Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Ekspert sistemlərinin qurulmasına aid misallar



Yüklə 1,02 Mb.
səhifə28/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Ekspert sistemlərinin qurulmasına aid misallar
Tibbi diaqnostika ekspert sistemi
Maşına bu və ya digər sahədə ona münasib şəkildə anlayışlar çoxluğu verilir. Bu anlayışlardan maşın təxminən insan-ekspert kimi istifadə edə bilər. Məhz PUFF, DENDRAL, PROSPECTOR kimi proqramlar bunu həyata keçirə bilirlər.
Havanın proqnozlaşdırılmasının ekspert sistemi
Hava haqqında mülahizə verən ekspertə müraciət edək.
Ondan soruşaq:”Sabah yağış olacaqmı?” Fərz edək ki,o bu barədə konkret heç bir şey deyə bilmir. Sonrası nə olacaq? Bu bizi qane etmir. Başlanğıc olaraq ekspertə havanın dəyişməsi barəsində hər hansı bir ümumi təsəvvürləri verək. Məsələn. əgər bu gün yağış yağırsa, çox ehtimal ki. sabah da yağış olacaq, belə ki, o dövrü olaraq təkrarlanır. Misal üçün fərz etsək ki, hal hazırda məhz yağışlı dövrdür, o zaman bizim mülahizəmiz düzgün ola bilər. Faktiki olaraq bizim etdiklərimiz adi ekspertiza elementlərinin ekspert sisteminə tətbiqidir.

Mühazirə 8
VERİLƏNLƏR BAZASI. VERİLƏNLƏR BAZASININ STRUKTURU.
VERİLƏNLƏR BAZASI İDARƏ SİSTEMLƏRİ. VERİLƏNLƏR
BAZASININ YARADILMASI
Verilənlər bazasının məqsədi və tərifi. İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilənlər bazası eyni yerdə saxlanılan, bir-biri ilə qarşılıqlı əlaqədə və müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan məlumatlar yığımıdır. Verilənlər bazasında toplanılan verilənlər adətən müəyyən predmet sahəsinə aid olur.
Verilənlər bazasının təşkilində aşağıdakılara riayət olunmalıdır:
- bazada verilənlərin təkrarlanması minimum olmalıdır;
- verilənləri axtarıb tapmaq, onları dəyişdirmək və yeniləşdirmək üçün ümumi idarəetmə üsullarından və vasitələrindən istifadə olunmalıdır;
- sonrakı mərhələlərdə verilənlər bazasının tətbiq sahəsinin genişləndirilməsi üçün verilənlər strukturlaşdırılmalıdır.
Verilənlər bazası verilənlərin müxtəlif təsvirinə uyğun müxtəlif funksiyalara malik ola bilər. Verilənlər bazasının müxtəlif vəzifələri müxtəlif istifadəçilər tərəfindən istifadə olunması ilə müəyyən olunur.
Bütün verilənləri özündə əks etdirən vahid verilənlər bazasını yaratmaq çox mürəkkəbdir və iqtisadi baxımdan özünü doğrultmur. Ona də təcrübədə verilənlər bazası əsasən məhdud çərçivədə müəyyən bir sahə üçün layihələndirilir. Bir qayda olaraq müasir kompüterlərdə bir neçə müxtəlif verilənlər bazası yaradılır. Lazım gəldikdə isə eyni tətbiq sahəsi üçün yaradılan müxtəlif verilənlər bir-biri ilə əlaqələndirilib, inteqrasiya edilmiş verilənlər bazası olur. Belə sistemlərə verilənlər bazasını idarəetmə sistemi deyilir.
Verilənlər bazasının təşkili üçün müxtəlif üsul və vasitələrdən istifadə olunur. Müəyyən sistemin layihələndirilməsində bu üsul və vasitələrin seçilməsi verilənlər bazasına qoyulan başlıca tələblərin ödənilməsinə əsaslanmalıdır.
Bu tələblərə verilənlər bazasının xarakteristikaları deyilir və onlara aşağıdakılar aid edilir:
- verilənlərin daxili strukturunun saxlanılması;
- verilənlərin təkrarlanmasının minimuma endirilməsi;
- verilənlərdə uyğunsuzluğun aradan qaldırılması;
- verilənlərin çoxməqsədli və birgə istifadə edilməsi;
- verilənlərin birgə idarə edilməsi;
- verilənlərin məhsuldarlığı;
- verilənlərin tamlığı və s.
Verilənlər bazasının idarəetmə sistemi elə qurulmlıdır ki, verilənlərdən məhsuldar istifadə edilsin. Verilənlərin məntiqi təşkili proqram vasitələrinin köməyi ilə müxtəlif məlumat modellərini müəyyən edir.
Verilənlər modeli bir-birilə qarşılıqlı əlaqədə olan verilənlərin strukturları və bu strukturlar üzərində aparılan əməliyyatların məcmusundan ibarətdir. Modelin növü və onda istifadə edilən verilənlərin quruluş tipi verilənlərin təşkili və işlənməsi konsepsiyasını əks etdirir. Qeyd etmək lazımdır ki, eyni bir informasiyanın yerləşdirilməsi üçün verilənlərin müxtəlif modellərindən istifadə edilir. Onların seçilməsi mövcud texniki və proqram təminatından asılı olub, həll edilən məsələlərin mürəkkəblik dərəcəsi və emal edilən informasiyanın həcmi ilə müəyyən edilir.
Verilənlər bazası struktura görə üç cür ola bilər:

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin