İnsan Hüquqları Fəaliyyət Mərkəzi(Human Rights Action Center. İnsan Hüquqları üzrə Fəaliyyət Mərkəzi Ümumdünya İnsan Hüquqları Bəyannaməsindəki məsələlər üzərində işləyir. Onun məqsədi insan hüquqlarının pozulmasının qarşısını almaqdır. Bu mövzuda fəaliyyətlərində incəsənət və texnologiyadan istifadə edərək yeni strategiyalar yaradır və inkişaf etdirir. O, həmçinin digər insan hüquqları qruplarının inkişafını və böyüməsini dəstəkləyir, pozuntuların qarşısını almaq üçün qəti addımlar atmağa kömək edir.
İnsan hüquqları İzləmə Təşkilatı (Human Rights Watch).Human Rights Watch təşkilatı bütün dünyada insanların hüquqlarını qorumaq üçün yaradılıb. Təşkilat pozuntuları (məruzələri) araşdırır və aşkarlayır və bu hadisələrə görə məsul şəxsləri və ya qurumları məsuliyyətə cəlb edir. Onlar pozuntulara səbəb olan dövlətlərə qarşı çıxaraq, bədxah əməllərə son qoymağa çalışırlar. Human Rights Watch öz kampaniyalarını daha ətraflı və vasvasılıqla aparır. Ümumiyyətlə, uşaqlara qarşı cinsi zorakılıq və erkən nikahlarla bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində addımlar atırlar. Bundan əlavə, immiqrantlar və qaçqınlarla bağlı araşdırmaları istiqamətləndirir və ölkələrdə mədəni fərqliliklər səbəbindən baş verən pozuntulara diqqət yetirir. Təşkilatın diqqətini çəkən başqa bir məsələ isə regional qətliamlardır.
Sərhədsiz İnsan Haqları Təşkilatı (Human Rights Without Frontiers).Sərhədsiz İnsan Haqları insan hüquqları sahəsində təhlil, monitorinq və araşdırmalar aparır. Onun məqsədi milli və beynəlxalq səviyyədə qanunun aliliyini və demokratiyanı təşviq etməkdir. Bir çox hüquq müdafiəçi təşkilatları kimi, öz fəaliyyəti ilə insan hüquqlarına əsaslanan bütün dünya insanlarına etibarlı, ədalətli və bərabər həyat təmin etməkdir.
Nəticə. Beynəlxalq Qeyri-hökumət təşkilatları insan hüquqlarının təşviqi və müdafiəsi istiqamətində fəaliyyət göstərirlər. Ümumilikdə bu təşkilatların əsas məqsədi bütün dünyada insan hüquqlarının pozulmasının qarşısını almaq və insan hüquqlarının müdafiəsini təşviq etməkdir.
Təşkilatlar insan hüquqlarının müdafiəsi və pozuntulara qarşı durmaq üçün mühüm kampaniyalar, layihələr həyata keçirirlər. Onlar tez-tez petisiyalar, kütləvi nümayişlər və ya beynəlxalq aksiyalar kimi ictimai rəyi səfərbər edən üsullardan istifadə edirlər.
Hər bir təşkilat müxtəlif üsullardan istifadə edərək öz iş sistemində aktivdir. Bu fəaliyyətlər üçün təşkilatlar öz filiallarından istifadə edir və dünyada regionları bölmədən səmərəli fəaliyyətlərini davam etdirirlər. Regional ayrı-seçkiliyin olmaması universal və obyektiv insan hüquqları ilə bağlıdır. Təşkilatlar dünyada hər bir insanın bərabər hüquqlara malik olduğunu, hüquq pozuntusundan yaranan sanksiyaların hamıya eyni dərəcədə tətbiq edilməsini vurğulayır.
Qeyri-hökumət beynəlxalq təşkilatları maraqlandıran əsas məsələlər insan hüquqlarının təhlükəsizliyinin təmin edilməsi və bu hüquqların genişləndirilməsi, edam cəzasının ləğvi, ifadə və fikir azadlığının qorunması, silahlanmaya nəzarət və insan hüquqlarının necə təmin olunduğunu müşahidə etmək və hesabat verməkdir. İnsan hüquqlarının pozulmasından sonra beynəlxalq qeyri-hökumət təşkilatlar dövlət, qurum və təşkilatlar arasında ayrı-seçkilik qoymadan ictimaiyyətin diqqətini cəlb edərək, lazımi təşəbbüsləri irəli sürərək və istiqamətləndirərək insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində uğurlu nəticələr əldə ediblər.