Bioloji Antiseptika müxtəlif sürumlar (qanqrenaya, difteriyaya qarşı və s.) vaksinlər və antibiotiklər vasitəsi ilə mikroorqanizmlərlə mübarizə aparmağı nəzərdə tutur. Bunların tətbiq edilməsinin üsulları əsas etibarı ilə iki üsuldan, məhz səthi və dərin antiseptika üsullarından ibarətdir.Birinci halda antiseptik maddələr bilavasitə yaraya təsir göstərir. Bu məqsədlə onları sarğı şəklində, bol yumaq və ya vannalar,müxtəlif məlhəmlər, məhlullar və ya poroşoklar şəklində tətbiq edirlər. İkinci halda isə antiseptik maddələri toxumaların qalın təbəqəsinə, boşluqlara (köks, qarın boşluqlarına ), yaxud qan cərəyanına (venadaxilinə, arteriya daxilinə) yeridilir.
Antiseptik maddələr. Ən tez –tez işlədilən antiseptik maddələr aşağıda göstərilənlərdir.
Karbol turşusu- alətləri, drenaj borularını, rezin əlcəkləri və başqa əşyalar dezinfeksiya etmək operasiya otaqlarını yumaq üçün işlənir.
Süleymani – çox zəhərlidir. Paltarı, xəstəyə qulluq etmək üçün lazım olan əşyaları dezinfeksiya etmək, operasiya vaxtı əlcəkləri yumaqdan ötrü,ipək spaları hazırladıqda Süleymaninin 1: 1000 məhlulundan istifadə edilir.
Gümüş – nitrat və ya lyapis çox güclü antiseptik maddələrdir. Büzüşdürücü və iltihaba qarşı təsirə malikdir.
Chloramin – antiseptik və dezodorik təsirə malikdir. Mikroblarla yoluxmuş yaraları müalicə etmək üçün tamponlar və ya sarğıları 0,5- 1%-li məhlulundan isladıb işlədirlər habelə boşluqları yumaq, əlləri, alətləri və əlcəkləri dezinfeksiya etmək üçün də istifadə edirlər.
Yod tinkturu- operasiya sahəsini, əllərin dərisini dezinfeksiya etmək, kiçik sıyrıntı və yaraları dağlamaq üçün çox geniş şəkildə tətbiq edilir. Yod tinkturu aşılayıcı təsirə malikdir.
Etil spirti – atiseptik və aşılayıcı təsirə malikdir. Kəsici alətləri və tikiş materialını (ketgut, ipək sap) və s. hazırladıqa dezinfeksiya məqsədi ilə işlənir.
Hidrogen – peroksid – zəif antiseptik maddədir.çirklənmiş və irinli yaraları yumaq, yapışmış sarğıları islatmaq üçün, anaerob infeksiyaya uğramış xəstəliklərdə yaraları sarıdıqda 3% - li təzə hazırlanmış məhlulu tətbiq edilir.