Ekspert sistemlərində instrumental vasitələrinin təsnifatı və biliklərin təşkili İlk zamanlar bir ES-in yaranmasına 20-30 il tələb olunurdu. İndi isə bu sistemlərin yaradılmasını tezləşdirən üsullar,instrumental vəsitələr mövcuddur. Bu məqsədlə istifadə olunan instrumental vəsitələr aşağıdakılardır:
1. Simvolik proqramlaşdırma dilləri: LİSP, İNTERLİSP, SMALLTALK;
2. Bilik mühəndisliyi dilləri: OPS-5; LOOPS, PROLOQ, KEŞ;
3. ES-nin layihələndirilməsinin avtomatlaşdırılmasına imkan verən sistemlər: KEE, ART, TETRESTAS, AGE, TİMM.
Ekspert sistemlərində biliklərin təqdim olunması ES-də istifadə olunan biliklərin təsnifatı şək.5.5-də verilmişdir.
Biliklərin təqdim olunması modelləri Billiklərin təqdim olunmasının əsas 2 tip modeli mövcuddur.
I. Biliklərin təqdim olunmasının formal modelləri(BTO –formal).
II. Biliklərin təqdim olunmasının formal olmayan modelləri (semantik və relyasiyalı BTO).
Biliklərin təqdim olunmasının formal modellərinin əsasını ciddi riyazi nəzəriyyə təşkil edir. Formal olmayan modellərdə bu nəzəriyyə gözə çarpmır. Hər bir formal olmayan model yalnız konkret bir predmet oblastı üçün təyin edilir və formal modeldən fərqli olaraq universallıq keyfiyyətinə malik olur. Buradan belə bir məntiqi nəticəyə gəlmək olar ki, süni intellekt sistemlərində tətbiq olunan formal sistemlərdə əsas əməliyyatlar sərt qaydalara tabedirlər. Qeyri-formal sistemlərdə isə çıxarış əhəmiyyətli dərəcədə tədqiqatçının özü tərəfindən müəyyən edilir və çıxarışın düzgünlüyünə o özü bilavasitə məsuliyyət daşıyır.
Ekspert sistemlərində intellektual interfeys Fərz edək ki, intellektual sistemin girişinə hər hansı bir mətn daxil edilir. Mülahizə yürüdürük ki, İS həmin mətni başa düşür.Mətnin başa düşülməsi isə o zaman mümkündür ki, əgər sistem insan nöqteyi nəzərindən mətndə əks olunan istənilən suala cavab vermiş olsun.İnsan amili kimi isə konkret insan- ekspert başa düşülür və həmin ekspertə sistemin dərk etmə qabiliyyətinin qiymətləndirilməsi tapşırılır. Bu isə müəyyən dərəcədə subyektivizmə gətirib çıxarır, belə ki, müxtəlif insanlar eyni bir mətni müxtəlif cür başa düşə bilərlər.