Mühazirə Antiseptika və Aseptika



Yüklə 182,13 Kb.
səhifə3/7
tarix13.12.2022
ölçüsü182,13 Kb.
#74297
növüMühazirə
1   2   3   4   5   6   7
M hazir Antiseptika v Aseptika (1)

Kalium – permanqanat- irinli yaraları yumaq üçün 0,05-0,1%-li su məhlulları, yanıq və xoraların səthinə praktikada şırınğalamadan və yumaqdan ötrü (0,02-0,1% məhlulları) antiseptik maddə kimi tətbiq edilir.
Furasilin – bir çox bakteriyalara təsir göstərən ən güclü antiseptiklərdən biridir. Suluməhlulu (1:5000), spirtli məhlulu (1:1500) və məlhəmlər (1:500) şəklində irinli yaraları xoraları, yataq yaralarını,II-III dərəcəli (oynaqları,plevra boşluğunu) və s. yumaq üçün işlədirlər.
Anilin boyaqları (brilliant yaşılı, metilviolet)- xırda irinlikləri, kiçik sıyrıntıları və ya yaraları dağlamaq üçün 0,1-2%-li spirtli və sulu məhlullar şəklində tətbiq olunur.
Aseptika məfhumuna yaraya toxunan bütün əşyalarda, yəni alətlərdə, dəyişəkdə, sarğı materialında və cərrahın əllərində bakteriyaları məhv etməyi təmin edən tədbirləri kompleksi daxildir. Bütün bunlar steril olmalıdır. Kimyəvi üsullardan istifadə edən antiseptikadan fərqli olaraq aseptika bakteriyaları məhv etməkdə başlıca olaraq fiziki üsulları (Qaynatma, isti buxar və s.) nəzərdə tutulur. Yaraların mikroorqanizmlərlə yoluxması iki mənbədən baş verə bilər:
Ekzogen və endogen
Ekzogen infeksiya xarici müitdən əşyadan (hava infeksiyası),yaraya toxunan əşyalardan (kontakat infeksiyası), danışdıqda, öskürdükdə xaric olan ağız suyu və selikdən (damcı infeksiyai). Toxumalarda buraxılıb qalan cısımlərdən, məsələn, tikişlər və tamponlardan (implatasion infeksiya) və nəhayət, operasiya zamanı steril alətləri düzgün vermədikdə bu alətlərin təsadüfü çirkllənməsi nəticəsində yaraya düşən infeksiyaya deyilir.
Endogen infeksiya xəstənin orqanizmdə (dəridı, tənəffüs yollarında, selikli qişalarda, bağırsaqlarda) olur və yaraya bilavasitə operasiyalar zamanı, həm də damarlardan (limfatik yol, qan damarları vasitəsi ilə) düşə bilər.
Hava və damcı infeksiyaları ilə mübarizə
Operasiya və sarğı otaqlarının havasında, xüsusulə iş gününün axırına doğru çoxlu miqdarda mikroorqanizmlər toplanır. Buna görə də hava və damcı infeksiyanın profilakasında operasiya blokunda davranış qaydalarına ciddi riayət etməyin böyük əhəmiyyəti vardır. Operasiya otağından kənarda istifadə etməmək şərti ilə maska taxmaq,daxil və xüsusi paltar geymək, iş vaxtı binanı təmiz saxlamaq və operasiyadan sonra onun havasını dəyişməklə, diqətli surətdə yuyub təmizləmək vacibdir. Operasiya və sarğı otaqlarını kvarslampası ilə şüalandırmaq (ultrabənövşəyi şüalarla şüalandırma) olduqca təsirlidir.

Yüklə 182,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin