Mühazirə 9. İnformasiya təhlükəsizliyi Elmi texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuşdur. Vətəndaşların, cəmiyyətin və dövlətin informasiya resurslarının rolunun artması informasiya təhlükəsizliyi məsələsini ön plana çıxarır. İnformasiya təhlükəsizliyinin təmin olunması problemini şərtləndirən səbəblərdən aşağşdakiləri qeyd etmək olar:
1. Minimal təhlükəsizlik tələblərinə cavab verməyən proqram vasitələrinin geniş yayılması;
2. Şəbəkə texnologiyalarını hər yerdə yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;
3. İnformasiya emalı sisteminin təhlükəsizliyinin pozulmasına praktiki olaraq mane olmayan qlobal internet şəbəkəsinin inkişafı;