Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Ekspert sistemlərinin xüsusiyyətləri və fərqləndirici cəhətləri



Yüklə 1,02 Mb.
səhifə23/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Ekspert sistemlərinin xüsusiyyətləri və fərqləndirici cəhətləri
Ekspert sistemlərinin əsas xüsusiyyətləri aşağıdakılardır:
kompotentlik – konkret bir araşdirma və ya bir predmet sahəsində yaradılan ekspert sistemi həmin sahədə çalışan ixtisas sahiblərinin malik olduğu hər bir bilik və bacarıqlara sahib olmalıdır;
simvol mühakiməsi – ekspert sisteminin malik olduğu qabiliyyətlər ətrafdakılara, real dunyaya simvollar vasitəsi ilə təqdim olunmalıdır. Mühakimələrin nəticələri simvollar toplusu şəklində təzahür etməlidir;
dərinlik – ekspert sistemləri öz çətinlik dərəcəsi ilə seçilən, trivial olmayan, ciddi məsələləri həll etmək qabiliyyətinə malik olmalıdırlar;
özünüanlama – ekspert sistemləri üzərində işlədiyi məsələnin hansı üsulla həll etməsini izah etmək, bu üsula niyə müraciət etdiyini aydınlaşdırmaq bacarığına yiyələnməlidir.
70-ci illərin sonunda süni intellekt (Sİ) sahəsində çalışan mütəxəssislər başa düşdülər ki, proqramı intellektuallaşdırmaqdan ötrü onu predmet sahəsi haqqında yüksək keyfiyyətli xüsusi biliklərlə təmin etmək lazımdır. Bu faktın başa düşülməsi xüsusi proqram sistemlərinin inkişafına səbəb oldu və bunların da hər biri müəyyən məhdud predmet sahəsində ekspert kimi istifadə olunmağa başladılar. Bu proqramlar ekspert sistemləri adlandırıldı.
Ekspert sistemlərin qurulması texnologiyası biliklər mühəndisliyi adlanır. Bu prosesi təşkil edən mütəxəssislər bilik mühəndisləri adlanırlar və onlar konkret predmet sahəsinin bir və ya bir neçə eksperti ilə qarşılıqlı əlaqədə olurlar. Bilik mühəndisi ekspertlərdən məsələnin həlli üçün lazım olan proseduranı, strategiyanı, emprik qaydaları əldə edir və bu bilik əsasında ekspert sistemini (ES) yaradırlar.
Tərif. Ekspert sistemləri konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və istifadəçilərə qərar qəbul etməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə qərar qəbul etməkdə dəstək olurlar.
Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyilir.
Ekspert sistemlərin fərqləndirici cəhətləri. Bütün ES-lər biliklərə əsaslanan sistemlərdir (BƏS) və Sİ proqramıdırlar.
Lakin Sİ və BƏS daha geniş anlayışlardır və buraya ES-dən başqa həm də teoremlərin isbatı, müxtəlif intellektual kompüter oyunları və s. daxildir. BƏS konkret predmet sahəsinə aid bilikləri cəmləşdirən, məntiqi çıxarışı təmin edən və həll edən intellektual proqramlardır. BƏS-in 90%-dən çoxu ekspert sistemlərdir (BƏS-ə həm də intellektual kompüter oyunları aiddir). ES-in ən vacib və digər BƏS-lərdən fərqləndirici cəhəti məhz ekspert biliklərinə əsaslanan biliklər bazasına malik olmasıdır.
ES-in əsasını ekspert bilikləri təşkil edir. Bəs ekspert kimdir? Ekspert müəyyən predmet sahəsində mükəmməl biliyə, böyük təcrübəyə və yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssisdir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin