Giriş - yazınızın məzmununu quran geniş açılış cümləsi ilə başlamalıdır.
Bitkin bir giriş üçün, siz özünüzə “Kim, Nə, Nə zaman, Harada, Necə və/yaxud Nə üçün?” kimi suallar verə bilərsiniz.
Mövzu üzrə mövcud ədəbiyyat barədə düşünmək və sizin yazı töhfənizin başqalarının yazıları ilə nə şəkildə əlaqəli olmasını qeyd etmək hər zaman önəmlidir. Mövzunun əhəmiyyətini də bura daxil edə bilərsiniz.
Girişdə oxucunuza yazınızda gedəcəyiniz yolu deməyiniz önəmlidir, bu səbəbdən də yazınızda nədən danışacağınız barədə qısa xatırlatma edin.
Girişin sonuna yaxın fokus tezis cümləsinə doğru daralır. (Qeyd etmək lazımdır ki, bəzən siz girişinizi tezis cümləsi ilə başlaya, ya da onun əvəzinə ritorik sual işlədə bilərsiniz).
Tezis cümləsi yazmağın əsas yolları Tezis cümləsi yazarkən “bu yazı işi…-dən bəhs edəcək”, “bu yazı işi…-dən söz açmağa hazırlaşırıq” tipli fikirlərdən uzaq olun. Araşdırmaq niyyətinizi bəyan etməkdənsə, çalışın apardığınız təhlilin nəticəsini qeyd edəsiniz.
Cümlələrinizin konket olduğuna əmin olun.
Fikirlərinizin dəqiq və aydın olduğuna əmin olun.
Tezis cümləsi qısa, yalnız 1-2 cümlədən ibarət olur.
Elmi yazi işinizdəki iddianızın reallığa əsaslandığına əmin olun, əks halda o, gülməli və uydurma səslənə bilər.
Tezis cümlənizin əhəmiyyətinə, mövzu üzrə verə biləcəyi töhfəyə əmin olun.
Tezis cümləsi, adətən, iki məsələyə xidmət edir: o, dissertasiyanın sualına cavab verir və seçilmiş cavab üçün ortaya izahat və məntiqli səbəb qoyur.
Nümunə Yazı mövzusu: Sürət artıran sürücüləri hədəf seçən reklamlar işləkdirmi? Tesiz: Baxmayaraq ki, sürət artıran sürücülərin sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini aşmanın nəticəsində yaranan dəhşətli ağır nəticələrə fikir verirlər. Giriş nümunəsi Hər bir yeniyetmə sürücü sükan arxasında oturmaq fikrindən xoş həyəcan keçirir. Lakin müəyyən məqamda bu xoş həyəcan ifrata vara bilər və adətən beləcə, pis vərdişlər yaranır. Bu pis vərdişlərin əksəriyyətinin təhlükəsizlik üzərində təsiri azdır. Bir neçəsi, məsələn, maşını sərxoş idarə etmə və sürət artırmaq təhlükəlidir. İnsanları bunlardan uzaqlaşdırmaq üçün çox vaxt və əmək sərf olunur. Lakin bir çox kampaniyalar uğurlu olmur, çünki onlara əhəmiyyət verilmir. Bununla belə, sürət artıran sürücülərlə bağlı keçirilən kampaniyada belə olmayib. Baxmayaraq ki, sürət artıran sürücülərin sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini aşmanın nəticəsində yaranan dəhşətli ağır nəticələrə fikir verirlər. Ədəbiyyat: Carolyn Barrat and et als. (2014). Writing Academic Acknowledgements Elektron. Retreieved from http://www.wikihow.com/Write-Acknowledgements Date of access: 15/06/2014
Oshima, A., & Hogue, A. (2006).Introduction to Academic Writing, (3rded.). Pearson Longman