Mühazirə 5 Şəbəkə informasiya sistemlərinin arxitekturaları


Kliyent-server arxitekturası



Yüklə 41,67 Kb.
səhifə3/5
tarix26.01.2023
ölçüsü41,67 Kb.
#81003
növüMühazirə
1   2   3   4   5
VER-BAZ 5

Kliyent-server arxitekturası
Kliyent-server arxitekturalı İS fayl-server arxitekturalı İS-den ilk növbede onunla fərqlənir ki, VBİS-in proqramları fuksional olaraq serverkliyent adlanan iki hisseye ayrılır. Sistemin server və kliyent hissələri arasında funksiyaların bölünmesi müxtəlif variantlarla aparıla bilər: verilənlərin təsvirlerinin bölüşdürülmesi ilə, təsviri uzaq məsafədən aparmaqla, funksiyaların bölüşdürülmesi ilə,verilənlərə müracieti uzaq məsafədən aparmaqla və verilənlər bazasını bölüşdürməklə.
Kliyent-server arxitekturasının əksər tipleri ikisəviyyəli modelle qurulur. 1-ci (aşağı) səviyyədə təşkil olunan kliyent 2-ci (yuxarı) səviyyədə təşkil olunan serverin xidmətlərine müraciet edir. Bu zaman nəzərə alınır ki, DS və FS komponentleri serverde, PS və PL dialoq komponentleri və BL, DL məntiqi komponentleri isə kliyentde yerləşdirilir. Bununla da istifadəçi sorğularının reallaşdırılması və istifadəçilərle qrafik interfeysin qurulması təmin olunur. Beləliklə, tətbiq kliyentle işləyir, VBİS isə- serverle.
Kliyent və ya ön proqram istifadəçi sorğularının emalına və interfeyse cavab verir. Belə ki, o, istifadəçinin sorğularını və emrlerini cevirerek servere ötürür və nəticələri aldıqda əks cevirme aparmaqla informasiyanı istifadəçi üçün əks etdirir. Kliyent rolunda konkret tətbiqi məsələnin həlli üçün hazırlanan proqram və ya serverle interfeyse malik olan hazır proqram çıxış ede bilər. Hazır kliyent proqramları kimi metn prossesorları , cədvəl proqssesorları və hetta VBİS-ler (məsələn, Access, FoxPro, Paradox) istifadə oluna bilər.
Server bazadakı verilənlərin idarə olunması və mühafizesi funksiyalarını yerinə yetiren əsas proqramdır. Serverin funksiyalarının cağrılıb işe salınması SQL dilində aparıldıqda, ona SQL-sever deyilir. Server kimi profesional VBİS-in (məsələn, İnformix 7.x, Sybase System 10, Oracle) nüvesinden və ya hər hansı SQL-serverden (məsələn, MS SQL server, Novell Netware SQL və s.) istifadə oluna bilər. Kliyent-server arxitekturalı informasiya sisteminin sadeleşdirilmiş strukturu şəkil 2-də göstərilmişdir.
İnformasiya emalının əsas hissesi-sorğuların formalaşdırılması, hesabatların tertibi və istifadəçi üçün əlverişli formada əks etdirilmesi və s. - kliyent kompüterinde yerinə yetirilir. Şəbəkə VBİS-le işləyen fayl-server sisteminden fərqli olaraq, VB fayllarının tam suretleri SK-dan KK-ya və geriye gönderilmir, cünki, lazımi qarşılıqlı əlaqələrin təşkili üçün KK-da baxılan anda tələb edilən verilənlərin olması kifayet edir. Bununla da şəbəkəde traffik xeyli azalır, KK-nın resurslarına qoyulan təlabat yumşalır və bunun da nəticəsinede daha səmərəli və etibarlı informasiya sistemi qurmağa imkan yaranır.


Kliyent-server tipli İS-in qurulmasında bir VBİS mühitinə yaradılmış VB-ye digər VBİS-den və ya onun əhatəsinden müracietin mümkünlüyü problemi qarşıya cıxır. Windows mühitinde bu problem Microsoft firmasının ODBC (Open Data Base Connectivity- acıq verilənlər bazalarının uyğunlaşdırılması) standart interfeysi vasitəsilə həll olunur. Onun əsas vezifesi müxtəlif istehsalcıların hazırladıqları lokal və uzaq məsafəli verilənlər bazalarına vahid üsulla müracieti təmin etməkdir.ODBC vasitəsilə tətbiqlərin (proqramların və ya istifadəçilərin) verilənlər bazasına müraciet sxemi aşağıda göstərilmişdir.


Tətbiqin VB-ye müraciəti SQL dilində ODBC-nin standart funksiyalarını cağırmaqla baş verir. Bu zaman kliyentin kompüterinde ODBC interfeysine malik olan MS Windows əməliyyyat sistemi fəaliyyət göstərməlidir.

ODBÇ vasitəsilə verilənlər bazasına müraciət sxemi





Yüklə 41,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin