P L AN : 1. Topun tutulması 2. Topun ötürülməsi 3. Yuxarıdan iki əllə topun ötürülməsi. 4. Topun çiləyərək aparılması.
Ə D Ə B İ Y Y A T 1.H.Y.Ələkbərov., N.M.İbrahimova., F.C.Hüseynov. « Basketbol » 2003 2.T.T.Abasov. « İdman oyunları və mütəhərrik oyunlar ». Bakı, « Gənclik » 1987 3.L.P.Matveyev. « Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası ». Moskva, 1991
Topun tutulması, ötürmə, çiləmə və səbətə atma topa yiyələnmə texnikasına daxildir.
Topun tutulması. Topun tutulması – bu fəndin köməyi ilə oyunçu inamla topa yiyələnə və növbəti hücum hərəkətləri edə bilər.
Topun tutulması topun ötürülməsi, çiləmə və atma üçün çıxış vəziyyətidir, ona görə də hərəkətlərin quruluşu fəndlərin münasib və dəqiq yerinə yetirilməsini təmin etməlidir. Topu ələ keçirməmiş oyunçu onu ötürən tərəfə baxmalıdır. Bu periferik görmənin köməyi ilə ola bilər, ona görə ki, əsas nəzər topa yönəldilir. Bir yerdə dayanaraq topu gözlə-məmək və mütləq topa qarşı çıxmaq basketbolçu üçün qanun olmalıdır. Topun tutulmasında müəyyən üsulun seçilməsi və onun müxtəlifliyi oyunçunun uçan topa nəzərən vəziyyətindən, oyunçunun yerdəyişmə dinamikasından və topun uçuş sürətindən və hündürlüyündən asılıdır.
İki əllə topun tutulması. İki əllə topun tutulması daha sadə və eyni zamanda topun əldə edilməsinin etibarlı vasitəsi sayılır.
Hazırlıq mərhələsi : əgər top oyunçuya sinəsi və ya başı səviy-yəsində yaxınlaşırsa, qolları topa qarşı uzadaraq, gərilməmiş barmaq-ların və biləyin köməyi ilə topun ölçüsündən bir qədər böyük olan sanki qıf düzəldirlər.
Əsas mərhələ : topa toxunan zaman biləkləri yaxınlaşdıraraq topu barmaqlarla (ovucla yox) qucaqlamaq, dirsəkdən bükərək, əlləri sinəyə sıxmaq lazımdır.
Tamamlayıcı mərhələ : topun tutulmasından sonra gövdəni azca irəli vermək ; rəqibdən aralanmış əllərlə gizlədilən topu növbəti hərə-kətlərə hazırlıq vəziyyətində çıxarırlar. Əgər top sinə səviyyəsindən bir qədər aşağı uçsa, oyunçu çiyinlərini topun uçuş hündürlüyündə aşağı salaraq daha dərin sallağı oturur.
Başdan hündür uçan topun tutulması üçün hoppanmaq və qolları aralanmış əllərə kəskin yuxarı aparmaq lazımdır (böyük barmaqların arasında məsafə bir neçə santimetr olmalıdır, o biri barmaqlar sərbəst aralanmalıdır). Topa barmaqlarla toxunan vaxtda əllər yaxınlaşır, içəri döndərib topu bərk qucaqlayırlar, dirsəkdən bükülü qolları aşağı salırlar və topu gövdəyə yaxınlaşdırırlar.
Alçaq uçan topun tutulması üçün, əlləri və barmaqları açılmış badə şəklində düzəldirlər (balaca barmaqlar arası məsafə bir neçə santi-metrdən çox olmamalıdır).
Meydançaya düşən topun mübarizəsində topun geri sıçramasını gözləmək lazım deyil. Topa qarşı irəliləmək və sıçramasının başlanğıc vaxtında onu tutmaq lazımdır. Oyunçu irəli addım eyləyib, sürətlə gövdəni irəli – aşağı aparmalıdır, əlləri yuxarıdan xarici tərəfdən topa yanaşdırmalıdır.
Hərəkətdə topun tutulması və eyni vaxtda ötürmə və ya səbətə atılması üçün iki addımlı texnikadan istifadə edirlər. Qaçaraq topun tutulmasından sonra oyunçu sağ əllə ötürmək və ya atmaq istəyirsə, sol ayaqla təkan vuraraq sağ ayaq irəli çıxan zaman topa tərəf azca hoppanıb topu tutmalıdır. Sonra sağ ayaqla təkan (birinci addım), sol ayaqla təkan (ikinci addım) vurub ötürmə və ya tullanaraq sağ əllə topu atmalı. Əgər hərəkətdə topun tutulmasından sonra oyunçu iki addım atmaqla dayanmaq istəyirsə, o sağ ayaqla təkan vurub, sol ayağı irəli atanda topu tutmağa çalışmalıdır. Sonra birinci sol ayaqla ləngidici tormozlu addım, ikinci sağ ayaqla dayandırıcı addım və dayanma, sol ayaq üzərində dönmələri yerinə yetirməyə imkan verir.