Mühazirə 5. Aviabilet-hava daşıması haqqında müqaviləni təsdiqləyən sənəd kimi.
Plan.
1. Aviabilet və aviabilet növləri.
2. Aviabiletdə əks olunan informasiya.
3. Aviabiletlərin etibarlılıq müddəri.
4. Ayrılmış və etibarsız biletlər.
5. Aviabiletlərin satışı üsulları.
Aviabilet - aviakompaniya və sərnişin arasında daşınma haqqında əldə edilmiş müqavilədir. Bu müqaviləyə əsasən turist və digər statuslu sərnişin aviasiya daşınması xidmətindən istifadə etmək hüququna malik olur və bilet müəyyən olunmuş nümunə əsasında tərtib olunur.
Bilet həm də daşımalar zamanı prosesə nəzarət vasitəsi sayılır və uçuşdan qabaq mütləq qeydiyyatdan keçirilir, qeydiyyat prosedurlarından sonra isə hər bir sərnişin oturacaq yeri üçün talon alir.
Aviabiletlərin 3 növü var: 1) kağız, 2) elektron və 3) poçtla tərtib olunmuş biletlər.
Kağız bilet — ümumi qəbul olunmuş formaya malik adi standart blankdır.
Elektron bilet — bronlaşdırma yolu ilə alınmış bilet növüdür və aviabilet tərtib olunduqdan sonra aviakompaniyanın terminallarında qeydiyyata alınır. Bu zaman turistə aviakompaniyanın bronu və blankın virtual nömrəsi təqdim olunur.
Təyyarə üçün adi A4 formatlı kağızda biletin özünü heç kim görmür, sərnişinə isə marşurut - qəbz təqdim olunur ki, bu da uçuş üçün ödənilən məbləği təsdiq edir.
Poçtla tərtib olunmuş bilet - hər hansı bir şəhərdə bu biletin pulu bir nəfər tərəfindən ödənilir, digər yerdə isə başqa şəxs və qrup bileti əldə edir. Bu bilet növü РТА (Prepaid Ticket Advice) —sisteminə əsasən alınır və yazılı məlumat olub, poçt və ya informasiya kanalları ilə ötürülən bildirişşə əsasən əldə edilir. Bu xidmətin əsas üstünlüyü biletin bir yerdə sifarış verilməsi və digər məntəqədə alınması-əldə olunması barədə informasiyanın operativ ötürülməsinin təmin edilməsindən ibarətdir.
Oturma talonlu avtomatik kuponlu bilet. Müasir dövrdə ən mütərəqqi blank formasıdır. TAT tipli blankdan fərqli olaraq hər bir uçuş kuponu ayrıca çap olunur və onlarda uçuş barədə informasiyalar olur və maqnitli qoruyucu xətti var. Bu xüsusiyyətlərinə görə bu blankla qeydiyyatdan avtomatik keçmək olur. Hər bir kuponda oturma və kəsilən talonla təchiz edilib. Avtomatik qeydiyyat zamanı oturma talonunda yerin nömrəsi, uçuş və enmə vaxtı yazılır. Sərnişinlər üçün əlavə nüsxə-“PASSENGER RECİEPT” çap edilir. Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əksəriyyəti bu tip blanklardan istifadə edir. Belə biletlər də 26 qrafadan ibarətdir və digər biletlər kimi doldurulur.
Beynəlxalq aviabiletlərə nəzər saldıqda orada çoxlu sayda informasiya və ilk baxışda tanış olmayan simvolların olması problemli görünür. Ona görə də İATA normaları tələb edir ki, bir turagent tərəfindən verilmiş biletlərdəki simvol və məlumatlar bütün agentlər və istehlakçılar üçün aydın olmalıdır. Orada seçilmiş tarifə uyğun olaraq uçuşun tarixi, detalları, marşurutu, tarif növüi, məhdudiyyətlər və s. haqqında qanedici məlumatlar olmalıdır.
Aviabilet və yük qəbzi sərnişin və aviakompaniya arasında olan rəsmi müqavilədir. Hər bir sərnişin üçün ayrıca aviabilet tərib olunur. Alınmış aviabilet rəsmiləşdirilmədikdə sərnişin daşınma üçün qəbul edilə bilməz.
Aviabiletin üz qabığında müqavilənin şərtləri, istehlakçı və daşıyıcının vəzifə və hüquqları, habelə əlavə məlumatlar yerləşdirilir.
Sərnişin və daşiyıcının hüquq və öhdəliklərini tənzimləyən əsas sənədlər aşağdakılardır :
- Varşava konvensiyasi (12 oktyabr, 1929-cu ildə imzalanmışdır)
- Sərnişinlərin və yüklərin daşınmasının ümumi qaydaları barədə Haaqa prokotolu (28 sentyabr, 1955-ci ildə imzalanmışdır).
Biletlərin alınmasında bronlaşdırma sistemlərinin xidmətlərindən geniş istifadə edilir. Bu proses müxtəlif dərəcələr üzrə həyata keçirilir.
Bronlaşdırma dərəcəsi—müəyyən seçilmiş tarifə uyğun olaraq yerlərin sayına reysdə ayrılmış və hərflə işarələnmiş kvotadır. Aviabiletin dərəcəsi uçuş zamanı istehlakçılara göstəriləcək servisin səviyyəsini göstərir. Məsələn, bütün sərnişinlərə şam yeməyi təklif olunsa da pulsuz spirtli içkilər yalnız birinci dərəcəli bilet sahiblərinə verilir. Nəzərə almaq lazımdır ki, Avropaya daşımalar zamanı xidmətlərin keyfiyyəti kifayət qədər yüksəkdir və bu reyslərdə uçuş zamanı yüksək dərəcəli biletlərin alınması böyük məbləödə vəsait ödəmək tələb edir. Belə reyslərdə birinci və ekonom dərəcəli biletlərin qiyməti ikiqat fərqli olur. Xidmət səviyyəsi isə kəskin fərqlənmir.
Hər bir tarifdə aviakompaniyanın müəyyən etdiyi bronlaşdırma dərəcəsi ( N, V, R, M, K, H, B, U) və bu dərəcələr üzrə bilet satışı üçün yer kvotaları müəyyən edilir. Tarif nə qədər ucuz olarsa yer kvotası da bir o qədər az olar. Ucuz yerlərin sayı çox olarsa, reysin təşkili iqtisadi cəhətdən əlverişsiz olar. Kvotaların müəyyən edilməsi mövsümə görə nəzərə alınır və hər bir reys üçün fərqli olur.
Birinci dərəcə
PR - yüksək səsli dərəcə. AR - mükafatlı birinci dərəcə. FF - birinci dərəcə. AFF - endirimli birinci dərəcə.
Biznes - dərəcə:
ABF - mükafatlı biznes - dərəcə. BF - biznes - dərəcə. DFF - endirimli birinci dərəcə. Ekonom dərəcə: EAF - ekonom mükafatlandırıcı. EF - ekonom dərəcə. DFF - endirimli birinci dərəcə. CF - ucuz dərəcə (endirimli ekonom dərəcə). DCF - endirimli ucuz dərəcə (endirimli ekonom dərəcə). TF - turist dərəcəsi (endirimli ekonom dərəcə). DEF - endirimli ekonom dərəcə. DYF- endirimli ekonom dərəcə (gənclər dərəcəsi) EE — xırda iş adamları üçün tarif - bronlaşdırmaya icazə verilmir, yerlər qeydiyyat zamani təsdiq olunur. GQ - qrupşəkilli dərəcə - müəyyən şərtlərlə bronlaşdirma.
C dərəcəsi üzrə xidmət səviyyəsi J dərəcəli xidmət səviyyəsindən aşağı, X dərəcəli xidmət səviyyəsi ilə eyni səviyyəli və ya ondan üstün ola bilər. M dərəcəsi üzrə xidmət səviyyəsi isə Y dərəcəsi kimi və ya ondan aşağı ola bilər.
Yerlər nömrələrlə satılan zaman 16 yarımsinifdən, nömrəsiz satıldıqda isə 26 yarımdərəcədən istifadə olunur.
Aviabiletlərin qiymətlərində adətən tariflər göstərilir. Ancaq tariflərdən əlavə aeroport vergiləri də biletin dəyərinə əlavə edilir. Həmin vergilərin həcmi marşurutun istiqamətindən asılı olur və biletin hansı agentdən alınmasına baxmayaraq əlavə yığım kimi tətbiq edilir. Vergilərin həcmi hara və necə uçmaqdan asılı olaraq 0...150$ arasında dəyişə bilər. Bronlaşdırma zamanı aeroport yığımları da daxil olmaqla biletin dəyəri göstərilir. Bəzi aviakompaniyalar aeroport yığımından başqa xidmət göstərilməsinə görə də biletin dəyərinə əlavə agent yığımları daxil edirlər.
Aviabiletlərin növləri : Hal - hazırda dünyada bir neçə növ aviasiya biletlərindən istifadə olunur : - sürəti çıxarılan avtomatlaşdırılmış bilet (Sendviç) (Tranhtional Avtomated Ticket- TAT) - oturacaq talonlu avtomatlaşdırılmış kuponlu bilet (Automated Ticket / Boarding Pass)
- əl ilə yazılan bilet (Manual İssued Ticket) - İATA-nın neytral blankları. - elektron bilet (Electronik Ticket)
Sürəti çıxarılan avtomatlaşdırılmış bilet (TAT)- qırmızı cildli kiçik kitabçadır. Cildin üstündə daşıyıcının adı və nişanı əks oluna bilər və əksər hallarda əks olunur. Bilet mətn hissəsindən və rəngliliyinə görə bir-birindən seçilən bir neçə surəti çıxan blanklardan (kuponlardan) ibarətdir. Mətn hissəsində ümumi daşınma qaydaları və daşıyıcının məsuliyyətləri barədə məlumatlar əks olunur.
Surət-kuponlarda daşınma müqaviləsinin realizəsinə dair konkret məlumat verilir. Burada sərnişinin adı, marşurut, uçuş tarixi və vaxtı, xidmət dərəcəsi, aviakompaniyanın kodu və s. əks olunur.
Daxili daşımalar üçün bu tip aviabiletdə adətən 3 kupon olur, onlardan biri satış zamanı kassada qalır, ikisi isə (uçuş və sərnişin) sərnişinin özünə verilir. Uçuş kuponu sərnişinin reysdə qeydiyyatı zamanı dispetcer tərəfindən kəsilib götürülür və hesablaşma üçün istifadə olunur. Sərnişin kuponu səfər boyunca sərnişinin özündə qalır.
Beynəlxalq daşıma üçün bu tip aviabiletdə ən azı 4kupon olmalıdır. Nəzarət kuponu (boz-yaşıl rəngli) satış zamanı kassada qalır. O, tarifin hesablanması və blankların düzgün doldurulması üçün istifadə olunur. Dövrü olaraq (həftədə 1 dəfə) aviadaşıyıcılar bu kuponları satılmış biletlər haqqında hesabatla birlikdə beynəlxalq hesablaşma mərkəzinə göndərir. Agentlik kuponu (çəhrayi rəng) agentlikdə xəzinədarın mühasibatlıq qarşısında hesabat verməsi üçün qalır o, arxivdə 3 il müddətində saxlanilir. Uçuş kuponu (sarı rəng) sərnişinin reysdə qeydiyyatı zamanı götürülür. Sərnişin kuponu isə (ağ rəng) səfər boyunca sərnişində qalır. Əgər uçuş zamanı bir neçə dəfə yerə enmələr nəzərdə tutularsa, onda biletdə bir neçə uçuş kuponu olur. Bu zaman uçuş kuponunda ayrıca olaraq hər bir marşurut, onun tarixi, reysin nömrəsi və xidmət dərəcəsi qeyd olunur.
Ən geniş yayılmış aviabilet 4 uçuş kuponundan ibarətdir TAT blankıdır. Əgər marşurutda yerə enmələrin sayı azdırsa, onda datyanacaqların qeyd olunması nəzərdə tutulan və artıq qalan kuponların üzərinə “Marşurut” bəndində “VOİD” (etibarsızdır) sözü qeyd edilir. Kuponun özü isə agent tərəfindən götürülür. Bu biletin əsas üstünlüyü ondan ibarətdir ki, hər bir kupon surəti çıxan qatla təchiz olunmuşdur, ona görə də biletin çap olunması zamanı daxil edilən məlumatlar kuponların hamısında qeyd olunur. Bu biletlərdən daha çox “KLM”, “SAS” , “CSA” , “Cyprus Airways” və başqa daşıyıcılar istifadə edirlər.
Aviabiletlərin digər yayılmış forması oturacaq talonlu avtomatlaşdırılmış kuponlu biletdir. Bu biletin xüsusiyyəti ondan ibarətdir ki, hər bir uçuş kuponu ayrıca cap olunaraq maqnit zolağı ilə təchiz olunur və özündə uçuş haqqinda olan bütün informasiyanı əks etdirir. Bu aviabilet blankı ilə sərnişinlər avtomatik olaraq qeydiyyatdan keçirlər. Sərnişində olan surət nüsxəsi ayrıca kupon “Passenger Receipt” hesab olunur. Hər bir kuponda kəsilə bilən oturacaq talonu (sağ tərəfi) olur, qeydiyyat zamanı yerə enmənin yeri, çıxış nömrəsi və enmə vaxtı çap olunur. Bu tip biletlərdən daha çox “British Airways”, “Lufthausa“, “Air France , “Finnair” və başqa aviakompaniyalar istifadə edirlər.
Bəzi hallarda aviabilet əl ilə doldurulan blanklar formasında buraxılır. Bu onunla əlaqədardir ki, müxtəlif aviakompaniyaların blanklarını bir printerdə çap etmək texnoloji baxımdan qeyri mümkündür , həm də agentliklərin hamısında bahalı bilet çap edən qurğular olmur. Bundan başqa əl ilə doldurulan blank ehtiyatından sistemin dayanması və ya printerin nasazlığı hallarında istifadə olunur.
Əl ilə doldurulan blanklarda 2-4 kupon olur. Bu kuponlar surəti çıxan qatlarla təchiz olunur. Blankların üzərində aviakompaniyanın nişanı əks oluna bilər (şəxsi) və ya sadə formada (kağız blanklar- müəyyən formada hazırlanır) olur. Biletdə kuponların sayı dayanacaqların sayından çox olarsa, əlavə kuponlara “VOİD” ifadəsi qeyd edilir və onlar agent tərəfindən biletdən qoparılır.
Daşıyıcının şəxsi biletində biletin nömrəsinin ilk üç rəqəmini təşkil edən İATA kodu olmalıdır. Yəni, biletin nömrəsində qeyd olunan rəqəmin ilk üçü daşıyıcı kompaniyanın İATA kodudur. Məsələn ; “Аэрофлот” 555, “Sibir” 421, “British Airways” 125 və s. Bütün şəxsi aviabiletlər Dövlət Mülki Aviasiya xidmətində qeydiyyatdan keçməlidir.
İATA neytral blankları kağız üzərində olur və İATA tariflərinə görə verilir. Beynəlxalq Aviadaşıyıcılar assosiasiyası öz biletlərini BSP (Avropa və Asiya ) və ARC (ABŞ və Kanada) agentlik şəbəkəsi vasitəsilə satışa çıxarırlar.
Belə blanklarda yalnız İATA-nın hesablaşma kodu olan aviakompaniyalar bilet tərtib edə bilərlər. Onlar BSP (Avropa və Asiya ) və ARC (ABŞ və Kanada) sistemlərində gediş sənədlərinin rəsmiləşdirilməsinə dair məsuliyyəti təmin etmək öhdəliyi olan sistemlərdir. İATA-nın neytral blanklarında tərtib olunmuş aviabiletlərin üz hissəsində Beynəlxalq Aviadaşıyıcılar Assosiasiyasının loqotipi olmalıdır. Blanklar printerdə çap olunur və ya əl ilə doldurulur.
İKT texnologiyaları müxtəlif fəaliyyət sahələrində geniş tətbiq olunduğu kimi, bilet satışı prosesində də yayılmağa başlayıb. Hal-hazırda bir sıra aviakompaniyalar (Lufthansa) elektron biletlər tətbiq etməyə başlayıblar. Elektron bilet məlumatlar bazasında saxlanılan elektron qeyddən ibarətdir. Ancaq elektron bilet o zaman satıla bilir ki, uçuşu marşrut boyu bir aviadaşıyıcı icra etsin, çünki bu daşıyıcının kopüterində olan elektron bilet barədə məlumatlar başqa kompaniyaların məlumat bazasına ötürülmür.
Kopüter və ya telefon vasitəsilə elektron bilet sifarişi alan daşıyıcı bu bilet barədə məlumatı özünün məlumatlar bazasına daxil edir. Reysə qeydiyyatdan keçən zaman sərnişin şəxsiyyətini təsdiqləyən sənədi və ödəmə qəbzini təqdim edir və yalnız ondan sonra oturacaq talonu alır. Belə biletlər vaxta qənaət etməyə imkan verir və bu tip biletlər adətən iş adamları tərəfindən həvəslə alınır.
Növündən asılı olmayaraq hər bir bilet sədədin bütün kuponlarında təsbit olunan informasiya daşıyan sənəd hesab edilir. onların ümumi qəbul olunmuş forması var və aşağıdakı bölmələrdən ibarətdir.
1-ci qrafada (NAME of Passengers -Sərnişinin soyadı) latın transkripsiyasında sərnişinin soyadı və adının birinci hərfi və ya hamısı, eləcə də cinsi yazılır. Əgər sərnişin kişidirsə onun soyadından sonra Mr (mister), qadındırsa Ms və ya Miss qeyd olunur. Beynəlxalq normalara görə bu qrafada soyadın təhrif olunmaqla səslənməsinə heç bir maneə törətməyən üç səhv buraxıla bilər.
2-ci qrafada (FROM/TO -uçuş marşurutu) verilmiş uçuş kuponu üçün göndərilmə məntəqəsi və onun altında təyinat məntəqəsi (ingiliscə) göstərilir. Əgər göndərilmə və ya təyinat məntəqələrinin bir neçə hava limanları varsa, onda şəhərin adının arxasına hava limanının üç hərfli kodu yazılır (NAJ-Naxçıvan, KVD-Gəncə və s.)
3-cu qrafada “Stopover” indikatoru yerləşdirilir. Səyahət marşurutu üzrə aralıq tranzit və transfer dayanacaqları olur. Tranzit aralıq dayanacaqdır və belə dayanacaqlardan sonra sərnişinlərin daşınması həmin aviakompaniyanin hava gəmisi və həmin reys nömrəsi ilə həyata keçirilir. Transfer zamanı dayanacaqdan sonrakı daşıma başqa və ya həmin aviakompaniyanın hava gəmisi ilə, ancaq başqa saylı reyslə həyata keçirilir. Əgər marşurut üzrə dayanma 24 saatdan artıq vaxtda baş verirsə, həmin bənddə (Stopover) yer ya boş qoyulur, yaxud “O” işarəsi yazılır. Əgər dayanacaq məntəqəsi tranzit məntəqə hesab edilirsə, onda həmin bəndin qarşısına “X” işarəsi qoyulur.
4-cü (Carricr- Daşıyıcı) və 5-ci (Flight- reysin nömrəsi) qrafalarda aviakompaniyanın iki hərfdən ibarət kodu və reysin nömrəsi göstərilir. Aviakompaniyalara hərf kodları İATA Beynəlxalq Daşıyıcılar Assosiasiyası tərəfindən verilir; “LH”-Lufthausa, “BA”- British Airways, “AF” Air France, “SU” Аэрофлот, “UN” Trausaero, “AZ” Alitalia, “AY” Finnair və s. Reysin nömrəsi isə rəqəmlə ifadə olunur.
6-ci qrafada (Class- bronlaşdırma dərəcəsi) bu və ya digər tarifə uyğun olaraq reysdə müəyyən tarif üzrə yer kvotasını müəyyən edən və ya nəzərdə tutan bronlaşdırma dərəcəsi latın hərfləri ilə qeyd edilir.
Səs sürətindən yüksək sürətli təyyarələrdə “Councord” bronlaşdırmanın dərəcəsi R hərfi ilə işarələnir, 1-ci dərəcəli xidmətdə bronlaşmanın dərəcəsi F,P,A hərfləri ilə, biznes-dərəcədə C,D,J,Z,İ, ekonom-dərəcədə Y,W,S,B,H,K,L,M,N,Q,T,V,X.
Bronlaşdırma dərəcəsini xidmət səviyyəsi ilə qarışdırmaq olmaz, çünki sonuncu sərnişinlərə xidmət standartını müəyyən edir. Klassik variantda böyük tutumlu hava laynerləri 3 bölmədən ibarət olmaqla, müəyyən bronlaşdırma dərəcəsinə uyğun paylanmışdır: 1-ci dərəcə (F), biznes (C), ekonom (Y). Xidmət səviyyəsi bölmələrin maddi-texniki təchizatı, oturacaqların konstruksiyası, oturacaqlararası məsafə, qida məhsullarının çeşidi, pulsuz daşınan yüklərin çəki norması, yerüstü xidmətlər və s.-dən asılıdır.
Ümumiyyətlə praktikada birinci dərəcə xidmət səviyyəsi demək olar ki tətbiq olunmur. Bir çox aviakompaniyalar da “Delta Air Lines”, “AJT”, “kontinental aviaxətlər” var ki, ümumiyyətlə yalnız biznes və ekonom dərcəli xidmət tarifləri ilə işləyirlər. Məsələn, 2001-ci ildə “SAS” skandinaviya aviakompaniyası “Ekomo plyus” tarifi tətbiq etməyə başladı. Bu elə aviakompaniyalardan biridir ki, hər iki (biznes və ekonom) dərəcə arasında olan xidmət tarifi tətbiq edir.
İtaiya aviakompaniyası “Alitalia” işgüzar məqsədlə səfər edənlər üçün “Dinamika” tarifi tətbiq edir. Bu tarifdə biletlər biznes-sinif tarifinə nisbətən 15% ucuzdur. “British Airways” isə dünyada ilk dəfə təyyarə salonlarını dörd hissəyə böllən aviaşirkətdir. Kompaniya əlavə olaraq “World Travel”-dən fərqli olan yaxşılaşdırılmış ekonom dərəcə “World Travel plyus” tarifi yaratdı. Bu tarifdə oturacaqlar daha genişdir və noutbuklar üçün giriş mənbələri var, telefonla qeydiyyatdan keçmək olar və s.
7-ci qrafda (DATE-Tarix) uçuş tarixi (ay və gün) çap olunur. Daxili marşurutlarda adətən biletlər bir tərəfə satılır, ona görə də biletdə yalnız “O” göstərilir. Beynəlxalq reyslərdə bilet 2 tərəfə satılır və ona görə də 2tarix qeyd edilir. Əgər bilet alan zaman sərnişin qayıtma vaxtını bilmirsə, onda ona “açıq tarixli bilet” verilir. Belə biletlərdə qayıtma tarixi əks olunan qrafada “open” yazılır. Qayıtma vaxtı müəyyən olunandan sonra sərnişin bu haqda aviakompaniyaya məlumat verir. Adətən belə biletlərin etibarlılıq müddəti bir ildən az olur.
8-ci qrafada (TİME- Uçuş vaxtı, saat) uçuş vaxtı qeyd olunur. Həmişə uçuş vaxtı yerli saatla göstərilir.
9-cu qrafada (STATUS-bronlaşdırma statusu) hərfi kodlarla işarələnən bronlaşdırma statusu qoyulur. “OK” kodu həmin reysdə yerin saxlanmasına zəmanət verir. Ona görə də, qeydiyyata vaxtında gələn sərnişinə hava gəmisində yer çatmasa və onun statusunda “OK” işarəsi olarsa, onda aviakompaniya daha yüksək tarifli başqa təyyarədə ona yer verməlidir. Əgər belə variant yoxdursa, onda ona konpensasiya ödənilərək başqa aviakompaniyanın reyslərində yer ayrılır.
Bəzi tariflərdə “RQ” və ya “SA” statusu yazılır ki, bu da qeydiyyatda yerin olmasına sorğu edilməsinin lazım olmasını əks etdirir. Bu cür bileti olan sərnişin qeydiyyatın sonunu gözləməli və əgər boş yerlər qalarsa, həmin reysdən istifadə etmək imkanı qazanmalıdır. “NS” statusu isə 2 yaşa qədər olan uşaqlar üçün biletdə yazılır.
10-cu qrafada (FARE BASIS - tarif növü) həmin kupon üzrə tarifin rəqəmli- hərfli işarələnməsi təsbit olunur. Çoxlu sayda müxtəlif tariflər mövcuddur ( Mik, ekskursiya, qrup, gənclər, xüsusi) onların öz işarələri vardır.
11-ci qrafada (NOT VALİD BEFORE/NOT VALİD AFTER-qədər etibarlıdır/sonra etibarlıdır). Əgər tarif qaydalarına görə tarixi dəyişdirmək mümkündürsə onda uyğun olaraq həmin biletlə nə vaxt uçuş olacağı tarixi əks olunmur. Bilet müəyyən edilmiş imtiyazlar əsasında alınmışdırsa, onda göstərilən hər iki tarix uçuş tarixi ilə üst-üstə düşməlidir. İllik tarifləə alınmış biletlərdə bu qrafa boş qalmalıdır.
12-ci qrafada (ALLOW-ödənişsiz yük daşınmasına icazə) ödənişsiz daşınan yük norması qeyd olunur. Bu norma xidmət dərəcəsindən aslıdır; 1-ci dərəcəli sərnişinlərə 40 kq yük, biznes-dərəcədə 30 kq, ekonom-dərəcədə 20 kq yükün ödənişsiz daşınmasına icazə verilir. Ancaq bəzi aviakompaniyalar bu normanı dəyişdirirlər.
Yer norması sənişinə icazə verilən pulsuz yük daşımaq haqqı verir. Bu norma hava gəmisinin tipindən, və bir yerə düşən baqajın ölçülərindən asılıdır. B-767, B-777, A-310 tipli aviagəmilərdə hər biri 32 kq-dan artıq olmayan iki baqaj yeri və üç ölçülü sistemlə 158 sm-dən artıq olmayan (ekonom sinif), biznes və birinci siniflərdə isə 203 sm-dən artıq olmamaqla yüklər daşına bilər.
13-cü qrafada (FARE CALCULATİON-tarif hesabı) bilet üzrə tarifin ətraflı hesablnması verilir. Bu yazı üç hərfli şəhər kodundan, ikihərifli daşıyıcı kodundan və neytral hesablama vahidləri (NUC) ilə ifadə olunan hesablama komponentlərindən ibarətdir.
14-cü qrafada (FARE-TARİF) daşınmanın əvvəlindən tarifin valyuta ilə ifadə olunmuş rəqəmi göstərilir. Əgər bilet çap olunmuş tariflə yazılmışsa onda sonuncu milli valyuta və ya ABŞ dolları ilə göstərilir; əgər gizli tariflə yazılarsa onda tarif göstərilmir (IT və yaxud FORAIT yazıları ilə dəyişdirilir).
15-ci qrafada (TOTAL-cəmi) biletin tam dəyəri əks olunur. Bu dəyər tarifin və hava limanı vergilərinin cəmindən ibarətdir.
16-ci qrafada (EQUİV/FARE PD-tarif ekvivalenti) əgər çıxış məntəqəsindəki valyuta məzənnəsi təyinat məntəqəsindəki valyuta məzənnəsindən fərqlənirsə, onda bu qrafada valyutanın ekvivalenti yazılır. Hesablaşma kursu “Fare” sahəsində və ya “Fare Calculation” sahələrində yazılır.
17-ci qrafada (TAX-məzənnə) hava limanında göstərilən xidmətlərə qoyulan əlavə məzənnələr göstərilir. Adətən bu məzənnələr biletin dəyərinə daxil edilir, ancaq bəzi ölkələrdə onlar uçuşdan qabaq nəğd pulla ödənilir. Hər bir məzənnənin öz adı və təyinatı var və bir hava limanında bir neçə vergi yığılır; immiqrasiya, gömrük xidmətlərindən istifadə, veterinar xidməti, sərnişinlərə göstərilən müxtəlif xidmətlər. Məzənnələr iki hərfli işarə ilə göstərilir, onlarin məbləği isə çıxış məntəqəsindəki valyuta ilə ifadə olunur. Bir məzənnə 5-15 ABŞ dolları arasında olur.
18-ci qrafada (FORM OF PAYMENT-ödəniş forması) biletin ödənildiyi forma qeyd olunur. Burada CASH (nəğd), İNVOİCE və ya INV (nəğdsiz), CC (kredit kartı) yazıları ola bilər. Sonuncu iki halda müqavilənin nömrəsi və ya kredit kartının nömrəsi göstərilir.
19-cu qrafada (ORIGIN/DESTİNATİON-göndərmə təyinat məntəqəsi) marşurut üzrə uçuş və enmə məntəqələrinin üç hərfli işarəsi qeyd olunur.
20-ci qrafada (AİRLİNE DATA-aviakompaniyaların qeydləri üçün) Hərfli-rəqəmli bronlaşdırma nömrəsi PNR CODE qoyulur.
21-ci qrafada (Validatorun sahəsi) (DATA AND PLACE of issue- verilmə tarixi və yeri) agentliyin ünvanı və biletin verilmə tarixi qeyd edilir.
22-ci qrafada (ENDORSEMENTS/RESTRİCTIONS-ötürücü yazılar/ məhdudiyyətlər) ötürücülük şərtləri və məhdudiyyətlər verilir. Bu qeydlər bir kompaniyadan başqasına keçərək daşınmanı həyata keçirmək icazəsi üçün olunur. Bu qrafada həm də daşınma şərtlərinə edilən dəyişikliklərə görə və ya daşınma məhdudiyətlərinə görə icazələr əks olunur. Onların arasında ən çox rast gəlinənləri aşağdakılarır:
“RES CHG USD 50” (bronlaşdırmanın 50 ABŞ dolları cərimə ödəməklə dəyişdirilməsi);
“ONE INBOUND REB FREE” (qayıtma tarixinin bir dəfə dəyişdirilməsi pulsuzdur);
“NON REF” (bilet qaytarılmır);
“NO CHG” (bilet üzrə tarix dəyişdirilmir);
“NO REROUND “ (marşurutun dəyişdirilməsi qəti qadağandır).
Bu qrafada bəzi xidməti informasiyalar da əks oluna bilər.
23-cü qrafada ( USSUED İN EXCHANG FOR-mübadilə üçün verilib) əgər biletin dəyişdirilməsi həyata keçirilirsə onda onun ilkin nömrəsi orada qeyd olunur. Məsələn, əgər bilet Bakı-London marşrutuna alınıbsa və müştəri onu Bakı-Berlin-London marşrutuna dəyişirsə, agent qiyməti yenidən hesablayır və yeni bilet yazır. Əvvəlki biletin nömrəsi isə yeni, dəyişdirilmiş biletdə 23-cü qrafada qeyd edilir. biletin dəyərində olan fərq müştəri tərəfindən ödənilir və ya artıq pulun alınması üçün ona əlavə order yazılır.
24-cü qrafada (CONYUCTİON TİCKET-əlavə bilet) əgər həmin bilet üzrə marşuruta çoxlu sayda uçuşlar daxildirsə və kuponların sayı kifayət etmirsə, onda əlavə bilet blankı verilir və hər ikisində bütün verilənlər qeyd olunsun.
25-ci qrafada (ADDİTİONAL ENDORSEMENT/Restriction-əlavə məhdudiyyətlər) yalnız əl ilə doldurulan blanklarda olur və bu məlumatlar 13 qrafaya sığmadıqda yazılır.
26-ci qrafada (TOUR CODE -Turun kodu) sərnişin qrupları və konfidensial turlar barədə bəzi şərti işarələr qeyd edilir.
27-ci qrafada (FORM AND Serial number -forma və seriya nömrəsi) aviabiletin nömrəsi yazılır.
28-ci qrafada (ORİGİNAL İSSUE-ilk dəfə verilmişdir) satışdan əldə olunan verginin cəmi yazılır.
Müxtəlif tariflərə yazılmış biletlərin müxtəlif etibarlılıq müddəti olur. Normal tariflə verilən bilet birinci kuponla uçuş tarixindən 1 il ərzində daşınma üçün etibarlıdır. Xüsusi tariflə verilmiş bilet, bu tarifin qaydaları ilə müəyyən olunan müddətlərdə sərnişinlərin daşınması üçün etibarlıdır. Bir sıra hallarda aviabiletin müddəti daşıyıcının yaxın reysinə qədər uzadıla bilər. Bəzi hallarda isə biletin etibarlılıq müddəti daşıyıcının boş yer olan, tarifi və xidmət səviyyəsi eyni olan reysinə dəyişdirilə bilər.
Biletin etibarlılıq müddəti aşağdakı hallarda ödənişsiz dəyişdirilə bilər:
-daşıyıcı bronlaşdırılmış yer olan reysi ləğv etdikdə;
-hərəkət marşrutu üzrə sərnişin üçün çəxəş və ya təyinat nöqtəsi olan dayanacaq məntəqəsi və ya məntəqələrinin yeri daşıyıcı tərəfindən dəyişdirildikdə və ya ləğv edildikdə;
-daşıyıcı cədvəldə qeyd olunan vaxta uyğun olaraq reys həyata keçirmədikdə; -daşıyıcı sərnişinə bronlaşdırılmış yeri vermədikdə;
-daşıyıcı biletdə göstərilən xidmət dərəcəsini sərnişinə təqdim etmdikdə;
-daşıyıcı bileti düzgün tərtib etmədikdə;
-sərnişin özünün və ya onunla səfərə getməli evladlarının birinin xəstəliyi nəticəsində reysə gələ bilmədikdə. Bu zaman təqdim edilmiş tibbi arayışa əsasən biletin etibarlılıq müddəti uzadıla bilər;
-biletin etibarlılıq müddəti ərzində başlamış uçuş sona çatmışsa.
Sərnişinin xahişinə əsasən xüsusi tariflə alınmış biletin artıq kuponu olduqda onun etibarlılıq müddəti bir ilədək uzadıla bilər. Əlavə kupon olmadıqda bilet yenidən yazılır və əlavə biletə görə ödəniş edilir.
Sərnişin daşınmaya o zaman buraxılır ki, onun bileti düzgün tərtib olunsun və içərisindəki uçuş və sərnişin kuponları yerində olsun.
Əgər turist uçuşdan qabaq bileti itirmişsə, onda o aviabileti verən agentliyə müraciət etməlidir. Əgər itki uçuş yerində baş verirsə, onda daşıyıcının nümayəndəliyinə məlumat verilməlidir. Bilet itəndə və ya cirilanda daşıyıcı sərnişinin xahişi ilə ona dublikart bilet verir və cərimə ödədir. Dublikat bilet əsasında pul qaytarılmır və biletdə digər düzəlişlər aparılmır. Bu zaman o, aviakompaniyaya bileti aldığı yerə və tarixi barədə məlumat verir. Eyni zamanda sərnişin başqa şəxsin itirilmiş biletdən istifadə etməsi zamanı halı aşkarlanarsa, daşıyıcının pulunu ödəyəcəyi barədə zəmanət verir.
Başqa daşıyıcının verdiyi bilet itən və ya cırılan zaman o yalnız daşıyıcının yazılı icazəsi olandan sonra bərpa olunur. Daşıyıcı o zaman bileti etibarsız hesab edir ki:
- bilet itirilmiş elan olunmuşdur (və ya oğurlanmış)
- bilet saxtadır
- daşıyıcını təmsil etməyən təşkilatdan əldə olunmuşdur
- düzgün tərtib olunmaışdır.
Əgər sənədlər, daşıyıcıdan asılı olan səbəblərdən etibrsız sayılarsa onda o geri alınır və başqası ilə dəyişdirilir. Bilet daşıyıcıdan asılı olmayan səbəbdən etibarsız hesab edilirsə, geri alınır və dəyişdirilmir. Bilet nə başqasına ötürülə bilər, nədə ki, başqasının istifadəsinə verilə bilər. Sərnişin bileti və ya istifadə olunmamış kuponları daşınma ərzində özündə saxlamlaı və tələb olunduqda daşıyıcının nümayəndəsinə təqdim olunmalıdır.
Biletləri bilavasitə hava limanının kassasından, aviakompaniyaların agentliklərindən və ya nümayəndəliklərindən, eləcə də aviadaşımaların rəsmi hüquqa malik turfirmalardan əldə etmək olar.
Biletin aeroportda alınması daha qarantiyalı və etibarlıdır. Bu zaman sərnişin reys barədə ətraflı məlumat ala bilir. Eyni zamanda satış vaxtı aeroprtlarda sərnişinlərə müəyyən güzəştlər də təklif edilə bilər.
Biletin aviakassalardan alınması aeroporta getmək qayğısından azad olmağa imkan verir. Şəhərlərdə aviakassalar kifayət qədərdir və yalnız əlavə komissiya pulu ödənməsini tələb edir.
Son zamanlar bileti telefonla və internet şəbəkəsi ilə də sifariş etmək mümkündür. Bundan başqa bir nəfər digərinə bilet almaq istəyəndə xüsusi satış prosedurundan Sponsor Ticket Advice (STA) istifadə edir. Sponsor (yəni biletin dəyərini ödəyən şəxs) nümayəndəliyə gəlir, bronlaşdırır və biletin dəyərini ödəyir. Bu zaman o, sərnişinin soyadını, daimi yaşayış yerini, yəni bu sənədi hardan ala biləcəyi ünvanı qeyd etdirir.
Daha əlverişli variat isə sahibi olmadan kredit kartı ilə biletin ödənilməsidir. Bu üsul avtorizasiya vəkalət forması adlanır. Bu zaman sponsor sərnişinin uçmağa hazırlaşdığı məntəqədə olan agentliklə əlaqə qurur, bileti bronlaşdırır, onun dəyərini dəqiqləşdirir və faks, yaxud elektron poçtla avtorizasiya məktubu yollayır. Agent bilet yazır və sponsurun kartından lazımı məbləği tutur, daha sonra bilet sərnişinə göndərilir.
Bileti evdən çıxmamaq şərtilə internet vasitəsilə də almaq olar. Əksər aviaşirkətlər biletin bu üsulla satışına üstünlük verirlər. Bu tip satışlar ümumi həcmin 10%-ni təşkil edir və bu göstərici ilbəil artır. Bəzi aviakompaniyaların bu göstəriciləri aşağıdakı kimidir: Aeroflot 16% : 84%; Air France 22% : 78%; British Airways 15% : 85%; Lufthansa 10% : 90%.
Dostları ilə paylaş: |