Mühazirə Beynəlxalq təşkilatlar və onların qlobal problemlərin həllində yeri Beynəlxalq təşkilat nədir?



Yüklə 158 Kb.
səhifə11/13
tarix09.11.2022
ölçüsü158 Kb.
#68184
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
4-cu mühazire-Qlobal teskilatlar (1)

İstanbul Konvensiyası. Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyası və ya daha çox tanınan adı ilə İstanbul Konvensiyası — Avropa Şurasının qadınlara qarşı şiddətə və məişət zorakılığına qarşı 11 may 2011-ci ildə İstanbulda imzalanan insan hüquqları müqaviləsi. Konvensiya şiddətin qarşısının alınması, qurbanların qorunması və cinayətkarların cəzasızlığına son qoymağı hədəfləyir. 2019-cu ilin mart ayından etibarən 45 ölkə və Avropa Birliyi tərəfindən imzalanmışdır. 12 mart 2012-ci ildə Türkiyə konvensiyanı təsdiqləyən ilk ölkə oldu. Ardınca 2013–2019-cu illərdə digər 33 ölkə (Albaniya, Andorra, Avstriya, Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Kipr, Danimarka, Finlandiya, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Lüksemburq, Malta, Monako, Çernoqoriya, Hollandiya, Norveç, Şimali Makedoniya, Polşa, Rumıniya, Portuqaliya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə) müqaviləni təsdiqləmişdir. Konvensiya 1 avqust 2014-cü ildə qüvvəyə minmişdir.
İstanbul Konvensiyası, "qadınlara qarşı şiddətə qarşı mübarizə üçün hərtərəfli bir hüquqi baza və yanaşma yaradan" ilk qanuni məcburi vasitədir və məişət zorakılığının qarşısının alınması, qurbanların qorunması və təqsirləndirilən cinayətkarların mühakimə olunmasına yönəlmişdir.
Qadınlara qarşı şiddəti insan hüquqlarının pozulması və ayrıseçkilik forması kimi xarakterizə edir. Ölkələr şiddətin qarşısını alarkən, qurbanları müdafiə edərkən və cinayətkarları mühakimə edərkən lazımi səy göstərməlidirlər. Konvensiyada cinsiyyət tərifi də yer alır: Konvensiyanın məqsədi üçün maddə 3 (c)-də cinsiyyət "müəyyən bir cəmiyyətin qadınlar və kişilər üçün uyğun hesab etdiyi sosial cəhətdən qurulmuş rollar, davranışlar, fəaliyyətlər və xüsusiyyətlər" olaraq göstərilir. Bundan əlavə, müqavilə qadınlara qarşı şiddət kimi xarakterizə olunan bir sıra cinayətləri təyin edir. Konvensiyanı təsdiqləyən dövlətlər aşağıdakılar da daxil olmaqla bir sıra cinayətləri cinayət məsuliyyətinə cəlb etməlidirlər: psixoloji zorakılıq; təqib etmək; fiziki zorakılıq; təcavüz daxil olmaqla cinsi zorakılıq, məcburi nikah; qadın cinsiyyət orqanının kəsilməsi(sünnət), məcburi abort və məcburi sterilizasiya. Konvensiyada cinsi narahatçılığın "cinayət və ya digər qanuni cəzaya" məruz qalması lazım olduğu bildirilir. Konvensiyaya ayrıca "namus" adı verilən cinayətləri hədəf alan bir maddə də daxil edilmişdir.

Yüklə 158 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin