Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə59/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   80
Ali mekteb Pedaqoqikasi

Kollektivin inkişaf mərhələləri. Kollektivin təşkili uzun sürən prosesdir; kollektivin inkişafında dörd mərhələ ayırd edilir. Birinci mərhələ kollektivin təşəkkülü mərhələsi adlanır. Burada əsas təşkilatçı kimi müəllimlər, kurator, dekanlıq, qrup nümayəndəsi çıxış edir. İkinci mərhələ kollektiv özəyin təşkili mərhələsi adlanır. Fəallar müəllimin-tərbiyəçinin, kurator və qrup nümayəndələrinin dayağı kimi çıxış edir, onların tələblərini müdafiə edir, kollektivin həyatında fəallıq göstərirlər. Üçüncü mərhələ özünüidarəyə keçid mərhələsi adlanır. Bu mərhələdə kollektivin əksər üzvləri onun həyatında fəal iştirak edir, yoldaşlarına tələblər verirlər. Bu mərhələdə kollektivin ictimai rəyi formalaşır və əsas tərbiyəedici, tənzimedici amilə çevrilir. Dördüncü mərhələ kollektivin yetkinlik mərhələsi adlanır. Bu mərhələdə kollektivin bütün üzvləri onun həyatında fəal iştirak edir, hərə özünə tələb verir. Beləliklə, tərbiyə özünütərbiyə ilə qovuşur. Kollektivin təşəkkülü və formalaşmasının göstərilən mərhələləri onun inkişaf dinamikasını ifadə edir: kollektiv pedaqoji rəhbərlikdən tədricən özünüidarə və özünütənzimləmə sisteminə çevrilir və mühüm tərbiyə vasitəsi kimi çıxış edir. Kollektivin tərbiyəsi. Kollektivi təşkil edib formalaşdırmaqla yanaşı, onun tərbiyəsi qeydinə də qalmaq lazımdır. Əks halda böyük zəhmətlə yaradılan kollektiv inkişaf etməz, zəifləyib dağıla bilər. Tələbə kollektivinin tərbiyəsi üçün müxtəlif yollardan istifadə edilir. Kollektivin tərbiyəsinin əsas yolu onun qarşısında fərəhli məqsədlərin qoyulmasıdır. Fərəhli məqsəd uğrunda mübarizə kollektivi möhkəmlədir, onun həyatına sevinc və gümrahlıq gətirir. Tərbiyə işinin ustası A.S.Makarenko kollektiv qarşısında qoyulan fərəhli perspektiv vəzifələrin üç növünü müəyyən etmişdi: yaxın, orta və uzaq perspektiv. Perspektiv vəzifələrin müntəzəm və rəngarəng olmasına diqqət yetirilməlidir. Bir vəzifə əldə edilərkən yenisini irəli sürmək lazımdır. Kollektivin tərbiyəsində ənənələrin rolu da böyükdür. Ənənə dedikdə, dövri olaraq təkrarlanan və hamı tərəfindən qəbul edilən möhkəm qaydalar başa düşülür. Ənənə kollektivi dağılmaqdan qoruyur, onu birləşdirir. Bu mənada A.S.Makarenko ənənəni “ictimai yapışqan” adlandırıb qeyd edirdi ki, heç nə ənənə qədər kollektivi möhkəmlətmir. Tərbiyə təcrübəsində ənənələrin iki tipi özünü göstərir: daxili intizam qaydaları ilə və kütləvi tədbirlərlə bağlı ənənələr. Birinci tipə auditoriyanı təmiz saxlamaq, dərslərə gecikməmək, yüksək qiymətlərlə oxumaq, ad günlərinin keçirilməsi, oğlanların qızlara diqqət və qayğı göstərməsi, xəstələrə qayğı və s. misal ola bilər. Kütləvi tədbirlərlə bağlı ənənələr dövri olaraq təkrarlanan və təntənəli şəkildə keçirilən kütləvi tədbirlərdir. Tarixi günlərin və bayramların keçirilməsi, ilk zəng, son zəng, məzunların görüşü, hər tələbənin bir ağac əkib ona qulluq etməsi, hər il spartakiada və fənn olimpiadalarının keçirilməsi və s. kimi ənənələr bura daxildir. Kollektivi inkişaf etdirməyin bir yolu da fəalların rolunu artırmaq və onlara qayğı göstərməkdən ibarətdir. Fəalları ən mühüm və məsul fəaliyyət sahələrinə geniş cəlb etmək, onlara etimad göstərmək və müəyyən səlahiyyətlər vermək, onlarla mehriban işgüzar münasibət yaratmaq lazımdır. Bu, fəalların kollektivdə rolunun və sayının artması baxımından əhəmiyyətlidir. Kollektivin tərbiyəsində şəxsiyyətlərarası səmimi qarşılıqlı münasibətlərin yaradılması, yoldaşlıq və dostluğun möhkəmləndirilməsi də mühüm şərtdir. Bu məqsədlə birgə maraqlı tədbirlər (əmək, idman yarışları, ekskursiya və gəzintilər, oyun və əyləncələr və s.) keçirmək faydalıdır. Gənclik illərində dostluq bəzən qızlar və oğlanlar arasında sevgiyə çevrilir. Bunu başa düşmək, ona hörmətlə yanaşmaq, onun yüksək mənəvi əsasda olmasına kömək etmək lazımdır.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin