İnternetin tənzimlənməsinə dair yanaşmalar
”Dar” və ”geniş” yanaşma. ”Dar” yanaşma zamanı, ilk novbədə, internetin infrastrukturuna (domen adları sisteminə, İP unvanlarına) və bu meydanda əsas oyuncu olan ICANN-ın movqeyinə diqqət yetirilir. Yəni “dar” yanaşmanın tərəfdarları hesab edirlər ki, internetin yalnız texnoloji və infrastruktur aspektləri tənzimlənməlidir.
“Geniş” yanaşmaya uyğun olaraq, internetin idarə edilməsi üzrə danışıqlar texnoloji və infrastruktur məsələlərinin hüdudlarından kənara çıxır və digər problemləri (hüquqi, iqtisadi, sosial-mədəni, inkişaf məsələləri ilə bağlı) əhatə edir. Bu yanaşma İnternetin tənzimlənməsi məsələlərinə dair siyasi və elmi diskussiyalarda da üstünlük təşkil edir. “Geniş” yanaşma tərəfdarları hesab edirlər ki, İnternetin tənzimlənməsi prosesində yalnız beynəlxalq təşkilatlar və rəsmi dövlət nümayəndələri deyil, bütun maraqlı tərəflər, o cümlədən biznes qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin təmsilçiləri, elmi qurumlar iştirak etməlidir. Bu yanaşma İnformasiya Cəmiyyəti Məsələləri üzrə Ümumdünya Sammitində də dəstəklənmişdir.
Artıq disskussiyalarda bu yanaşmalardan hansının doğru olmasından söhbət getmir. İndi Beynəlxalq danışıqlar “dar” (İCANN-la bağlı olan məsələlər) və ”geniş” (İnternetin idarə edilməsinin digər aspektləri) yanaşmalar arasında daha münasib balansın yaradılması mərhələsinə keçib.
Dostları ilə paylaş: |