Mühazirə Akademik yazının xüsusiyyətləri. Akademik yazının növləri


A.Y. Mühazirə 2. Akademik yazının quruluşu və planlaşdırılması. Akademik yazının əsas hissələri



Yüklə 351,72 Kb.
səhifə5/33
tarix07.01.2024
ölçüsü351,72 Kb.
#210623
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
C fakepathMuhazireler Toplusu 20

A.Y. Mühazirə 2. Akademik yazının quruluşu və planlaşdırılması. Akademik yazının əsas hissələri.
02.10.23.
Akademik yazının quruluşu dedikdə onun ilk səhifəsindən son səhifəsinədək tədqiqatın əsas hissələrinin, bölmələrinin, fəsillərinin, yarım fəsillərinin, bəndlərinin ardıcıllığı, sistemliliyi başa düşülür. Bu quruluşa habelə tədqiqatın nəticələri, istifadə olunmuş ədəbiyyat, əlavələr daxil olur.
Titul Vərəqi
• Titul vərəqi – qısa olmalıdır; ikinci dərəcəli deyil, əsas sözlər böyük hərflərlə yazılmalıdır.
• Qısa başlıq – yazıda səhifənin yuxarısında yazılan qısaldılmış başlıqdır və 50 hərfi (interval və punktuasiya da daxil olmaqla) keçməməlidir.
• Yazı müəllifinin adı - ad (adınız, soyadınız, atanızın adı); əgər yazı digər şəxslərlə birgə yazılırsa, onların da adları daxil edilməlidir.
• İnstitusional bağlılıq - Azərbaycan Dillər Universiteti
Mündəricat – Titul vərəqindən sonra ikinci səhifənin ortasında (vərəqin yuxarı sağ küncündə 2 rəqəmi yazılır və səhifələr ardıcıl nömrələnir) MÜNDƏRİCAT yazılır. Mündəricat titul vərəqindən sonra gəlir və səhifələri göstərməklə dissertasiyanın əsas başlıqlarını əhatə edir - giriş, I fəsil, II fəsil, III fəsil və onların paraqrafları, nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələr. Burada dissertasiyanızın bütün bölmələri ardıcıl yazılmaqla bərabər, hər bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, başlıqların adları dissertasiyanızın mətnində olduğu kimi – qısaldılmadan, dəyişdirilmədən yazılmalıdır.
Mündəricatı yazmaqda məqsəd sadədir. Əgər oxucu dissertasiyanızın onun diqqətini çəkən bir hissəsinə nəzər salmaq istəyirsə, o, bilməlidir ki, axtardığını neçənci səhifədə tapa bilər. Belə çıxır ki, mündəricat dissertasiyanın başlıqlarını, yarımbaşlıqlarını və onların səhifələrini verməklə oxucunun işini asanlaşdırır.


Minnətdarlıq.
Elmi işinizi nəşr etdirərkən, minnətdarlıq yazmaqla akademik işinizin yerinə yetirilməsində sizə kömək edən şəxslərə təşəkkür etmək imkanı qazanırsınız. Bunun üçün bir neçə detala diqqət yetirmək lazımdır:

  • Siz təşəkkürünüzü adlar siyahısı formasında edə bilərsiz. Məs., mən Professor Qurbanlıya və Dr. Nağızadəyə təşəkkür etmək istərdim.

Hər kəsə fərdi olaraq, şəxsi təşəkkür ünvanlamaq daha gözəl səslənə bilər. Məs., mən Professor Qurbanlıya ekspert məsləhətinə görə, Dr. Nağızadəyə təcrübi baxımından yardımına və bütün iş prosesində mənə mənəvi dayaq olduğuna görə təşəkkür edirəm.
Bəzən isə, bir qisim insanların adlarını digərlərindən daha çox vurğulamamaq üçün sizə kömək etmiş şəxslərin adlarını minnətdarlıqda əlifba sırası ilə çəkə bilərsiniz.

  • Adətən, minnətdarlıqda təşəkkür edəcəyiniz əsas şəxs sizə elmi işinizdə yardım etmiş elmi rəhbərinizdir. Daha sonra isə, akademik işinizin başa çatdırılmasında əməyi keçmiş digər şəxsləri də sadalamağı unutmayın.

  • Əgər hər hansı bir fonddan və ya elmi tədqiqat qrupundan təqaüd və ya qrant əldə etmisinizsə, həmin təşkilat və ya fondun adını çəkərək, ordan tanıdığınız şəxslərə müraciət edərək təşəkkürünüzü bildirməyiniz münasib olar.

  • Adlarını çəkdiyiniz insanların adlarının düzgün yazıldığına əmin olun və burada orfoqrafiya qaydalarına dəqiq əməl edin. Sizin uğurunuza töhfə vermiş bir şəxsin və ya sizə maliyyə yardımı etmiş bir fondun adını səhv yazmaq yaxşı çıxmaz. Bu səbəbdən də, yazdıqlarınıza nəzər salmaq və onları redaktə etmək lazımdır.

Ümumiyyətlə, minnətdarlıq yazarkən təşəkkürünüzü qısa sözlərlə ifadə etməniz və güclü emosiyalardan uzaq olmağınız məsləhətlidir. Qeyd edək ki, elmi yazı işinizin minnətdarlıq hissəsində “mən, mənim, mənə ...” kimi sözlər, demək olar ki, həmişə işləndiyi halda, akademik yazının qalan hissəsində bu kimi şəxs əvəzliklərindən istifadədən bir qayda olaraq, imtina edilir.

Yüklə 351,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin