Unikal və açar sahələr
Cədvəlıər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal səhifəyə baxmaq lazımdır.Unikal sahə elə sahədirki onda olan məzmun təkrarlanmır. Unikal sahədə yazılar təkrarlandıqda kompüter xəbərdarlıq bildirilməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işlənilir. Daha doğrusu sonuncu onu unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir. Əgər cədvəl yaradılarkən proqramçı açar sahə verməyibsə verilənlər bazası idarə sistemi cədvəldə ilkin açar sahəsini verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eyni mənalı yazı ola bilməz.
Mühazirə 8. Verilənlər bazası idarə sistemləri (VBS) onların məqsədi və təsnifatı.
Verilənlər bazasını yaradarkən hər hansı proqramlaşdırma dilini mənimsilənməsi və yaxud mütəxəsislərin cəlb olunması verilənlər bazasının inkişafında bir qədər ləngiləmələrə səbəb olurdu. Lakin verilənlər bazası idarə sisteminin meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı. Verilənlər bazası idarə sistemi ,verilənlər bazasının faylları ilə işləmək üçün , nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
Verilənlər bazası idarə sistemini işi Microsoft Acsesdə obyektləri bunlardır:
1.Cədvəl-verilənlər bazasının əsas və ən vacib obyektidir. Belə ki verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.
2. Sorğu-Verilənlər bazasının emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır.
Sorğuların köməyilə verilənlər nizamlanır, seçilir,dəyişdirilir daha doğrusu emal olunurlar.
3. Forma-bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.
4.Hesabat-Formanın əksidir.Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.
5. Makroslar- makro komandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onun klavişini 1 düyməsini mənimsədirlər.
6.Visual beysix dilində yaradılmış proqram prosedurlarıdır.