Binaların ventilyasiya sistemləri. İstehsalat binalarının havası zərərli qaz, buxar və tozlarla çirklənə bilər. Bəzi hallarda otaqlarda izafi istilik də çox ola bilir.
Otaqlarda havanın metreoloji şəraitini və təmizliyini təmin etmək üçün ventilyasiya sistemi tətbiq olunur. Ventilyasiya sistemi otaqlardan izafi istiliyi, nəmliyi, tozları, zərərli qaz və buxarları kənar etməklə sanitariya normalarınnın və dövlət standartlarının tələblərinə uyğun mikroiqlim yaratmaq üçün işlədilən qurğular sistemindən ibarətdir.
Vəzifəsinə görə ventilyasiya sistemləri üfürücüsü, sorucu və üfürücü-sorucu kimi tiplərə ayrılır.
Üfürücü ventilyasiya sistemində otağa xaricdən təmiz havanın üfürülməsi ilə hava mübadiləsi yaradılır.
Sorucu ventilyasiya sistemində otaqlardan çirklənmiş havanın sorulması ilə hava mübadiləsi təşkil edilir.
Üfürücü-sorucu ventilyasiya sistemində otağa eyni zamanda təmiz havanın üfürülməsi və oradan çirklənmiş havanın kənar edilməsi ilə hava mübadiləsi təşkil olunur.
Ventilyasiya sistemləri hava mübadiləsinin dövrüyyə dərəcəsi ilə xarakterizə olunur. Otaqdan bir saat ərzində kənar edilən və ya otağa verilən hava miqdarının onun həcminə olan nisbəti hava mübadiləsinin dövrüyyə dərəcəsi adlanır.
Burada, V-otağa verilən (və ya otaqdan xaric edilən) hava şərfi, m3/saat
V0 - otağın həcmidir, m3 Hər bir istehsalat otağı üçün ventilyasiyanı layihələndirərkən ilk növbədə tələb olunan hava mübadiləsi təyin edilir.
Bu zaman otaqda ayrılan zərərliyin (istilik, nəmlik, qaz, toz və s) miqdarı, iqlim zonası, ilin vaxtı və s. nəzərə alınmalıdır.
Prosesdən eyni zamanda bir neçə eyni istiqamətli zərərli maddə ayrılıb otağın havasına qarışarsa, bu halda onların hər birinin qatılığını sanitariya normalarında göstərilmiş qatılığa qədər aşağı salmaq üçün tələb olunan havanın miqdarı ayrı-ayrılıqda hesablanır; sonra isə nəticələr cəmlənərək ventilyasiya vasitəsilə tələb olunan ümumi hava mübadiləsi təyin edilir. Eyni zamanda müxtəlif istiqamətlərdə təsir edən zərərli maddələr ayrılıqda isə onların hər birinin zərərsizləşdirilməsi üçün tələb olunan hava mübadiləsi üçün ayrı-ayrılıqda hesablanır; sonra nəticələrdən ən böyüyünün qiyməti ventilyasiya vasitəsilə tələb olunan hava mübadiləsi kimi qəbul edilir.
Normal şəraitli və zərərli maddələr ayrılmayan otaqlarda tələb olunan hava mübadiləsi işləyənlərin sayına görə hesablanır.
V=ni.V1 Burada ni-işləyənlərin sayı
V1-otaqda hər bir işləyənə düşən hava sərfi norması, m3/saat
Otaqda hər bir işləyənə düşən otaq həcmi 20m3 -–dən azdırsa, V1=30m3/ saat, 20m3-dən çoxdursa, V1=20m3/saat qəbul edilir.
Otaqda əmələ gələn qazı, tozu və ya izafi nəmliyi zərərsizləşdirmək üçün tələb olunan hava mübadiləsi
V=
Burada , Q-otaqda əmələ gələn zərərli maddənin miqdarı mq/saat
K2 - otağın havasında zərərli maddələrin buraxıla bilən qatılıq həddi, mq/m3 K1-otağa verilən havada zərərli maddələrin miqdarıdır, mq/m3 Otaqda əmələ gələn izafi istiliyi kənar etmək üçün tələb olunan hava mübadiləsi belə hesablanır.
V=
burada, Qi otaqda bütün mənbələrdən ayrılan izafi istiliyin miqdarı, kC/saat (kilocoul/saat)
C-quru havanın istilik tutumu, kC/kq, C=1 götürülür.
-verilən havanın xüsusi çəkisi, kq/m3 td – otağın daxilində sanitariya normasına görə tələb olunan temperatur, 0S ilə
tx otağın xaricində havanın temperaturudur, 0S ilə
Sanitariya normalarına əsasən vurulan hava ilə otaq havasının temperaturu arasındakı fərqi 5-80S-dən çox olmamalıdır.
Hava mübadiləsinin təşkili üsuluna görə ventilyasiya təbii və süni (mexaniki) sistemlərə bölünür.
Təbii ventilyasiyada hava mübadiləsi otağın daxilində və xaricindəki havanın temperaturlar fərqi və külək təzyiqi nəticəsində gedir. Otağın daxilində və xaricindəki havanın temperaturlar fərqi onların xüsusi çəkilərində də fərq əmələ gətirir ki, nəticədə otağa xaricdən soyuq hava gəlir və otaqdakı isti havanı sıxışdırıb çıxarır. Sanitariya normalarına görə bütün istehsalat otaqlarında təbii ventilyasiya tələb olunur.
Təbii ventiyasiyada hava mübadiləsi binanın hava sorucu kanalları, şaxtaları, nəfəslikləri, həmçinin qapı, pəncərə və başqa örtüklərin kip olmaması nəticəsində gedir. Təbii ventilyasiya sistemi ucuz başa gəlir. Bu ventilyasiyanın çatışmamazlığı onun səmərəsinin xarici havanın temperaturundan, küləyin gücündən və istiqamətindən asılı olmasıdır.
Təbii ventilyasiyanı gücləndirmək məqsədilə deflektorlar tətbiq edilir. Quruluşuna görə deflektorlar küləyin istiqamətindən asılı olmayaraq, bina daxilindən havanın sorulmasını təmin edir.
Təbii ventilyasiya kifayət etmədikdə süni ventilyasiya nəzərdə tutulur. Bu halda istinilən miqdarda havanın vurulması ilə metroloji şərait təmin edilə bilər. Mexaniki (süni) ventilyasida hava mübadiləsi elektrik enerjisi ilə işləyən ventilyator və ya ejektorlarla aparılır. Bu ventilyasiyanın üstünlüyü ondadır ki, temperatur və küləklənmədən asılı olmayaraq, təmiz havanı otağın istənilən hissəsinə vermək, zərərli maddələri bilavasitə əmələ gəldiyi yerdən sorub kənar etmək, verilən havanı təmizləmək, nəmləşdirmək, qızdırmaq və ya soyutmaq, eləcə də çirklənmiş havanı mühitə buraxmazdan əvvəl təmizləmək olur və s. Lakin, süni ventilyasiya nisbətən mürəkkəb olur, sox yer tutur və baha başa gəlir.
Ventilyasiya qurğularında mərkəzdənqaçma və ox tipli ventilyatorlar, açıq və qapalı hava soruçu bacalar tətbiq edilir.
Sanitariya – texniki normalarına əsasən vurulan təmiz hava sexin hakim küləklər tutan tərəfindən qəbul edilir, külək tutmayan tərəfdən xaric edilir. Bu nöqtələr arasındakı məsafə və hündürlüklər fərqi uyğun olaraq 15 və 5 metrdən az olmamalıdır.
Mexaniki ventilyasiya sisteminin səmərəliliyi onun təşkilində müəyyən texniki və sanitariya-gigiyena qaydalarına əməl edilməsindən asılıdır. Bu qaydalar aşağıdakılardır:
1. Otağa verilən havanın miqdarı kənar edilən havanın miqdarına uyğun gəlməlidir.
2. Havaüfürücü və havasorucu xətlər otaqda düzgün yerləşdirilməlidir. Belə ki, təmiz hava otaqda zərərli maddələrin az ayrıldığı hissəyə yönəldilməli, kənar edilən hava isə həmin maddələrin ən çox ayrıldığı hissədən götürülməlidir. Adətən, hava axını işçi zonaya yönəldilir, kənar edilən hava isə otağın yuxarı hissəsindən sorulur. Otaqda ayrılan zərərli maddələr havadan ağır olduqda kənar edilən hava otağın aşağı hissəsindən sorula bilər.
3. Ventilyasi sistemi işləyənlərin orqanizminin həddən artıq soyumasına və ya qızmasına səbəb olmamalıdır.
4. Ventilyasiya sistemi iş yerlərində buraxılabilən səviyyədən artıq səs-küy yaratmamalıdır.
5. Ventilyasiya sistemi elektrik təhlükəsizliyi və yanığın partlayış təhlükəsizliyi tələblərini ödəməlidir.
Adi ventilyasiya sistemləri istehsalat otaqlarında mikroiqlimin bütün parametrlərini nizamlaya bilmədiyinə görə komfort şərait yaratmaq üçün hava kondisiyalaşdırılır. Bu məqsədlə istənilən kondisionerlər havanın temperaturunu, nəmliyini, hərəkətini və təmizliyini avtomatik tənzimləməklə bərabər həmdə onu ozonlaşdıra və ionlaşdıra da bilər. Havanın tam kondisiyalaşdırılmasında həmin əməliyyatların hamısı, natamam kondisiyalaşdırmada isə bir hissəsi həyata keçirilir.
Havanın kondisiyalaşdırma sistemi mərkəzi və yerli sistemlərə ayrılır. Bundan başqa kondisiyalaşdırma bütün il boyu və movsümü işləyən ola bilər. Mövsümü işləyən kondisionerlər yayda havanı təmizləyir və sərinlədir; qışda isə təmizləyir və qızdırır. İnzibati binalarda otaqların mikroiqlimini tənzimləmək üçün BK-1500 və BK-2500 tipli kondisionerlərdən istifadə edilir. BK-1500 sahəsi, 25m2 ; BK-2500 isə sahəsi 35 m2 olan otaqlara hesablanmışdır.