MühaziRƏ 7 İdarə Sİstemi veriLƏNLƏr bazasinin yaradilmasi



Yüklə 17,66 Kb.
səhifə1/5
tarix16.12.2022
ölçüsü17,66 Kb.
#75450
  1   2   3   4   5
Belge (32)


MÜHAZİRƏ 7
İDARƏ SİSTEMİ
VERİLƏNLƏR BAZASININ YARADILMASI
Verilənlər bazasının məqsədi və tərifi: informasiyanın qorunub saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub saxlanması üçün verilənlər bazasından geniş istifadə olunur. "Verilən" bazaya daxil ediləcək informasiya vahididir, elementidir. İnformasiya müəyyən predmet və gerçəklik haqqında olan tam fikirdir, məlumatdır. Məsələn: hər bir müəssisənin kadrlar şöbəsində olan əməkdaşları haqqında informasiya saxlanılır. Bu informasiyanın verilənlər elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifi olması və s.
Verilənlər bazasının yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər. Məsələn: hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır:ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyunun uzunluğu, qan qrupu və s. Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanı verilənləri ilə, dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəlifliklər var. Verilənlər bazası kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır. "Faylın formatı" termini kompüter faylında saxlanılan verilənlərin sturukturunu təsvir etmək üçün istifadə olunur. Tərif: Verilənlər bazası informasiyanın saxlanılması, ilkin emalı və axtarışı təmin edən xüsusi formatlı fayldır.
VERİLƏNLƏR BAZASININ STURUKTURU
Verilənlərin sturukturu onların kompüterdə saxlanması üsuludur və o elə seçilməlidir ki, (verilənlərdən) səmərəli istifadəni təmin etsin. Faylın verilənlər bazasında olması üçün onda olan informasiya sturukturuna malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər. Verilənlər bazası sturukturuna görə 3 cür ola bilər: 1) ierarxik 2 ) şəbəkə 3) relyasion
1) "İERARXİK" verilənlər bazasında verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur.Ona görə bu sturuktura bəzən "budaqlanan sturuktur" da deyilir.
2) Verilənlər bazasının şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar.Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr ierarxik olmaya da bilər.Bu gün əksər verilənlər bazası cədvəl şəkillidirlər, yəni relyasion sturukturludurlar.Belə sturukturlu verilənlər bazasında verilən sətr və sütunların kəsişməsi ilə müəyyən olunur.Verilənlər bazasında sütunlar sahələr, sətirlər isə yazı adlanır.

Yüklə 17,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin