Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 468,12 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix31.01.2017
ölçüsü468,12 Kb.
#7213
1   2   3   4   5   6

hər hansı dövlət siyasəti olmamışdır. Nəticədə  İttifaq miqyasında Aral qurumuş, Baykal, 

Xəzər pis günə qalmış, dəhşətli «Çernobıl» faciəsi baş vermişdir. Yeni bazar iqtisadiyyatına 

keçid dövründə, ekoloji və iqtisadi maraqlar olduqca kəskin ziddiyyətlərə girir, ona körə də 

vəziyyəti düzəltməyin vaxtı kəlib çatmışdır. 

2. Bəşəriyyət yaşamaq uğrunda deyil, mövcud olmaq uğrunda mübarizə aparır. Onun 

inkişafın noosfer yoluna- insanın, cəmiyyətin və təbiətin ağılla idarə olunan yoluna keçmək 

vaxtı artıq yetişmişdir. Noosfer inkişafının özülünü təşkil edən odur ki, insan təbiətin bir 

hissəsinə çevrilir və onun qanunlarına tabe olmağı öhdəsinə kötürür. Əslində noosfer 

inkişafa keçid-müasir sivilizasiyanı məhv olmaqdan xilas edə bilən yeganə yoldur. 

3. Hazırda respublikamızın qəbul etdiyi ekoloji normaları dünyanın aparıcı dövlətlərinin 

ekoloji normaları ilə uyğunlaşdırmaq lazım gələcəkdir. Burada ətraf mühitin mühafizəsi 

sahəsində beynəlxalq konsepsiya və ideyaların nəzərə alınması mühüm yer tutmalıdır. 

4. Azərbaycan respublikasının yeni ekoloji konsepsiyasının  əsas müddəaları dövlət 

orqanlarına, onun subyektləri olan yerli idarə orqanlarına konstruktiv təsir etməli və onlar öz 

işlərini həmin müddəalara müvafiq qurmalıdırlar. Bu da dövlətin uzunmüddətli ekoloji 

siyasətinin əsasında durmalıdır. 

3-cü minilliyə irəliləyən müstəqil respublikamız getdikcə daha çox təlabatın ödönilməsində 

kəmiyyətə yox, keyfiyyətə fikir verməlidir. Tələbat mallarının keyfiyyəti elə bir səviyyəyə 

çatdırılmalıdır ki, insanın praktiki və yaradıçılıq təlabatını ödəməyə qadir olsun. 

Getdikcə daha çox resursların qorunmasına, təbiətin bir sıra obyekt və predmetlərinin 

bərpa edilməsinə xidmət edən texnologiyanın tətbiqinə geniş yer verilməlidir. Bu məsələnin 

ümumplanetar miqyasında nəzarəti işinə qoşulmaq vaxtı gəlib çatmışdır. 

Qlobal, regional, təsərrüfat-informasiya, sosial, demoqrafik inkişaf probleminin həlli 

məsələlərində iştirak etmək, bu sahədəki elmi nailiyyətlərə yiyələnmək lazımdır. 

İdarəçilik sistemində ekoloji proqnozlaşdırma və modelləşdirilmə üsullarına üstünlük 

verilməlidir. 

Müxtəlif milli mədəniyyət və ənənələrin qarşılıqlı təsir və qarşılıqlı zənginləşmə proseslərini 

inkişaf etdirmək lazımdır. 

Sivilizasiyanın noosfer inkişaf konsepsiyasını işləyib hazırlamaqla mövcud ümumbəşəri və 

ölkə tarixindəki təcrübədən geniş surətdə istifadə edilməlidir. 

 

 



 

ƏLİ ABASOV 

FƏLSƏFƏNİN YENİ İSTİQAMƏTLƏRİ VƏ GENDER TƏDQİQATLARI BÖLMƏSİ 

 

Bölmə Azərbaycan EA ictimai elmlər bölməsinin təqdimatı  və Akademiyanın Rəyasət 



Heyətinin sərəncamı əsasında 1998-ci ilin dekabrında təşkil olunmuşdur. 

Adından göründuyü kimi, bölmə öz elmi-tədqiqat fəaliyyətini  əsasən iki istiqamətdə 

aparmağı planlaşdırmışdır. 

Birinci istiqamətdə bölmənin məqsədi: yeni dünyagörüşü baxımından fəlsəfənin bir sıra 

aktual problemlərinin; keçid dövrünü səciyyələndirən sosial-siyasi proseslərin təhlili 


əsasında XXI əsrin astanasında qender və qadın probleminə dünya siyasəti və elmində 

xüsusi marağın artması 

səbəblərinin; problemin müasir Azərbaycanda 

özünəməxsusluğunun, onun əməli həlli istiqamətləri və 

təbliği yollarının 

müəyyənləşdirilməsindən; ikinci istiqamət isə Qərbdə və Şərqdəki yeni fəlsəfi istiqamətlərin 

tədqiqindən ibarətdir. 

Müasir dövrdə qender fəlsəfəsi və tədqiqatının elmi, sosial-siyasi aktuallığını, Azərbaycan 

Respublikası üçün onun əhəmiyyətini nəzərə alaraq bölmə problemin tədqiqi, tədrisi və 

təbliği məsələlərini də qarşısına məqsəd qoymuşdur. 

Məqsədə nail olmaq üçün tədqiqatın konkret metodikası  və konsepsiyası hazırlanmış, 

araşdırılan mövzuların nəzəri əsasları və praktiki əhəmiyyəti müəyyən edilmişdir. 

Bölmə əməkdaşları hələ 1998-ci ilin əvvəllərindən "Qender tədqiqatları" təşəbbüs qrupu adı 

ilə fəaliyyət göstərmişlər. Onlar BMT İP-nın "Qender inkişafda" qrupu ilə birlikdə "Qender: 

qadın probleminin yeni mərhələsi" mövzusunda respublikada ilk dəfə  12.02.1998-ci ildə 

elmi-praktik konfrans keçirmişlər. 

Konfransın məqsədi müasir dünya siyasəti və elmində mühüm aktuallıq kəsb etmiş qender 

probleminin, xüsusən qadın hüquqları məsələsinin respublika reallığına əsaslanaraq elmi-

nəzəri tədqiqatın nəticələri ilə bağlı əməli təkliflərin hazırlanmasına yönəltmək olmuşdur. 

Azərbaycan EA Fəlsəfə  və Hüquq İnstitutu BMT İP-nın "Qender: qadın probleminin yeni 

mərhələsi" adlı respublika elmi-praktik konfransının materiallarını  məcmuə  şəklində  nəşr 

etmişdir. 

Bölmə  əməkdaşları BMT-nin İnkişaf proqramının "Qender inkişafda" qurumu ilə birlikdə 

seminarlar, sosioloji tədqiqatlar təşkil etmişlər. 

Bölmə  1999-cu ildən başlayaraq problemlə  əlaqədar  əmək müqavilələri  əsasında elmi-

tədqiqat fəaliyyətinə başlamışdır. 

Bununla əlaqədar bölmə rəhbərliyi Z.A.Xodkinanın rəhbərlik etdiyi qender tədqiqatları üzrə 

Moskva yay məktəbi və O.A.Voroninanın başçılığı ilə  fəaliyyət göstərən Moskva "Qender 

tədqiqatları mərkəzi" ilə elmi əlaqələr yaratmış, bölmənin aparacağı tədqiqat istiqamət-lərini 

və əsas mövzuları müəyyənləşdirmişdir. Bölmə artıq elmi qurumlarla məqalələr mübadiləsi 

aparılmasına nail olmuşdur. 

Bir neçə kəlmə "Qender" anlayışına münasibət haqqında. Məlumdur ki, ingilisdilli ölkələrin 

elmi və  fəlsəfi  ədəbiyyatına uyğun olaraq Azərbaycanda "qender" yazı forması  qəbul 

olunmuşdur. Bununla belə, latın sözü olan "gen" Azərbayçan dilində bir neçə elm 

sahələrində "qen" formasında işlədilir. Məsələn, "gen", "genetika", "genologiya" , "genezis" 

və s. sözlər bu qəbildəndir. Bütün bunları nəzərə alaraq bölmə belə hesab edir ki, "qender" 

formasını işlətmək daha uyğundur. 

Əməkdaşların konkret elmi-tədqiqat fəaliyyəti haqqında. Bölmədə 7 əməkdaş çalışır. Onlar 

f.e.d. Əli Abasov /ictimai əsaslarla bölmə rəhbəri /, f.e.d. Z.Quluzadə /ictimai əsaslarla elmi 

məsləhətçi/, f.e.namizədləri - böyük elmi işçi Rəna Mirzəyeva, elmi işçi Mətləb Mahmudov, 

böyük elmi işçi Lalə Mövsümova, psixologiya e.n., elmi işçi Cavad Əfəndiyev, kiçik elmi işçi 

Nəzakət Babayevadan ibarətdir. 

Əli Abasov "Azərbaycanda qender inkişafının sosial-fəlsəfi aspektləri" mövzusunda 

tədqiqat aparır.  Ə.Abasov bölmə  əməkdaşı  Rəna Mirzəyeva ilə birlikdə "Qender 

tədqiqatları" adlı dərslik çap etdirmişdir. Bununla yanaşı, 4 hissədən ibarət dərs proqramı 

da hazırlanmışdır. I hissə orta məktəb, II hissə ali məktəb /magistratura/, III hissə ali 

məktəb /bakalavr/, IV hissə qeyri-dövlət təşkilatları üçün nəzərdə tutulmuşdur. Ə.Abasovun 

elmi rəhbərliyi və redaksiyası ilə "Qenderşunaslıq" jurnalının nəşri planlaşdırılmış və çapa 

hazırlanır. 

Zümrüd Quluzadə "Azərbaycanda qender münasibətlərinin tədqiqi konsepsiyası  və 

metodikası" adlı plan işi üzərində  işləyir. Onun "Qender Azərbaycanda" jurnalında bir 


məqaləsi çap olunmuş, "Qender və Azərbaycan" adlı  məqaləsi isə "Qenderşunaslıq" 

jurnalına təqdim edilmişdir. Z.Quluzadə qender problemləri ilə  əlaqədar silsilə seminarlar 

keçirir, mətbuatda, radio və televiziyada çıxışlar edir. 

Rəna Mirzəyeva "Qender: qadınların siyasi fəallığının inkişaf dinamikası" mövzusunda 

tədqiqat aparır. 1999-cu il onun üçün səmərəli olmuşdur. Həmin il onun "Qadın və siyasət", 

"Qadın və  məhbəs", "Qadın hüquqları" adlı kitabları, "Kişi-qadın münasibətləri" adlı 

azərbaycan-ingilis dilində sosioloji materiallar əsasında kitabı, Ə.Abasovla birlikdə "Qender 

tədqiqatları" kitabı  nəşr olunmuş, EA "Elm" qəzetində Qadın: siyasi fəallığın səbəb və 

kökləri", "Qadın: siyasi fəallığın səbəb və  təzahürləri", "Qadın problemlərinin bəzi 

xüsusiyyətləri", "Qadın: seçki amili", məqalələri dərc edilmişdir. 

R.Mirzəyeva qadın problemlərinə dair respublikada keçirilən elmi seminar və 

konfranslarda, respublika radiosunda müntəzəm çıxışlar edir. Hazırda o, "Sosial-siyasi 

proseslərin qender tədqiqi" mövzusuna dair sosioloji sorğu hazırlayır. 

Lalə Mövsümova "Müasir Azərbaycanda qadın: dini və  mənəvi problemləri" mövzusu 

üzərində  işləyir.  1999-cu ildə "Müasir qadının həyat tərzində dinin yeri və rolu" adlı plan 

işini yerinə yetirmişdir. L.Mövsümova mövzu ilə  əlaqədar konkret sosioloji tədqiqatlar 

keçirmək üçün sorğu anketi və proqramı hazırlamış, "Qenderşünaslıq" jurnalına məqalə 

təqdim etmişdir. 

Mətləb Mahmudov "İnzibatçılıq və qender münasibətlərinin sosial-fəlsəfi təhlili" adlı elmi 

tədqiqat işi üzərində çalışır. 1999-cu ildə "İdarəetmədə qender münasibətlərinin spesifikası" 

adlı bölməni yerinə yetirmişdir.  Şöbənin hazırladığı konkret sosioloji tədqiqat proqramı  və 

sorğu anketlərinin tərtibində yaxından iştirak edir. 

Cavad  Əfəndiyev "Azərbaycan  ən"ənəvi uşaq oyunlarının uşaqlarda cinsi identikliyin 

/eyniyyətin, oxşarlığın/ formalaşması şəraiti kimi" mövzusu ilə çalışır. Plan işi 1999-2001 -ci 

illər üçün nəzərdə tutulmuşdur. Bu sahədə elmi tədqiqatını  uğurla davam etdirən 

C.Əfəndiyev  şöbədə hazırlanan məqalələrin ingilis dilinə  tərcüməsində  də yaxından 

köməklik göstərir. 

Nəzakət Babayevanın mövzusu "Azərbaycada nikah və boşanma dinamikası" adlanır. 

N.Babayeva qender probleminin tədqiqi ilə yanaşı, onun təbliği ilə də fəal məşğul olur. O, 

respublikada keçirilən elmi-praktiki konfranslarda "Qender gənclərin gözü ilə", Qızların 

mə"nəvi dünyası", "N.Tusinin "Əxlaqi-nasiri"  əsərində ailə-məişət məsələləri" və s. 

mövzularda çıxışlar etmişdir. Onun professor Əbülhəsən Abbasovla birkə hazırladıqları 

"Qadın-ana problemi" adlı məqaləsi "Qanun" jurnalında dərc edilmişdir. 

Qender-öz kökləri ilə  bəşəriyyətin ilkin çağlarına bağlı olan nisbətən yeni elmi-tədqiqat 

istiqamətidir. Qender tədqiqatları Azərbaycanda demək olar ki, naməlum mövzudur. Bu 

mövzu həmçinin MDB ölkələrində son 5-7 ildə dəbə minmişdir, lakin bu tədqiqatların dünya 

praktikasında mövcudluğu qədim tarixə malikdir. Qender tədqiqatlarının yaranmasında 

qadınların xüsusi rolu olduğu 

uçün bəziləri səhvən, bəziləri isə bilərəkdən qender problematikasını cəmiyyətin sırf qadın 

problemi ilə  əlaqələndirirlər. Qenderi isə cinslərin fəlsəfəsi, yaxud cəmiyyətdə (sosiumda) 

cinslərin qarşılıqlı münasibətlərinin fəlsəfəsi adlandırmaq daha yaxşı olardı. Bu halda 

cinslərin iki fərqini göstərmək olar: 

1. Qadın və kişi arasında olan təbii-fizioloji fərqlər; 2. Qadın və kişi arasında praktiki olaraq 

cəmiyyətin butün həyat fəaliyyətində öz əksini tapan sosio-mədəni fərqlər. Bu fərqlər ilkin 

olaraq ingilisdilli ədəbiyyatda iki məfhumla müəyyənləşdirilir: "sex"("cins"-azərb.dilində, 

"pol"-rus dilində) və "qender" ("soy"-azərb. dilində, "rod"-rus dilində). Cinslərin fərqli soy 

əlamətləri (təbii, sün"i kimi aldadıcı adlardan fərqli olaraq) demək olar ki, həmişə cinslərin 

differensiallığını yox, konkret cəmiyyətin mürəkkəb mənəvi-maddi dəyərlərini və ideallarını 

əks etdirdiyi üçün cəmiyyətin dünyagörüşü və  mədəniyyəti ilə birbaşa  əlaqədardır. Buna 


görə  də  cəmiyyətin bütün sosio-mədəni spektrində biz hər bir halda kişi və qadınlar 

arasında süni yaradılmış  fərqlərin olmasını müşahidə edirik. Hətta müxtəlif dillərdə  də 

cinslərin qrammatik fərqi həmişə  təbiilikdən çox süni xarakter daşıyır. Məsələn, ingilis 

dilində he-she-it (rus dilində on-ona-ono, ingilis dilində he-kişi cinsi, she-qadın cinsi, it-orta 

cins) türk dillərində, xüsusilə Azərbaycan dilində ümumi "o" əvəzliyi ilə qeyd olunaraq 

cinslərarası fərq yaratmır. 

Cəmiyyətin  əsasən bir-birindən fərqlənən iki cinsin nümayəndərindən təşkil olunması 

müxtəlif suallar doğurur ki, bunların da bəziləri hələ də mübahisə obyekti olaraq qalır. Əgər 

cinslərin bioloji fərqləri və onların funksiyaları bizdə heç bir şübhə yaratmırsa, psixiki, 

emosional, intuitiv, kişilərə  və qadınlara məxsus  əqli, idraki-məntiqi fərqlərin və 

problemlərin təhlilinə böyük ehtiyac vardır.  İnsanların cinsi fərqlərinin sosial fərqləri 

yaratmasına səbəb olması, yaxud bu səbəbin tarixin təsadüfi seçimi və ya başqa 

amillərdən asılılığı məsələləri diqqətdən kənarda qala bilməz. 

Cinslərin assimetriyası müxtəlif cəmiyyətlərdə müxtəlif cür təzahür edir. Buna görə  də 

kişilərin və qadınların cəmiyyətdəki səciyyəvi cəhətləri ilə bağlı olan məsələlərin 

araşdırılması yolu ilə  həmin cəmiyyət haqqında , onun mədəniyyət və  ənənələri, dini və 

mənəvi dəyərlərin xüsusiyyətləri, xalqların dünyagörüşü və özünüdərk haqqında çoxlu 

maraqlı tədqiqat materiallarına malik olmaq mümkündür. 

Cəmiyyətdə cinslərin münasibəti özü-özlüyündə bu cəmiyyətdə yaşayan insanlar üçün heç 

də həmişə problem yaratmamışdır. Həm kişilər, həm də qadınların bəziləri demək olar ki, 

bu məsələlər haqqında umumiyyətlə düşünmür, bəziləri isə yaranmış davranış 

qaydalarında hüquq pozuntularını görmək istəmirlər. Cəmiyyətdə cinslərin mövcud köklərini 

əcdadlarından götürmüş, adət  ənənələrlə, dinlə  və ya əxlaq normaları ilə tarixi baxımdan 

ədalətli və müqəddəs bir hal kimi təsəvvür edirlər.  Ənənəvi cəmiyyətlərdə (yəni ciddi və 

dəyişməz norma və  dəyərlərin  əsasında fəaliyyət göstərən cəmiyyətlərdə) kişilərin və 

qadınların rolları ümumiyyətlə reqlamentləşdirilərək, hətta elə kiçik detallara qədər qeyd 

olunur ki, gələcəkdə  cəmiyyətdə kişilərin "xüsusi taleyi" və ondan fərqli qadın taleyi 

haqqında heç kəsdə bir şübhə qalmasın. 

İndiki zamanda çətin ki, kimsə qenderin nə olduğunu birmənalı formada izah edə bilsin: bu 

elmdirmi, dünya-görüşdürmü, fəlsəfədirmi, mədəniyyət amilidirmi, siyasətdirmi və ya 

ideologiyadırmı?- hətta  şüurun digər sahələri və insan fəaliyyəti də burada zəruridir, 

bununla belə göstərilənlər qender tədqiqatlarının mahiyyətinin və predmetinin açılması 

üçün kifayət deyildir. Bu səbəbdən qender tədqiqatlarını XX əsrin ortalarında yaranmış, 

özündə geniş spektrli elmi və elmdən kənar insan təsəvvürlərini birləşdirən və sintez edən 

cərəyan kimi qəbul edirlər. Qender tədqiqatlarının predmetinin müəyyən edilməsi bu cür 

nəticəyə ziddir: bu tədqiqatlara cəmiyyətdə kişilər və qadınlar arasında qarşılıqlı  təsir və 

mexanizmlərin müəyyən edilməsi, müxtəlif dəyərlərdən və  mədəniyyətlərdən asılı olaraq 

cinslərin sosial rollarının təyini kimi bəşəriyyətin tarixi inkişafına samballı  təsir göstərmiş 

amilləri aid etmək olar. Bununla belə, problemin kişilərlə qadınlar arasında olan təkcə real, 

təbii, bioloji fərğlərin olmasını başa düşdükdən sonra, bütün cəmiyyətdə qadın (feminist, 

matriarxat) və ya kişi (maskuli-nist, patriarxat) dəyər və ideyaların ümumbəşər təfəkkür və 

fəaliyyət normaları kimi qəbul olunması naminə arasıkəsilməyən cinslərarası mübarizə 

qlobal xarakter aldığı üçün, onda qenderin bəşər tarixinin sirrlərinə və suallarına işıq salan 

"cinslərin fəlsəfəsi" dünyagörüşü olması  qənaətinə  gəlmək olar. Görəsən, bir neçə 

minilliklər  əvvəl döyüşdə matriarxat patriarxata uduzmasaydı, bəşər tarixi necə inkişaf 

edərdi? Bu cur qarşıdurmada tərəflərdən birinin qələbəsi fəlsəfə, incəsənət, elm və  hətta 

din kimi sahələrin "birtərəfli" dəyərlərinin  əsirinə çevrilərdilərmi? Hər hansı bir tərəfin tam 

qələbəsi hansı  nəticələrə  səbəb ola bilər və ya patriarxatın  şərəf zəfəri sivilizasiyaya nə 

vermişdir? Gələcəkdə feminist və maskulinist dəyərlərin barışdırılması  bəşəriyyətin 


cəmiyyətdən "qovub" itirdiyi qadınlarla mümkündürmü, biz matriarxatın yeni hücumuna 

məruz qalacağıqmı  və ya bu gün cinslərin hər hansı bir harmoniyasına nail olmaq üçun 

"qadın intuisiyasının" "kişi rasionalizmi" ilə inteqrasiyası problemi üzərində düşünməyə 

başlamalıyıqmı? Düşüncəsi olan hər hansı bir kəs sonsuz olaraq bu cür suallar verə bilər. 

Lakin məsələ yeni dünyagörüşünün təlqin olunmasındadır. Dünyaya bəşəriyyət ancaq 

indiyə kimi "bir gözlə" bir tərəfdən baxırdı. Bu baxış ancaq "bir gözlü" bəşəriyyətə məxsus 

idi. İndi isə dünyada baş verənləri bütövlükdə görmək üçün, bu gün hökm sürən xətti, səthi, 

mexanistik, ifrat praqmatik və rasionallıqdan, cansız və ruhsuz figurlərdən  əl çəkərək 

dünyaya "iki gözlə" baxmaq vaxtıdır. Məhz zor, mübarizə, güc və kütləvi məğlubiyyətə, 

çoxsaylı böhranlara, qlobal mənəvi, sosial və  təbii, bioloji qəzalara səbəb olan fasiləsiz 

növbəti qələbələrə canatma kimi anlayışları özündə ehtiva edən  şüurdan  əl çəkmək 

lazımdır. 

Bizim gözumüz önündə ikinci minilliyin sonunda yaranmış ziddiyyətləri həll etmək üçün "zor 

siyasətini"  əsas tutan sivilizasiyaların dağılması prosesləri baş verir. Qender tədqiqatları 

baş verən bu prosesləri öncədən təsvir edərək  əsas paradiqma kimi müasir insan 

təfəkkürünün elmi və qeyri-elmi istiqamətlərində  əhəmiyyətli rol oynayır.Qender yeni 

yaranan dünyagörüşü üçün metodoloji əsas yaradan istiqamətlərdən biri kimi cəmiyyətdə 

kişi və qadınların rolunu, yerini və əhəmiyyətini yenidən nəzərdən keçirən və yerdəyişmələr 

edən yeni fəlsəfənin təməlidir. Özünəməxsus imkanlarına görə qender tədqiqatları 

informasiya nəzəriyyəsi, sinergetika, ekologiya və s. kimi sistem tədqiqatları ilə yanaşı artıq 

bu gün tərbiyə və təhsil praktikasında da geniş tətbiq olunmalıdır. 

Bir neçə il bundan əvvəl Qərbdə şübhə və ehtiyatla yanaşılan "qadın" tədqiqatları bu gün 

təbiətşünaslıq , humanitar və  tətbiqi fənnlər kimi müxtəlif təhsil muəssisələrində  tədris 

olunan geniş kontekstli onlarla kurslara qədər inkişaf etmişdir. Bu prosesin əvvəlindəcə, 

total patriarxata qarşı belə, hətta qadınlarla kişilərin tam bərabərliyinə nail olmaq kişilərin 

dünyaya uşaq gətirmək funksiyasının da «sınaq  şüşələrinə" verilməsi kimi çəfənk fikirlər 

söyləyən feminist praktikası olmuşdur. Qender, həmçinin radikal feminizmin patriarxal 

praktikaya, feminist "zor siyasətinin" işlənilməsinə qarşı  çıxdığı üçün, onların təzyiqinə 

məruz qaldığına görə yaranmışdır. Qender tədqiqatları  tək " qadın problematika"sı ilə 

məşğul olmasından  əlavə,  ən çox bəşəriyyətin bir-birinə qarşı dayanan iki (qadın və kişi) 

vahid potensialının tam aşkara çıxarılması üçün şəraitin yaranmasına görə cinslərin 

vəhdətliyinin axtarışı praktikasını  əhatə edir. İki "antaqonistin" ailədə birləşərək, bir yerdə 

"üçüncü sinfi"- uşaqları  əsarətdə saxlaması faktını diqqətdən kənarda qoymaq olmaz. 

Bundan  əlavə, qender tədqiqatları müasir dünyada mövcud olan və özünü dünya 

xalqlarının inkişafının müxtəlif modellərində təzahür etdirən irqi, etnik, konfessional, siyasi 

və istənilən digər zorakılıq  əlamətlərindən də yan keçə bilməz; və, nəhayət, dünyada 

blokların dağılmasından sonra qarşıdurmanın zəifləmədiyi, əksinə güc və təzyiq göstərmə 

hallarının intensivləşdirilməsini qeyd edir. Müasir müstəqil Azərbaycanın siyasi reallığı 

qender tədqiqatlarına xüsusi fikir verilməsini və onun cəmiyyətin siyasi mədəniyyətinin 

yüksəldilməsi məqsədilə təhsil sistemində geniş yayılmasını tələb edir. 

Beləliklə, cinslərin münasibətləri tarixi "yeni redaktə" olunmuş bəşəriyyət tarixi, əgər desək 

ki, bizim keçmiş haqqında olan təsəvvürlərimizi köklü surətdə  dəyişdirir, cəmiyyətin 

inkişafının müasir problemlərinin və  gələcək perspektivlərinin korreksiya edilməsində çox 

əhəmiyyətlidir, bu isə bizim dünyagörüşlərimizin  əsaslarına və onları sistem halında ifadə 

edən fəlsəfəyə təsir etməmiş deyildir. 

Psixoloq Roda Unger "Cinslərin və qenderin müəyyən edilməsi" məqaləsində  (1979) 

"qender" anlayışının istifadə olunması  cəmiyyət üçün zəruri olan xüsusiyyətlər, normalar, 

stereotiplər və rolların kişi və qadınlara aid olmasını müəyyənləşdirərkən sosial, mədəni və 

psixoloji aspektlərin müzakirəsi zamanı mümkünlüyünü zəruri saymışdır. ("Fəlsəfə" M., 


1996 s 406-407. rus dilində). 

Qadınlar həqiqətən də daha çox intuitiv və emosional təfəkkürə malikdirlər və bu məhz 

rasional, məntiqi təfəkkürə malik olan kişilərdə çatışmayan keyfiyyətlərdi?! Bəlkə bu müasir 

reallığın bütün müxtəlifliyini  əhatə etmək qabiliyyətinə malik olmayan, ancaq yarıtmaz 

rasional təfəkkür tərzinin ekoloji, militarist, qəddar və müxtəlif azlıqlara qarşı yönələn 

zorakılığın, elmi, siyasi, iqtisadi, əxlaqi və ideoloji konsepsiyalarındakı böhranların yaratdığı 

müasir problemlərlə əlaqədardır?! 

Beləliklə, həqiqi qender tədqiqatları mahiyyətcə ancaq qadınların kişilərin əsarətindən azad 

olmasına yönəlməyən, dünyagörüşünün "demokratizmi" kimi insan cəmiyyətinin bütün 

üzvlərinin, o cümlədən azlıqların hüquqlarının nəzərə alınmasına, onları öz hüquqlarının 

müdafiəsinə qalxmağa çağırır. Bu halda qender tədqiqatlarının siyasi aspektləri ön plana 

keçir və "təhkimçi qadın" rolunda ayrı-ayrı xalqlar, dövlətlər və  hətta başqa mənəviyyata, 

dünyagörüşünə, din və s. malik olan dövlətlər qrupu ola bilər. Qender tədqiqatları nahaq 

yerdən milli, irqi, kulturoloji və konfessional səviyyələrdə geniş ümumiləşdirilmiş xarakter 

almamışdır. 

Bu, malik olduğu geosiyasi vəziyyət və  təbii sərvətlərinə görə tarix boyu dəfələrlə 

"dünyanın ataları" tərəfindən təzyiqə  və zorakılığa məruz qalmış Azərbayçan üçün 

lazımdır. Onillik Qarabağ epopeyası  və onun ətrafında baş verən hadisələr hələ  də 

dünyada gedən patriarxal siyasətin birbaşa nəticəsidir. 

Bu gün Azərbaycanda yaranan qender tədqiqatları bu sahədə inkişaf etmiş dünya 

təcrübəsini hökmən nəzərə almalıdır. Bu, qadın hüquqlarının müdafiəsi uğrunda gedən adi 

siyasi mübarizə deyil, özündə milli və ümumbəşəri dəyərləri birləşdirən harmonik, bütöv 

cəmiyyətin yaradılması, ikili standart siyasətindən yan keçən,  əsl demokratiya uğrunda 

qedən mübarizədir. 

Aşağıda qender tədqiqatları ilə bağlı respublikada dərc olunan ədəbiyyatın qeyd olunmuş 

icmal təhlili bu istiqamətin yaranmasının  əsas mərhələlərinin bərpası  və inkişafına kömək 

etmək, tədqiqatın  əsas ideyalarını müəyyənləşdirmək, Azərbaycan  şəraitində qender 

təhlilinin özünəməxsusluğunu və respublikada onun inkişaf perspektivlərini göstərmək 

məqsədi daşıyır. Resenziyalaşdırılmış  ədəbiyyatlar ilə Azərbaycan EA Fəlsəfə  və Hüquq 

İnstitutunun "Qender tədqiqatları" bölməsində tanış olmaq olar. 

Qender tədqiqatları ilə tanışlıga tədqiqatın tarixini, nəzəriyyəsini, predmet və obyektini

əsas ideyalar və kateqoriyalar aparatını  işıqlandıran ümumi işlərdən başlamaq 

məqsədəuyğundur; buraya müxtəlif dövrlərdə yaranan feminist ideyalarının mənbələrini 

təhlil edən, onların XX əsrdə  Qərb mədəniyyətinin sistematik tənqidinə  qədər inkişaf 

etdirən, kişilər və qadınların cinslərarası  və qenderoloji differensasiyaları arasında olan 

fərqləri müəyyənləşdirən, qenderi humanitar biliklər sırasında yeni bir bilik sahəsi kimi 


Yüklə 468,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin