Mühazirə 5 Şəbəkə informasiya sistemlərinin arxitekturaları


İnternet/İntranet texnologiyası əsasında qurulan informasiya sistemləri



Yüklə 41,67 Kb.
səhifə5/5
tarix26.01.2023
ölçüsü41,67 Kb.
#81003
növüMühazirə
1   2   3   4   5
VER-BAZ 5

İnternet/İntranet texnologiyası əsasında qurulan informasiya sistemləri
İnternet/İntranet texnologiyasının inkişafında hele ki, əsas diqqet instrumental proqram vasitələrinin yaradılmasına verilir. Bununla yanaşı verilənlər bazaları ilə işləyen tətbiqlərin yaradılması üçün inkişaf etmiş vasitələr azlıq təşkil edir.
Əlverişli, istifadəsi və müşaiyet edilməsi sade olan və həmçinin verilənlər bazaları ilə işləyen informasiya sistemlərinin yaradılması üçün mümkün həll İnternet/İntranet texnologiyasının çoxsəviyyəli arxitektura ilə birleşdirilmesi oldu. Bu zaman informasiya sisteminin strukturu bu şəkildə qurulur: brauzer - tətbiq serveri - verilənlər bazasının serveri - dinamiki sehifeler serveri - Web-server. İnternet/İntranet texnologiyası ilə çoxsəviyyəli arxitekturanın inteqrasiyası sayəsində informasiyanın birgə istifadə olunmasının sadeliyini və yüksək səmərəliyini saxlamaqla, korporativ informasiya sisteminin tətbiqi və müşayiet edilməsi prosesi xeyli sadeleşir.
İntranet texnologiyası əslində korporativ informasiya sistemi mühitine uyğunlaşdırılmış İnternet texnologiyasıdır. İnternet/İntranet texnologiyası ilə qurulan İS-in arxitekturası çoxistifadəçili mərkəzləşdirilmiş hesablama sistemlərinden (meynfreymlerden) kliyent-server kimi sistemləre və sonra da paylanmış sistemləre tekamül yolu ilə kecid nəticəsinde yaranmışdır. Kliyent-server tipli sistemlərden fərqli olaraq, bu sistemlər verilənlərlə deyil, qeyri-peşəkar istifadəçilər üçün əlverişli şəkildə teqdim edilən informasiya ilə işləyirler.
İnternet/İntranet texnologiyası ilə qurulan sistemlər mərkəzləşdirilmiş çoxistifadəçili sistemlərle kliyent-server tipli sistemlərin üstün cehetlerini özlerinde birleşdirirler. Onlar aşağıdakı xüsusiyyetlere malikdirler:
- istifadə olunması üçün serverde verilənlər deyil, informasiya toplanır;
- kliyent və server hissələri arasında mübadile zamanı konkret firmanın
protokolundan yox, acıq standart protokoldan istifadə olunur;
-tətbiqi sistem serverde yerleşdiyinden, kliyent kompüterinde istifadəçinin işləmesi üçün proqram-naviqator kifayet edir.
İnternetde və İntranetde informasiyanın mənbəyi VB olduqda WWW komponentleri ilə enenevi VBİS komponentleri arasında qarşılıqlı əlaqələr qurulur. hər hansı VB-den istifadə etməkle işləyen proqram komponentlerin fəaliyyətlerinin təşkilinde verilənlərə müraciet 3 sxemle aparıla bilər: Web-kliyent tərəfindən (şəkil a), Web-server terfiinden (şəkil b) və tətbiq serveri tərəfindən (şəkil c).

a )







b)

c)




SQL sorğular

İnternetdə VB-yə müraciət modelləri




Kliyent tərəfindən VB-ye müraciet  halında Web-kliyent ilə Web-server arasında qarşılıqlı əlaqənin reallaşdırılması üçün əsas instrumental vasitə Java dilidir. Kliyent tərəfde informasiyanın emalı da aparıla bilər. Bu məqsədle JavaScript, JScript və VBScript kimi ssenari dillərinden istifadə oluna bilər. Ssenari-proqramlar Web-brauzer tərəfindən interpretasiya rejiminde yerinə yetirilir.
Web-server tərəfindən VB serverine müraciet adetən Web-server proqramları vasitəsilə xarici proqramların cağrılması ilə yerinə yetirilir. C, C++, Pascal tipli adi proqramlaşdırma dillərinde və ya Perl, PHP tipli xüsusi dillərdə yazılır. Bunlardan elave, server proqramlarının VB-ye müracietini təşkil etmək üçün VB informasiyası əsasında Web sehifelerinin dinamik qurulması texnologiyalarından (ASP, PHP, İDC/HTX) istifadə oluna bilər.
Tətbiq serveri tərəfindən VB-ye müraciet tətbiq serverinden istifadə edildikdə mümkündür. Bu halda paylanmış tətbiqlərin qurulması üçün əsas dil Java və həmçinin CORBA və Enterprise Java Beans hesab olunur.
Yüklə 41,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin