Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 468,12 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix31.01.2017
ölçüsü468,12 Kb.
#7213
1   2   3   4   5   6

(üfüqi)  əlaqələrinin üzərinə düşür. Bu "miqdar" nə  qədər çox olarsa, bir o qədər ictimai 

sistemin "vətəndaş  cəmiyyəti" kimi fəaliyyət göstərib özünü ifadə etmək imkanı artar. 

Vətəndaş  cəmiyyətinin də  məğzi, məhz, üfüqi əlaqələrin cəmiyyətin idarə olunmasında 

üstünlük (prioritet) təşkil etməsindədir. Daha dəqiq desək, cəmiyyətin fəaliyyət göstərib 

inkişaf etməsi  şaquli və üfüqi əlaqələrin optimal nisbətindədir, yəni müəyyən konkret 

şərtlərə cavab verən ölçünün saxlanmasındadır. Bu ölçü total surətdə  şaquli  əlaqələrin 

xeyrinə pozulursa cəmiyyət totalitarizmə yuvarlanır, üfüqi əlaqələrin xeyrinə pozulursa 

cəmiyyət özbaşınalığa, anarxiyaya yuvarlanır. Ona görə  də arzu olunan demokratik 

cəmiyyət forması yalnız və yalnız müvafiq ölçü nisbətlərinin ödənilməsi daxilində 

mümkündür ki, bu da zəruri qadağa (məhdudiyyət) prinsiplərinin gözlənilməsini tələb edir. 

Bu prinsipləri cəmiyyətin "saxlanma qanunları" da adlandırmaq olar. Saxlanma qayda-

qanunları müəyyən dərəcədə  əxlaqi-irsi, milli-tarixi ənənələrə, vərdişlərə arxalansa da, 

əsasən hüquqi normalar və qanunverici aktlar sisteminin özünü müəyyənləşdirən "hüquqi 

dövlət" konsepsiyasına əsaslanmalıdır. 

Özünütəşkil və sinergizm fəlsəfəsinə arxalanan idarəetmə metodologiyasının digər başlıca 

tərəflərindən biri odur ki, enerji və güc mənbəyi kimi maddi olan yox, ideal olan (ruh, şüur, 

təfəkkür) götürülür və bu mənbə cəmiyyətin əsas məhsuldar qüvvəsi hesab edilir. Beləliklə, 

maddi nemətlərin azlığından və yaxud tükənməsindən irəli gələn məhdudiyyətlər dəf edilir, 

insan təfəkkürü qarşısında onlar sanki öz hökmranlığından əl çəkib təslim olurlar. Məhz bu 

baxımdan müasir dövrün görkəmli alimləri indiki və  gələcək iqtisadiyyatı "təfəkkür 

iqtisadiyyatı" adlandırırlar. 

Müasir idarəetmənin  əsasında dayanan yeni metodologiyanı, yeni təfəkkür üslubunu 

mənimsəmədən ictimai həyatımızda hər an müşahidə olunan illyuziyaçılıqdan, formal-

məntiqi təsəvvürlərdən xilas olmaq, zəruri islahatlar həyata keçirib azad iqtisadi sistem 

yaratmaq, totalitar vərdiş və ənənələrdən yaxa qurtarıb demokratik dövlət qurmaq mümkün 

deyil. Elə ona görə  də bu məsələdə müxtəlif alim və mütəxəssislərin kompleks səylərinin 

artırılmasına böyük ehtiyac var. 

Son illər şöbənin elmi fəaliyyətində yeni bir istiqamət- qender problematikası da xususi yer 

tutmuşdur. Bildiyimiz kimi, bu sahə müasir dünya elmində çox aktual sahələrdəndir. 

Qender- cəmiyyətdə cinslərin qarşılıqlı münasibətlərinin və ifadə formalarının sosial, siyasi, 

etik, psixoloji, mədəni və s. sahələrdə xüsusiyyətlərini öyrənən bir nəzəriyyədir. Qender 

problematikası  Qərb elmində artıq 30 ilə yaxın bir muddətdir ki, tədqiq və  təbliğ olunur. 

Azərbaycan Respublikasında isə bu problematika son beş ildə diqqət dairəsinə daxil edilib. 


Fəlsəfə və Hüquq İnstitutunun da bu mövzuya ciddi maraq göstərməsi təqdirəlayiq haldır. 

12 fevral 1998-ci ildə  İnstitut BMT İP-nin "Qender İnkişafda" qurumu ilə birgə "Qender: 

qadın probleminin yeni mərhələsi" mövzusunda elmi-praktiki konfrans keçirmişdir. 

Konfransın materialları üzrə "Qender: qadın probleminin yeni mərhələsi" adlı məcmuə nəşr 

edilmişdir. Konfrans ərəfəsində institutun sosial fəlsəfə  şöbəsində xüsusi "Qender 

tədqiqatları" qrupu yaradılmışdır. Şöbənin böyük elmi işçisi, fəlsəfə elmləri namizədi Rəna 

Mirzəyeva qrupun rəhbəri kimi çox səmərəli fəaliyyət göstərmişdir.  Əməkdaşlardan 

Z.Şabanov, N.Babayeva, A.Veysəlova qrupun işində yaxından iştirak etmişlər. Qrup üzvləri 

1998-ci il ərzində ardıcıl olaraq bir sıra konfrans və seminarlarda təşkilatçılıq, aparıcılıq 

fəaliyyəti həyata keçirmiş, məruzələrlə  çıxış etmiş, konkret sosioloji sorğular keçirmişlər. 

Aparılan sorğular respublikanın müxtəlif bölgələrində yüzlərcə respondenti əhatə etmişdir. 

Qrupun üzvləri həmçinin institut rəhbərliyi ilə birgə "Qızların mənəvi problemləri və onların 

həlli yolları" adlı respublika konfransı keçirmişlər.  1999-cu ildən qrup müstəqil bölmə kimi 

fəaliyyət göstərir. İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor Əli Abasov ictimai 

əsaslarla bölməyə  rəhbərlik edir. Yeni bölmənin səmərəli və  təşəbbüskar fəaliyyəti onun 

gələcəyinə böyük ümidlər yaradır. Ümumiyyətlə qeyd etmək  ədalətli olardı ki, qender 

problematikasının hərtərəfli öyrənilməsində  Ə.Abasovun və R.Mirzəyevanın xidmətləri 

böyükdür. 

Son illərdə  şöbənin mühüm elmi-tədqiqat istiqamətlərindən biri də Azərbaycanda 

demokratikləşmə və bu kontekstdə meydana çıxan problemlərin tədqiqi ilə bağlı olmuşdur. 

Bu sahədə şöbənin əməkdaşlarından f.e.d. Ə.Abbasov, f.e.d. Ə.Tağıyev, f.e.d. K.Əzimov, 

f.e.n.  İ.Əliyev, f.e.n. Ə.Şəkərli, f.e.n. F.Mustafayev, f.e.n. D.İsmayılov, f.e.n. Ə.Hüseynov, 

f.e.n. M.Mahmudov fəaliyyət göstərmişlər. 

Demokratikləşmə prosesi özündə milli müstəqilliyi, dövlət suverenliyini, milli şüurun və tarixi 

yaddaşın oyanışını, insan hüquqlarının üstünlüyünü, azadlığı, fərdlərin siyasi davranışının 

formalaşmasını, liberal qərarların formalaşmasını  və s. ehtiva edir. Demokratiya həm 

nəzəri, həm də praktik aspektdə sonsuz davam edən prosesdir. Azərbaycan gənc müstəqil 

dövlət kimi demokratiyanın özünəməxsus və ziddiyyətli yolunu keçir. İ.Əliyevin və 

Ə.Şəkərlinin irəli sürdükləri mühüm müddəa məhz bundan ibarətdir. 

Demokratiya milli çalarları ilə  də müəyyən olunur. Onun ümumi qəbul olunmuş prinsipləri 

ilə yanaşı, milli xüsusiyyətlərlə seçilən cəhətləri də vardır. Etnopolitologiya və 

etnososiologiya elmləri Azərbaycanda özünə geniş yer tapdıqca, demokratik proseslərin 

axarını da dolğun təhlil etməyə  və praktik tövsiyyələr verməyə imkan çoxalacaqdır. 

Ə.Tağıyevin gəldiyi nəticə bundan ibarətdir. Onun fikrincə demokratiya milli ideyasız keçinə 

bilməz. Milli ideya isə millətin universal dəyərlər sistemidir. 

Milli-dövlət müstəqilliyinin təmin olunması, eyni zamanda milli şüurun struktur cəhətdən 

yeniləşməsindən də asılıdır. Milli şüurda müstəqilliyin bütün atributları ilə birlikdə  dərk 

edilməsi isə dövlətin sosial-siyasi və iqtisadi müstəqilliyinin etibarlı  təminatıdır. 

Totalitarizmdən demokratiyaya keçid hər  şeydən  əvvəl milli şüurda baş verməlidir. 

Postsovet dövründə dövlət və hüququn xarakteri dəyişir, bütövlükdə hüququn fəlsəfi 

mahiyyəti yeniləşir, insan hüquqları tanınır və dərk olunur. Bütün bunlar isə demokratiyanın 

inkişafını müəyyən edən amillərə çevrilir. Ə.Hüseynovun milli şüurda demokratiya və 

totalitarizmin qarşılıqlı nisbəti, tarixi yaddaş, postsovet hüququnun və dövlətinin fəlsəfəsinə 

həsr olunmuş elmi-tədqiqat işlərindən çıxan nəticə budur. 

M.Mahmudovun elmi işləri  əsasən demokratiya prosesində  fərdin siyasi davranışına həsr 

edilib. Azərbaycanda özünəməxsus etno-regional siyasi davranış formalaşmışdır. Keçid 

dövründə siyasi proseslsr demokratikləşməkdədir. Bunun metodoloji aspektləri indi mühüm 

əhəmiyyət kəsb edir. Fərdlərin siyasi davranışı demokratiyanın inkişafı ilə qarşılıqlı 

şərtlənmişdir. Bu və digər məsələlər M.Mahmudovun elmi əsərlərinin  əsas, mühüm 


məzmununu təşkil edir. 

Müasir sosial və ictimai elmlərin ən aktual sahələrindən və istiqamətlərindən biri nəzəri və 

praktiki konfliktologiyadır. Soyuq müharibədən sonra dünyada lokal və qlobal miqyasda 

yeni konflikt ocaqları yaranmaqda və çoxalmaqdadır. Sosial-fəlsəfə  şöbəsi mövzunun 

aktuallığını nəzərə alaraq konflikt problemini, şöbə əməkdaşlarının tədqiqat maraqlarından 

çıxış etməklə, bir sıra mühüm istiqamətlərdə tədqiq etməyi qarşısına məqsəd qoymuşdur. 

Nəzəri əhəmiyyətindən savayı bu problemin müstəqil Azərbaycan üçün praktik əhəmiyyəti 

danılmazdır: Dağlıq Qarabağ konflikti beynəlxalq konfliktologiyanın daim mövzusuna 

çevrilmişdir. 

Elə bu səbəbdən: 

(1) beynəlxalq konfliktologiyanın təcrübəsini ümumiləşdirmək sosial fəlsəfə  şöbəsinin 

prioritetli sahələrindən biridir. 

(2) Konfliktologiya elmlərarası  tədqiqat sferasıdır: antropologiya, etnoqrafiya, psixologiya, 

tarix, sosiologiya və s. bilavasitə konfliktləri öyrənir. Sosial fəlsəfə konflikti və konfliktlə bağlı 

mövzuları "fərd-cəmiyyət" münasibətləri yönündən ardıcıl tədqiq etməklə, yuxarıda 

göstərilən elmlərdən fərqli metodologiyaya əsaslanır. 

(3) Bu baxımdan konfliktlərin təbiəti, səbəbləri, elmi təsnifatı  və konfliktlərin inkişaf 

dinamikasına qlobal yanaşma sosial fəlsəfə şöbəsinin tədqiqat istiqamətlərindən biridir. 

(4) Prioritet istiqamətlərdən biri də etnik konfliktlər, etnik-siyasi konfliktlərin inkişaf 

dinamikasının qlobal və müqayisəli aspektlərdən tədqiq edib öyrənməkdən ibarətdir. 

Yuxarıda qeyd edilmiş istiqamətlər  şöbə  əməkdaşları  tərəfindən qismən araşdırılmış  və 

hazırda intensiv tədqiq edilməkdədir. 

Sosial fəlsəfə  şöbəsinin aparıcı elmi əməkdaşı f.e.d., prof. Kazım  Əzimov konfliktlərin 

sosial fəlsəfi təhlili istiqamətində  tədqiqatlarını davam etdirir və artıq bir sıra  əhəmiyyətli 

nəticələr  əldə etmişdir. Bu nəticələrə  əsasən "konflikt üçün optimal model" , "sosial 

konfliktin universallığı", "etnik konfliktlərin tipologiyası  və qlobal praktikada tənzimlənmə 

mexanizmi" və s. aiddir. 

Şöbənin əməkdaşları tərəfindən konfliktologiyanın bir sıra xüsusi problemləri tədqiq edilir. 

Məsələn, sosial münaqişə  və sosial nəzarət, preventiv konfliktologiya, danışıqlar və 

konsensus prosesi, münaqişələr sahəsində beynəlxalq təcrübə, Dağlıq Qarabağ konflikti və 

s. göstərmək olar. Bütövlükdə qeyd edək ki, sosial fəlsəfə şöbəsi bu sahədə aspirantların 

və elmi əməkdaşların nəzəri cəhətdən hazırlanması  işində ciddi addımlar atmış  və 

perspektivdə, mühüm tədqiqat işlərini aparmağı qarşısına məqsəd qoymuşdur. Bu 

problemin sistematik tədqiqi və təşkili məsələləri sosial fəlsəfə şöbəsinin müdiri, f.e.d. prof. 

Ə.Abbasovun bilavasitə rəhbərliyi altında aparılır. 

Ümumiyyətlə, aparılan tədqiqatların nəticəsi olaraq yeniləşən cəmiyyətin tələblərinə cavab 

verən yeni metodoloji - dünyagörüşü  əsasları hazırlanıb ictimaiyyətin istifadəsinə 

verilmişdir. Belə ki, sosial varlığın özünəməxsus mürəkkəblik kimi təkamül xüsusiyyətləri, 

fəaliyyət və inkişaf dinamikası, keçid mərhələsində fluktuasion-bifurkasion mexanizmləri 

öyrənilmiş, nəzəri və praktiki baxımdan mühüm əhəmiyyət kəsb edən prinsiplər 

aşkarlanmışdır. "Mürəkkəblik fəlsəfəsi və  tənqidi-sinergetik təfəkkür" konsepsiyası 

əsasında sosial-siyasi idrakda optimum axtarışları  məsələsinə baxılmış, bu məsələyə 

münasibətdə ayrı-ayrı yanaşmaların müsbət və  mənfi cəhətləri göstərilmiş, tarixin 

mütərəqqi təkamülünə xidmət edən yollar müəyyənləşdirilmişdir. 

1996-cı ildən başlayaraq  şöbədə aspirantura və dissertantura üzrə elmi-tədqiqat işlərinin 

səmərəli təşkili nəticəsində xeyli müvəffəqiyyətlər əldə olunmuşdur. Bu illər ərzində şöbədə 

6 namizədlik və 2 doktorluq dissertasiyası müzakirə edilərək müdafiəyə  təqdim 

olunmuşdur. Dissertasiyaların müzakirəsində institutun direktoru, f.e.d. Əli Abasov, direktor 

müavini f.e.n. İrşad  Əliyev və elmi katib Səidə  Məmmədova yaxından iştirak etmişlər. 


Ümumiyyətlə, institutun rəhbərliyi  şöbənin inkişafında daim maraqlı olmuş, mümkün olan 

köməklik göstərmişlər. 

Təqdirəlayiq haldır ki, son illərin ağır  şəraitinə baxmayaraq, şöbə  əməkdaşları elmi 

fəaliyyətlərində  təşəbbüskar,  əzmkar olmuş, elmi yeniliklərin  əldə edilməsində  səylər 

göstərmişlər. Onlar bir çox elmi seminarlarda, konfranslarda fəal iştirak etmiş, maraqlı  və 

faydalı fikirlər irəli sürmüşlər. Yaxşı olardı ki, gələcəkdə elmi işçilərin  əməyi dəyərincə 

qiymətləndirilsin, onların sosial-iqtisadi vəziyyətinə dövlət tərəfindən lazımi qayğı 

göstərilsin, elmi-tədqiqat nəticələrinin ictimaiyyətə çatdırılmasında alimlərə maddi-texniki, 

maliyyə yardımları edilsin. 

Şöbənin böyük elmi işçisi, filosof yazıçı Firuz Mustafayev müasir cəmiyyətimizin 

yeniləşməsində bədii ədəbiyyatın roluna dair xeyli araşdırmalar aparmış, bir sıra maraqlı və 

səmərəli təkliflər irəli sürmüşdür. Onun "Sərhədsiz dünya" əsəri bir fəlsəfi traktat kimi 

ictimaiyyətin xüsusi diqqətini cəlb etmiş  və geniş müzakirələrə  səbəb olmuşdur. Bədii 

yaradıcılığın sosial-fəlsəfi problemləri də son illər tədqiqatçının elmi maraq dairəsindədir ki, 

bu mövzunun da araşdırılması ictimai inkişafın tələbləri baxımından çox aktualdır. 

 

AĞAYAR ŞÜKÜROV 



QLOBAL VƏ SOSİAL EKOLOGİYANIN FƏLSƏFİ 

PROBLEMLƏRİ ŞÖBƏSİ 

Şöbə 1990-cı ilin oktyabr ayının 3-də keçmiş SSRİ məkanında ilk dəfə olaraq AEA Fəlsəfə 

və hüquq İnstitutunda kiçik qrup şəklində «Ekologiyanın fəlsəfi problemləri» adı ilə 

yaradılmışdır. Həmin vaxtdan indiyədək şöbəyə f.e.d., prof. A.Şükürov rəhbərlik edir. 

Yarandığı vaxt 4 nəfərdən ibarət qrup şəklində olan şöbə artıq  13 nəfər alim və  gənc 

tədqiqatçını birləşdirir. 

Onlardan 2 nəfər: A.Şükürov və A.Əsədov - elmlər doktoru; 5 nəfəri: U.Fayradova, 

Z.Ağayeva, R.Əsədova, T.Allahyarova, A.Gözəlov - elmlər namizədi, 2 nəfər elmi işçi, 3 

nəfər laborantdır. Şöbənin 2 əyani aspirantı, 10 nəfər dissertantı vardır. 

1991-ci ildən başlayaraq  şöbədə  dəfələrlə elmi-praktiki konfranslar keçirilmiş, elmi 

məruzələr toplusu çap edilmişdir. Birinci məcmuə «Ekologiyanın fəlsəfi problemləri» adı ilə, 

sonrakı buraxılışlar isə «Ekologiya. Fəlsəfə. Mədəniyyət» başlığı ilə çapdan çıxmışdır. 

1991-1999-cu illərdə həmin məçmuənin 23 buraxılışı işıq üzü görmüşdür. 

Məcmuədə  təkcə ekoloji problemlər deyil, tarixi, fəlsəfi və dini cərəyanlara, musiqi və 

incəsənətə, eləcə  də  mədəniyyətin müxtəlif sahələrinə dair elmi məqalə, tezis və 

məlumatlar çap olunmuşdur.  Şöbədə indiyə  qədər ondan çox elmlər namizədi, 3 elmlər 

doktoru yetişdirilmişdir. Müzakirə edilən dissertasiya, monoqrafiya və elmi-konseptual 

məqalələrin sayı da kifayət qədərdir. 

Şöbənin konkret fəaliyyətini nəzərdən keçirsək, görərik ki, indiyə qədər burada çap olunan 

əsərlər və  məcmuələr  şöbənin elmi-tədqiqat istiqamətinə uyğun olmuşdur. Ayrı-ayrı 

əməkdaşların fəaliyyətinə gəldikdə isə aşağıdakıları deyə bilərik: 

Şöbə müdiri f.e.d., prof. A.Şükürov şöbədə işlədiyi dövr ərzində təkcə ekologiyanın fəlsəfi 

problemlərinə aid deyil, elmin müxtəlif sahələrini  əhatə edən çoxsaylı  əsərlər çap 

etdirmişdir. O, orta və ali məktəblərdə tədris olunan 4 dərsliyin müəllifidir. Professor onlarla 

doktorluq və namizədlik işlərinə opponentlik etmiş, rəhbərliyi altında 9 nəfər elmlər 

namizədi yetişdirmişdir. O, beynəlxalq və respublika konfranslarında iştirak və  çıxış 

etmişdir. 

Hal-hazırda «Ekoloji cəmiyyət anlayışı, ekolojiləşmiş insanın perspektiv inkişaf problemləri» 

adlı plan işi üzərində  işləyir.  1990-1999-cu illərdə konkret olaraq A.Şükürovun aşağıdakı 

əsərləri nəşr olunmuşdur (100-dən çox məqaləsi bura daxil deyildir): 

Monoqrafiyalar: 



1. Təbiət və cəmiyyət fəlakətin astanasında. «Azərnəşr». 1992. 9,2 m.v. 

2. Mifologiya . Nəzəri-fəlsəfi təhlil. «Elm». 1995.12.5 m.v. 

3. Mifologiya . Qədim Şərq mifologiyası. «Elm». 1995. 13,2 m.v. 

4. Mifologiya. İran xalqlarının mifologiyası. «Elm». 1995. 10m.v. 

5. Fəlsəfə - cəmiyyətdə onun yeri və rolu. «Təbib». 1996. 5 m.v.  

6. Mifologiya. Hind mifologiyası. «Elm». 1996. 10,2 m.v. 

7. Mifologiya. Çin mifologiyası. «Elm». 1996. 10,5 m.v. 

8. Mifologiya. Türk mifologiyası. «Elm». 1997. 14,7 m.v. 

9. Fəlsəfə və zaman. «Elm». 1998. 11,6 m.v. 

10. Mifologiya VII kitab. Yunan mifologiyası. «Qartal». 1999. 11m.v. 

11. Dədə-Qorqud mifologiyası. «Elm». 1999. 6,25 m.v. 

Dərsliklər və dörs vəsaiti: 

12. Azərbayçan fəlsəfəsi. Qədim dövr. «Azərnəşr». 1993. 6,5 m.v. G.Abdullazadə 

13. İnsan və cəmiyyət. (orta məktəblər üçün dərslik). «Maarif». 1994. Müəlliflər kollektivi 

14. Fəlsəfə (Ali məktəblər üçün) «Elm». 1997. 24 m.v. 

15. Kulturologiya . (Ali məktəblər üçün). «Elm». 1998. 17,8 m.v. 

16. Sosial ekologiya (Ali məktəblər üçün dərslik). «Elm». 1999. 15,4 m.v. 

Şöbənin baş elmi işçisi, f.e.d. Adil Əsədov  1991-ci ildən «Sosial və qlobal ekologiyanın 

fəlsəfi problemləri»  şöbəsinin  əsasının qoyulduğu gündən burada çalışır. Həmin müddət 

ərzində Adil Əsədov tərəfindən iki monoqrafiya, bir elmi-kütləvi kitab, onlarla dəyərli 

məqalələr çap etdirilmişdir. Onun «Təfəkkürün fəlsəfəsi: epoxal təfəkkür cəmiyyətin və 

təbiətin qarşılıqlı münasibətləri kontekstində» adlı monoqrafiyası Elmlər Akademiyasının 

Rəyasət heyəti tərəfindən ilin ən mühüm nailiyyəti kimi dəyərləndirilmişdir. 

Platonun, Aristotelin, Polibinin, N.Berdyayevin, B.Vahabzadənin, Şeydabəy Məmmədovun, 

Murad Axundovun, Nizami Məmmədovun və Rafiq Qurbanovun Adil Əsədov tərəfindən 

yaradılmış fəlsəfi portretləri də öz orijinallığı ilə diqqəti cəlb edir. 

Adil  Əsədovun elmi yaradıcılığı ilə tanışlıq onun yüksək intellektual qabiliyyəti, düşüncə 

mədəniyyəti və dərin elmi erudisiyası barədə nəticə cıxarmağa imkan verir. Çap olunmuş 

monoqrafiyalar aşağıdakılardır: 

1. İnsan təfəkkürü: qaynaqları, tarixi tipləri, perspektivləri. B., «Elm», 1992, 9,5 m.v. 

2. Təfəkkürün fəlsəfəsi: epoxal təfəkkür cəmiyyətin və  təbiətin qarşılıqlı münasibətləri 

kontekstində. B., «Qanun», 1997, 10,8 m.v. 

3. Kosmosentrizm qədim dünyagörüşün başlıça prinsipi kimi, tədris-metodik vəsait. B., 

«Futuroloq», 1998, 2,1 m.v. 

Aşağıdakı monoqrafiyalar çapa məsləhət görülmüşdür. 

1. Təfəkkür və texnika: Təfəkkürün tarixi prinsiplərinin dinamikasında mühəndis 

fəaliyyətinin rolu. 

2. «Təfəkkür tiplərinin tarixi dinamikası». 

Adil Əsədovun rəhbərlik etdiyi tədqiqatçılardan artıq elmlər namizədi diplomu alanlar vardır. 

O, bir sıra müdafiə  şuralarının üzvüdür. Çoxsaylı elmi konfranslarda iştirak və  çıxış 

etmişdir. 

Hal-hazırda «Cəmiyyət və  təbiətin qarşılıqlı münasibətləri kontekstində dövlət və 

hakimiyyətin təşəkkülü», adlı plan işi üzərində işləyir. 

Şöbənin baş elmi işçisi, hüquq elmləri namizədi Urqiyyə Fayradova bir monoqrafiya, 

çoxsaylı elmi məqalələr və  şer kitabının müəllifidir. O, bir sıra respublika və beynəlxalq 

konfranslarında iştirak və  çıxış etmişdir. Konkret olaraq onun aşağıdagı monoqrafiyası 

çapdan çıxmışdır: 

1. Təbiəti mühafizə qanunvericiliyinin pozulması üçün inzibati məsuliyyət (rus dilində). B., 

«Elm», 1989, 11,18 m.v. 


«İnzibati ekoloji qanun pozuntusunun mahiyyəti (sosial-hüquqi aspekt)» adlı plan işi 

üzərində işləyir. 

Şöbənin baş elmi işçisi, fəlsəfə elmləri namizədi Raziyyə  Əsədova bir monoqrafiya və 

onlarla məqalənin müəllifidir. Kimya və ekologiyanın qarşılıqlı  əlaqəsi onun tədqiqat 

işlərinin mövzusudur. R.Əsədova çap olunmaq üçün yeni bir monoqrafiya və beş məqalə 

hazırlamışdır. 

Çap olunmuş işi: 

Elmin kimyəvi aspekti. B., 1989, 9,5 m.v. hazırda «Ekoloji problemlərin həllində kimyanın 

imkanları» adlı plan işi üzərində işləyir. 

Şöbənin elmi işçisi, fəlsəfə elmləri namizədi Tahirə Allahyarova şöbənin dissertantı kimi 

həm müdafiəyə qədər, həm də müdafiədən sonra şöbə ilə sıx əlaqədə olmuşdur. Artıq bir 

ildir ki, şöbənin elmi işçisidir. Bu müddət ərzində o, bir monoqrafiya və onlarla məqalə çap 

etdirmişdir. T.Allahyarova namizədlik dissertasiyalarına opponentlik etmiş, çoxsaylı 

əsərlərə rəy vermiş, redkollegiyaların üzvü olmuşdur. Konkret olaraq bu il onun aşağıdakı 

əsəri çap olunmuşdur: 

1. Ekoloji mədəniyyət və ictimai tərəqqi. B., «Elm», 1999, 6,2 m.v. 

«Sosial-ekoloji sistemlərdə idarə olunan sabit inkişafa keçid. Metodologiya. Praktika. Yaxın 

perspektiv» adlı plan işi üzərində işləyir. 

Şöbənin elmi işçisi, fəlsəfə elmləri namizədi Ariz Gözəlov bir monoqrafiya, onlarla məqalə 

yazmışdır. Ariz Gözəlov  şöbənin nəşr etdiyi «Ekologiya. Fəlsəfə. Mədəniyyət» 

məcmuəsinin məsul redaktorlarından biridir. Konkret olaraq o, aşağıdakı monoqrafiyanı 

çap etdirmişdir: 

1. Sosial və qlobal ekoloji sistemlərdə proqnozlaşdırma metodu». B., «Elm», 1999, 7 m.v. 

Hazırda «Ekoloji proqnozlaşdırma və riyazi modelləşdirmə» adlı plan işi üzərində işləyir. 

Şöbənin kiçik elmi işçisi, fəlsəfə elmləri namizədi Ziba Ağayeva  1998-ci ildə «Ekoloji 

siyasət və onun sosial- fəlsəfi aspektləri» mövzusunda namizədlik dissertasiyası müdafiə 

etmişdir. İndiyə qədər onun 11 elmi məqaləsi çap olunmuşdur. O, bir monoqrafiyasını çap 

üçün hazırlamışdır. 

«Qaçqınlar problemi və dövlətin ekoloji siyasəti» adlı plan işi üzərində işləyir. 

Şöbənin kiçik elmi işçisi Səbirə  İsgəndərova namizədlik dissertasiyasını müdafiə üçün 

hazırlamışdır. Onun 10-dan çox məqaləsi çap olunmuşdur. 

Hazırda «Azərbaycanda müasir urbanistik və ekoloji problemlərin qarşılıqlı  əlaqəsi» adlı 

plan işi üzərində işləyir. 

Şöbənin kiçik elmi işçisi Yalçın Abdullayev insan problematikasına həsr olunmuş 

dissertasiyanı müdafiə üçün hazırlamışdır. Onun 10-dan çox elmi məqaləsi çap edilmişdir. 

Hazırda «İnsan və ekoloji problemlər: tədqiqatın sosial-mədəni aspekti» adlı plan işi 

üzərində işləyir. 

Şöbənin elmi işçisi Pənah Hüseynov bir sıra məqalələrin müəllifidir. Hazırda «İnsan 

ekologiyası probleminin dini- əxlaqi aspekti» adlı plan işi üzərində işləyir. 

Şöbənin digər əməkdaşları Anar Hüseynov, Yeganə Bağırova və Aypara İbrahimova həm 

də dissertant kimi götürdükləri elmi mövzular üzərində tədqiqat işləri aparırlar. Onların hər 

birinin bir neçə məqaləsi çap olunmuşdur. 

Ümumiyyətlə,  şöbənin son illərdə  tədqiq etdiyi mövzu «İnsan və  cəmiyyətin ekologiyası» 

olduqca aktual bir problemdir. Həm də problemin öyrənilməsi yeni ekoloji konsepsiyanın 

yaradılmasında mühüm rol oynayacaqdır. 

Azərbaycan respublikası üçün yeni ekoloji konsepsiyanın yaradılması olduqca zəruridir. 70 

il müddətində Respublikanın təbiəti elə bir vəziyyətə salınmışdır ki, onun bərpası üçün 

uzun illər çalışmaq lazım gələcəkdir. Hər  şeydən  əvvəl, konsepsiyanın nə olduğunu 

aydınlaşdıraq. Konsepsiya (latınca konseptis- anlama)- müəyyən anlam sistemi, hər hansı 


hadisənin  şərhi,  əsas nöqteyi- nəzər, prinsiplərin aydınlaşdırılması üçün rəhbər ideya, 

müxtəlif fəaliyyət növlərinin konstruktiv prinsipi kimi başa düşülür. Azərbaycanın ekoloji 

konsepsiyanın yaradılması, yəni onun noosfer inkişaf yolunun göstərilməsi zərurəti bir sıra 

səbəblərlə bağlıdır. Aşağıda onların bəzilərini göstərməyə çalışacağıq. Qeyd etmək 

lazımdır ki, bu vəziyyət keçmiş SSRİ respublikalarının əksəriyyəti üçün xarakterik olsa belə 

spesifik cəhətlər də mövcuddur. 

1. 70 il müddətində bütövlükdə SSRİ-də, o cümlədən Azərbaycanda ekologiya sahəsində 


Yüklə 468,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin