Mühazirə 5 Şəbəkə informasiya sistemlərinin arxitekturaları



Yüklə 41,67 Kb.
səhifə4/5
tarix26.01.2023
ölçüsü41,67 Kb.
#81003
növüMühazirə
1   2   3   4   5
VER-BAZ 5

Coxsəviyyəli arxitektura
Coxsəviyyəli arxitektura kliyent-server arxitekturasının inkişafı nəticəsində yaranmış və klassik formada 3 səviyyədə təşkil olunur:
-aşağı səviyyə - kliyentlerin tətbiqlərini (sorğular və interfeysler) əhatə edir və təsvir vasitələrinden (PS), təsvir məntiqinden (PL) və orta səviyyədəki tətbiqi cağırmaq üçün proqram interfeysinden ibarət olur;
- orta səviyyə - tətbiq serverinden ibarətdir. Burada tətbiqi məntiq (BL) yerinə yetirilir və verilənlərin emalı məntiqi (DL) verilənlər bazası ilə əməliyyatları yerinə yetirir;
- yuxarı səviyyə - verilənlərin emalı xidmətini (DS) və fayl əməliyyatlarını (FS) yerinə yetiren VB-nin uzaq məsafəli xüsusi serverinden ibarət olur.
Funksiyaların 3 səviyyədə bölüşdürülmesi çoxsəviyyəli arxitekturalı şəbəkə informasiya sisteminin tipik variantıdır. hər səviyyəye uyğun funksiya ayrıca kompüterde reallaşdırılır. Şəkil göstərilmiş belə modele başqa adla tətbiq serveri modeli və ya AS-model (Application Server-Model) deyilir.


AS modelinin mərkəzi qovşağı tətbiq serveridir. Burada bir neçə tətbiqi funksiya reallaşdırılır və bunlardan hər biri ayrıca xidmət kimi tertib olunur. Tətbiq serveri bir neçə ola bilər və bu halda onlardan hər biri öz xidmətini teqdim edir. Tətbiq serverinden xidmət tələb edən istənilən proqram onun üçün kliyent rolunu oynayır. Tətbiq serverine kliyentden daxil olan sorğular növbeye qoyulur və müəyyən qayda ilə (məsələn, üstünlük dərəcəsine görə) secilib yerinə yetirilir.


3-cü (aşağı) səviyyədə təsvir funksiyalarını yerinə yetiren və tətbiq serveri üçün kliyent rolunda çıxış edən komponent adi hala nisbeten bu modelde daha geniş məna daşıyır. O, istifadəçi ilə interfeysin təşkili üçün, məsələn, istifadəçi – şexsden, qurğudan,vericiden verielenlerin qəbulu üçün istifadə oluna bilər və ya istənilən proqram ola bilər.
Ücsəviyyəli arxitekturanın üstünlüyü onun cevikliyinden və tətbiq funksiyalarının bir-birindən asılı olmayan 3 hisseye bölünmesinin nəticəsi kimi özünü göstəren universallıqdan ibarətdir. Bir çox hallarda bu arxitektura ikisəviyyəli arxitekturadan daha səmərəli hesab olunur. 3 səviyyəli arxitekturanın catışmazlığı 2 səviyyəli arxitekturaya nisbeten tətbiq komponentleri arasında informasiya mübadilesine daha çox resursun tələb olunmasıdır.
Ücsəviyyəli arxitekturanın reallaşdırılması üçün proqram vasitələri nisbeten yeni hesab olunurlar. Bu vasitələr əsasən UNİX mühiti üçün hazırlanır. Lakin son vaxtlar Windows mühiti üçün de bu cür proqram vasitələri yaradılmağa başlanmışdır. Bu vasitələrə misal olaraq BEA WebLogic Server, İnprise Application Server, İBM Web Sphere Application Server məhsullarını göstərmek olar.

Yüklə 41,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin