MühaziRƏ basketbolda topun yiYƏLƏNMƏ texnikasi. P L an : Topun tutulması Topun ötürülməsi



Yüklə 18,08 Kb.
səhifə2/4
tarix20.05.2022
ölçüsü18,08 Kb.
#58771
1   2   3   4
MUHAZIR#U018f 3 BASKETBOLDA TOPUN YIY#U018fL#U018fNM#U018f TEXNIKASI.

Bir əllə topun tutulması.
İki əllə topu tutmağa imkan olmayanda onu bir əllə tutmaq lazımdır.
Hazırlıq mərhələsi : əyri xətt üzrə uçan topun yolunu kəsmək üçün oyunçu qolu uzadır (əl və barmaqlar gərgin olmasın).
Əsas mərhələ : barmaqlar topa toxunarkən qolu geriyə - aşağı aparmaq lazımdır, sanki topun uçuş hərəkəti davam edir (amartizasiyalı hərəkət). Bu hərəkətə gövdənin tutan tərəfə dönməsi də kömək edir.
Tamalayıcı hissə : topu bir əllə tutduqdan sonra fəaliyyətə hazır olmaq üçün iki əllə qucaqlamaq lazımdır.
Hündürdən uçan topu tullanaraq gövdəni əymədən bir əllə tuturlar, o biri əllə kömək edərək topu aşağı salır və gövdəyə yaxın-laşdırırlar. Topu tutaraq oyunçu müvazinətini saxlamalıdır və dirsəkləri aralamalıdır ki, rəqib topu vurub çıxartmasın.


Topun ötürülməsi.
Ötürmə - bu fəndin köməyi ilə oyunçu hücumu davam etdirmək üçün topu oyunçu yoldaşına ötürür. Topun düzgün və dəqiq ötürülməsini bacarmaq – basketbolçuların oyunda məq-sədyönlü qarşılıqlı əlaqələrinin əsasıdır. Topun ötürülməsinin müxtəlif üsulları çoxdur. Onlardan oyun vəziyyətindən, topun ötürüləcəyi məsafədən, oyunçunun tutduğu mövqedən və istiqamətindən, rəqibin əks fəaliyyətinin üsul və xarakterindən asılı olaraq istifadə edilir.
Ətrafı görmə, əlləri çevik hərəkəti, dəqiq hesablama və taktiki düşüncə - topu səhvsiz ötürən basketbolçuların xüsusiyyətləridir.
Ötürmənin bütün üsullarının tez və dəqiq yerinə yetirilməsi müəyyən dərəcədə ötürmənin əsas fazasında əllərin və barmaqların enerjili hərəkətindən asılıdır.
Ötürməni əsasən biləklərlə və barmaqlarla etmək lazımdır, onda rəqib ötürmənin istiqamətini çətin təyin edər. Topu qəbul edən həmka-rını ona tərəf baxmadan görmək lazımdır. Ötürərkən müvazinəti saxlamaq vacibdir, çünki rəqib ötürmənin istiqamətini kəsə bilər.


Topun iki əllə sinə səviyyəsindən ötürülməsi – adi oyun şəraitində yaxın və ya orta məsafəyə topun yoldaşa tez və dəqiq göndə-rilməsinin əsas üsuludur.
Hazırlıq mərhələsi : dirsəklər endirilmiş vəziyyətdə bel səviyyə-sində saxlanan topu biləklər aralı qoyulmuş barmaqlarla sərbəst qucaq-layır, qolların dairəvi hərəkəti ilə topu sinəyə sıxırlar.
Əsas mərhələ : Qolları kəskin düzəltməklə və biləklərin köməkçi hərəkətilə topa əksinə fırlanma hərəkəti verməklə irəli göndərirlər.
Tamamlayıcı mərhələ : topun ötürülməsindən sonra zəifləmiş qolları endirərək oyunçu düzəlir, sonra isə ayaqlar azca bükülü vəziyyət alır.
Əgər sinə səviyyəsində ötürməyə rəqib mane olursa, topu elə göndərirlər ki, o yoldaşa yaxın meydançaya dəyib geri sıçrasın. Topun sürətlə geriyə sıçraması üçün üstəlik onu fırladırlar. Belə ötürmələrdə ayaqları daha çox bükmək, topla qolları irəli – aşağı istiqamətləndirmək lazımdır.



Yüklə 18,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin