MühaziRƏ basketbolda topun yiYƏLƏNMƏ texnikasi. P L an : Topun tutulması Topun ötürülməsi


Yuxarıdan iki əllə topun ötürülməsi



Yüklə 18,08 Kb.
səhifə3/4
tarix20.05.2022
ölçüsü18,08 Kb.
#58771
1   2   3   4
MUHAZIR#U018f 3 BASKETBOLDA TOPUN YIY#U018fL#U018fNM#U018f TEXNIKASI.

Yuxarıdan iki əllə topun ötürülməsi – adətən rəqibin sıx himayəsi zamanı orta məsafələrə istifadə olunur. Topun baş üzərində olması müdafiəçinin əlləri üstündən oyunçu yoldaşına dəqiq atmağa imkan verir.
Hazırlıq mərhələsi : oyunçu azca bükülü əllərlə topu üstünə qaldırır və başın arxasına göndərir.
Əsas mərhələ : qolların kəskin hərəkəti ilə dirsəkdən açaraq biləyin aşırma hərəkəti ilə oyunçu topu yoldaşına göndərir.


Topun iki əllə aşağıdan ötürülməsi - top dizdən aşağı səviy-yədə tutulanda və ya yerdən götürüləndə və yerdəyişməyə vaxt qalma-yanda 4 - 6 m məsafədən istifadə olunur.
Hazırlıq mərhələsi : top aşağı salınmış və azca bükülü əldə bar-maqlar topun üstündə sərbəst yerləşdirilir. Topu arxada olan ayağın bu-duna tərəf apararaq azacıq qaldırırlar.
Əsas mərhələ : qolları irəli yellədərək onların düzəldilməsi ilə topun lazım olan istiqamətə göndərilməsi. Qollar bel biləyin aktiv hərə-kəti ilə topu əksinə fırlatmaqla itələyir. Topun uçuşunun hündürlüyü biləyin açılma hərəkəti ilə bilinir. Adətən ötürməni irəli addım ataraq yerinə yetirirlər.


Topun çiyindən bir əllə ötürülməsi - yaxın və orta məsafələrdə ən çox yayılmış üsuludur. Burada qulaylanma üçün qısa vaxt ayrılır və topa yaxşı nəzarət olur. Topun əldən çıxan anında biləklə əlavə hərəkət oyunçuya topun uçuş istiqamətini və trayektoriyasını geniş diapazonda dəyişməyə imkan verir.
Hazırlıq mərhələsi : dirsəkləri qaldıraraq topla əlləri sağ çiyin tərəfə (sağ əllə ötürəndə top sağ əldə sol əlin köməyi ilə saxlanılır) elə aparırlar ki, dirsəyi qalxmasın eyni zamanda oyunçu qulaylanma tərəfə dönür.
Əsas mərhələ top olan sağ əli tez düzəldirlər və eyni zamanda əllərlə qamçılama hərəkəti və gövdənin dönməsini yerini yetirirlər.
Tamamlayıcı mərhələ : qısa vaxtda topun uçuşundan sonra sağ əl elə bil onu müşaiyət edir, aşağı aparılır ; oyunçu yarım bükülü ayaqlarla müvazinət vəziyyətinə qayıdır.


Topun başın üstündən ya yuxarıdan ötürülməsi – topu bütöv meydança boyu 20-25 m məsafəyə əks – hücuma ötürməyə yol verir.
Hazırlıq mərhələsi : sağ əli topla (sol əlin köməyi ilə) qaldıraraq azca başın arxasına aparırlar, eyni zamanda gövdəni döndərirlər. Belə-liklə qulaylanma lazım olan yüksək amplitudaya çatır.
Əsas mərhələ : top olan sağ əli böyük qüvvə və sürətlə açaraq eyni zamanda gövdəni döndərərək əllə qamçılama hərəkəti edirlər.
Topun qarmaq şəklində bir əllə ötürülməsi – orta və uzaq məsa-fəyə və çox yaxın himayə edən rəqibin yuxarıda olan əlləriin üstündən topun ötürülməsi üçün istifadə olunur.
Hazırlıq mərhələsi : oyunçu topun ötürüləcəyi istiqamətə yanı ilə dönür, topu ovcunda barmaqları ilə saxlayaraq, əlini topla yana aparır. O biri, azca irəli çıxmış əllə oyunçu himayə edən rəqibdən aralanır.



Yüklə 18,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin