Mühazirə Akademik yazının xüsusiyyətləri. Akademik yazının növləri


Başqa müəlliflərin fikirlərini öz sözlərinizlə demək



Yüklə 351,72 Kb.
səhifə11/33
tarix07.01.2024
ölçüsü351,72 Kb.
#210623
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
C fakepathMuhazireler Toplusu 20

Başqa müəlliflərin fikirlərini öz sözlərinizlə demək
Başqa müəllifin ideyalarını öz sözlərinizlə deyə bilməniz vacibdir, çünki bu, sizin konsepsiya və fikirləri anladığınıza dəlalət edir. Verilmiş məlumatdakı mənanı əhəmiyyətli dərəcədə dəyişmədən yalnız formanı dəyişmək ciddi bacarıq tələb edir. Amma əslində, təcrübə ilə bu, asanlaşır. İzahlı lüğətləri və tezaurusları müəllif ideyalarını öz sözlərinizlə ifadə etməyin faydalı metodu hesab etmək olar. Məsələ budur ki, əlinizin altında nə qədər çox söz ehtiyatı varsa, ilkin mənanı mümkün qədər çox saxlamaqla, başqalarının sözlərinin formasını dəyişdirmək imkanınız bir o qədər çox olacaq. Müəllif ideyalarını öz sözlərinizə çevirməyin iki yolu vardır: xülasə etmək və parafraz etmək.
İlk öncə, xülasə etməkdən, daha sonra isə parafrazdan danışacağıq.
Xülasə etmək
Xülasə etmək- mətnin bir sıra əsas özəlliklərini seçib onlardan müəllif fikirlərinin xülasəsini yaratmaq üçün istifadə etmək deməkdir. Əlbəttə ki, yazınızda mətnin ilkin versiyası ilə sizin xülasə etdiyiniz versiya arasında forma baxımından kifayət qədər fərq olduğuna əmin olmalısınız. Buna isə mətndə verilmiş ideyaları, fikirləri sadələşdirmək, eyni zamanda, bu ideyaları təqdim etmək üçün fərqli cümlə strukturu və ya cümlə ardıcıllığından istifadə etməklə nail olmaq olar.
Beləliklə, müəllifin fikirlərini xülasə edərkən, siz müxtəlif üsul, metodlardan istifadə edə bilərsiniz. Birincisi, siz bir neçə əsas sözü müəyyənləşdirə və müxtəlif kombinasiya yaratmaq üçün bu sözləri digər sözlərlə əlaqələndirə bilərsiniz. İkincisi isə, siz müəyyən ideyalar arasında seçim etmək imkanındasınız, bəzilərini istifadə edə, digərlərini isə çıxara bilərsiniz. Bu şəkildə siz məlumatı yekunlaşdırır, xülasə verirsiniz. Nəhayət, verilmiş fikirləri öz şəxsi bacarıqlarınız daxilində dəyişərək, siz həm də öz versiyanızla müəllifinki arasında bir fərq yaratmış olursunuz. Bütün bunlara məlumatın mənasını əhəmiyyətli şəkildə dəyişdirmədən nail ola bilərsiniz. Bu metodların əksəriyyəti müəllif ideyalarının parafraz edilməsi strategiyasına da tətbiq oluna bilər.

Yüklə 351,72 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin