapmışdır. 

Qender tədqiqatları haqqında ümumi məlumatı "40-cı paralel" jurnalında dərc olunan "Edip 

kompleksləri ləğv olunur" məqaləsindən almaq olar. (Bakı,  1998, N 2, s 35-38., 

Ə.Abasovun BMT "Qender İnkişaf proqramının milli koordinatoru R.İbrahimbəyova ilə 

müsahibəsi). 

Azərbaycanda bu yeni itstiqamətin genişləndirilməsində  İP "Qender inkişafda"  şöbəsinin 

(rəhbəri R.İbrahimbəyova) böyük rolu olmuşdur. EA Fəlsəfə  və Hüquq İnstitutunun bu 

təşkilatla 12 fevral 1998-ci ildə respublikada ilk dəfə olaraq birgə keçirdiyi "Qender: qadın 



probleminin yeni mərhələsi" adlı Konfransın işində geniş ictimaiyyətin, çoxsaylı qadın 

təşkilatlarının nümayəndələri, qadın millət vəkilləri iştirak etmişdir. Konfransın materialları 

"Qender: qadın probleminin yeni mərhələsi". (I Buraxılış B., 1998) məcmuəsində  dərc 

olunmuşdur. Məcmuədə  məqalələr və  çıxışlar azərbaycan, rus və ingilis dillərində  təqdim 

olunmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, konfrans rus dilində olan "qender" termininin 

azərbaycan dilində "Qender" kimi yazılması haqqında qərar qəbul etsə də, yaxşı olardı ki, 

azərbaycan dilində "bu" termin "qender" kimi səslənsin. 

Qeyd etmək lazımdır ki, Azərbaycan islamın yayıldığı ölkə olduğu üçün qadınların 

cəmiyyətdəki yeri və rolu həmişə diqqət mərkəzində olsa da, burada vəziyyət digər 

müsəlman dövlətlərindəki qədər acınacaqlı olmamışdır. 

Azərbaycan qadınlarının tarixi taleləri haqqında Z.İbrahimovun "Azərbaycan qadınlarının 

qəhrəman keçmişindən" (Azərnəşr, B., 1943); Sabir Gəncəlinin "Azadlıq yollarında" 

(Azərnəşr, B.,1980) və "Hər sətirdə bir tarix" ("Şur" B., 1994) kitablarından, "Azərbaycan 

qadını" jurnalından geniş  məlumatlar almaq olar. "Qanun" jurnalının xüsusi buraxılışı 

tamamilə Azərbaycanın qadın problemlərinə  həsr olunaraq tarixi anlayışlar, statistik 

rəqəmlər və qadın təşkilatları haqqında məlumatlarla zəngindir. (bax: "Qanun" jurnalı, 

"Qadınlar" xüsusi buraxılışı, B., 1997., N 3.) 

Çağdaş problemlər L.C.Mövsümovanın "Azərbaycanın mənəvi mədəniyyətində qadınların 

problemi" kitabında (Elm., 1996); və "Qender İnkişafda" qurumunun təsis etdiyi "Qender 

Azərbaycanda" jurnalının  1998, II,III, IV saylı bülletenlərinə (BMT İP "Qender İnkişafda" 

şöbəsində hazırlanmışdır) tədqiq olunmuşdur. 

Ümumrespublika konfransından sonra qısa müddət  ərzində qenderlə bağlı çoxlu sayda 

nəşrlər olmuşdur ki, bunlardan "Qender: qadın və hüquq". (Respublika elmi-praktik 

konfransın materialları,  10 iyul 1998, Bakı); "Qadınlar və zorakılıq". (B., 1998); Rəna 

Seyidrza qızı. Qadın və  məhbəs".(B.,1999) " Qadın və siyasət" (B.,1999); "Qadın 

hüquqları" (B.,1999); Azərbaycan Respublikası Qanunvericiliyinin Qender ekspertizası kimi 

əsərlər (B., 1999) mühüm əhəmiyyətə malikdirlər. 

Bütün bunlar və dövrü mətbuatda digər dərc olunanlar sübut edir ki, Azərbaycanın 

etnokonfessional və başqa xüsusiyyətlərini nəzərə alan, özünəməxsus  ənənələrə malik 

olan qender tədqiqatları formalaşmağa başlamışdır. Bu yaxınlarda Azərbaycan Dövlət 

Statistika Komitəsi tərəfindən azərbaycan və ingilis dillərində statistik göstəricilər məcmuəsi 

çap olunmuşdur: Azərbaycanda Qadınlar və Kişilər. (B., 1999) adlı bu məcmuə 

respublikada qender siyasəti və praktikası haqqında ümumi təsəvvür yaradır. 

L.C.Mövsümovanın müəllifi olduğu kitabı xüsusi qeyd etmək lazımdır. Quranda qadın 

obrazlarının fəlsəfi təhlili" (Azərb.Ensikl.nəşr. B., 1997)  əsəri maraqlı mate-riallarla 

zəngindir. 

Qender dəyərinə dair əsas beynəlxalq sənəd kimi qadınların vəziyyəti barədə mühüm 

sənədlər qəbul etmiş olan, "qender" termininin tədqiqi haqqında məlumatlar verən IV 

Ümumdünya Konfransının materialları  əvəzsizdir: Qadınların vəziyyəti haqqında IV 

Ümumdünya Konfransı. (Pekin. Çin. 4-15 sentyabr 1995). Bundan əlavə, BMT-nin 

regionlarda kecirdiyi beynəlxalq və milli konfransları haqqında "Subregional Bülleten" 

(Redaktoru  Şəhrəbanu Tacbəxt. 2-ci buraxılış, Daşkənd,  1998) Orta Asiyada, Qafqaz 

regionu dövlətlərdə və Türkiyədə qenderin inkişafına kömək olmuşdur. 

Son dövrlərdə qender tədqiqatları ilə  əlaqədar onun metodoloji, dünyagörüşü və  fəlsəfi 

aspektləri istiqamətində çoxlu sayda işlər dərc olunmuşdur. Buna səbəb Rusiyada və MDB-

nin başqa ölkələrində yaranmış olan elmi mərkəzlərin Qərb ölkələrinin fondları  və qadın 

təşkilatlarının köməkliyi ilə bu sahədə kecirilən nəzəri və sosioloji tədqiqatları olmuşdur. 

Bunların içərisindən aşağıdakıları qeyd etmət olar: Voronina O.A. tərəfindən rəhbərlik 

edilən Moskva Qender tədqiqatları  Mərkəzi, Moskva Qender tədqiqatlarının yay məktəbi 


(rəhbəri Xodkina Z.A.), Xarkov Qender tədqiqatları  Mərkəzi (rəhbəri H.S.Jerebkin), 

Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Tədqiqatlar  İnstitutunun Qazaxıstan 

Gender Tədqiqatları  Mərkəzi (rəhbəri  Şakirova S). Bu siyahıya həmçinin  1997-ci ilin 

dekabrında Azərbaycan Fəlsəfə  Cəmiyyətinin nəzdində yaradılmış "Qender problemləri" 

Mərkəzini də əlavə etmək olar. 

Beləliklə, Qender tədqiqatları bu gün müstəqil humanitar bilik sahəsinə çevrilərək  əldə 

etdiyi nailiyyətləri ilə müxtəlif bilik sahələri və ayrı-ayrı fənlərdə geniş istifadə oluna bilər. Bu 

fikri təsdiq etmək üçün bizim tərəfimizdən hazırlanmış qender tədqiqatları kursunun 

proqramını (Moskva və Qazaxıstan mütəxəssislərinin proqramlarını nəzərə alaraq) təqdim 

edirik. 


"Qender tədqiqatları: tarix, nəzəriyyə, praktika" kursunun 

 

PROQRAMI 



1. Qender anlayışı. Qender tədqiqatlarının predmeti. Əsas anlayışları  və paradiqmaları 

[cins (sex) və qender (soy), qender tədqiqatları, qender dəyərləri, qender münasibətləri, 

qenderşünaslıq, feminizm, maskulinizm, patriarxat, matriarxat və s.] 

2. İctimai, siyasi, fəlsəfi fikir tarixində, ədəbiyyat və incəsənətdə cinslərarası münasibətlərin 

problemləri. 

3. Cəmiyyətin və müxtəlif mədəniyyətlərin tarixi inkişafında qender münasibətlərinin 

tipologiyalaşdırılması (ünsürləşdirilməsi). 

4. Feminist hərəkatı tarixi: ideyalar, konsepsiyalar, nəzəriyyələr, fəlsəfi yanaşmalar, 

cəmiyyətin, fəlsəfənin, psixonalizin feminist tənqidi. 

5. Qender və mədəniyyət. Qadın və kişi mədəniyyətin obyekti və subyekti kimi. Qadınların 

dünya mədəniyyətinə baxışı. Qadın: "Şərq-Qərb" problemi, qadın-islam-mədəniyyət. Qadın 

və kişi yaradıçılığının özünəməxsusluğu. Dil və  təsvir tərzi. Mədəniyyətdə fikir və idrak 

tərzi. 

6. Qender və din. Qadın və kişi: mif, dastan və din. Dünya dinlərində qadın və kişi statusu. 



7. Qender və ekologiya. Qeyri-zorakılıq və  əməkdaşlıq fəlsəfəsi. Ekofeminizm, qlobal və 

sosial ekologiya problemləri. 

8. Qender-Təhsil-Elm. 

9. Qender-Siyasət-Hüquq. Qadın sosial dinamikanın faktoru kimi. Qadın və siyasət. Qadın 

hərəkatı siyasi proseslərin amili kimi, sosial dəyişikliklərin strategiyası  və taktikası. 

Qanunvericilik və  bərabərlik: nəzəriyyə  və praktika. İnsan hüquqları  və azadlıqları 

sistemində qadın hüquqları. Beynəlxalq təşkilatlar: qender siyasəti və praktikası. 

Azərbaycanda qender münasibətləri. BMT-nin İnkişaf Proqramının çinslərin inkişafı 

haqqında hesabatları. 

10. Qender: sağlamlıq və tibbi xidmöt sistemi. 

11. Qender və iqtisadiyyat. Qadının hüquqi bərabərsizliyinin iqtisadi aspektləri. Müasir 

cəmiyyətdə qadın və kişinin iqtisadi statusu. Ailə-iqtisadi təhlilin obyekti kimi. Ailədə iqtisadi 

rolların bölüşdürülməsi.  İqtisadi diskriminasiya modelləri. Nəzərə alınmayan qadın  əməyi. 

Əmək bazarında, təhsildə  və investisiyada diskriminasiya. Qadın və müasir əmək bazarı. 

XXI əsr prespektivləri. 

12. Azərbaycanda qadın və kişi münasibətlərinin tarixinə dair. Qender: respublikanın 

etnokonfessional özünəməxsusluğu. Azərbaycanda qadın hərəkatı tarixi. Azərbaycanda 

feminizm hərəkatı olmuşdurmu? Azərbaycan üçün qender proqnozu: demoqrafiya, əhali, 

siyasət. 

13. Cinsi fərqlərin təsnifatı: bioloji, psixoloji, sosial aspektlər. Qadın və kişinin sosial rolları. 

Uşaq psixologiyasında qender assimmetriyası. Uşaq tərbiyəsi və sosiallaşmasının qender 

dəyərləri. Dil və qender. Şəxsiyyətin özünüidentikliyinin qender problemləri. Qender fərqləri 



və idrak prosesi. 

14. Qenderin sosiologiyası. Tədqiqatın obyekt və predmeti: əsas anlayışlar. Qender 

cinslərin sosial konstruktu kimi. Qender sosial institut kimi. Qender stratifikasiyasının 

sosioloji nəzəriyyələri. Cəmiyyətin müxtəlif sahələrində sosial rolların və statusların 

təzahürlərinin qender aspektləri. 

15. Seksuallıq, məhəbbət, nigah, ailə problemlərinə qender yanaşma tərzi.  Şəxsiyyətin 

seksuallıq identikliyinin formalaşması  və cinsi dəyişiklik problemləri. Qadın 

reproduktivliyinin rolu: tənqid və nəzəriyyə. 

16. Müasir Azərbaycanda qender problemləri və onların sosioloji tədqiqi. Qender tərbiyəsi 

və təhsili proqramı. 

Fəlsəfədə yeni dünyagörüşü kimi qenderşünaslıq tədricən özünə böyük bir diqqəti 

çəkməklə yanaşı, həm də Azərbaycan reallığı ilə bağlı onun dərindən acılmasını da tələb 

edir. Yeni yaranan bölmə məhz bu istiqamətdə öz işini davam etdirir və müəyyən uğurlara 

nail olmuşdur. 

 

 

İLHAM MƏMMƏDZADƏ  



ETİKA VƏ ESTETİKA ŞÖBƏSİ 

 

Etika və estetika şöbəsi elmi işçilərinin sayı, elmi potensialı  və  tədqiq etdiyi mövzu 



dairəsinin genişliyi baxımından Azərbaycan AE Fəlsəfə  və Hüquq İnstitutunun  ən böyük 

şöbələrindəndir.  Şöbədə 23 əməkdaş, o cümlədən  16 nəfər elmi işçi çalışır. Onlardan 4 

nəfəri -İ.Məmmədzadə, A.Mustafayev, E.Zamanova, R.Bədəlov - elmlər doktoru, 9 nəfəri - 

V.Ömərov, D.Müslümzadə, S.Həsənova, M.Səfərova, G.Əfəndiyeva, H.Əlirzayev, 

X.Quliyeva, F.Abbasov, M.İbrahimova - elmlər namizədidir. 

Müxtəlif illərdə şöbəyə Azərbaycan EA-nın müxbir üzvü Z.Göyüşov, fəlsəfə elmləri doktoru 

Ş.Mirzəyeva, fəlsəfə elmləri doktoru B.Qurbanov rəhbərlik etmişlər. Fəlsəfə elmləri 

doktorları R.Bədəlov, N.Nəcəfov, R.Əzimova, E.Zamanova, N.Səfərov  şöbənin 

əməkdaşları olmuş, dissertasiyalarını burada müdafiə etmişlər. 

Onların bəziləri bu gün də  şöbədə  işlərini davam etdirir, aktual mövzularda tədqiqatlar 

aparırlar. 

Şöbənin özünəməxsus taleyi və inkişaf yolu olmuşdur. Gah şöbənin ayrılması  və iki 

avtonom etika və estetika şöbələrinin yaradılması haqqında sərəncam verilmiş, gah da 

onlar yenidən birləşdirilmişdir.  1998-ci ildə  şöbələr yenidən bir oldu. Lakin bu günkü 

birləşmə, bizim fikrimizcə,  şöbədə  qəbul olunan metodoloji prinsiplər  əsasında baş 

vermişdir. Etika və estetika fəlsəfənin insanın dəyərlər dünyasına bilavasitə  çıxışı olan 

yeganə qoludur, bu istiqamət mənşəcə sosioetaldır. Müdriklərin təbirincə bu sahənin 

dairəsi praktiki fəlsəfə, insan fəlsəfəsidir. Əlbəttə, sovet dövründə elmlərin həddindən artıq 

siyasiləşməsi etika və estetikaya da toxunmaya bilməzdi. Azərbaycanda da etika və 

estetika sahəsində aparılan tədqiqatlar bu prinsipdən kənarda qala bilməzdi. 

Etikada  şəxsiyyətin fərdi  əxlaqına aid tədqiqatlar nadir hallarda aparılırdı.  Əsasən işlər 

ictimai  əxlaq mövzusunda nəşr olunurdu. Bu istiqamətdə, adı  çəkilmiş  işlərdən yalnız 

R.Əzimovanın, N.Səfərovun və məqalə müəlliflərinin elmi işlərini yada salmaq olar. Seçim, 

azadlıq, mənəvi axtarışlar, xüsusi etik mövzuların spesifikliyi mənəvi tərbiyə haqqında 

çoxsaylı prinsiplərin kölgəsində qalmışdı. Həmin prinsipə əsasən etika ilə bağlı tədqiqatlar 

ifrat dərəcədə utilitarizmdən əziyyət çəkirdi, bu isə etikanın mənəvi əsaslarının itirilməsinə 

gətirib çıxarırdı. Buna baxmayaraq, 1992-ci ildə  şöbə  mənəvi axtarışlar haqqında kifayət 

qədər ciddi iş hazırlayıb çapdan buraxdıra bilmişdi. Faktiki olaraq, bu kitab, bəzi qüsurların 

olmasına baxmayaraq, Azərbaycan etikasına qiymətli bir töhfə idi. İctimai  əxlaq, ictimai 


rifah və  məqsədlər,  şəxsiyyətin mənəvi axtarışları, onun fikir və problemlərinin 

törəmələridir. Bundan əlavə,  əvvəllər azərbaycan  əxlaqı, eyniyyət, özünüdərk kimi 

problemlər, demək olar ki, tədqiq olunmurdu. Əvvəllər,  şöbənin estetika bölməsində 

kateqorial aparatla bağlı  əsərlər, musiqi estetikasına aid olan işlər üstünlük təşkil edirdi, 

lakin bu mövzuların dəyərlərlə, həyatla, ünsiyyət və  mədəniyyətlə bağlı olan problemləri 

unudulmuşdu, yəni estetika öz qınına qapanmışdı. 

Lakin, bütün çətinliklərə baxmayaraq, 90-cı illərdən başlayaraq, bu sahədə  bəzi  əsaslı 

müsbət dəyişikliklər baş verməyə başladı. Eyni zamanda bu yeniliklər  əsasən etika 

şöbəsinə toxunmuş, estetika şöbəsi isə, bir növ, bu dəyişikliklərdən kənarda qalmışdı. 

Dəyişikliklərin  əsasən, həm kəmiyyət və  həm də keyfiyyət cəhətdən pozitiv olması, 

Azərbaycanda siyasi etikanın yaranmasına, humanist etikanın əsasının qurulmasına gətirib 

çıxarmışdı. 

Respublikanın filosofları yaxşı bilirlər ki, Fəlsəfə və Hüquq İnstitutunun etika şöbəsi siyasi 

etikanın problemləri, vətəndaş  cəmiyyətinin etikası, fərdi  əxlaqi  şüur məsələləri ilə 

məşğuldur. Estetika şöbəsində  bəzi  əməkdaşların tədqiqatlarında estetik gerçəkliyin və 

proseslərin dəyər qavrayışına yönəlmiş meyli özünü biruzə verir. Bunun üçün R.Bədəlov, 

H.Əlirzayev və  bəzi başqa  əməkdaşların tədqiqatlarını göstərmək kifayət edər. Eyni 

zamanda XIX əsrin sonu-XX əsrin  əvvəlində Azərbaycan estetik fikrinin spesifikliyi və 

xüsusiyyətlərini açıq  şəkildə öyrənmək meyli özünü təzahür etdirir. Məsələyə tam ciddi 

yanaşaraq etiraf etmək lazımdır ki, bu təşəbbüslərdə sovet fəlsəfə məktəbinin "çatışmayan 

cəhətləri", təntənəlik, "kəskin məsələlərin hamarlanması", konfliktlərin inkarı, kontekstlərə 

və  dərin mənalara qarşı etinasızlıq və s. hələ  də hiss olunur. Lakin, bütövlükdə ümumi 

inkişaf meyli pozitivdir, çünki estetika ictimai-mədəni proseslə, onun dinamikası ilə əlaqəsiz 

məhv olmağa məhkumdur. 

İlk baxışdan, mənfi hallara onu da aid etmək olar ki, bu işlərdə Rusiya Elmlər 

Akademiyasının Fəlsəfə İnstitutu, Rusiya kitabxanaları ilə əlaqələr zəifləyib. Eyni zamanda 

Rusiya elmi ilə  əlaqələrin zəifliyi  əks təsir, yəni Azərbaycanda, o cümlədən etika şöbəsi 

tərəfindən azərbaycan mentallığının mənəvi  şüurun və azərbaycan siyasi gerçəkliyinin, 

siyasi adətlərin daha fəal işlənilməsinə gətirib çıxarıb. Əlbəttə ki, İnstitut əməkdaşlarından 

çoxunun Moskvada, etika sektorunda namizədlik və doktorluq dissertsiyalarının müdafiəsi, 

yaxud özlərinin estetika şöbəsi ilə elmi kontaktları, "Voprosı filosofii" və "Filosofskie nauki" 

jurnalarında çıxan məqalələri onların yaxşı yadındadır. Lakin, onu da görməmək olmaz ki, 

bizim  şöbələr artıq müstəqil elmi yoldadırlar.  Əməkdaşların elmi işləri, məqalələri az-az 

olsa da Rusiyada, Almaniyada, Kanadada çap edilir. Bəzi əməkdaşlar xaricdə olan nüfuzlu 

Mərkəz və Fondların qrantlarını alır, İtaliyada (Syen şəhərinin universitetində) təkmilləşmə 

kursunu keçir, tez-tez beynəlxalq konfranslarda cıxış edirlər. Son 5 il ərzində fəlsəfə elmləri 

doktorları R.Bədəlov, E.Zamanova, İ.Məmmədzadə, A.Mustafayev, fəlsəfə elmləri 

namizədləri D.Müslümzadə, V.Ömərov respublikada və Rusiyada, İspaniyada,  İsveçdə 

keçirilmiş konfranslarda öz məruzələri ilə  çıxış etmişlər. Eyni zamanda şöbənin gənc 

əməkdaşlarından S.Həsənova, M.İbrahimova, M.Səfərova və G.Əfəndiyeva namizədlik 

dissertasiyalarını uğurla müdafiə etmişlər. Onu da qeyd etməmək olmaz ki, son 5 ildə şöbə 

hər il öz oxucusu olan məcmuələr çap etdirir. Bu kitablara Azərbaycan filosofları tez-tez 

istinad edirlər,  ən başlıcası odur ki, bu məcmuələrdə etika və estetikanın dəyər elmlərinə 

çevrilməsinin metodoloji əsasları xülasə edilmişdir. Bunlardan yalnız axırınçılarını göstərək: 

"Etika və estetikanın aktual problemləri", Bakı,  1996, "Keçid dövrünün etik problemləri" 

Bakı, 1997; "Siyasi etika və keçid dövrünün bəzi problemləri" Bakı,1998. 

Əlbəttə ki, etika və estetika problemlərinə münasibətdə  dəyər nöqteyi-nəzərindən 

yanaşılmasının  əhəmiyyətinin dərk edilməsinə baxmayaraq, məcmuələrdə çap olunan 

şöbə  əməkdaşlarının işlərində bir sıra çatışmamazlıqlar hiss olunur. Çoxları  hələ  də 


məqalələri dissertasiyaların müdafiəsi naminə, yaxud uzun illər yaranmış "yazmamaq" 

vərdişi ilə  dərc edirlər. Lakin, dəyər etikası  və estetikasına diqqət  şöbənin gənc 

mütəxəssislərini, ilk növbədə Y.Hüseynovu, İ.Məmmədovu və A.Bağırovu cəlb edir. Misal 

üçün, Y.Hüseynov son illərdə  əxlaqi seçim problemini, seçim ontologiyası  və 

fenomenologiyasını  işləyib hazırlayır. Onun yazıları nadir hallarda nəşr olunursa da, 

özünün ayrı-ayrı  məqalə  və  çıxışlarında tədqiqatının fərdi-metodoloji prinsiplərini dürüst 

ifadə edir. Onu da qeyd etmək vacibdir ki, tədqiqatçı sovet vaxtlarında olan bəzi marksistlər 

kimi, metodologiyanı  kənardan almır, onu özü əldə edir və  fəlsəfi ünsiyyətin müstəqil 

iştirakçısı olur. Onun alim kimi formalaşması "müəllim-tələbə" münasibətləri çərçivəsinə 

qapanmır, bu onun elmi rəhbəri və digər alimlərlə daimi dialoqun aparılması  və özünün 

fərdi tədqiqatları zəminində baş verir. Öz işinə ciddi münasibətlə A.Bağırov da seçilir. Onun 

tərəfindən hakimiyyətin təbiətini tədqiq etmək cəhdləri diqqətə layiqdir və ilk məqalələri 

əsas verir ki, şöbə tez bir zamanda bacarıqlı tədqiqatçını əldə edəcəkdir. Bu isə o deməkdir 

ki, bu günkü intensiyalar hədər yerə sərf olunmayıb. Təəssüflər olsun ki, şöbənin estetika 

hissəsinin gənc alimlərinin yaradıcılığındakı  vəziyyət bir o qədər də  qənaətbəxş deyil. 

Namizədlik dissertasiyasının müdafiəsindən sonra M.İbrahimova, demək olar ki, nəşr 

olunmur. X.Quliyeva isə,  əksinə, tez-tez nəşr olunur, amma onun işlərində, sözün həqiqi 

mənasında, fəlsəfi təfəkkür, düşüncə  və estetik əsaslanma çatışmır. Buna baxmayaraq, 

şöbə ümid edir ki, bu nöqsanlar əməkdaşlar tərəfindən gələcək işlərində aradan 

götürüləcəkdir. 

Bu deyilənlərdən sonra, şöbə  işçilərinin fərdi elmi işləri, onların elmi axtarışlarının 

istiqamətləri, elmi-tədqiqat işlərinin planları üzərində bir az konkret dayanmaq istərdik. 

Şöbə "Postsovet Azərbayçanda mənəvi  şüurun strukturu və tiplərinin etik aksioloji 

aspektlərinin tədqiqi" və "XIX-XX əsrlərdə Azərbaycanda estetik fikrin inkişafı" adlı iki 

istiqamətdə iş aparır. 

Azərbaycanda vətəndaş  cəmiyyətinin perspektivləri problemi aşağıdakı mühüm suallara 

cavabların axtarılmasını nəzərdə tutur: 

1. Vətəndaş cəmiyyəti Qərbdə necə formalaşıb; vətəndaş cəmiyyəti ideyası ideal tip kimi. 

2. Göstərilən ideyanın Qərbdə təşəkkül tapmasında liberalizmin rolu. 

3. Siyasi etikanın iqtisadi tərkibi. 

4. Azərbaycanda keçid dövrü monolit şüurdan differensiyalaşmağa və  şüurun müxtəlif 

tiplərinin ayrılmasına doğru hərəkət kimi. Hakim və marginal şüurların rolları. 

5. Siyasi adətlər, siyasi elita və siyasi etika şüurun müxtəlif tipləri arasında olan sazişin 

nəticəsi kimi. Bu prosesin təşəbbüsündə intellektual və siyasi elitanın rolu. Keçid dövrünün 

ideologiyası və əxlaqı. Postsovet məkanın və zamanın spesifikliyi. 

Bu sualların tədqiqi üçün metodoloji əsaslar kimi M.Veyberin, əxlaqın fərddən mənəvi 

şüurun tipləri haqqında ümumiləşdirilmələrə keçməyə imkan yaradan, "ideal tip" ideyasını; 

Deqanın və Pelossinin müxtəlif cəmiyyətləri,  əxlaqi-siyasi sistemləri tutuşdurmaga  şərait 

yaradan müqaisəli metodogiyalarını; 

Amerika filosofları S.Almon və S.Verbin, fransız L.Poyin və polşalı E.Vyatrın vətəndaş 

cəmiyyəti və şüurun müxtəlif tiplərinin qarşılıqlı münasibətləri haqqında fikirlərini göstərmək 

olar. 


Metodologiyanın problemləri ilə ötən illər  İ.Məmmədzadə  məşğul olmuşdur. Metodoloji 

məsələlərlə yanaşı, onun tərəfindən əsaslandırılmış, etnik və milli şüurun xususiyyətləri ilə 

bağlı Azərbaycanda keçid dövrünün iki mərhələsi haqqındakı ideyası çox vacibdir. Siyasi 

mənəviyyatın özünəməxsusluğunun təhlili,  şüurun müxtəlif tiplərinin genezisi və  təkamülü 

haqqında düşüncələr də böyük maraq kəsb edir. 

Vətəndaş cəmiyyəti bir ideal kimi bu cür açıqlanır: 

Qərb fəlsəfəsində və etikasında cəmiyyət və dövlət; ideyasının bölünməsi; Əxlaqi-siyasi və 


mənəvi mexanizmlərinin tənzimlənməsi axtarışları. Şöbə daxilində bu məsələlərlə sistemli 

şəkildə D.Müslümzadə  məşğul olur. Bu sualların kontekstində "ideal insan" ideyasının 

təhlili (A.Mustafayev), hakimiyyət və siyasət, siyasi publika və  əxlaq aralarında qarşılıqlı 

münasibətlərin formalaşması  (İ.Məmmədzadə, D.Müslümzadə, N.Səfərov) durur. Onların 

düşüncələrində, xüsusilə vacib olan nəticə kimi, siyasi etika siyasi prosesi müxtəlif 

qrupların maraqlarının toqquşması kimi nəzərdən keçirilir. Belə olan hallarda, konseptual 

və kompromis, maraqların barış yoluna çevrilir. Azərbaycan  şüurundakı  bəzi proseslər 

Azərbaycanda vətəndaş  cəmiyyətinin perspektivlərinin olması haqqında xəbər verir. ( 

A.Mustafayev, D.Müslümzadə, G.Əfəndiyeva). 

Siyasi etikanın ideya fundamentini fərdçilik, fərdi  əxlaqın və  məqsədlərin üstünlüyü təşkil 

edir. Bu ideyalar S.Həsənova və V.Ömərov tərəfindən təhlil edilmişdir. Qərbdə liberalizm 

siyasi etikanın, fərdin iqtisadi müstəqilliyi,  şəxsin  əxlaq müxtəlifliyi,  şəxsin  əxlaq 

muxtariyyatından keçən formalaşma yolları keçib. Məhz bu cür şəxslərin ictimai və siyasi 

fəaliyyətləri nəticəsində, hüquqi "müqaviləli" dövlət ideyasının ifadə olunması mümkün 

olub. Problemin bu aspekti D.Müslümzadə  tərəfindən işlənilib. Vətəndaş  cəmiyyəti 

ideyasının ideal tip kimi qəbul edilməsi müasir Azərbaycanı gələcəyə aparan yollarının dərk 

edilməsi və modelləşdirilməsi tələbatları yaradır. Bu məsələləri "postsovet" və  "şüurun 

keçid tipi" məfhumlarının dialektikası aspektində  tənqidi təhlili saxlamaqla, A.Mustafayev 

tədqiq edir. 

Keçid dövrü ilk növbədə, cəmiyyətin "hansı  şüurdan" "hansına" keçməsinin dərk 

edilməsidir.  Şöbənin alimləri, ümumiyyətlə,  şüurun dörd növünü ayırırlar. Bu; ideya 

İ.Məmmədzadə tərəfindən əsaslandırılıb və öz 

əksini G.Əfəndiyevanın, S.Həsənovanın işlərində tapıb. Keçid dövrü həmişə şüur tiplərinin 

rekombinasiyası  və  cəmiyyətin inkişafının paradiqmasını törətmək iqtidarında olan tipin 

ayırd edilməsidir. Bu paradiqma şuurun diferensiyalaşması  və saziş münasibətlərində 

açılır. Azərbaycanda  şüurun diferensiyalaşması müşahidə olunan faktdır.  İndi problem 

razılaşdırılmış münasibətlərin parçalanmadan birliyə doğru aparan yeganə yolu kimi 

demokratiya olmasının dərk edilməsidir. Bununla əlaqədar tədqiqatçılar Azərbaycanda 

ziddiyyətlərin olmasını qeyd edirlər və onların həll olunmasının modellərini qurmağa cəhd 

göstərirlər. (İ.Məmmədzadə, A.Mustafayev, V.Ömərov, D.Müslümzadə). Bu ziddiyyətlərdən 

biri kimi, individualizmin mənəvi  əsaslarına və  cəmiyyətin  əxlaqi seçim etmək iqtidarında 

olan əxlaqın insan konsepsiyasına tələbatlar qalır.(Y.Hüseynov). 

Şöbənin estetika hissəsində son illərdə M.Hadinin, Sadiqin yaradıcılıqlarına müraciət 

edərək azərbaycan romantizminin spesifikasını E.Zamanova tədqiq edir. Eyni zamanda 

onun müasir türk estetikasının problemlərinin, S.K.Etkinin, İ.X.Baltaçı  oğlunun və  bəzi 

başqa estetiklərin ideyalarının təhlili ciddi maraq doğurur. 

H.Cavidin romantizmi M.İbrahimovanın tədqiqat mərkəzindədir. Lakin şöbənin 

estetiklərində  hələ ki, gözə çarpacaq dərəcədə estetik reallığa yanaşılmasının 

metodologiyası  və  mədəniyyətin təhlilinə kifayət qədər diqqət yetirilmir. Yalnız R.Bədəlov 

bu problemlərlə müəyyən dərəcədə  məşğul olur. Məhz o, öz işlərində azərbaycan 

estetikasının daxili qapanmasını  qırmaq labüdlüyünü, onun mədəniyyətlə bağlılığında 

axtarılması haqqında nəticəyə gəlir. Söhbət estetikanın kulturologiyaya çevrilməsindən yox, 

estetik təhlilin obyekti kimi canlı  mədəniyyətin olduğundan və estetik kateqoriyalarının 

tədqiqatçılarla gerçəklik arasında ünsiyyətdə vasitəçi funksiyasını icra etdiyindən gedir. 

R.Bədəlovu maraqlandıran problemlərlə F.Abbasovun məşğul olduğu sosio-mədəni 

prosesin estetik məsələləri arasında müəyyən həmahənklik var. R.Bədəlovun modernizmə 

və postmodernizmə həsr olunmuş işləri müəyyən maraq kəsb edir. Qeyd etmək lazımdır ki, 

son illər  ərzində azərbaycan fəlsəfi fikrində modernizmə olan marağın artması müşahidə 

olunmaqla yanaşı, Bodriyarın, Genonun və başqalarının modernizmlərinin fəlsəfi  əsasları 


gözə çarpmır. Buna görə R.Bədəlovun araşdırmaları daha çox azərbaycan fəlsəfi fikri üçün 

aktual və vacibdir. 

H.Əlirzayev son illərdə gözəllik problemini, gözəlliyin fəlsəfəsini tədqiq etmişdir. Bu 

baxımdan onun qeyd edilən problemdən insan, həyatın mənası kimi humanist mövzularına 

keçməsi daha əhəmiyyətli təsəvvür bağışlayır. Bizim fikrimizcə, bu, keçid azərbaycan 

estetikasında dəyərlər  əsasının qıtlığı ilə bağlıdır. Qeyd edək ki, H.Əlirzayev tərəfindən 

gələcəkdə aksiologiya ilə estetika arasında sintezin yaradılması arzuolunan bir hal olardı. 

X.Quliyeva son illərdə Ü.Hacıbəyovun, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin estetik və 

kulturoloji baxışlarının təhlil problemləri ilə  məşğul olur. Azərbaycan sovet estetikasının 

xüsusiyyətləri S.Bağırovanın tədqiqat axtarışlarının mərkəzindədir. Hal-hazırda bir qədər 

narahatçılıq doğuran odur ki, şöbənin bəzi  əməkdaşları namizədlik və doktorluq 

dissertasiyalarının müdafiəsindən sonra elmdə öz vəzifələrini tamamlanmış hesab edirlər. 

Yeni  əsrin  ərəfəsində, yeni tədqiqat lahiyyələri qarşısında bizim qeydlərimizi 

ümumiləşdirərək göstərmək istərdik ki, şöbə gələcəkdə azərbaycan əxlaqi-siyasi və estetik 

gerçəkliklərini müasir metodologiyaların və metodikaların köməyi ilə öz imkanları daxilində 

tədqiq etməyə çalışsın, öz elmi əlaqələrini genişləndirib daha da dərinləşdirsin.  Şöbə 

tədqiqat qrantlarının alınması üçün müsabiqələrdə  iştirak etməyə, Azərbaycanda və 

xaricdə  dərc olunmağa çalışacaq. Artıq bu sahədə  gələcək elmi nəticələr üçün müəyyən 

əsaslar da qoyulmuşdur. 

 

RƏFİQƏ ƏZİMOVA 



MƏNƏVİ PROSESLƏRİN PROQNOZLAŞDIRILMASI QRUPU 

1993-cü ildən fəaliyyətə başlayan qrupun yaradılması keçid dövrünün aktual sosial-psixoloji 

problemlərinin ön plana keçməsi ilə şərtlənir. 

Müasir  şəraitdə  mənəvi proseslərin proqnozlaşdırılması mövcud makro- və mikrosistem 

səviyyəsində götürülmüş, burada əxlaqi  şüur və  əxlaqi münasibətlərə xüsusi diqqət 

yetirilmişdir. 

F.e.d. Rəfiqə Əzimovanın tədqiqatları keçid mərhələsinin mahiyyətinə, XX əsrin sonu, XXI 

əsrin  əvvəllərində  cəmiyyətin həll etməli olduğu sosial-psixoloji problemlərin müəyyən 

edilməsi və şərhinə həsr olunmuşdur. 

Tədqiqatçı keçid dövrünü səciyyələndirən, dövlət quruculuğunda, iqtisadi və sosial-mənəvi 

sahələrdə baş verən dəyişiklikləri ön plana çəkir. Qrupun elmi-tədqiqat istiqamətinə uyğun 

olaraq ictimai həyatın demokratikləşdirilməsi və azad şəxsiyyətin formalaşması 

məsələlərinə geniş yer verilir. 

Tədqiqatda keçmişin mənəvi irsinə münasibətdən, keçid dövrünün mənəvi-psixoloji 

dəyişiklikləri ilə  şəxsiyyət azadlığı probleminin qarşılıqlı  əlaqə  və qarşılıqlı  təsirindən, 

ölkədə aparılan islahatlarla onların  əlaqəsindən  ətraflı danışılır və ilkin elmi proqnozlar 

söylənilir. 

F.e.n. Yevgeniya Metelyova cəmiyyətin müasir inkişaf səviyyəsində kütləvi  şüur 

probleminin bir sıra metodoloji və sosioloji aspektlərinin təhlinini plan işi kimi araşdırmışdır. 

Yaxın gələcək üçün qrupun tədqiq edəcəyi elmi araşdırmalar bir sıra yeni problemlərin 

öyrənilməsi ilə bağlı olacaqdır. 

Sosial psixologiyanın metodoloji problemləri, cəmiyyətin makro- və mikromühiti ilə 

şəxsiyyətin formalaşmasının qarşılıqlı  əlaqəsi və başqa sosial problemlər aparıcı sahələr 

olacaqdır. 

Bütün bunlarla yanaşı, tədqiqatın uğurla və  hərtərəfli aparılması üçün qrupun filosoflarla, 

eləcə də psixoloq və sosioloqlarla gücləndirilməsinə ciddi ehtiyac vardır. 

Qrup fəaliyyət göstərdiyi müddətdə  tədqiq etdiyi problemlə bağlı xeyli konkret sosioloji 

sorğular aparmış, həmin sorğuların nəticələri ilə bağlı elmi seminar və konfranslar keçirmiş, 



elmi işlər nəşr etdirmiş və çapa hazırlamışdır. 

 

 



ZAKİR QASIMOV  

HÜQUQİ TƏDQİQATLAR ŞÖBƏSİ 

 

 1945-ci ildə Azərbaycan EA Fəlsəfə İnstitutu yaradılarkən onun tərkibində dövlət və hüquq 



şöbəsi də  fəaliyyətə başlamışdı. Burada görkəmli hüquqşü naslardan Qasım Cəfərov, 

Vahid Qəhrəmanov, Bilqeyis Həşimzadə  və başqaları çalışırdılar.  1950-ci ildə  Fəlsəfə 

İnstitutu Tarix İnstitutu ilə birləşdirildikdən sonra həmin hüquqşünas alimlər ali məktəblərdə 

işləməyə keçdilər. Akademiyanın Rəyəsət Heyəti nəzdində  fəaliyyət göstərən Fəlsəfə 

Bölməsinin tərkibində artıq  1960-cı ildə hüquqi tədqiqatlar  şöbəsi yaradıldı. Kiçik bir 

qrupdan ibarət olan şöbəyə Məmməd Xələfov başçılıq edirdi. 

Fəlsəfə Bölməsi əsasında Fəlsəfə və Hüquq İnstitutu yarandıqdan sonra burada üç hüquq 

şöbəsi fəaliyyətə başladı. Bunlar dövlət və hüquq nəzəriyyəsi və tarixi; dövlət hüququ və 

Sovet quruculuğu; cinayət və mülki hüquq şöbələri idi. 

Müxtəlif illərdə hüquq şöbələrində Azərbaycan EA müxbir üzvü Qəhrəmanov V.P., Hüquq 

elmləri doktorları Xələfov M.S., Qafarov T.M., Mövsümov C.Q., eləcə də 20 nəfərdən artıq 

hüquq elmləri namizədləri çalışmışlar. Onların bir çoxu Fəlsəfə  və Hüquq İnstitutunda, 

digərləri isə Moskva və Leninqradın aparıcı elmi müəssisələrində hazırlıq keçmişlər. 

İnstitutda təcrubəli Hüquqşünas alimlərin elmi potensialının artması Azərbaycan dövlət və 

hüquq tarixi, dövlət huququ və sovet quruculuğu, demokratiyanın inkişafı, qanunçuluq və 

hüquq qaydalarının möhkəmlənməsi, təbiətin hüquqi mühafizəsi sahələrində  tədqiqatların 

genişləndirilməsinə imkan yaratdı. Bu problemlər üzrə bir sıra dissertasiyalar müdafiə 

edildi. 


Hüquq  şöbələri varlığının ilk illərində  əməkdaşlar tərəfindən "Hüquq terminləri lüğəti", 

"Azərbaycan SSR hüquq və dövlət tarixi"nin 2 cildliyi, sonrakı illərdə isə hüquq elmlərinin 

müxtəlif sahələrinə dair 25 monoqrafiya, 150-dən artıq elmi məqalə dərc olunmuşdur. 

Ali təhsil müəssisələrinin, həmçinin respublikada hüquqi mühafizə orqanlarının yüksək 

səviyyəli hüquqşünaslara ehtiyacının artması ilə  əlaqədar  İnstitutdan təcrübəli 

hüquqşünaslarının axını başlandı. Bütün bunların nəticəsidir ki, hazırda  İnstitutda hüquqi 

tədqiqatlar adlı bir şöbə fəaliyyət göstərir. 

Şöbədə 8 əməkdaş çalışır. Onlardan 2 nəfəri - şöbə müdiri Zakir Qasımov və böyük elmi 

işçi  Əli Rzayev, hüquq elmləri namizədi Bəhruz Kərimov və Vüqar Eyvazov kiçik elmi 

işçidir. Şöbənin 4 laborantı vardır. 

Müstəqil Azərbaycan Respublikasının yaranması və onun Konstitusiyasının qəbul edilməsi 

Azərbaycan xalqının tarixində yeni mərhələnin - müstəqil dövlətçiliyin dirçəlməsi 

mərhələsinin başlanğıcını qoydu. Konstitusiyanın qəbulunu Azərbaycan xalqının böyük 

tarixi nailiyyəti  kimi  qeyd  edən Konstitusiya Komissiyasının sədri Azərbaycan 

Respublikasının Prezidenti H.Ə.Əliyev bütün keçmiş konstitusiyalardan onun fərqini 

göstərərək -"Bu Konstitusiya suveren Azərbaycan Respublikasının Konstitusiyasıdır"- 

demişdir. 

Konstitusiyanın qəbul edilməsi cəmiyyətimizdə, onun iqtisadi, siyasi, sosial və  mənəvi 

həyatında baş verən köklü dəyişikliklər prosesindən irəli gələn ciddi ictimai tələbatın ifadəsi 

olmuşdur. Azərbaycan Dövlətinin  Əsas Qanunu olmaq etibarilə, Konstitusiya vətəndaş 

cəmiyyətinin təşəkkülü, demokratik hüquqi dövlətin qurulması,  ədalətli iqtisadi və sosial 

qaydaların və digər ümumbəşəri dəyərlərin təmin edilməsi məqsədlərinin həyata keçirilməsi 

üçün mühüm hüquqi bazaya çevrilmişdir. 

Konstitusiyanın, onun prinsip və normalarının effegtik həyata keçirilməsi respublikanın 



hüquq elmi qarşısında dövlət və hüquq quruculuğunun bir çox nəzəri və praktiki 

problemlərinə yeni mövqedən yanaşmaq vəzifəsini qoymuşdur. Fəlsəfə  və Hüquq 

İnstitutunun hüquqşünas  əməkdaşlarından ibarət kiçik bir şöbənin kollektivi məhz bu 

mövqedən çıxış edərək, öz səylərini "Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu" 

elmi istiqamətində cəmləşdirməyi məqsədəuyğun hesab etmişdir. 

Həmin istiqamət aktual problemlərin geniş dairəsinin, xüsusən hüquqi dövlət haqqında 

təlimin yaranması və inkişafı, siyasi hakimiyyətin təşkil edilməsinin və həyata keçirilməsinin 

bu formasına xas olan əsas prinsiplər də daxil olmaqla hüquqi dövlət konsepsiyalarını 

əhatə edir. Buraya, həmçinin, SSRİ dağıldıqdan sbnra müstəqil Azərbaycan dövlətçiliyinin 

təşəkkülü və inkişafı problemləri- postsovet dövlətindən hüquqi dövlətə keçid mərhələsində 

respublikada dövlət və hüquq quruculuğu, hüququn bütün sahələrinin, respublikanın hüquq 

sisteminin inkişafı və təkmilləşdirilməsi üçün əsas hüquqi baza kimi Konstitusiya islahatları 

və s. məsələlər də daxildir. 

Əlbəttə, bütün bunlar qeyd edilən elmi istiqamət üzrə böyuk bir elmi kollektivin səylərini 

tələb edən aktual problemlərin tam siyahısı deyildir. Ona görə də həmin problemlərin yalnız 

bir qismi son illərdə  İnstitutda hüquqa dair araşdırmalarla məşğul olan yeganə  şöbənin 

tədqiqat predmetinə çevrilmişdir.  Şöbənin özünün kadr potensialının zəif olması  nəzərə 

alınaraq, 1996-1997-ci illərdə bir neçə alim - Azərbayean EA müxbir üzvü Məlikova M.F., 

hüquq elmləri doktorları Rzayev A.Q. , Səməndərov F.Y. əvəzçilik qaydası  əsasında bu 

şöbənin işinə cəlb edilmişdir. 

Son illərdə şöbənin əməkdaşları tərəfindən bir sıra işlər görülmüş və dərc edilmişdir. Şöbə 

müdiri, f.e.n. Z.M.Qasımov tərəfindən hazırlanmış "Hüquqi dövlət ideyasının yaranması və 

inkişafı" adlı  işdə antik dövrdən başlayaraq burjua demokratik inqilabları  mərhələsinədək 

hüquqi dövlət haqqında ideyaların meydana gəlməsi və inkişafı  məsələləri tədqiq olunur. 

Bəşəriyyətin pozitiv təcrübəsi ilə canlanan bu ideyalar hüquqi dövlət nəzəriyyəsinin 

formalaşmasına, onun siyasi həyata, müasir ölkələrin konstitusiya qanunvericiliyinə  tətbiq 

edilmişdir. 

Z.M.Qasımovun birgə müəllif olduğu "Hakimiyyətin bölgusü prinsipi və konstitusiya 

mexanizmində onun həyata keçirilməsi" adlı kitabda hakimiyyət bölgüsü haqqında 

ideyaların mənbələri, onların bütöv siyasi-hüquqi konsepsiyaya, dövlət hakimiyyətinin təşkili 

və  fəaliyyəti prinsipinə çevrilməsi məsələləri yığcam  şəkildə  tədqiq edilir. Daha sonra bu 

prinsipin mahiyyəti, onun dövlət hakimiyyətinin bir qolunda, bir orqanın və yaxud bir şəxsin 

əlində  cəmləşməsinin qarşısının alınmasına istiqamətlənməsi məsələləri araşdırılır. Bu 

məqsədlə hakimiyyət üç hakimiyyət qolu-qanunveriçi, idarəedici və  məhkəmə hakimiyyəti 

arasında bölünməlidir. Onlardan hər biri sərbəst, müstəqil olmalı, bir-birini çəkindirməli və 

bir-birinə nəzarət etməli, eyni zamanda ümumi məqsədlər naminə əməkdaşlıq etməlidir. Bu 

prinsipin Konstitusiyada təsbit olunması  və onun dövlət mexanizminə real tətbiqi, bir 

tərəfdən, avtoritarizmdən və totalitarizmdən qorunmaq üçün mühüm təminat, digər tərəfdən 

demokratik, hüquqi dövlətin formalaşması üçün zəruri  şərtdir. Kitabda bir sıra dünya 

dövlətlərinin praktikasında bu prinsipin necə həyata keçirilməsi açıqlanır və qeyd edilir ki, 

respublikamızda demokratik, hüquqi dövlət quruculuğu üçün həmin dövlətlərin müsbət 

təcrübəsindən bəhrələnmək faydalı olardı. 

Z.M.Qasımovun hazırda nəşrdə olan "Hakimiyyətin bölgüsü prinsipi və Azərbaycan 

Respublikasında qanunverici və icraedici hakimiyyətin səlahiyyətlərinin ayrılması" işi həmin 

problemin tədqiqinin davamıdır. Burada hakimiyyətin bölgüsü prinsipinin respublika 

Konstitusiyasında həyata keçirilməsi məsələsi araşdırılır. Hakimiyyətin iki qolunun 

səlahiyyətlərinin təsbit olunduğu konstitusiya normalarının analizi əsasında müəllif bu 

qənaətə  gəlir ki, əgsər postsovet respublikalarında olduğu kimi Azərbaycanda da 

Prezidentin  şəxsində icra hakimiyyətinin üstünlüyü ilə xarakterizə edilən prezident 


idarəetmə forması mövcuddur. 

Belə vəziyyət bir sıra obyektiv amillərlə - keçid dövrünün mürəkkəblikləri, ölkədəki ictimai-

siyasi və sosial-iqtisadi şəraitin gərginləşməsi, respublikamıza qarşı erməni təcavüzü və 

onun nəticələri ilə  şərtlənmişdir. Bu şəraitdə respublikanın müstəqilliyini qorumağa və 

məhkəmləndirməyə, ölkəni siyasi böhrandan çıxarmağa qadir olan güclü prezident 

hakimiyyəti tələb olunurdu. Bu, xalqın görkəmli dövlət və siyasi xadim H.Ə.Əliyevi ölkənin 

rəhbərliyinə çağırması və onu respublikanın Prezidenti seçməsindən sonra mümkün oldu. 

Bununla yanaşı qeyd olunur ki, Azərbaycan dövlətinin mustəqilliyi gücləndikcə, 

hakimiyyətin bölgüsü mexanizmindən Milli Məclisin simasında qanunverici hakimiyyətin 

rolu artırılmalı, xalq hakimiyyətinin nümayəndəli orqanı kimi onun səlahiyyətləri 

genişləndirilməli, qəbul edilən qanunların icrasına onun nəzarəti gücləndirilməlidir. 

Z.M.Qasımovun yuxarıda adları  çəkilən tədqiqat işlərinin məntiqi davamı olan "Totalitar 

dövlətdən hüquqi dövlətə doğru" mövzusunda dərc edilən məqalələri birpartiyalı inzibati-

amirlik metodları ilə  cəmiyyətin fövqündə dayanan totalitar dövlət olmuş sovet dövlətinin 

xarakteristikası ilə başlayır. Postsovet dövlətindən hüquqi dövlətə doğru aparan yol 

mövcud olan sistemin dəyişdirilməsi, hüquqi dövlətin iqtisadi, siyasi, sosial və  mənəvi 

əsaslarının yaradılması  və möhkəmləndirilməsi, demokratik prinsiplərin həyata keçirilməsi 

üçün zəruri olan keçid dövründən keçir. Bu, ictimai həyatın bütün sferalarında hüququn 

aliliyinin bərqərar ediləçəyi uzun və çox mürəkkəb bir prosesdir. Bir sıra obyektiv və 

subyektiv amillərdən asılı olaraq hər bir ölkədə keçid dövrü müəyyən çətinliklər və 

özünəməxsus cəhətlərlə xarakterizə olunur. 

Aparıcı elmi işçi h.e.d.,prof. A.Q.Rzayevin "Azərbaycan Respublikasının Konstitusiyası  və 

milli təhlükəsizlik problemləri" mövzusunda tədqiqat işinin nəticələri kitab şəklində  dərc 

edilmişdir. Tədqiqat işində ölkənin sabit və dayanıqlı inkişafının, mürəggək keçid dövründə 

onun milli təhlükəsizliyinin təmin edilməsinə yönələn konstitusiya normaları təhlil edilir. Milli 

təhlükəsizliyə ölkənin, cəmiyyətin, dövlətin, həyatın müxtəlif sahələrində həyati əhəmiyyətli 

maraqların geniş spektrini əhatə edən çoxcəhətli və mürəkkəb problem kimi yanaşan 

müəllif, respublikamızın müxtəlif sahələr üzrə-siyasi, iqtisadi, hərbi (müdafiə), ekoloji və 

genetik sferalarda milli təhlükəsizlik problemlərini fərqləndirir və onları  tədqiq edir. Ölkə 

həyatının bütün sahələrini  əhatə edən, elmi cəhətdən  əsaslandırılmış milli təhlükəsizlik 

konsepsiyasının işlənib hazırlanmasının zəruriliyi bütövlükdə bu tədqiqatın ana xəttidir. 

Bununla yanaşı, müəllif bir sıra problemlər üzrə özünün müvafiq konsepsiyası olduğunu 

nümayiş etdirir. Müəllif həmçinin onun fikrincə bu mühum dövlət sənədinə daxil edilməsi 

zəruri olan maraqlı təkliflər və müddəalar irəli sürür. 

Böyük elmi işçi, h.e.d., prof. F.Y.Səməndərovun tədqiqat işi "Azərbaycan Respublikasının 

yeni Konstitusiyası  və insanın həyatı  əleyhinə edilən  əməllərlə cinayət-huquqi mübarizə" 

mövzusuna həsr edilmişdir. 

İşdə Sovet dövlətinin totalitar və inzibati-amirlik sistemində insan və vətəndaşın hüquq və 

azadlıqlarının işdə deyil, yalnız sözdə qorunduğu və dövlətin mənafeyinin daha üstün 

tutulduğu vurğulanır. Müəllif mustəqil Azərbaycan respublikasının yeni Konstitusiyası qəbul 

ediləndən sonra cinayət qanunvericiliyinin "Şəxsiyyət  əleyhinə olan cinayətlər" fəslinin 

insanın həyatına qarşı edilən cinayətləri nəzərdə tutan normaların təşilləşdirilməsi üzrə 

özünün elmi əsaslandırılmış təkliflərini sistemli şəkildə irəli sürür. 

Tədqiqat işində  ağırlaşdırıcı  və yüngülləşdirici hallarda qəsdən adam öldürməyə görə 

məsuliyyət məsələləri hərtərəfli araşdırılır. Müəllif araşdırdığı  məsələlərin cinayət 

qanunvericiliyi, Konstitusiya və insan hüquqları üzrə beynəlxalq müqavilələrin üzvi sintezi 

əsasında təqdim edir. 

Şöbənin böyük elmi işçisi, h.e.n. Ə.H.Rzayev "Azərbaycan respublikasında keçid dövründə 

dövlət qulluqçusunun statusu problemləri haqqında" mövzusunda tədqiqat işi hazırlamışdır. 


İşdə dövlət qulluğunun  əhatə etdiyi az öyrənilmiş  məsələlərə diqqət yetirilir, dövlət 

qulluğunun hüquqi mexanizmi aşkarlanır, dövlət qulluqçusunun fəaliyyətinin səmərəliliyinin 

artırılmasına təsir edən amillər geniş təhlil olunur. 

Azərbaycan Respublikasında dövlət qulluğu mexanizminin tədqiqində  bəzi MDB 

respublikalarının və inkişaf etmiş Qərb dövlətlərinin təcrübəsi öyrənilmiş və respublikamız 

üçün əhəmiyyətli praktiki tövsiyyələr verilmişdir. İşdə dövlət-qulluq münasibətlərinin hazırki 

vəziyyəti təhlil edilmiş, bu münasibətlərin təkmilləşdirilməsi istiqamətləri göstərilmiş  və 

Azərbaycan Respublikasında "Dövlət qulluğu haqqında" qanunun qəbul edilməsinin 

vacibliyi qeyd edilmişdir. Tədqiqat işindəki praktiki tövsiyyə  və müddəalar dövlət aparatı 

sistemində onlardan istifadə olunmasına imkan verir. 

Kiçik elmi işçi B.C.Kərimovun cinayət hüququnun ümumi hissəsi üzrə işlənilən tədqiqat işi 

"Cinayət qanununda blanket dispozisiyalar" mövzusundadır. Tədqiqat işində cinayət 

hüququ normalarının anlayışı verilir, onların  əlamətləri və ayrı-ayrı növləri fərqləndirilir. 

Cinayət hüququ normalarının strukturu və onun elementləri ilə bağlı problem məsələlərə 

toxunulur. Dispozisiyaların ayrı-ayrı növləri göstərilir və blanket dispozisiyaların elmi 

əsaslandırılmış təsnifatı təqdim edilir. Müəllif respublikamızın ilk cinayət qanunvericiliyindən 

başlayaraq son dövrlərə  qədər cinayət qanununda blanket dispozisiyaların inkişaf 

tendensiyası  və dinamikası  məsələlərini araşdırır. Tədqiqat işində mövcud cinayət 

qanunvericiliyi üzrə blonket dispozisiyaların təkmilləşdirilməsi yolları göstərilir və  qəbul 

ediləcək cinayət qanununda blonket dispozisiyaların qurulmasına dair təkliflər verilir. 

Şöbə tərəfindən işlənilən "Respublikada hüquqi dövlətin formalaşması" adlı elmi istiqamət 

Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti Akademiyanın  əsas perspektivli 

istiqamətlərindən biri kimi təsdiq etmişdir. Bu istiqamət üzrə  tədqiqatları davam etdirərək 

şöbədə  aşağıdakı  işlər aparılır: "Hüquqi dövlətin  əsas prinsipləri", "Keçid dövründə 

Azərbaycan Respublikasında dövlət mərkəzi icra hakimiyyət sistemində islahatlar 

konsepsiyası", "Dövlətin  ərazi bütövlüyü və toxunulmazlığı prinsipi və xalqın öz 

müqəddəratını həll etmək hüququ ilə münasibəti" və s. 

Yuxarıda adları  çəkidən işlərdən  əlavə,  şöbənin  əməkdaşları son 3-4 ildə "Azərbaycan 

Elmlər Akademiyasının Xəbərləri" məcmuəsində (tarix, fəlsəfə və hüquq seriyası), "Qanun", 

"Qanunçuluq" jurnallarında və digər nəşrlərdə 25-dən artıq məqalə  dərc etdirmişlər. 

Məsələn, "Konstitusiyanın özünümüdafiəsinin hüquqi mexanizmi", "Hüquq yaradıcılığının 

strategiyası, proqnozlaşdırılması  və planlaşdırılması", "Beynəlxalq humanitar hüquq və 

Azərbaycan Respublikasının milli qanunvericiliyi", "Hüquqi şüurun vəziyyəti və  əməllərin 

kriminalizasiyasında onun rolu", "Dövlət qulluğunun hüquqi tənzimlənməsinin bəzi 

problemləri" məqalələrinin adını çəkmək olar. 

Şöbənin kiçik kollektivinin üzvləri Bakıda və xarici ölkələrdə keçirilmiş beynəlxalq, 

respublika və idarələrarası  səviyyəli müxtəlif elmi konfrans və simpoziumlarda məruzə  və 

çıxışlar etmişlər. 

Z.M.Qasımov "Qafqaz: tarix, müasir dövr və geosiyasi perspektivlər" mövzusuna həsr 

edilmiş beynəlxalq konfransda (Bakı, 1998) "Totalitar dövlətdən Hüquqi dövlətə doğru" adlı 

məruzə ilə, prof. A.Q.Rzayev 1996-cı ildə  İranda keçirilmiş beynəlxalq seminarda 

"Təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların rolu", Hüseynov L.Q. Avropa 

Şurası tərəfindən təşkil edilmiş seminarda (İsveçrə, 1996) "Özünüidarə, ərazi bütövlüyü və 

milli azlıqların müdafiəsi" mövzusunda, müqayisəli hüquqşünaslıq  İnstitutunun keçirdiyi 

"İnsan hüquqlarının pozulmasına görə dövlətlərin məsuliyyəti" mövzusunda konfransda 

iştirak və  çıxış etmişlər. "Azərbayçan XXI əsrin astanasında" mövzusuna həsr edilmiş 

respublika elmi-praktik konfransında (Bakı, 1997) şöbənin bir qrup əməkdaşı, o cümlədən: 

Məlikova M.F. "Azərbaycan Respublikası qanunvericiliyinin inkişaf problemləri", Rzayev 

A.Q. "Azərbaycan elminin tarixi problemləri", Qasımov Z.M. "Qanun layihəsi işinin 


təkmilləşdirilməsi konsepsiyası haqqında", Səməndərov F.Y. "Azərbaycan Respublikası 

Konstitusiyası  və cinayət qanunvericiliyində hüquqi islahatların bəzi problemləri" 

mövzusunda məruzələr oxumuşlar. 

Şöbə öz kadr potensialının imkanları daxilində qanunvericilik praktikasında iştirak edir. 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Haqqında Qanun layihəsinin işçi 

variantı, Milli Məclisin  İş Reqlamenti layihəsini "Qanun layihələrinin və digər məsələlərin 

hazırlanması, Milli Məclisə  təqdim edilməsi və onlara Milli Məclisdə baxılması qaydası 

haqqında" və başqa sənədlər bu şöbədə  işlənib hazırlanmışdır. Milli Məclis aparatından, 

Prezident aparatından,  Ədliyyə Nazirliyindən, Daxili İşlər Nazirliyindən və respublikanın 

digər idarələrindən İnstituta göndərilən müxtəlif qanun layihələri şöbədə nəzərdən keçirilir, 

burada həmin layihələrə təkliflər işlənib hazırlanır. 

 

 



 

MƏQSƏD SƏTTAROV 

FƏLSƏFƏ KAFEDRASI 

 

Fəlsəfə kafedrası kafedra müdiri, Azərbaycan EA-nın müxbir üzvü, professor Məqsəd 



Səttarovdan, 4 nəfər fəlsəfə elmləri namizədi, dosentlər İnessa Rəhimova, Zoya Əzizova, 

Nazilə  Məmmədova və Fizuli Qurbanovdan, və metodkabinənin müdiri Solmaz 

Sadıqovadan ibarət bir tərkibdə fəaliyyət göstərir. 

Yarandığı vaxtdan indiyiə kimi kafedranın fəaliyyətinin əsas istiqaməti Akademiyanın qeyri-

fəlsəfi profilli aspirant və dissertantlarının fəlsəfi hazırlığını yaxşılaşdırmağa, onların 

təfəkkürünü köhnə stereotiplərdən, doqmatizm ünsürlərindən xilas etməyə yönəlmişdir. 

Kafedra Azərbaycan EA-nın aspiranturasına daxil olanlardan qəbul imtahanlarını götürur, 

aspirant və dissertantları  fəlsəfədən namizədlik minimumu imtahanlarına hazırlaşdırır və 

onlardan imtahanlar götürür. Bu məqsədlə aspirantlar və dissertantlar üçün fəlsəfə 

kursunun əsas problemləri üzrə çoxsaatlı mühazirələr oxunur, seminar məşğələləri keçirilir. 

Bundan  əlavə kafedrada fakultativ kurslar da təşkil olunur. Burada fəlsəfə klassiklərinin 

əsərlərinə, Azərbaycan fəlsəfi fikir tarixinə, dövrümüzün aktual fəlsəfi məsələlərinə dair 

mühazirələr oxunur. 

Kafedra bir sıra mühazirələrin oxunulmasına kənardan mütəxəssis alim-mühazirəçi dəvət 

edir. 

Bakıdan kənarda yaşayan və müxtəlif obyektiv səbəblər üzündən dərslərdə  iştirak edə 



bilməyən aspirant və dissertantlarla elmi-metodiki kömək məqsədi ilə ayda iki dəfə seminar 

xarakterli görüşlər keçirir. 

Bütün bunlarla yanaşı, tədris ili boyu aspirant və dissertantlara elmi məsləhətlər verilir, 

referat yazanlara elmi-metodiki kömək göstərilir. 

Aspirant auditoriyasında oxunan mühazirələrin və seminar məşğələlərinin fəlsəfi-nəzəri 

səviyyəsinin yüksəldilməsi, müəllimlərin pedaqoji ustalığının artırılması  işi də diqqətdən 

kənarda qalmır. Bu məqsədlə açıq mühazirə  və seminarlar təşkil edilir, onların nəticələri 

müzakirə edilib qiymətləndirilir. 

Kafedra iclaslarında mühazirə  mətnləri və tezisləri, bir sıra mövzuların tədrisinə dair 

metodiki məsələlər müntəzəm müzakirə edilir. 

1998-1999-cu dərs ilində kafedranın tədris sahəsindəki fəaliyyətini konkret faktlarla 

nəzərdən keçirsək, bu sahədəki iş daha aydın görünər. Həmin illərdə kafedrada fəlsəfə 

kursunun  əsas problemləri üzrə 2 potokda 50 saatlıq həcmində mühazirələr oxunmuş, 

təşkil olunmuş 9 qrupun hər birində 60 saat həcmində seminar məşğələləri keçirilmişdir. 

Tədris ilində kafedraya daxil olan 157 referat işi oxunub rəydən keçirilmişdir. Payız və yaz 


imtahan sessiyalarında  193 nəfər aspirant və dissertantdan namizədlik minimumu, 84 

nəfərdən isə  fəlsəfə  fənni üzrə aspiranturaya qəbul imtahanları götürülmüşdür. Beləliklə, 

1998-1999-cu tədris ilində kafedrada 2450 saat dərs yükü yerinə yetirilmişdir. 

Elmi fəaliyyət sahəsində də kafedrada səmərəli işlər görülmüşdür. Aspirant və dissertantlar 

üçün "Metodiki materiallar"ın hazırlanıb nəşr edilməsi kafedranı uğurlarından sayılmalıdır. 

M.Səttarovun "Mədəniyyət sistemində dinin yeri və rolu", "Adi şüur", "N.Nərimanov və din", 

M.Səttarov və N.Məmmədovanın "Nizami Gəncəvinin bədii-fəlsəfi irsində insan 

konsepsiyası" adlı elmi işləri,  İ.Rəhimovanın "Qədim Yunan komediyası (Estetik fəlsəfi 

təhlil)", F.Qurbaovun "Sinergetikanın sistemlərə  tətbiqi imkanları" adlı elmi işləri və s. 

deyilənləri təsdiq edir. 

Kafedra yüksək ixtisaslı filosof-müəllim kadrlarının yetişdirilməsi sahəsində  də xeyli işlər 

görmüşdür. Xarakterik haldır ki, kafedranın bütün müəllim heyəti Fəlsəfə  və Hüquq 

İnstitutunun yetirmələridir. Müəllimlərin hamısı doktorluq dissertasiyaları üzərində çalışırlar. 

 

Mündəricat 



Ön söz.................................................................................. 

«Fəlsəfə və ictimai fikir tarixi» şöbəsi................ 

«Şərq fəlsəfəsi tarixi və dinşünaslıq» şöbəsi...... 

«İdrak nəzəriyyəsi və elmin metodologiyası» şöbəsi. 

«Sosial fəlsəfə və sosiologiya» şöbəsi.................... 

«Qlobal və sosial ekologiyanınfəlsəfi problemləri» şöbəsi.................................... 

«Fəlsəfənin yeni istiqamətləri və qender tədqiqatları» bölməsi....................................... 

«Etika və estetika» şöbəsi .......___............................... 

«Mənəvi proseslərin pronozlaşdırılması» qrupu .... 

«Hüquqi tədqiqatlar» şöbəsi............................................ 



Fəlsəfə kafedrası.......................................................... 

Document Outline

  • ILHAM M?MM?DZAD?
  • ETIKA V? ESTETIKA SOB?SI

Yüklə 468,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin