6. Tısbağavari sarğı. Oynaqların bükülmüş vəziyyətində oynaq nahiyyəsinə qoyurlar. Tısbağavari sarğı qoyulma texnikasına görə ayrılan və yaxınlaşan ola bilər.
Yuxarı ətraflar üçün sarğılar Barmaq üçün sarğı. Ən möhkəm sarğı spiral sarğıdır.Binti əvvəl iki-üç dövrə ilə bilək nahiyəsində bərkidirlər.
Bütün barmaqlar üçün sarğı (“ritsar əlcəyi”).Bir neçə bir neçə barmağa ayrı-ayrılıqda bint sarımaq lazım gəldikdə binti barmağa spiral şəklində sarıyıb sonra onu billəyin xarici səthi üzrə aparır və bu üsulla ayrı-ayrılıqda digər barmaqları da sarıyırlar.
Bütün ətrafa sarğı qoyulması- bir neçə ümumi sarğı formalarından istifadə etmək lazımdır. Barmaqlara əlcək şəklində sarğı qoyur, saidə büküşlərdə nahiyəsində tısbağavari sarği (ətraf dirsək nahiyəsində bükülü olduqda), bazu nahiyyəsində yuxarı üçdə bir hissəsində sünbülşəkilli sarğıya keçirirlər.
Aşağı ətraflar üçün sarğılar. Barmaqları əhatə etmədən bütün ayaq üçün sarğı. Sağ ayaqda sarğı xarici,sol ayaqda isə daxili tərəfdən başlayır. Binti sağ ayağın xarici kənarı boyunca pəncədən barmaqların istiqaməti üzrə aparıb barmaqların əsası səviyyəsinə qədər çatdırırlar. Sarğı topuq ətrafında təsbit edilir.
Bütün ayaq üçün sarğı.- Bu sarğını topuq ətrafında dairəvi dövrədən başlayırlar. Aşağı oynağı üçün sarğını səkkizvari tipdə qoyurlar.
Dizin sarğısı. Bükülmüş halda oynağa tısbağavari tipdə sarğı qoyurlar. Açılmış oynaq üçün bintin dairəvi və ya spiral dövrlərindən istifadə etmək,yada sarğını səkkizvari tipdə qoyurlar.
Baldırın sarğısı- girdə və spiral dövrələrdən ibarət sarğı qoyulur. Baldırın yuxarı üçdə bir hissəsində sarğı sünbülşəkilli sarğı ilə bərkidilə bilər.
Baş üçün sarğılar- kəllənin təpəsi kiçik şapka şəklində qayıdan sarğı ilə örtülə bilər. Baş üçün bir neçə növ sarğı olur: Hippokrat sarğısı, ləçəkşəkilli sarğı,yiyən tipli sarğı, bir göz üçün sarğı,iki göz üçün sarğı, qulaq nahiyəsi üçün sarğı.
Boyun üçün sarğılar- boyunun yuxarı hisəsində yuxarıda ənsənin xaçvari sarğısını və bütün boyunu bintlə sarıdıqda dairəvi qoltuq nahiyənnin üzərindən gələn ənsənin xaçvari və kürəyin sünbülşəkilli sarğılarının dövrləri ilə tamamlayırlar.
Döş qəfəsi üçün sarğılar. Spiral şəkilli,süd vəzisi üçün, Dezo sarğısı (bazu sümüyünün, körpücük sümüyünün sınıqlarında).
Qarında və çanaqda sarğılar- sünbülşəkilli, aralığa səkkizvari sarğı qoyurlar, T-şəkilli.