Mühazirə 5 Azərbaycanda Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyətin inkişafı



Yüklə 442,64 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix11.04.2023
ölçüsü442,64 Kb.
#96347
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 5

Sadiq bəy Əfşarın
(təbrizlidir, 1533-cü ildə doğulmuşdur, 1612, yaxud 1616-cı ildə vəfat etdiyi 
güman olunur) estetik nəzəriyyəsi meydana çıxdı. Sadiq bəy Əfşar rəssam, alim, mütəfəkkir idi və "Qanun əs-
süvar" ("Rəssamlıq qanunları haqqında traktat") əsərinin müəllifı kimi tanınmışdır. O, incəsənəti gerçəyliyin 
inikası kimi nəzərdən keçirir, forma və məzmunun vəhdəti məsələsini qoyur, məzmunun formadan üstün 
olduğunu göstərir nəzəriyyə ilə təcrübənin vəhdəti fıkrini təbliğ edirdi. Sadiq bəy Əfşar Azərbaycan və fars 
dillərində elm, rəssamlıq, ədəbiyyat haqqında 10-a yaxın əsər yazmışdır. O habelə gözəl şeirlər müəllifi kimi 
də məşhurlaşmışdı. Sadiq bəy Əfşar sufıliklə də dərindən maraqlanır və hakimiyyətə münasibətdə müxalifliyi 
ilə seçilirdi. 
Hakim mövqedə olan şiəliyin, Səfəvi hökmdarlarının təqibləri bir çox elm, mədəniyyət 
nümayəndələrini, filosofları Azərbaycandan getməyə vadar etmişdi. 
Şiəlik, şəriət ehkamları və islamın əsaslan Azərbaycanda ilahiyyatın tanınmış nümayəndələri olan 
Mirzə 
Abdulla Əfəndinin
(hicri 1130-cu ildə vəfat etmişdir) və 
Ağahüseyn Xalxalinin
(XVII əsr) əsərlərində geniş, hərtərəfli 
əksini tapmışdır. Oncildlik "Riyaz ül -üləma" ("Alimlər bağçası") əsərinin müəllifı Mirzə Abdulla Əfəndi məşhur 
alim və ilahiyyatçı idi. Alim bu və digər əsərlərində islamın, onun şiə məzhəbinin, islam əxlaqının təbliğatçısı 
və ideoloqu kimi çıxış edirdi. Ağahüseyn Xalxali sufı panteizminə, xüsusilə Yusif Qarabağinin fəlsəfı baxışlarına 
qarşı fəal mübarizəsi ilə tanınırdı. XVII əsrin fəlsəfı fikir nümayəndələri olan Saib Təbrizinin, Yusif Qarabağinin, 
Qövsi Təbrizinin dünyagörüşü insanpərvərlik, azadfıkirlilik, xeyirxah əməllər və ədalət uğrunda mübarizə 
ruhundadır. Onların fəlsəfi baxışları üçün panteizm səciyyəvid ir. 
Azərbaycanın mütərəqqi simalarından biri olan 
Məhəmməd Əmin ibn Sədrəddin Şirvaninin
fəaliyyəti XVII əsrə 
təsadüf etmişdir. O, "Mabəd və məbdə" ("Başlanğıc və son") traktatının, Qəzalinin "Qəvaid əl-əqaid" 
("İnancların prinsipləri") əsərinə şərhin, "Şə msiye-Razi" əsərinin, habelə islam təriqətlərinə həsr olunmuş 
əsərin müəllifıdir. Son əsərində o, islam zəminində yaranmış 73 təriqəti səciyyələndirməyə cəhd göstərmiş, 
islamın daxilindəki 

Yüklə 442,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin