- yazının strukturunu əks etdirir;
- məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir;
- yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir.
Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq);
Abstrakt (annotasiya);
Xülasə:
a) elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;
b) onları qısa və yığcam şəkildə ifadə edir:
- tədqiqatın məqsədi və vəzifələri;
- problem;
- tədqiqat metodu;
- tapıntılar.
Yazının əsas hissəsi
Giriş
- Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;
- Problemi və ya vəziyyəti təhlil edir;
- Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;
- Tədqiqat sualı qeyd olunur;
- Tədqiqat metodu göstərilir;
- Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;
- Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.
Fəsillər – arqumentlər və əsaslandırmalar:
- Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir;
- Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir;
- Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir;
- Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s.;
- Bir hissədən digərinə keçid olmalıdır;
- Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1-2 cümlə ilə nəticə göstərilməlidir.
Yekun Hissə
Nəticə və tövsiyyələr
- Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir;
- Arqumentlərə əsasən hansı addımların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir.
Akademik Yazıya əlavələr
Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.
Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s.
Ədəbiyyat:
Akademik yazı üzrə bələdçi. Qafqaz Tədqiqat Resurs Mərkəzi, Bakı, 2014, 72 s.
Bowker, N. (2007). Academic Writing: A Guide to Tertiary Level Writing.