Əllərin operasiyaya hazırlanması. Əllərin dərisində daima çoxlu bakteriyalar olur. Əlləri sabun, şokta və isti su ilə yuyurlar. Əlləri yumaq üçün şotkalar steril olmalıdır. Şotkaları korsanq ilə götürüb, əllərini yuyan şəxsə verirlər. Əlcəkləri geydikdən sonra spirt ilə silirlər. Bütün sarğı materialı, hətta bilavasitə yaraya toxunmadıqda belə, sterilizə edilməlidir. Sterilizə avtoklav da xüsusi metal qutularda (bikslərdə) aparılır. Operasiya otağında arxadan bağlanan xalatlar geyilir.Onları avtoklarda, bikslərdə edirlər.
Cərrahi operasiyalar vaxtı toxumaları birləşdirmək üçün ipək sap, ketqut, at tükü, kapron, neylon saplar və bir sıra başqa materiallar tətbiq edilir. Tikiş materialının orqanizmin toxumalarında qalması və bu material pis sterilizə edildikdə infeksiya mənbəyi ola bilməsi ilə əlaqədar olaraq tikiş materialının sterilizə edilməsi xüsusi diqqət tələb edir. Alətləri şotka və sabunla yuduqdan sonra, məhlulun qaynaması vaxtından başlayaraq 20-30 dəqiqə ərzində 2%-li soda məhlulunda sterilizə edirlər. Belə alətləri 960-li spitlə sterilizə edirlər. Belə alətlər 2 saat müddətində spirtdə qalmalıdır. Alətlər xüsusi sterili zatorlarda sterilizə edilir.
Rezin kateter və drenajları qaynatmaqla, avtoklarda ümumi qayda üzrə sterilizə etmək olar.
Operasiya sahəsinin hazırlanması. Müdaxiləyə başlamazdan qabaq operasiya sahəsinə 2 dəfə 5-10%-li yod tinkturu sürtür, sonra isə onu steril mələfə ilə ətraf sahələrindən ayırırlar. Yaraya tikişlər qoymazdan qabaq və sonra yaranın ətrafındak dəriyə yenidən yod sürtürlər. Yod dərini aşılamaqdan başqa, qırış və məsamələrin dərinliyinə keçərək, dezinfeksiyanın yaxşı olmasını təmin edir. Operasiya sahəsinin dərisini, həmçinin brillyat yaşılının 1%-li məhlulu və ya spirtdə tanının 5%-li məhlulu ilə də işləyib təmizləmək olar.
Desmurgiya. Nəqliyyat immobilizasiyası Desmurgiya sarğılar, yəni bədənin xəstə hissəsini istənilən vəziyyətdə saxlamaq və ya onu sarğı materialı ilə bağlamaq məqsədini daşıyan uyğunlaşma haqqında təlimdir. Sarğılar möhkəmləndirici (sarğı materialını saxlamaq üçün), sıxıcı(qanaxmanı saxlamaq üçün) və hərəkətsiz (təsbitedici) olur. Möhkəmləndirici sarğılar. Yara nahiyəsində sarğı materialını bərkitmək üçün qoyulur. Bu sarğılar ləçəkvari, sapandvari bintdən, yapışqanlı və plastırlı ola bilər. Bint sarğıları bədənin müəyyən hissəsində daimi təzyiq yaratmaq üçün işlədildikdə, məsələn, kiçik qanaxmalar və ya qansızmalar zamanı qoyulduqda ona təzyiqedici sarğı deyilir.
Hərəkətsiz vəya immobilizasiyaedici sarğılar. Ən çox sakitlik şəraiti yaratmaq üçün bədənin bir hissəsini hərəkətsiz vəziyyətdə saxlamaq məqsədi ilə tətbiq edilir. Belə sarğıları nəqliyyat sarğıları kimi,sümüklərin sınıqlarını,sümük oynaq vərəmin, bəzi kəskin iltihabı prosesləri müalicə etdikdə, sümüklərdə və oynaqlarada edilən operasiyalardan sonra işlədirlər. Sarğı bədənin bu və ya başqa hissəsinin vəziyyətini düzəltmək məqsədi ilə qoyulduqda ona düzəldici sarğı deyilir. Hərəkətsiz sarğılar şinli, nişastalı, yapışqanlı və ğipsli ola bilər.
Dartılmaqla qoyulan sarğılar sınıqları müalicə etdikdə, sümük və oynaqların bəzi başqa xəstəlikləri zamanı oynaqların cəng olmasında (kontrakturalar zamanı) və s. tətbiq edilir.