Mühazirə Akademik yazının xüsusiyyətləri. Akademik yazının növləri


Akademik Yazı Növlərinin Quruluşu



Yüklə 351,72 Kb.
səhifə4/33
tarix07.01.2024
ölçüsü351,72 Kb.
#210623
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
C fakepathMuhazireler Toplusu 20

1. Akademik Yazı Növlərinin Quruluşu:
Ön hissə

      • Titul vərəqi;

      • Mündəricat:

- yazının strukturunu əks etdirir;
- məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir;
- yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir.

        • Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq);

        • Abstrakt (annotasiya);

        • Xülasə:

a) elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;
b) onları qısa və yığcam şəkildə ifadə edir:
- tədqiqatın məqsədi və vəzifələri;
- problem;
- tədqiqat metodu;
- tapıntılar.
Yazının əsas hissəsi

      • Giriş

- Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;
- Problemi və ya vəziyyəti təhlil edir;
- Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;
- Tədqiqat sualı qeyd olunur;
- Tədqiqat metodu göstərilir;
- Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;
- Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.



      • Fəsillər – arqumentlər və əsaslandırmalar:

- Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir;
- Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir;
- Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir;
- Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s.;
- Bir hissədən digərinə keçid olmalıdır;
- Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1-2 cümlə ilə nəticə göstərilməlidir.


Yekun Hissə

      • Nəticə və tövsiyyələr

- Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir;
- Arqumentlərə əsasən hansı addımların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir.


Akademik Yazıya əlavələr

      • Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.

      • Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s.

Ədəbiyyat:



  1. Akademik yazı üzrə bələdçi. Qafqaz Tədqiqat Resurs Mərkəzi, Bakı, 2014, 72 s.

  2. Bowker, N. (2007). Academic Writing: A Guide to Tertiary Level Writing.




Yüklə 351,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin