MühaziRƏ basketbolda topun yiYƏLƏNMƏ texnikasi. P L an : Topun tutulması Topun ötürülməsi


Topun bir əllə aşağıdan ötürülməsi -



Yüklə 18,08 Kb.
səhifə4/4
tarix20.05.2022
ölçüsü18,08 Kb.
#58771
1   2   3   4
MUHAZIR#U018f 3 BASKETBOLDA TOPUN YIY#U018fL#U018fNM#U018f TEXNIKASI.

Topun bir əllə aşağıdan ötürülməsi - yaxın və orta məsafələrdə, rəqib ötürməni yuxarıdan ələ keçirməyə cəhd edən zaman istifadə olunur. Bu zaman topu oyunçuya rəqibin qolları altından ötürürlər.
Hazırlıq mərhələsi : düz və ya azca bükülü qolu topla yellədərək arxaya aparırlar, top ovucda barmaqlar və mərkəzdən qaçan qüvvənin hesabına qalır.
Əsas mərhələ : topla əli omba boyunca irəli – yuxarı uzadırlar. Topun uçuşu üçün əl açılır və barmaqlarla onu itələyirlər. Adətən bu ötürməni sol ayaqla irəlia ddımlayaraq yerinə yetirirlər.


Topun yandan bir əllə ötürülməsi – topun bir əllə aşağıdan ötürülməsi ilə oxşarlığı var. Sol və ya sağ tərəfdən rəqibi ötərək, topu yaxın və orta məsafədə yoldaşa ötürməyə imkan yaradır.
Hazırlıq mərhələsi : qulaylanma - gövdənin dönməsi və topla əli yana – arxaya aparmaqla yerinə yetirilir.
Əsas mərhələ : əllər topla irəli yellənmə hərəkəti edirlər. Topun uçuş istiqaməti əlin açılma hərəkətindən asılıdır.
Bu üsullardan əlavə gizlin ötürmələr də var. Gizlin ötürmələrin 3 növündən istifadə olunur : əlin altından, arxadan və çiyin üzərindən ötürmə.
Topu arxadan ötürmənin əsas hərəkətləri : arxaya azca bükülü qolu yellətməklə (gövdəni döndərərək) əli qamçılama hərəkəti ilə belin arxasına aparırlar. Topu çiyindən ötürəndə, oyunçu çiyinin və əlin kəs-kin bükülməsi ilə çiyindən, ya da o biri çiyindən topu oyunçuya gön-dərir.
Yüklə 18,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin