Mühazirə Akademik yazının xüsusiyyətləri. Akademik yazının növləri


Bəhs etdiyimiz bu giriş bölməsini yekunlaşdıraraq qeyd etmək lazımdır ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır



Yüklə 351,72 Kb.
səhifə3/33
tarix07.01.2024
ölçüsü351,72 Kb.
#210623
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
C fakepathMuhazireler Toplusu 20

Bəhs etdiyimiz bu giriş bölməsini yekunlaşdıraraq qeyd etmək lazımdır ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır.
1. Bu qayda və təcrübələr istifadə edilən ədəbiyyatlardan gətirilmiş sitatlarla dəstəklənən ideyaların təqdimatında müəyyən bir formal ardıcıllıq və ya struktura əsaslanmağa kömək edə bilər.
2. Akademik yazıda punktuasiya, qrammatika və orfoqrafiyanın ənənəvi qaydalarına əməl edilir.
3. Nəhayət, akademik yazı bir sıra digər şəxsi yazı formalarından fərqlidir, çünki o, təməl nəzəriyyələrlə bağlıdır, gündəlik həyatda idarəedici proseslərə və təcrübələrə səbəb olur.
Yadda saxlayın...

  • Yazı işləri sizin mövzu üzrə daha dərin anlayışa sahib olmağınıza yardımçı olur;

  • Bu işlər sizə hər hansı bir mövzunu daha dərindən və analitik şəkildə araşdırmaq imkanı yaradır;

    • Yazı işləri sizi daha fəal öyrənməyə təşviq edir;

    • Onlar sizin bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı oxucunuza nümayiş etdirmək üçün bir vasitədir.



Lakin ...

    • Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil;

    • Onlar düşünmə və planlaşdırma tələb edir;

    • Onlar sizə əsasən, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa imkan verir;

    • Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb edir;

    • Eyni zamanda, onlar sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir.

Nəhayət, yazı işləri sizə düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır.

Yüklə 351,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin