Konstruktiv yanaşma. Bu yanaşma “informasiya cəmiyyətində idarəetmə” probleminin mahiyyətinə yaxınlaşmağa kömək edir. Yəni kiber məkanla real dünya arasında əlaqə yaradılmasını, ortaq, ümumi prinsiplərin müəyyən edilməsini nəzərdə tutur. Bu yanaşma milli dövlət suverenliyinin və İnternet şəbəkəsinin qloballaşmasının, universallaşmasənın nəzərə alınmasına əsaslanır. Hesab edilir ki, suveren dövlətlərin müvafiq qanunvericiliklərinin qlobal harmoniyalaşdırma səviyyəsi artırılmalıdır. Burada İnternetin tənzimlənməsi ilə bağlı bütün maraqlı tərəflər arasında konstruktiv dialoqun qurulması da mühüm məsələlərdən sayılır.
“Dəyişə bilən həndəsə” prinsipi. Bu termin hüquq və tənzimləmə sahəsinə Aviamexanika sahəsindən keçib. Belə ki, təyyarənin müxtəlif mexaniki qurğularının hərəkəti uçuş aparatının konfiqurasiyasının dəyişməsi ilə bağlıdır ki, buna ”dəyişə bilən həndəsə” prinsipi deyilir. Hazırda beynəlxalq hüquq praktikasında bu prinsipdən geniş istifadə edilir. Beynəlxalq ətraf mühitin mühafizəsi hüququnda tətbiq edilən ”dəyişə bilən həndəsə” yanaşmasından İnternetdə spamlarla, viruslarla effektli mübarizə aparmaq üçün istifadə edilə bilər. Belə ki, spam və virusların yayılmasına görə ölkələr üzrə statistika fərqlidir. Ona görə də bu cür hallara görə ölkələrin məsuliyyəti də müvafiq statistikaya uyğun olaraq differensiallaşmalıdır. Eyni zamanda, spam və viruslar hər ölkəyə də eyni dərəcədə ziyan vurmur.
Bütövlükdə, İnternetin tənzimlənməsi bu prosesdə bir çox aspektlərinə, o cümlədən beynəlxalq hüquq qabiliyyətinə, konkret məsələnin həllinə göstərdiyi marağa, beynəlxalq münaqişələrin həllindəki təcrübəsinə və s. görə fərqlənən müxtəlif maraqlı tərəflərin – dövlətlərin iştirakını tələb edir. Bu müxtəliflik “dəyişən həndəsə” prinsipinin koməyi ilə İnternetin tənzimlənməsində vahid struktur çərçivəsinə salına bilər.
“Real” və ”kiber” yanaşma İnternetin tənzimlənməsi çərçivəsində istənilən məsələyə həm də bu cür yanaşılır: köhnə “real” yanaşma və yeni “kiber” yanaşma.
Köhnə “real” yanaşmanın tərəfdarları göstrirlər ki, İnternet idarəetmə sahəsinə yeni heç nə gətirməyib. İnternet, tənzimləmə baxımından, öz sələflərindən – teleqrafdan, telefondan, yaxud radiodan fərqlənməyən növbəti texniki qurğudur. Məsələn, hüquqi aspekt üzrə olan disskussiyalarda bu yanaşmanın tərəfdarları göstərirlər ki, mövcud qanunlar kiçik düzəlişlər edilməklə İnternetə də tətbiq edilə bilər. Belə ki, İnternet insanlar arasındakı kommunikasiyalarla bağlıdır, bu texnologiya telefondan, yaxud teleqrafdan fərqlənmir, ona görə də istənilən digər kommunikasiya vasitəsi kimi tənzimlənə bilər. İqtisadiyyat sahəsində bu yanaşmanın tərəfdarları iddia edirlər ki, adi və e-kommersiya arasında fərq yoxdur. Ona görə də onlar e-kommersiyanın xüsusi olaraq hüquqi tənzimlənməsinə ehtiyac olmadığını deyirlər.
Yeni “kiber” yanaşmanın tərəfdarları isə göstərirlər ki, İnternet bütün əvvəlki texnologiyalarla müqayisədə tamamilə yeni texnologiyadır. Ona görə də hesab edirlər ki, İnternet prinsipcə yeni tənzimləmə tələb edir. Bu yanaşma İnternetin fəaliyyətə başladığı ilk illərdə xüsusilə populyar idi. Hətta ümidlər var idi ki, İnternetin idarə edilməsinin yenilikçi üsulu – “hərtərəfli anlaşma və işləyən kod” (rough consensus and running code) – insan fəaliyyətinin digər sahələrində də model tənzimlənməyə çevrilə bilər. Yeni “kiber” yanaşmanın əsas mühakiməsi ondan ibarətdir ki, İnternet bizim sosial və siyasi gerçəkliyimizi suveren dövlətlər məkanından ayırır. Kiber məkan gerçək dünyadan fərqlənir, ona görə də başqa idarəetmə forması tələb edir.
ICANN-ın yaradılması prosesində bu yanaşmanın üstünlük təşkil etməsi aşkar şəkildə hiss olunurdu. Belə ki, bu proses zamanı “real” dövlətlərin təsiri minimal idi. “Kiber” yanaşma 2002-ci ildə ICANN-ın islahatı nəticəsində yumşaldıldı ki, bu da dövlətlərin səlahiyyətlərini genişləndirdi və bu təşkilatı siyasi reallıqlara yaxınlaşdırdı.
“Kiber” yanaşmanın tərəfdarları hüquq sahəsinə müraciət edərək, iddia edirlər ki, yurisdiksiyaya, cinayətkarlığa və müqavilələrin başlanmasına aid olan mövcud qanunlar İnternetə tətbiq edilə bilməz, ona görə də yeni qanunlar qəbul edilməlidir.
Hər iki yanaşmada tutarlı əsaslar olsa da, “real” hüquq həm nəzəriyyədə, həm də praktikada dominantlıq edir. Daha çox yayılmış fikrə görə, mövcud qanunvericiliyin böyük hissəsi İnternetə tətbiq edilə bilər. Amma bəzi situasiyalarda (məsələn, əmtəə nişanlarının müdafiəsi kimi) real dünyada mövcud olan hüquq normalarında müəyyən dəyişikliklər etmədən onları kiber məkanda tətbiq etmək olmaz. Həmçinin spamlarla bağlı münasibətlər də tamamilə yeni qanunlarla tənzimlənməlidir. Real dünyada spama yaxın olan analogiya – makulatura (kütləvi reklam gondərişləri) poçtudur ki, o da qanunla qadağan edilməyib.
Bununla belə, suveren dövlətlərin bərabərliyi, daxili işlərinə qarışmama , mübahisələrin və münaqişələrin sülh yolu ilə həlli kimi beynəlxalq sabitlik və təhlükəsizliyi təmin edən əsas prinsipləri ilə bir araya sığmayan məqsədlərlə yeni informasiya və kommunikasiya texnologiyaların nailiyyətlərindən istifadə etmək arasında əsaslı yeni real təhlükələr var. Xüsusilə, inkişaf etmiş ölkələr kompüter texnologiyaları və məlumat-psixoloji təsirli informasiya vasitəsilə siyasi, iqtisadi və mədəniyyətlərinin genişlənməsinə, fərdi və ictimai şüurun öz üstünlükləri üçün istifadə edirlər
İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab olunur. Bu səbəbdən, son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbi sahədə “informasiya əməliyyatı” (Information Operation) və “informasiya müharibəsi” (Information Warfare) terminləri geniş istifadə edilir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə söyləməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaqdır.
Bu gün cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox aktualdır. İnkişaf etmiş dövlətlər tərəfindən informasiya silahının (Information Weapon) tətbiqi və qlobal informasiya infrastrukturunun yaradılması bu ölkələrin dünyada lider olmaq iddiasından irəli gəlir. İnternet açıq informasiya şəbəkəsinin genişlənməsi, kompyuter cinayətkarlığının artması, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün yüksək səviyyədə informasiya hücumu təhlükələrinin çoxalması informasiya müharibəsi və informasiya təhlükəsizliyi kimi məsələlərin aktuallığına səbəb olmuşdur.
İnformasiya müharibəsinin ilk tədqiqatçılarından biri, ABŞ-ın Milli Müdafiə Universitetinin əməkdaşı Martin Libikidir (Martin Libicki). O, “informasiya müharibəsi”ni çox geniş anlayış kimi təqdim edir və onun fikrincə, informasiya müharibəsi texnologiyalarının cəmiyyətə təsiri tam aydınlaşdırılmasa da, son illər bu proses sürətlə davam etməkdədir. ABŞ-ın Müdafiə Nazirliyinin “İnformasiya müharibəsi haqqında” sənədlərində bildirilir ki, informasiya müharibəsində informasiya həm silah, həm də məqsəddir. İnformasiya hücumu isə icazə olmadan istənilən formada informasiyanın köçürülməsi, dəyişdirilməsi və məhvinə, həmçinin proqram təminatlarına, məxfi informasiyanın saxlandığı texniki qurğulara və insan psixologiyasına yönəlmiş əməliyyatdır.
ABŞ-da informasiya müharibəni təsvir etmək üçun çox zaman onu informasiya əməliyyatı ilə müqayisə edirlər. İnformasiya əməliyyatı – məqsədə çatmaq üçün qarşı tərəfin informasiya fəzasına təsir etmək və bu zaman öz informasiya resurslarını qorumaq məqsədi ilə xüsusi
metodlardan və vasitələrdən (siyasi, iqtisadi, texniki, hərbi və s.) istifadə etməklə həyata
keçirilən mübarizə formasıdır. Rusiya mutəxəssisləri bu mübarizə formasını
informasiya qarşıdurması kimi təsvir edirlər. İnformasiya qarşıdurması – tərəflərin elə
mübarizə formasıdır ki, bu zaman onlar xüsusi metodlardan, informasiya resurslarına
təsir üsullarından və vasitələrindən istifadə etməklə qarşı tərəfin informasiya resurslarına
birbaşa təsir gostərə bilir.
Müasir İnormasiya Müharibələrində əməliyyatlar iki üsulla aparılır: informasiya-texniki təsir və informasiya-psixoloji təsir (cədvəl).
İnformasiya müharibəsi üsulları
İnformasiya müharibəsi
|
Obyekt
|
Məqsəd
|
İnformasiya-texniki təsir
|
Kompyuterlər və informasiya sistemləri
|
İnformasiya sistemlərinə nəzarət və ya onların məhv edilməsi
|
İnformasiya-psixoloji təsir
|
Ayrı-ayrı insanların şüuru və ya ictimai şüur
|
Hər hansı ideologiyanın təbliği və davranışların idarə edilməsi
|
Dostları ilə paylaş: |