Sadiq bəy Əfşarın
(təbrizlidir, 1533-cü ildə doğulmuşdur, 1612, yaxud 1616-cı ildə vəfat etdiyi
güman olunur) estetik nəzəriyyəsi meydana çıxdı. Sadiq bəy Əfşar rəssam, alim, mütəfəkkir idi və "Qanun əs-
süvar" ("Rəssamlıq qanunları haqqında traktat") əsərinin müəllifı kimi tanınmışdır. O, incəsənəti gerçəyliyin
inikası kimi nəzərdən keçirir, forma və məzmunun vəhdəti məsələsini qoyur, məzmunun formadan üstün
olduğunu göstərir nəzəriyyə ilə təcrübənin vəhdəti fıkrini təbliğ edirdi. Sadiq bəy Əfşar Azərbaycan və fars
dillərində elm, rəssamlıq, ədəbiyyat haqqında 10-a yaxın əsər yazmışdır. O habelə gözəl şeirlər müəllifi kimi
də məşhurlaşmışdı. Sadiq bəy Əfşar sufıliklə də dərindən maraqlanır və hakimiyyətə münasibətdə müxalifliyi
ilə seçilirdi.
Hakim mövqedə olan şiəliyin, Səfəvi hökmdarlarının təqibləri bir çox elm, mədəniyyət
nümayəndələrini, filosofları Azərbaycandan getməyə vadar etmişdi.
Şiəlik, şəriət ehkamları və islamın əsaslan Azərbaycanda ilahiyyatın tanınmış nümayəndələri olan
Mirzə
Abdulla Əfəndinin
(hicri 1130-cu ildə vəfat etmişdir) və
Ağahüseyn Xalxalinin
(XVII əsr) əsərlərində geniş, hərtərəfli
əksini tapmışdır. Oncildlik "Riyaz ül -üləma" ("Alimlər bağçası") əsərinin müəllifı Mirzə Abdulla Əfəndi məşhur
alim və ilahiyyatçı idi. Alim bu və digər əsərlərində islamın, onun şiə məzhəbinin, islam əxlaqının təbliğatçısı
və ideoloqu kimi çıxış edirdi. Ağahüseyn Xalxali sufı panteizminə, xüsusilə Yusif Qarabağinin fəlsəfı baxışlarına
qarşı fəal mübarizəsi ilə tanınırdı. XVII əsrin fəlsəfı fikir nümayəndələri olan Saib Təbrizinin, Yusif Qarabağinin,
Qövsi Təbrizinin dünyagörüşü insanpərvərlik, azadfıkirlilik, xeyirxah əməllər və ədalət uğrunda mübarizə
ruhundadır. Onların fəlsəfi baxışları üçün panteizm səciyyəvid ir.
Azərbaycanın mütərəqqi simalarından biri olan
Məhəmməd Əmin ibn Sədrəddin Şirvaninin
fəaliyyəti XVII əsrə
təsadüf etmişdir. O, "Mabəd və məbdə" ("Başlanğıc və son") traktatının, Qəzalinin "Qəvaid əl-əqaid"
("İnancların prinsipləri") əsərinə şərhin, "Şə msiye-Razi" əsərinin, habelə islam təriqətlərinə həsr olunmuş
əsərin müəllifıdir. Son əsərində o, islam zəminində yaranmış 73 təriqəti səciyyələndirməyə cəhd göstərmiş,
islamın daxilindəki
Dostları ilə paylaş: |