Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları



Yüklə 1,02 Mb.
səhifə26/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

İzahedici komponent sistem tərəfindən məsələnin həllinin nə cür alındığını (və ya nəyə görə o həlli almamışdır) və bu zaman onun hansı biliklərdən istifadə etdiyini izah edir.
Bu ekspert tərəfindən sistemin testləşdirilməsini asanlaşdırır və istifadəçinin alınmış nəticəyə inamını artırır.
Dialoq komponenti həm məsələnin həllinin gedişində, həm də biliklərin əldə edilmməsi prosesində və işin nəticələrinin izahatında istifadəçi ilə “dostluq” ünsiyyətinin təşkilinə istiqamətlənmişdir.
ES-nin işlənilməsində aşağıdakı ixtisasların nümayəndələri iştirak edirlər:
·ES tərəfindən məsələsi həll olunacaq problem oblastında ekspert;
·Biliklər üzrə mühəndis- ES-nin işlənilməsi üzrə mühəndis;
·ES-nin işlənilməsinin sürətləndirilməsi üçün təyin olunan instrumental vasitələrin işlənilməsi üzrə proqramçı.
Ekspert problem oblastını xarakterizə edən bilikləri (verilənləri və qaydaları) müəyyən edir, ES-yə daxil edilmiş biliklərin tamlığını və düzgünlüyünü təmin edir.
Biliklər üzrə mühəndis ES-nin işi üçün zəruri olan biliklərin aşkarlanması və strukturlaşdırılmasında ekspertə kömək edir; verilmiş problem oblastı üçün daha uyğun olan intellektual sistemin (İS) seçilməsini həyata keçirir və həmin İS-də biliklərin təqdim olunması üsullarını müəyyən edir; ekspert tərəfindən daxil edilən qaydalarda istifadə olunacaq standart funksiyaları (həmin problem oblastı üçün tipik olan) seçir və proqramlaşdırır.
Proqramçı ES-nin bütün əsas komponentləri daxil olan İS-ni işləyir (əgər İS yenidən işlənirsə) və onun istifadə olunacağı mühitlə qoşulmasını həyata keçirir.
Şək.5.2-də göstərilən strukturu statik ES-nin strukturu adlandırırlar. Bu tip ES-lər o əlavələrdə istifadə olunurlar ki, hansılarda ki, məsələnin həlli müddətində baş verən ətraf aləmdəki dəyişilikləri nəzərə almamaq olar. Şək.5.3–də dinamik ES-nin strukturu verilmişdir.


ES-nin işlənilməsi mərhələləri
ES-nin yaradılması işlərinin gedişində onların işlənilməsi üçün müəyyən bir texnologiya meydana gəlmişdir. Həmin texnologiyanın struktur sxemi şək.5.4-də verilmişdir.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin