Topun bir əllə aşağıdan ötürülməsi - yaxın və orta məsafələrdə, rəqib ötürməni yuxarıdan ələ keçirməyə cəhd edən zaman istifadə olunur. Bu zaman topu oyunçuya rəqibin qolları altından ötürürlər.
Hazırlıq mərhələsi : düz və ya azca bükülü qolu topla yellədərək arxaya aparırlar, top ovucda barmaqlar və mərkəzdən qaçan qüvvənin hesabına qalır.
Əsas mərhələ : topla əli omba boyunca irəli – yuxarı uzadırlar. Topun uçuşu üçün əl açılır və barmaqlarla onu itələyirlər. Adətən bu ötürməni sol ayaqla irəlia ddımlayaraq yerinə yetirirlər.
Topun yandan bir əllə ötürülməsi –topun bir əllə aşağıdan ötürülməsi ilə oxşarlığı var. Sol və ya sağ tərəfdən rəqibi ötərək, topu yaxın və orta məsafədə yoldaşa ötürməyə imkan yaradır.
Hazırlıq mərhələsi : qulaylanma - gövdənin dönməsi və topla əli yana – arxaya aparmaqla yerinə yetirilir.
Əsas mərhələ : əllər topla irəli yellənmə hərəkəti edirlər. Topun uçuş istiqaməti əlin açılma hərəkətindən asılıdır.
Bu üsullardan əlavə gizlin ötürmələr də var. Gizlin ötürmələrin 3 növündən istifadə olunur : əlin altından, arxadan və çiyin üzərindən ötürmə.
Topu arxadan ötürmənin əsas hərəkətləri : arxaya azca bükülü qolu yellətməklə (gövdəni döndərərək) əli qamçılama hərəkəti ilə belin arxasına aparırlar. Topu çiyindən ötürəndə, oyunçu çiyinin və əlin kəs-kin bükülməsi ilə çiyindən, ya da o biri çiyindən topu oyunçuya gön-dərir.